Klassik müasir test

 

 

Test - ingilis sözü olub, mənası "nümunə", "sınaq", "yoxlama" deməkdir. Bir çox hallarda psixoloqların diaqnostik şəxsiyyətin emosional yaşını yoxlamaq üçün istifadə etdiyi bir vasitə olub, əvvəlcədən qeyd edilən məhdud vaxt ərzində cavablandırılan, şəxsiyyətin psixoloji fizioloji xüsusiyyətlərini, bilik, bacarıq vərdişlərini, o cümlədən, fəallıq dərəcəsini kəmiyyət keyfiyyət baxımından qiymətləndirmək üçün tətbiq olunan standartlaşdırılmış tapşırıqlardır. Testdən ilk dəfə 1864-cü ildə Böyük Britaniya məktəblərinin birində şagirdlərin intellekt səviyyəsinin yoxlanılması məqsədi ilə istifadə edilib.

XX əsrin əvvəllərində psixoloji, o cümlədən, pedaqoji istiqamətli testlərdən istifadə olunmağa başlanılıb. Stadartyönümlü pedaqoji testləri ilk dəfə E.Torndayk tərtib edib. K.Spirmen isə testlərin standart laşdırılması testoloji tədqiqatların obyektiv şəkildə ölçülməsi məqsədi ilə korrelyasiyon analizin əsas metod testləşdirmənin mühüm hissəsi olan statistik üsulu işləyib hazırlayıb. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dövlətin prioritet mühüm əhəmiyyət kəsb edən sahələrindən biri olan təhsil sahəsində islahatlara böyük önəm verildi. Azərbaycanın təhsil sistemində hafizə məktəb sistemindən təfəkkür məktəbinə keçidin başlanması ilə Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası baş vermiş elmi-texniki tərəqqi təhsilin məzmununun yeniləşməsinə səbəb olmuşdur. Azərbaycanda test üsulundan ilk dəfə olaraq 1992-ci ildə ali məktəbə tələbə qəbulu prosesində abituriyentlərin biliyinin yoxlanılması məqsədi ilə sonradan isə orta ixtisas məktəblərinə qəbulda da tətbiq olunmuş uğurlu nəticələr əldə edilib. Buraxılış imtahanları təhsil pillələrinin IX XI siniflər səviyyəsində testlər vasitəsi ilə mərkəzləşdirilmiş qaydada aparılır nəticələri texniki vasitələrin köməyi ilə tətbiq edilməklə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qiymətləndirilir, məzunlara şəhadətnamə verilir. Test vasitəsi ilə yoxlama qiymətləndirmənin üstün cəhətlərindən biri bu prosesdə bütün təhsilalanların eyni imkanlardan bərabər hüquqlardan istifadə edərək imtahan prosesinə cəlb olunmasıdır. Belə ki, ali təhsilin ən vacib meyarlarından biri tələbələrin bilik bacarığının ədalətli, hərtərəfli obyektiv qiymətləndirilməsi, o cümlədən, subyektiv faktorların aradan qaldırılmasından asılıdır. Ənənəvi təhsil sistemində şifahi yazılı imtahanlar keçirilən zaman aparılan qiymətləndirilmə heç bütün hallarda obyektiv qiymətləndirməni təmin edə bilməmişdir. Burada tələbələrin bilik bacarıqlarının qiymətləndirilməsi müəllimlərin şəxsi, subyektiv fikirlərinə əsaslanırdı bu da neqativ halların baş verməsini qaçılmaz edirdi. Obyektiv qiymətləndirmənin həyata  keçirilməsinin bu sahədə uğurların əldə olunmasının səbəbi test üsulunun tətbiqi inkişafıdır. Test qiymətləndirmənin ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün tələbələr qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktiki olaraq aradan qaldırır. Test üsulu vasitəsi ilə imtahanların keçirilməsi tələbələrin biliyinin düzgün obyektiv qiymətləndirilməsi istifadə olunan test tapşırıqlarının keyfiyyətlilik səviyyəsindən bilavasitə asılıdır.  Nəticə olaraq təhlillər əsasında test tapşırığı tərtibinin təkmilləşdirilməsinə dair məsləhətlər, ayrı-ayrı fənlər üzrə təhsilin səviyyəsi haqqında müəyyən məlumatlar alınır. 2007-ci ildən başlayaraq müasir test nəzəriyyəsinin (IRT) tətbiq edilməsi bütün ixtisas qruplarında imtahan verən abituriyentlərin buraxılış imtahanlarında iştirak edən şagirdlərin ana dili riyaziyyat fənləri üzrə qabiliyyət səviyyələrinin elmi cəhətdən əsaslandırılmış müqayisəsini aparmağa imkan verir. Bakı şəhərinin bir çox ali məktəblərində aparılan müşahidələrin nəticəsi olaraq demək olar ki, test üsulu şagird, tələbə, bir sözlə, təhsilalanların obyektiv ədalətli qiymətləndirmə metodlarından biri kimi müasir dövrümüzdə öz mükəmməl nəticələrini göstərməkdədir. Təhsildə keyfiyyətə nail olmaq üçün ən önəmli vacib cəhətlərdən hesab edilən təhsilalanların bilik, bacarıq vərdişlərinin düzgün qiymətləndirilməsinin təhsil sisteminin prioritet istiqamətlərindən biri kimi inkişaf dinamikası təhsil sisteminə öz töhfələrini verməkdə davam edir. Cəmiyyətin müasir inkişaf dinamikası, sənaye elmi potensialının inkişafı tədris prosesinin daha da tərəqqisi üçün müəyyən addımlar atılmasını labüd edir. Ənənəvi təhsil metodunda biliklər təhsilalanlara hazır şəkildə verilirdisə, müasir dövrdə təhsil sistemi biliklərin yaradıcı tətbiqi üsullarla əldə olunmasını tələb edir. Yalnız məqsədyönlü, müstəqil biliklər əldə edən şagird gələcəkdə yaxşı mütəxəssis ola bilər.

 

Adilə FƏRƏCOVA

525-ci qəzet.- 2023.- 30 avqust.- S.14.