Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət
(Əvvəli ötən şənbə sayımızda)
Qanuni imperiyanın yarım əsrlik tarixi
Edmund Börk özünün
"Fransadakı inqilaba
zidd olanlar" əsərində əvvəlcədən
göstərirdi ki, fransız
inqilabçıları keçmişin
Kartezian (nəzəri
mənbəyi filosof
Rene Dekartın ideyalarına
məxsus olan və XVII-XVIII əsrlərdə
mövcud olmuş fəlsəfədəki və
təbiətşünaslıqdakı istiqamət belə adlanırdı) ratsionalizmini
rədd etdi və mərkəzi milli uniforma geyinilməsini təkid etdi, bu isə özünün
radikal bir çağırış olduğunu
sübut etdi. İnqilabçı Fransa
Avstriya monarxiyası üçün daha böyük təhlükə
idi. Bu dövlət sülalə işinin ürəyində idi, çox sayda etnik qrupların yaşadığı ərazilərə
hökmranlıq edirdi.
Modern milli dövlət isə
populyar suverenliyə
malik idi. İnqilabi Fransa Monarxiya üçün təkcə
digər rəqib bir dövlət deyildi, həm də Avstriyanın ideoloji cəhətdən qisasçısı idi. Fransızlar azadlıq sevgisini ideallaşdırmışdılar.
Ona görə də fransız inqilabçıları
Avstriya imperiyasına nifrət edirdilər.
Fransız inqilabı təhlükəsi
Avstriyanın yuxarıdan
həyata keçirmək
istədiyi islahatlara bəslənən ümidlərə
də effektiv qaydada son qoydu. Fransanın inqilabçı
travma vuran təcrübəsi və
Napoleon müharibələri Avstriya hakimiyyətinin müasirliyə əsaslanan
cəhdlərini də
zəruri olaraq yoxa çıxardı.
Bir neçə dekada
ərzində millətçilik,
liberalizm və proqres erası olan bu dövrdə
dəyərlər Fransız
inqilabını təcəssüm
etdirməklə, bütünlüklə
yüksək milli sülaləyə
haqq qazandırmağın
əsasına qeyri-adekvat
idi. Lakin onun "qanuniliyi" də ola bilərdi.
Əvvəlki dövrlərdə Fransa
inqilabının Avstriyaya
təsiri nisbətən
kiçik idi, Parisdə 1789-cu ildə baş verənlərdən
sonra Leopoldun öz islahatlarını davam etdirməsinin qarşısını alan
hansısa bir əlamət kimi görünmürdü. II Frants
onu əvəz edəndə, çox sayda belə fikirlər var idi ki, o, yumşaq islahatları, xüsusən aqrar siyasətdə davam etdirəcəkdir. Lakin Frants
tezliklə mühafizəkar
qaydada olan bir kurs götürdü.
Fransız inqilabından
müstəsna təhlükə
özünü Prussiyaya
və Rusiyaya qarşı siyasətdə,
həm də onun öz Fransa
müttəfiqini itirməsində
göstərdi. II Leopold Prussiyaya
qoşuldu və Rusiya ilə ittifaqa girdi. Bu ona gətirib çıxardı ki, fransızlar
1792-ci ilin aprelində
Avstriyaya qarşı müharibə elan etdi. Prussiyanı və Rusiyanı isə heç də Avstriya deyil, yalnız Polşa ərazisindən daha çox torpaq qoparmaq marağı düşündürürdü.
Fransa ilə döyüş kampaniyası ani olaraq bədbəxtlik gətirib
çıxardı. Fransız
qüvvələri müttəfiqlər
ordusuna 1792-ci ilin 20 dekabrında qalib gəldi. Bir gün sonra fransız Milli Konventi öz ölkəsindəki monarxiyanı
ləğv etdi. İnqilabi qüvvələr
hücumçu döyüşlər
aparmaqla, Belçikanı
və həm də Reynin bütün sol sahilini işğal etdi.
1793-cü ilin 21 yanvarında
XVI Lui edam edildi. Robespyer
ölüm hökmünün
ədalətli olduğunu
əsaslandırmaq üçün
demişdi: "Kral ölməlidir ki, Fransa yaşasın". Kralın
edam edilməsilə Fransada
terror başlandı. Rusiya
və Prussiya bu vaxt Polşanın
ikinci parçalanmasını
həyata keçirdilər.
Lakin birinci parçalanmadan
fərqli olaraq bu dəfə Avstriya bu işdə
iştirak etmədi, hətta ona müxalif çıxdı.
Çünki Fransa təhlükəsindən çox
qorxurdu.
1793-cü
ildə Avstriya Fransaya qarşı Avropanın çox sayda olan dövlətlərinin
Birinci Koalisiyasını
yaratdı, lakin buna Prussiya və Rusiya daxil olmamışdı.
Payızda Fransanın
avstriyalı kraliçası,
Mariya Terezanın qızı, sonrakı iki kralın bacısı Mariya Antuanettanın edam edilməsi,
Avstriyada rejimi idarə edən elitanı qorxutdu.
Ümumiyyətlə, Avstriya kraliçasının qızı
olmasına, Fransa kralının arvadı olmasına baxmayaraq, Mariya Antuanettanın "xoşbəxtliyini" zəhər
qatılmış bir
kokteyli içməyə
bənzətmək olardı.
O, 1770-ci ildə Fransa
dofini XVI Luiyə ərə getmişdi və dörd il sonra əri kral olmuşdu. Lakin yeddi il ərzində ərlə arvad bir yerdə yatsalar da, intim yaxınlıq halı olmamışdı. Lui öz
ər vəzifəsini
icra etmək istəyəndə dəhşətli
ağrıdan qorxub,
buna cəsarət etmirdi.
Bu vəziyyət kraliça
ananı və həmregent olan şahzadə II İosifi ciddi narahat edirdi.
Parisdə də Mariya Antuanettanın digər məşuqlara
malik olması barədə
şayiələr gəzirdi.
Nəhayət, 1777-ci ildə
İosif Parisə gəlib, bu vəziyyət davam edərsə, bacısını
boşatdıracaqları hədəsini
etdi və Luinin uşaq əmələ gətirən
orqanında cərrahiyyə
əməliyyatı keçirilməsini
tələb etdi. Lui razılaşdı. Yazıçı
Tomas Mannın yazdığına
görə, əməliyyat
Luinin sadəcə sünnət edilməsindən
ibarət idi. Tədbir yaxşı nəticə verdi və Lui yataqda arvadı qarşısındakı
vəzifəsini çox
uzun fasilədən sonra birinci dəfə
uğurla yerinə yetirə bildi. Lakin parislilər "avstriyalı
qıza" nifrət
bəsləyir, onu gözdən salmaq üçün hər bir vasitəyə əl atırdılar. Onsuz da Mariya Antuanetta özünün pak əxlaqı ilə öyünə bilməzdi, lakin onun hətta şəhvət düşkünü
olması barədə
açıq-saçıq karikaturlar paytaxtda geniş yayılmışdı.
Ərə getdikdən
23 il, əri ilə həqiqi yaxınlıqdan
16 il sonra 37 yaşlı
kraliça nazik boynunu gilyotina bıçağının zərbəsinə
etibar etməli oldu.
İnqilabi Terror kral və
kraliçanı fiziki
cəhətdən məhv
etmək vəzifəsini
də axıradək yerinə yetirdi, sonra isə Jorj Danton kimi öz inqilab mübarizlərini
hədəf seçdi.
1794-cü ilin yayında
bu dəhşətli tədbirin baş təşəbbüsçüsü Maksimilian Robespyerin özünün edam edilməsi
ilə isə Terrora son qoyuldu.
Fransızların hərbi uğuru
isə daha həyəcan doğuran idi. 1794-cü ildə fransızlar Holland Birləşmiş
Əyalətlərini işğal
etdilər. Prussiya, Rusiya və Avstriya 1795-ci ildə Polşanın üçüncü
parçalanmasını həyata
keçirdi.
Habsburqun
mövqeyi getdikcə tənəzzülə uğrayırdı.
Habsburq Müqəddəs
Roma imperiyası üzərində
də nəzarətini
itirirdi. 1803-cü ildə
Elektorların (imperotoru
seçmək hüququ
olan yeddi kurfyurstun) Kollegiyasında protestantlar çoxluğa
nail oldular. Lunevill sülhü isə Avstriya üçün açıq alçalma demək idi.
1804-cü
ilin mayında Napoleon Bonapart özünü
imperator elan etdi. Ənənəvi
Avropa monarxiyalarının
duayeni olan Habsburqlar üçün
bu, ciddi çağırış idi.
Müqəddəs Roma imperiyasının
özü də kiçildi və onun sağ qalması
artıq sual altında idi. 1804-cü ildə vəziyyət II Frantsın özünü
I Frants adlandıraraq,
Avstriyanın ilk imperatoru
elan edilməsinə aparıb
çıxardı. Yeni titul
imperiyanın yaranması
üçün əlavə
bir əsasa çevrildi. Bu, bütün
torpaqların Avstriya tərəfindən Habsburq
Evi vasitəsilə idarə edilməsini təsbit edirdi. Bəyannaməyə görə,
ona Avstriya dövləti deyil, artıq Avstriya dövlətləri deyilirdi.
Yeni imperiya öz tacına malik idi, buna hələ II Rudolf səlahiyyət
vermişdi. Napoleon özünü
2 dekabrda taclandırandan
beş gün sonra Frants da özünü rəsmi mərasimdə öz dövlətindəki imperator elan etdi, lakin burada
heç bir taclanma baş vermədi. Napoleon isə Notr Damdakı təntənəli mərasimdə
tacı Roma papasının
əlindən qapıb,
öz başına qoymuşdu, sonra isə arvadı Jozefinanı taclandırmışdı.
1805-ci ildəki Üçüncü
Koalisiyanın müharibəsi
21 oktyabrda Trafalqar körfəzində ingilislərin
Britaniyanın məşhur
dəniz hərbçisi,
admiral Horatsi Nelsonun başçılığı altında fransız- ispan birləşmiş donanması üzərindəki
parlaq qələbəsi
ilə nəticələndi.
Döyüşdə igid
admiral özü həlak
olmuşdu. Qitədəki
quru döyüşlərində
isə fransız dominantlığı davam
edirdi. Napoleon Vyanaya girdi, əhali onu düşməndən
daha çox, sevilən qalib kimi şadlıqla qarşıladı. Fransızlar
vyanalılara yaxşı
təsir bağışlayırdı. Bethovenin "Filodelio" operası işğalçı fransız
zabitləri üçün
göstərildi. O, artıq
Vyananın ulduzuna çevrilmişdi. 1805-ci ilin
dekabrında Austerlitsdə
Napoleonun möhtəşəm
qələbəsi başa
çatdı, o, Zalsburqu
və Habsburq Şvabiyasını aldı.
Napoleon Reyn Konfiderasiyasında
Almaniyanı birləşdirdi,
Müqəddəs Roma imperiyasını
isə 1806-cı ildə
ləğv etdi.
Dahi sərkərdə Napoleon dövrün
əsl hərbçisi
idi, böyük qələbələr qazanırdı,
16 il ərzində o, Avropanı
parçalamaqla, qitənin
xəritəsini dəyişdirmişdi.
Fransa Prussiyanı İena və Auerştadt döyüşlərində
darmadağın etdi. Avstriya Napoleon Avropasına
yol tapmağa cəhd edirdi, imperial konstitusiyalar Avstriya hakimiyyətinin ürəyində
idi. I Frants çox millətli, müxtəlif dillərdə
danışan orduya
malik olduğundan, alman millətçiliyi
ideyasını irəli
sürdü. Fratsın
qardaşı Karl fransızları
məğlub etdi, buna
görə Napoleon qəddarcasına
qisas aldı.
Artıq
tam müstəqil olmayan
Avstriya fransızlara boyun əyməli oldu, 1808-ci ildə isə Napoleonun Britaniyaya qarşı iqtisadi blokadası olan Qitə sisteminə də qoşuldu. Bu siyasət Avstriya üçün qarışıq iqtisadi nəticələrə gətirib
çıxardı. Toxuculuq
sənayesi əsgərlərə
paltar tikməyə olan tələbata görə inkişaf etdi və onu,
Britaniya ilə olan rəqabətdən himayə etdi. Müharibə nəhəng
fiskal defitsiti əmələ gətirdi,
qiymətlərin böyüməsinə,
inflyasiyaya səbəb
oldu və bu, şəhər əhalisinin yoxsullaşmasına
gətirib çıxardı.
Lakin ordunu ərzaqla təchiz etmək sahəsində tələbatın
artmasının nəticəsi
kimi kəndlilərin çoxu yaxşı qazanc əldə etd.
Mədəni cəhətdən ambivalent (ikili) era mövcud idi, yaralı rejimin meydana gəlməsi Avstriya intellektual həyatını
xeyli qaydada qısırlılığa məhkum
etdi. Hökumət əyalətlərdə tarixi
muzeylər yaratdı.
Avstriya "milli" səfərbərliyi,
dövrün başlıca
əlaməti oldu.
Baş
nazir Stadionu 1809-cu ildə
Klement Lotar - Metternix qrafı əvəz etdi. Metternix maariflənmiş Reynli ailəsindən idi, islahata inansa da, öz ağası olan imperatora itaət edirdi. Frantsın alçaldılmasının
əksinə, onun qızı Mariya Luiza, edam
edilmiş kraliça
Mariya Antuanettanın nəvə qohumu olmaqla, 1810-cu ilin martında Napoleona ərə getdi. 1811-ci ilin martında isə Mariya Luiza oğlan doğdu və bu hadisə
fransızlarla olan yeni
ittifaqı möhkəmləndirdi.
Bu vaxt Avstriya imperiyası fransızların
məğlub etdikləri
və artıq müflis olmuş bir ardıcılı idi. 1812-ci ildə onun tam müttəfiqi olmaqla, Napoleonun Crand Armusinə - Böyük ordusuna 30 min nəfərlik öz qoşununu vermişdi.
1812-ci ildəki Rusiya kampaniyasında Napoleonun biabırçı məğlubiyyəti
və qaçmaq şəklindəki bədbəxtliyi
Avropa dövlətləri
arasındakı tarazlığı
bütövlüklə dəyişdirdi.
Metternix isə yeni situasiyadan fayda götürməyə çalışdı.
Mariya
Luiza ilk dəfə Napoleonla
Kompyendə görüşən
vaxt, imperator valideynlərinin
ona nə tapşırdığını soruşanda, qız cavab vermişdi ki, onlar dedilər ki, bədənini və ürəyini ərinə
təslim et. Bu cavab Napoleonun çox xoşuna gəldi və gəlinlə ilk coşqun gecə keçirdi. Həzz aldığını gizlətmədən
səhəri əyanlarına
dedi ki, ancaq alman qızına evlənin. Onlar dörd il ər-arvad kimi yaşadılar. Lakin bu dövrdə Napoleonun seriya bədbəxtlikləri
baş verdi, Rusiya kampaniyası onun ordusunu məhv
etdi, sonrakı ili Leypsiq döyüşündə
də ağır məğlubiyyətə düçar
oldu. Ruslar 1814-cü ildə çar I Aleksandrın başçılığı
altında Parisə daxil oldular. Napoleon Elba adasına sürgün edildi. O, kiçik oğlu və arvadı üçün
çox darıxdığından,
onları dəfələrlə
Elbaya dəvət etsə də, Mariya Luiza onun yanına getmədi, Vyanaya qayıtdı, orada avstriyalı generalla yaxınlıq etdi və 1821-ci ildə Napoleon öləndən
sonra ona ərə getdi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.-
2023.- 26 avqust.- S.14.