Xalq yazıçısı Elçin haqqında metodik vəsait təqdim olunub

 

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının  Elmi-metodika şöbəsi Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə hazırlanan "Müqəddəs söz-sənət ocağının nurlu varisi - Elçin Əfəndiyev" adlı metodik vəsaiti virtual rejimdə istifadəçilərə təqdim edib.

Vəsaitin əvvəlində yazıçının həyat yaradıcılığı haqqında ətraflı məlumat verilib. II hissədə isə metodik köməklik məqsədilə yubliyarla bağlı kitabxanalarda, orta ali təhsil  müəssisələrində keçirilə biləcək  tədbirlərin planı təqdim olunub.

Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, tələbələr  ümumilikdə bütün istifadəçiər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının  fondu əsasında hazırlanmış, yazıçının öz əsərlərindən və onun haqqında yazılan kitablardan ibarət ədəbiyyat siyahısı təqdim edilir.

 

525-ci qəzet.- 2023.- 21 fevral.- S.9.