Xankəndi-Laçın yolundakı aksiya - yüksək ekoloji şüur və vətənpərvərlik nümunəsi

 

Məlum olduğu kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq yetmiş üç gündür davam edir. Havanın küləkli, soyuq şaxtalı olmasına baxmayaraq, aksiya dayandırılmayıb. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Belə ki, ekofəallar gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın fikrincə, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması, həmin ərazilərdə monitorinq keçirilməsinə şərait yaradılması barədə tamamilə qanunidir, legitimdir. Odur ki, gənclərin tələbi qətidir: qeyri-qanuni istismarla bağlı tələblər yerinə yetirilməyənə qədər aksiya davam edəcək.

Millət vəkili bildirib ki, otuz il erməni işğalı altında qalmış Qarabağ ətraf rayonlarımızda erməni vandalları ekoloji soyqırımı, terror törədib. Düşmən bu torpaqlarda bioloji müxtəlifliyə, meşələrə, yeraltı yerüstü təbii ehtiyatlara böyük zərbə vurub, eyni zamanda, İran kimi qonşu dövlətlərlə birləşərək öz hərbi məqsədləri narkobiznes ticarətini həyata keçirib:

"Gənclərimiz haqq-ədalət uğrunda mübarizə aparırlar. Bu gün Azərbaycan gənclərinin keçirdiyi dinc aksiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhlükə yaratmır. Əksinə, bu aksiya bölgənin təbii sərvətlərinin qorunması ilə yanaşı, sülhə əmin-amanlığa çağırışdır".

H.Hüseynova qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin qədər böyük olduğuna bütün dünya şahiddir:

"Bu gün isə biz gənclərimizin yalnız döyüş meydanında deyil, həm informasiya müharibəsində vətənpərvərlik hisslərini nümayiş etdirdiklərini görürük. Azərbaycan gəncliyi vətənpərvər, sülh ekoloji tarazlıq tərəfdarı olduğunu bir daha bütün dünyaya sübut etdi".

Demokratiya İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, istənilən tələblə keçirilən istənilən aksiya sonsuza qədər olmur. Bir müddət aksiyalar davam edir tələblərini çatdırırlar, sonra növbəti mərhələyə hazırlaşırlar: "Laçın yolunda azərbaycanlı ekofəalların keçirdiyi möhtəşəm aksiya bütün dünyaya səs sala, dünyanın diqqətini poblemə yönəldə bildi. Haqlı tələblərimizi çatdırdıq, eyni zamanda, separatçılara başa saldıq ki, bu yol gələcəkdə istənilən an ordumuz, güc strukturlarımız tərəfindən tamamilə kəsilsə, siz edəcəksiniz. Bu aksiya Azərbaycanın humanitar hüquq normalarına ən yüksək səviyyədə əməl etdiyini dünyaya göstərdi. Xankəndidə yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi istəklərinin azərbaycanlılar tərəfindən yerinə yetirilməsi, həmin şəxsin məmnunluqla geri qayıtması hadisəsi bu mənada çox ciddi bir nümunə oldu. Birincisi, baş verən hadisə onu göstərdi ki, Xankəndi, Xocalı Xocavənddə yaşayan mülki ermənilərə qarşı separatçılar tərəfindən ciddi təzyiqlər var. Mülki əhalini sülhə getməyə qoymurlar. İnsanların normal yaşamaq hüquqları separatçılar tərəfindən pozulur, insanları səfalətli vəziyyətlə üz-üzə qoyublar. İkincisi, görünən budur ki, azərbaycanlı ekofəalların keçirdikləri aksiya humanitar aksiyadır, mülki əhaliyə qarşı hər hansı qərəzli niyyətimiz yoxdur, azərbaycanlılar erməni millətindən olan mülki sakinlərə qayğı ilə yanaşmağa hazırdır. Bu fakt azərbaycanlıların Azərbaycan dövlətinin Qarabağdakı dinc mülki erməni sakinlərinə münasibətinin, necə münasibət göstərəcəyinin bir sübutu oldu. Dünya gördü ki, Azərbaycan öz erməni mənşəli vətəndaşlarının hüquqlarını təmin etməyə, onlara qayğı ilə yanaşmağa hazırdır".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.-23 fevral.- S.14.