Qoşulmama Hərəkatında dönüş

 

AZƏRBAYCANIN SƏDRLİYİ HƏRƏKATI DAHA DA GÜCLƏNDİRİR

 

Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. Bu gün davam edəcək görüşdə Hərəkata üzv ölkələrin xarici işlər nazirləri digər rəsmi şəxslər iştirak edirlər. Danılmaz faktdır ki, son illər, xüsusilə Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı daha da inkişaf edib, güclənib, beynəlxalq problemlərin həllində rolu artıb, eyni zamanda dünyada nüfuzu yüksəlib.  Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə hərəkata sədrlik etməyə başlayıb. Ötən müddət ərzində ölkəmizin QH-nın sədri olaraq göstərdiyi fəaliyyət, irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları ilə daim Hərəkatın inkişafına, söz sahibinə çevrilməsinə böyük töhfələr verir. Hazırda Qoşulmama Hərəkatı qlobal məsələlərin müzakirə edildiyi platforma kimi diqqətdədir. Azərbaycanın təşəbbüsləri, atdığı addımlar bütün üzv dövlətlər tərəfindən müsbət qarşılanıb təqdir edilib. Bunun nəticəsi olaraq Azərbaycanın Hərəkatda sədrliyi daha bir il uzadılıb.

Qeyd edək ki, 120 ölkəni birləşdirən QH BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq təsisatdır. Bəşəri dəyərlərin təbliğinə xidmət edən QH bütün ölkələrin suverenliyi, müstəqilliyi ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Azərbaycan Hərəkata qoşulduğu 2011-ci ildən bugünədək beynəlxalq hüququn norma prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb. Ən önəmlisi isə budur ki, ölkəmiz bütün məsələlərin həllində ədalətə beynəlxalq hüquqa əsaslanır ki, bu da Azərbaycana olan etimadın inamın artmasını şərtləndirən əsas amildir.

Azərbaycanın sədrliyi dövründə görülən işlərə qısaca nəzər salmazdan əvvəl vurğulamaq lazımdır ki, ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVİD-19 pandemiyası dönəminə düşdü. Bunu nəzərə alan Bakı sədrlik gündəliyini çox çevik effektiv şəkildə yeni reallığa uyğunlaşdırdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin mayında Hərəkatın COVİD-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammiti keçirildi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklifi 150-dən çox ölkə dəstəklədi 2020-ci ilin dekabrında xüsusi sessiya keçirildi. Yetmişdən çox dövlət hökumət başçısının çıxış etdiyi xüsusi sessiya pandemiya ilə mübarizədə ən qlobal tədbir oldu. Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən mühüm fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə oldu. Ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm Baş Assambleyada "COVİD-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında universal əlçatanlığın təmin edilməsi"nə dair qətnamələr qəbul edildi.

Azərbaycan özü pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi  aparmasına baxmayaraq, ehtiyacı olan dövlətlərin yanında oldu, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə humanitar yardım göstərdi. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının  Əlaqələndirmə Bürosunun nazirlər görüşündə qeyd etdiyi kimi, Hərəkata sədrliyi dövründə Azərbaycanın əsas prioritetləri sırasında ehtiyacı olan ölkələrə yardım göstərilməsi olub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan əksəriyyəti QH- üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVİD-19 ilə bağlı maliyyə humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Həmçinin, beş ölkəni peyvəndlə təmin edib.  Afrika inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdiyini xatırladan Prezident İlham Əliyev Azərbaycanın ilk donor kimi hər iki çağırış üçün 1 milyon ABŞ dolları ayırdığını da diqqətə çatdırıb.

Dövlət başçısı 2021-ci ildə Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı Hərəkata üzv dövlətlərin artıq təsisatlanma ideyası üzərində düşünmələrinin vacibliyini qeyd edib. Bu istiqamətdə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi səmərəli addımlar ataraq önəmli nəticələr qazanıb.

Eyni zamanda, Hərəkatın Parlament Şəbəkəsinin Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin nailiyyətlərindəndir. Hazırda isə Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində aparılır.

Bu ilin martında  Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının COVİD-19-a cavab üzrə Təmas Qrupunun növbəti sammiti dünyada baş verən hadisələrin, mövcud çətinliklərin təhlili fonunda səylərin birləşdirilməsi çağırışının aktuallığını bir daha nümayiş etdirdi. Bu tədbir Azərbaycanın qlobal həmrəyliyə verdiyi önəmin təzahürü oldu. Çünki Azərbaycan daim dünyaya sülh, əməkdaşlıq, birlik, həmrəylik çağırışlarını edir, bunu əməlləri ilə təsdiqləyir.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi vurğuladığı məsələlərdən biri neokolonializmlə mübarizədir. Dövlət başçısı mart sammitində vurğuladı ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Prezident bəyan etdi ki, Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının Fransanın dənizaşırı icma ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləyib. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Azərbaycan lideri Fransanı Afrika, Cənub-Şərqi Asiya digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə soyqırımı aktlarına görə üzr istəməyə məsuliyyətini etiraf etməyə çağırdı.

Prezident QH-nin Əlaqələndirmə Bürosunun Bakıda keçirilən dünənki iclasında da Azərbaycanın neokolonializm meyillərinin artmasından narahatlığını ifadə edib.

Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün böyük töhfələri oldu. 2021-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH ölkələrinin dəstəyi öz rolunu oynayıb. QH üzv ölkələri Azərbaycanın ədalətli mövqeyinə dəstək verib. Xüsusilə Vətən müharibəsi dövründə, 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 QH ölkəsi tərəfindən alındı. 2022-ci ildə oxşar hadisə baş verdi. Azərbaycanın ədalətli mövqeyinin QH ölkələri tərəfindən dəstəklənməsi bir tərəfdən onların beynəlxalq hüquqa münasibətlərindən irəli gəlirsə, digər tərəfdən beynəlxalq müstəvidə etibarlı tərəfdaş imici qazanmış ölkəmizi dəstəkləmək istəyini ifadə edir.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra dövlətimizin başçısı QH üzvlərinə ölkəmizin üzləşdiyi yeni çağırışlar - dağıntılar, mina, ərazilərin bərpası, itkin düşmüş şəxslər problemi barədə məlumat verib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələrin bir hissəsinin mina partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təklifi ilə çıxış edib.

Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı yeni bir dönəmə qədəm qoydu, beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi. Bu gün QH multilateralizm nümunəsi kimi qəbul edilir.  Bütün bunlara isə QH sədrlik edən İlham Əliyevin apardığı ədalət prinsiplərinə, tolerant, multikultural dəyərlərə əsaslanan siyasət, həmrəyliyin gücləndirilməsi birləşdirici təşəbbüslər sayəsində nail olunub.

 

Pərvanə

525-ci qəzet.- 2023.- 6 iyul. S. 4.