Azərbaycan İlahiyyat İnstitutu: uğurlu addımlarla yadda qalan 5 il

 

Ali təhsil sistemində özünəməxsus yeri olan, dini fəaliyyət sahəsində mühüm hadisələrdən biri sayılan Azərbaycan İlahiyyat İnstitutunun yaranmasından 5 il ötür. İnstitut qısa müddətdə böyük inkişaf yolu qət edərək ölkənin ali təhsil sistemində özünəməxsus yer tutub. İnstitutun qarşısında duran mühüm vəzifələrdən biri dini fəaliyyət sahəsində peşəkar kadrların yetişdirilməsidir. Hazırda İnstitut bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyir ki, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaradıldı bununla da ölkədə ali dini təhsil yeni mərhələyə qədəm qoydu. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İnstitutun tərkibinə daxil edildi beləcə, güclü bazaya malik olan bir ali təhsil müəssisəsinin əsası qoyulmuş oldu: "Din mənəvi dəyərdir. Prezidentin sərəncamına müvafiq olaraq Azərbaycan İlahiyyat İnstitutunun yaradılması bu ali təhsil ocağında tədrisin ödənişsiz əsaslarla həyata keçirilməsi, dini-mənəvi dəyərlərimizə hörmət rəğbətin təcəssümü, milli mədəniyyətimizin çoxəsrlik adət-ənənələrinin qorunub saxlanması inkişaf etdirilməsi baxımından hər cür alqışa təqdirəlayiq olub, ölkəmizdə həm dini, həm dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların din xadimlərinin hazırlanmasına yeni töhfədir. Dünya universitetlərinin əksəriyyətində ilahiyyatla bağlı fakültələr mövcuddur. Bu, dini müxtəlif yönlərdən öyrənməyə, tədqiq etməyə xidmət edir. Din mövcud olan fenomenlərdən biridir. Dini araşdırmaq, tədqiq etmək üçün ayrıca bir təhsil müəssisəsinə ehtiyac vardı. Bundan irəli gələrək Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin göstərişi ilə 3 il bundan öncə yaradıldı. Bu, təhsilimizdə böyük bir boşluğu doldurdu. İnstitutda həm savadlı dinşünaslar, həm islamşünaslar yetişir. Gələcəkdə digər dinlərlə əlaqədar mütəxəssislər hazırlamağı düşünürük. Azərbaycan ilahiyyatçı kadrlarını artıq özü yetişdirə bilir. Müəllimlərimizin əksəriyyəti həm ərəbcə, həm də ingiliscə mühazirələr keçir".

Rektorun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının mahiyyətində xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan milli-mənəvi dəyərlərin qorunub-saxlanılması üçün çalışacaq, dini ədavət və düşmənçilik meyllərinin qarşısını alacaq yüksəkixtisaslı dinşünasislamşünas kadrların hazırlanması dayanır: "Ali təhsil müəssisəsinin yaranmasından 5 il ötməsinə baxmayaraq, bu  zaman kəsiyində İlahiyyat İnstitutunun apardığı tədris, o cümlədən, təşkil etdiyi ölkədaxili və beynəlxalq elmi konfranslar, simpoziumlar, forumlar, eləcə də akademik heyətin din sahəsinə töhfə verən elmi araşdırmaları, xalqın dini baxımdan düzgün istiqamətdə maarifləndirilməsi prosesində yaxından iştirak etməsi İnstitutun Azərbaycan ictimaiyyətinin etimadını qazanmasına səbəb olub. Azərbaycan İlahiyyat İnstitutun təsis etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qeydiyyatından keçmiş "Din araşdırmaları" jurnalında dinşünaslıq, islamşünaslıq, din fəlsəfəsi, din sosiologiyası, din psixologiyası, dinlərin tarixis. elm sahələri üzrə yazılmış elmi məqalələri nəşr etməklə yanaşı, sözügedən komissiya tərəfindən "Dinşünaslıq", "Dinin tarixi və fəlsəfəsi" ixtisasları üzrə Azərbaycan İlahiyyat İnstitutunda yaradılmış Birdəfəlik dissertasiya şurasında sadalanan elm sahələri üzrə yazılmış dissertasiyaların şəffaf şəkildə müdafiəsini təşkil etməklə elm ictimaiyyətinin də rəğbətini qazanıb. Tədris proqramlarını beynəlxalq standartlara uyğun quran, şəffaf və keyfiyyətli tədris həyata keçirən Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrin genişlənməsini daim diqqət mərkəzində saxlayır. Bunun nəticəsidir ki, İnstitut dünyanın 25-dən çox aparıcı ali təhsil müəssisəsi ilə imzaladığı protokollara uyğun olaraq, həmin ali təhsil ocaqları ilə tələbə mübadiləsi həyata keçirir. Azərbaycan İlahiyyat İnstitutu beşillik fəaliyyəti dövründə nəinki Qafqazda, eləcə də MDB məkanında ali dini təhsil verən aparıcı elmi mərkəzlərdən birinə çevrilib. Bütün bunlar deməyə əsas verir ki, böyük layihələr həyata keçirən İlahiyyat İnstitutu yaxın gələcəkdə dünyanın ali dini təhsil verən qabaqcıl mərkəzlərindən biri olacaqdır".

Aqil Şirinov bildirib ki, ölkədə dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir və bu istiqamətdəki siyasi strategiya multikultural həyat tərzinin daha da geniş vüsət almasına şərait yaradır. Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən, Azərbaycan İlahiyyat İnstitutunda da tədris edilir. Azərbaycan İlahiyyat İnstitutuna tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin (DİM) xətti ilə III ixtisas qrupu üzrə iki istiqamətdə - "İslamşünaslıq" və "Dinşünaslıq" ixtisasları üzrə - həyata keçirilir. İnstituta qəbul və təhsil ödənişsiz əsaslarladır. Ali təhsil müəssisəsində Quran, Hədis, Təfsir, Fiqh, Kəlam kimi İslam dininin tədrisinə dair ənənəvi fənlərlə yanaşı, dini sosioloji, psixoloji, fəlsəfi və tarixi aspektlərdən tədqiq edən dünyəvi fənlərin tədrisi də həyata keçirilir. İnstitutda təhsilalan kontingentə gəldikdə isə qeyd edək ki, İnstitutda təhsil alan 304 tələbənin 290-ı yerli, 14-ü isə əcnəbidir. Həmin tələbələrdən bakalavriat səviyyəsi üzrə 288, magistraturada 10, doktoranturada isə 5 nəfər təhsil alır. Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin dil bacarıqlarının, dünyagörüşlərinin, intellektual səviyyələrinin, mənəvi dünyalarının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə və sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində əlavə kurslar təşkil olunur: "Azərbaycan İlahiyyat İnstitutunun Bakının Yasamal rayonunda inşa olunan beşmərtəbəli binası müasir tələblərə cavab verən sinif otaqları, kitabxana fondu, mətbəə, kişilər və qadınlar üçün ayrı-ayrılıqda namaz və dəstəmaz otaqlarından ibarətdir. Kitabxana fondunda 30000-dən artıq elmi mənbə mövcuddur. Mənbələr Azərbaycan, rus, ingilis, türk, ərəb və fars dillərindədir. Burada, həmçinin, kompüterlərlə təchiz edilən müasir Oxu zalı da mövcuddur.  Təqdirəlayiq haldır ki, tələbələrin dərsliklərlə pulsuz təmin edilməsi kitabxana vasitəsilə həyata keçirilir. İlahiyyat sahəsindəki problemləri araşdıran,təhlil edən, elmi tədqiqatlar aparanbu nümunələri çap etməyi əsas məqsədlərdən biri hesab edən Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli nəşrləri ilə yerlixarici elmi ictimaiyyətin daim diqqət mərkəzində olmağa çalışır. Ötən dövr ərzində İnstitut, ümumilikdə, 86 adda kitab çapını həyata keçirib. Bunların 12-si baş tutmuş konfrans materialları, 40-ı monoqrafiya və dərsliklərdir. Ali təhsil müəssisəsinin elmi fəaliyyətini əks etdirən"Din araşdırmaları" jurnalının 9 , "İlahiyyatçı" qəzetinin 12, Bülleteninin 6, "İlahiyyat" elmi-publisistik jurnalının isə 7 nömrəsi oxuculara təqdim olunub".

Rektorun dediyinə görə, İnstitut tələbələrin ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmaları baxımından yay və qış məktəbləri təşkil edir. Belə ki, ötən dövr ərzində "Din və cəmiyyət" mövzusunda üç Qış məktəbi və bir Yay məktəbi təşkil olunub.

Şamaxıda, Qəbələdə və Lənkəranda təşkil edilən qış məktəblərində tələbələr üçün müxtəlif seminarlar, təlimlər keçirilib, bir sıra dini ibadət ocaqlarına ziyarətlər təşkil olunub. Türkiyənin Bursa şəhərində təşkil edilən Yay məktəbində isə tələbələr üçün Bursa Uludağ Universiteti müəllimlərinin İslamın bütünlüyünün qorunması kontekstində müxtəlif fənlər üzrə mühazirələri təşkil edilib, həmçinin, adıçəkilən şəhərdə mövcud tarixidini abidələrə ziyarətlər baş tutub: "Azərbaycan İlahiyyat İnstitutu öz fəaliyyəti ilə bir daha sübut edir ki, ölkəmiz multikultural və tolerantlıq nümunəsidir. Ali təhsil müəssisəsinin Azərbaycanda mövcud olan müxtəlif dini ibadət ocaqlarına ziyarətlər təşkil etməkdə məqsədi tələbələrin müxtəlif xalqların inanc və ibadət sistemləri ilə əyani tanış olmasını təmin etməkdir. Ötən müddət ərzində tələbələr Bakıda və bölgələrdə mövcud olan çoxsaylı ibadət məkanlarına - Heydər Məscidinə, Göy Məscidə, Şamaxı Cümə Məscidinə və digərlərinə, həmçinin, Müqəddəs Məryəm Ana Kilsəsinə, Jen Mironosets Kafedral Kilsəsinə, Qəbələnin Nic qəsəbəsində yerləşən Cotari Kilsəsinə, Bakı Dağ Yəhudiləri Sinaqoquna, Quba rayonunun Qırmızı qəsəbəsində yerləşən "Giləki" və "Altı günbəz" sinaqoqlarına ziyarətlər həyata keçiriblər. Azərbaycan İlahiyyat İnstitutu xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində bir sıra xeyirxah və nəcib işlər görür. Müəssisədə qan yaddaşımız, anım və ümumxalq hüzn günlərimiz və digər əlamətdar hadisələrlə bağlı tədbirlər keçirilir. Millidini bayramlarımızda bir sıra xeyriyyə aksiyaları təşkil olunur. Ali təhsil müəssisəsi 44 günlük Vətən müharibəsində şəhid olmuş və yaralanmış qazi ailələrini ziyarət edir, onlara yardımlar göstərir".

Aqil Şirinov qeyd edib ki, İnstitutda əcnəbi tələbələrin qəbulu Azərbaycan ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota, İnstitutun iştirak etdiyi beynəlxalq proqramlar, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı, İnstitut ilə xarici ölkələrin təhsil müəssisələri, hüquqifiziki şəxslərlə birbaşa bağladığı müqavilələr və Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə müsabiqəsi əsasında həyata keçirilir: "Azərbaycan xalqının din sahəsində yüksəkixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək kimi vacib və əhəmiyyətli missiyanı öz üzərinə götürmüş Azərbaycan İlahiyyat İnstitutu istər ölkə daxilində, istərsə də ölkə xaricində müvafiq istiqamətdə fəaliyyət göstərən ali təhsil müəssisələri və elmi mərkəzlərlə əlaqələr qururbu əlaqələrin uğurlu nəticələrinə böyük ümidlər bəsləyir. Xarici universitetlərlə qurulmuş səmərəli əlaqələrin uğurlu nəticələrindən biri isə ötən il Qazaxıstanda fəaliyyət göstərən "Nur-Mübarək" Misir İslam Mədəniyyəti Universitetinin tələbələri və Özbəkistan Beynəlxalq İslam Akademiyasının (ÖBİA) magistrantları təhsillərini Azərbaycan İlahiyyat İnstitutunda davam etdiriblər. Eyni zamanda, İnstitut tələbələrinin ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində təhsillərini xarici ölkə universitetlərində davam etdirməsinə də şərait yaradıb. Müəssisədə təhsilin bütün pillələri dövlət sifarişi əsasında həyata keçirilir. Tələbələr təhsil aldıqları müddətdə təqaüdlə təmin olunurlar. Həmçinin, təhsilalanlar Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin təsis etdiyi Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən ödənilən Ümummilli lider Heydər Əliyev adına, Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi Şeyxülislamakademik Vasim Məmmədəliyev adına təqaüdlərdən, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə ayırdığı maddi yardımdan yararlana bilirlər".

 

Sevinc QARAYEVA

525 ci qəzet-.- 2023.- 15 fevral.- S.13.