Haqqı nahaqdan qorumaq niyyəti

 

TEYMUR İSMİYEV VƏKİLLİK  FƏALİYYƏTİ BOYU  BU XEYİRXAH AMALA XİDMƏT EDİB

 

... Çəkdiyi əzabları, dözülməz zülmləri, məşəqqətləri, canındakı ağrıları  bir özü bilirdi, bir Allahı. Dörd il ölüm hökmü altında, güllələnmək qorxusu ilə yaşamaq  dəhşət idi. Hər gün gecə-gündüz  döyülmək, özünün dediyi kimi, itin belə  bəyənmədiyi əzraqları yeməyə məcbur olmaq... Bunların demək olduğunu dərindən dərk etmək üçün gərək bu acı taleyi yaşayaydın...

... 1988-ci il dekabrın 6-da Gəncə şəhər Milis İdarəsinin bir zabit əməkdaşı şəhər avtobazasına  gələrək burada sürücü işləyən Nizamiyə yaxınlaşıb: Mənimlə Milis idarəsinə getməlisən, - dedi.

Nizami heyrətlə milis zabitinin  üzünə baxdı, təəccüblə çiynini çəkib:

-Axı, mən  etmişəm ki,  milis idarəsinə gedim?! - deyə soruşdu. Milis zabiti qəzəblə:

- Çox danışma, - dedi - gedək, orada bilərsən...

Beləliklə, bir neçə məsələni aydınlaşdırmaq adı altında şəhər milis idarəsinə gətirilən Nizaminin həmin vaxtdan qara günləri başladı.

Onu ittiham edirdilər ki, sən dünənki  mitinqlərdə idarə etdiyin KAMAZ maşınını qəsdən asayişi qoruyan Sovet əsgərlərinin üstünə  sürmüsən, nəticədə  4 nəfəri öldürmüsən, 10 nəfəri   ağır yaralamısan. Nizami qədər  and-aman edib həmin hadisəni  törətmədiyini bildirsə , onun sözünə fikir verən olmadı.

Dağlıq Qarabağın  Ermənistana birləşdirilməsinə  dair Sovet İttifaqı  rəhbərliyinin  riyakar siyasəti, azərbaycanlıların öz doğma ata-baba yurdlarından  vəhşicəsinə  qovulub  didərgin salınması xalqımızın kəskin nifrətinə hiddətinə səbəb olmuşdu. Bu ədalətsizliyə qarşı keçirilən etiraz mitinqləri   bu mitinqlərdə iştirak  etməklə öz etiraz səslərini ucaldan  soydaşlarımız Rusiyadan göndərilmiş təxribatçı  qrupların cinayətkar əməllərinə tuş gəlirdilər. Bunlardan biri Nizami Abdullayev olmuşdu.

Keçirilən etiraz mitinqlərində həqiqətən belə bir hadisə  baş vermişdi: Maşın əsgərlərin üstünə sürülmüşdü. Bu isə Moskvadan göndərilmiş xüsusi təxribatçı qruplar tərəfindən tutarlı bir bəhanə əldə etmək üçün törədilmişdi. bu cinayət əməli bu işdə heç bir günahı olmayan  sürücü Nizami Abdullayevin boynuna qoyulmuşdu.

İstintaqı o vaxt Moskvadan göndərilmiş  milliyyətcə rus olan  müstəntiqlər aparırdılar.

Cinayətə haqsız cəlb olunmuş Nizamiyə dəhşətli  işgəncələr  verilirdi. Dırnaqlarını, dişlərini  kəlbətinlə iynəsiz-dərmansız çəkib çıxarırdılar. Rezin torbaya salıb saatlarla döyürdülər...

Nizaminin mühakiməsi Rostov Şəhər  Məhkəməsində oldu. Məhkəməyə  şahid  qismində  çağırılan rus-sovet əsgərlərinə  təhkim olunmuş zabit məhkəmənin  fasilə vaxtlarında  qabaqcadan hazırlanmış şahidlərə  pıçıltı ilə deyirdi: "Məhkəmədə ifadə verib deyərsiniz ki, KAMAZ-ı əsgərlərin  üstünə sürən Nizami idi".

Yalançı şahidlər  onlara verilmiş tapşırığa uyğun  olaraq  məhkəmənin  gedişində  həyasızcasına  Nizaminin üzünə durur, ona şər-böhtan atırdılar.

Belə bir saxtakarlıqla, haqsızlıqla  başa çatan ermənipərəst Rostov Məhkəməsində Nizami Abdullayev ən ağır cəzaya-ölümə  məhkum edilir...

... 1990-cı ilin iyun ayında Moskvada  Kommunist Partiyasının  28-ci  qurultayı keçirilirdi. Oğlunun haqsız tutulması ilə əlaqədar Qurultaya yazdığı şikayət ərizəsi ilə Moskvaya gələn Adil kişi Kremlin  giriş qapısı yanında təsadüfən Azərbaycanın ədliyyə naziri Əlisaab Orucovla  görüşür. Adil kişi  tanışlıq üçün  özünü  təqdim  edib  buraya  üçün  gəldiyini oğlu Nizaminin  başına  gələn  hadisəni olduğu kimi  ona danışır   onu inandırır ki,  hazırda  "güllə altında" həbsdə saxlanılan oğlunun bu işdə  heç bir günahı yoxdur. Adil kişinin SSRİ Ali Məhkəməsinə etdiyi xahiş rədd edilmişdi. Vəziyyətin  faciəli sonluqla  bitəcəyini  yəqin edən Əlisaab müəllim son ümid yeri kimi  yaxından  tanıdığı, xarakterinə   peşəkarlığına yaxşı bələd olduğu tanınmış vəkil  Teymur  İsmiyevə zəng edib ondan xahiş  edir ki,  şikayətçi Adil kişini diqqətlə, ətraflı dinləsin   Rusiya Federasiyası (RSFSR) Ali Məhkəməsinin  sədrinə nəzarət  qaydasında Adil kişinin  adından şikayət ərizəsi yazsın. Beləliklə, Adil kişi Əlisaab müəllimin  məsləhəti ilə  Bakıya qayıdıb, əlində  olan sənədləri vəkil Teymur İsmiyevə təqdim edir.

...İki gündən sonra Adil kişi Moskvaya gəlib Teymur İsmiyevin  tərtib etdiyi şikayət ərizəsini Əlisaab müəllimə çatdırır. Əlisaab müəllim öz tərəfindən müvafiq zəruri tədbirləri görür.

Beləliklə, həm Əlisaab Orucovun  göstərdiyi hüquqi yardımlar eləcə bilikli təcrübəli vəkil  Teymur İsmiyevin  necə deyərlər, daşdan keçən, hətta daş ürəkləri belə  yumşaldan müdafiə xarakterli  çıxışı  SSRİ Ali Məhkəməsinin  Plenumunda əsl  həqiqətin, haqq-ədalətin  üzə çıxmasına səbəb olur. Güllə altında  yataraq hər gün ölümünü gözləyən Nizami Abdullayevin  ölüm hökmü ilə əlaqədar  verilmiş qərar  ləğv edilir.

Sözümün bu yerində məhkəmə-hüquq sahəsində  müstəsna xidmətləri  böyük  təcrübəsi olan Əməkdar hüquqşünas İkram Kərimovun bir sözü yadıma düşdü. O, deyir: "Teymur İsmiyevin SSRİ Ali Məhkəməsinin  plenumundakı  müdafiə çıxışını dinləyəndə  çox qəhərləndim, gözlərim doldu. Həmin plenumda  qəbul  edilən  qərar Teymur İsmiyevin bir vəkil kimi  qələbəsi idi".

Bu fakt da maraqlıdır: Vəkil Teymur İsmiyevin  adını  eşidəndə Nizaminin  həbsxanadakı kamera yoldaşları ona demişdilər: "Heç narahat olma, Teymur  İsmiyev sənin   müdafiəni öhdəsinə götürübsə, hesab elə ki,  tezliklə evinizdəsən".

Belə olur. Dörd  il güllələnmə hökmü  altında  həbsdə saxlanan Nizami azadlığa buraxılır. Belə mürəkkəb  işlərin  uğurla  nəticələnməsi Teymur İsmiyevin  vəkillik  fəaliyyətində yüzlərlədir.

...Teymur İsmiyev 1924-  ildə Kürdəmir  rayonunun  Xırdapay kəndində, Cömardlı məhəlləsində dünyaya  gəlmişdi. 1941-ci ilin  Böyük Vətən  müharibəsi başlananda 9-cu sinifdə  oxuyurdu. Yaşı düşmədiyinə görə  müharibəyə aparmırdılar. O isə  cəbhəyə getməyə can atırdı. Buna görə yaşını  2 il əvvələ yazdırır 1941-ci ildə  müharibəyə  gedənlərin  sırasına  qoşulur, ön  cəbhədə gedən  döyüşlərdə iştirak edir.  1943-cü ildə ağır yaralanır. Öldüyünü zənn edib onu morqa qoyurlar.  Bir sutka morqda qalır. Səhər morqa daxil olan  sanitar onun  ufultusunu, iniltisini  eşidir onu təzədən şöbəyə gətirirlər. Üzərində cərrahiyyə əməliyyatı aparılır o, yenidən həyata qayıdır.

Müharibədən 2-ci qrup əlil kimi dönən Teymur bir müddət sağalıb özünə  gələndən  sonra Moskvaya gedərək  orada Hüquq İnstitutunu  bitirir   xeyli  müddət  hüquq orqanlarında çalışır. 1955-ci ildən  isə vəkil  kimi fəaliyyət  göstərməyə başlayır. O vaxt Bakıda  vəkillər əsasən yəhudi, rus   erməni  millətindən olanlar idi. Odur ki, hüquq məsləhətxanasına gələnlər  adətən o millətlərdən  olan  vəkillərə  müraciət edirdilər. Burada təzə  fəaliyyə başlayan  Teymur İsmiyev  tərəfə isə heç baxan  da olmurdu. Bu soyuq münasibət, saymamazlıq heç şübhəsiz, onun xətrinə dəyirdi, onu sındırırdı. Bir gün təsadüfən məsləhətxanaya gələn bir nəfər Teymura müraciət etməli olur. Teymur həmin şəxsə  bildirir ki,  sizin ərizənizi mən yazacam. Sonra da sözünə əlavə  edib deyir: "Əgər mən ərizəni onlardan pis, zəif  yazsam yaxud işi pis aparsam, onda əllərimi kəsərəm".

Beləliklə, vəkil kimi  yeni fəaliyyətə başlayan Teymur üzərinə  götürdüyü işi  çox yüksək  səviyyədə, hətta  təcrübəlilərdən yaxşı, əsl peşəkarlıqla aparır.  onun yanına gələnlərin, ona müraciət edənlərin  sayı getdikcə artır. Bu müraciətlər nəticəsində, eləsə   uğurlu  fəaliyyəti sayəsində  tezliklə  tanınıb şöhrətlənir.

35 ilə yaxın bir müddətdə SSRİ Ali Məhkəməsində vəkillik etmiş bu peşəkar insan  əvvəldən-axıra qanunların aliliyinə, haqq-ədalətin varlığına söykənərək haqsızlığa  düçar olmuş yüzlərlə  müqəssiri fədakarlıqla müdafiə edərək onların azadlığa  çıxmasına nail olub.

Teymur müəllim vəkil tərəfindən yazılan ərizələrin  hər birinə bir insan  taleyinin  həlli kimi  baxırdı buna daim  xüsusi  həssaslıqla  yanaşırdı    bunları  həmkarlarına da tövsiyə  edirdi. Deyirdi ki, vəkil istintaq  materiallarını  çox diqqətlə  öyrənməli, bir- bir bütün  instansiyalardan  keçməli,   müttəhimlə  görüşməli   həmişə, bütün  hallarda  prinsipial  mövqe  tutmalıdır. O,  həmçinin  deyirdi:  "Vəkil cinayətin xarakterindən çox,  insanın  özü, onun  taleyi  maraqlandırmalıdır. Çünki  heç bir cinayət səbəbsiz  baş  vermir. Hamısının  az da  olsa  real  mənbəyi  var. Vəkil  bu mənbəyi tapmağı bacarmalıdır".

...Biri-birinə zidd olan iki söz var: Haqq nahaq...  Teymur müəllim bir vəkil kimi bütün həyatı fəaliyyəti boyu mən deyərdim ki, haqqı nahaqdan ayırmaqla, haqqı nahaqdan qorumaqla məşğul olub. Mən bir çox yaşlı, təcrübəli, tanınmış hüquqşünaslardan eşitmişəm, onlar deyirlər ki, o vaxt Azərbaycanda 450- yaxın vəkil vardı, Teymur İsmiyev birinci yerdə dururdu. Onu həm əfsanəvi vəkil adlandıranlar da var...

...Teymur müəllim deyirdi: "Təkcə kitab mühazirə ilə vəkillik  sənətinə yiyələnmək mümkün deyil.Vəkilliyə həm həssas qəlbə duyuma malik olanlar gələ bilərlər".

Söylədiyi bu fikirlərə bütün fəaliyyəti boyu layiqincə əməl etmiş Teymur İsmiyev nəinki respublikamızda keçmiş İttifaqda, eləcə ondan xaricdə dünya hüquqşünaslığı vəkilliyi üçün daim örnək olub. O, bu gün hörmətlə xatırlanır.

 

Tofiq ABDULLAYEV

525-ci qəzet.- 2023.- 6 iyul. S. 13.