Müasir
Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət
(əvvəli
və ardı var)
Konstantinopolun
türklər tərəfindən işğal olunduğu ildə
Avropada digər böyük hadisə baş verdi, İngiltərə
ilə Fransa arasındakı Yüzillik müharibə başa
çatdı. Fransa öz ərazisini işğaldan azad etdikdən
və güclü dövlətə çevrildikdən sonra
Avropa problemlərinin həllində mühüm rol oynamaq
imkanı qazandı.
AEIOU - Avstriya bütün
dünyanı idarə etməlidir
1451-ci
ildə Stiriya hökmdarı V Fridrix, o, 1440-cı ildən həm
də Almaniyanın III Fridrix adı altında olan
seçilmiş kralı idi, Romaya getdi ki, orada 1452-ci ildə
ilk Habsburqa çevrilməklə və həm də
axırıncı alman kralı kimi, Romada papa tərəfindən
imperator kimi taclansın. III Fridrixlə 1806-cı ilə kimi
Habsburqların imperial ofisə inhisarı başlandı
(yalnız 1742-45-ci illər istisna olmaqla) və sülalə
siyasətçiləri öz uğurlarını kainat
monarxiyası yaratmağa gətirib çıxarmaq
üçün istifadə etməli idilər.
III
Fridrix bankrotluğa yaxın olanda və özünün
kiçik ərazisi ilə belə, təəssürat yaradan
mərasimləri ilə imperial titulunu əldə edə
bilmişdi. Habsburqlar de facto Müqəddəs Roma
imperiyasının işlərini aparırdı, de yure isə
Bohemiya və Macarıstanın da işləri onların
üzərində idi.
Habsburqların
dünya hakimiyyətinə yiyələnməyə yüksəlməsi,
beləliklə, imperial və ilahi hakimiyyətə olan bir
iddia ilə başlamaqla, siyasi reallığa çevrildi.
Üç əsrdən artıq müddətdə,
1740-cı ildə Mariya Terezanın taxt-taca qalxmasına qədər
Habsburqlar hökmranlıq etmək üçün öz ilahi
hüquqlarını reallaşdırmağa
çalışırdılar. Onlar hakimiyyətləri
altında olan kiçik ərazilərlə kifayətlənməyib,
bütöv sivilizasiyalanmış (xristianlığa məxsus)
dünya üzərində məhz Allah tərəfindən
seçilmiş ağalıq edən bir sülalə
olduqlarını sübut etməyə cəhd göstərir
və buna nail olurdular da. Onlar bunu özlərinin xüsusi
ilahi vəzifəsi, müqəddəs borcları kimi qəbul
edirdilər. III Fridrix öz imperial tacını qəbul edəndə,
bunu özünün icad etdiyi məşhur formula olan AEIOU ilə
ifadə etmişdi. Alman dilində bu, "Alles erdreich ist
Österreich unterthan" demək idi. Latın dilindən tərcümədən
istifadə etdikdə, "Avstriya bütün dünyanı
idarə etməlidir" və ya "Bütün dünya
Avstriyaya məxsusdur" kimi səslənir.
III
Fridrix öz imperial ofisinə sevinc hissləri bəsləyirdi,
lakin o, özü olduqca zəif bir monarx idi. Onun hakimiyyətinin
ilk 20 ili ərzində o, öz qardaşı VI Albertinin, bir
macar generalının və çex liberalının kölgəsində
qalmışdı. Bu dövrdə o, öz passivliyinə
baxmayaraq, hakimiyyətin başlıca mənbəyi idi,
Bohemiyanın və Macarıstanın kralı adlanmaqla, həm
də Avstriya hersoqu idi. Hakimiyyətdə olması müddəti
Qədim Roma imperatoru Avqustunkindən də uzun olmuşdu
Bizans
1453-cü ildə yıxılanda türklər Macarıstana
doğru irəlilədilər, Avstriya da gələcəkdə hücuma məruz
qala bilərdi. III Fridrix həm də Burqundiya ilə sülalə
nikahına girdi, bu, Habsburqlar üçün nəhəng
uduş idi. Burqundiyanın dəstəyi ilə onun öz
oğlu Maksimilianın Fransa kralı Şarlın yeganə
qızı Mariyaya evlənməsi barədə
danışıqlar apardı və onlar nişanlandılar.
Maksimilian Mariyaya evlənməklə Habsburqlar ən
böyük sülaləyə çevrilmək yoluna
düşdülər.
Burqundiya
kralının ərazilərinə gəldikdə, onlara
Niderlandlar, Belçika, Lüksemburq və həmçinin
Fransanın şimali-şərqi daxil idi. Ümumiyyətlə,
nikahların hesabına Avstriyanın tərkibinə
Macarıstan, Xorvatiya və Bohemiya daxil olmuşdu.
Maksimilian
de fakto imperatora və fə
rasətli
hökmdara çevrildi, atasının ilahi hüquqa sahib olmaq
barədəki təbliğatından sülalə
üçün istifadə etdi. O, enerjili olmaqla yanaşı,
buna görə onu "alman Herkulesi"
adlandırırdılar, təbliğata da böyük fikir
verirdi. O, ölkəsində çıxdığı səfərləri
qravyuralarda təsvir etdirib, yaydırırdı. Bu sahədə
kitab çapının icadı da ona yaxşı köməklik
göstərmişdi. Həm də nikah vasitəsilə
Habsburqların təsirini genişləndirmək işində
böyük ustalıq göstərirdi. Buna görə
çox vaxt bu sitat dilə gətirilirdi ki, xoşbəxt
Avstriya bu ittifaqlara girir. "Avstriya, nikaha gir"
şüarı da çox yayılmışdı.
Maksimilianın iki nikah ittifaqı, İspaniyanın Kastiliya evi
ilə də yaxın münasibəti reallaşdırdı.
Bu, Habsburqlara İspaniyanın, Yeni Dünyanın böyük
ərazilərinin, İtaliyanın çox hissəsinin və
həmçinin başqa nikah ittifaqı ilə Mərkəzi
Avropanın əksəriyyətinin, obrazlı desək, anbarına
girməyə imkan verdi. Nikahın strategiya kimi Habsburqların
uğuruna xidmət etməsi, onun sirrinin yalnız bir hissəsi
idi. Onlar öz hökmranlıq hüquqlarını təkcə
təbliğat və mərasimlərlə deyil, həm də
döyüş səhnələrində həyata
keçirirdilər.
İspaniyada
yaranan vəziyyət də elə bil ki, Habsburqların xeyrinə
dəyişmişdi. İspaniya bir az əvvəl tam xristian
dövlətinə çevrilmişdi, buna isə az qala yeddi əsrdən
artıq vaxt sərf olunmuşdu. Ərəblərin
İspaniyanı VIII əsrdəki (711-ci il)
işğalından 7 il sonra xristian ispan əhalisi
işğalçılara qarşı Rekonkista adlanan
mübarizəyə qalxdı, bu söz "geri almaq" mənasını
verir. XIII əsrin başlanğıcından isə bu
mübarizə daha uğurlu gedirdi, əsrin ortalarından isə
ərəblərin əlində, malik olduqları nəhəng
ərazidən yalnız Qranada əmirliyi qalmışdı.
İspaniya kralı Ferdinandın və onun arvadı, birgə
hökmdarlıq edən kraliça İzabellanın səyi nəticəsində
Qranada da 1492- ci ildə xristianların əlinə keçdi və
əsrlər ərzində inkişaf etmiş "əl-
Əndəlus" sivilizasiyası süqut etdi. Ərəblərin
Pireney yarımadasından qovulması isə əksinə,
ispan Rekonkistası üçün olduqca böyük qələbə
idi, çünki yad işğalçılardan öz ərazilərini
azad etmişdi. Bu hadisə xristianlığın, həmçinin
əsrlər ərzindəki mübarizənin son zəfərinə
nail olmuş, bununla həm də din qarşısında da nəhəng
xidmət göstərmiş kralın və kraliçanın
böyük sevincinə səbəb olmaya bilməzdi.
Həmin
ili, bir neçə ay sonra (1492-ci ilin oktyabrında)
kraliça İzabella üçün daha böyük hadisə
baş verdi, onun bilavasitə maddi himayəsi altında
Hindistanı kəşf etmək və ona dəniz yolu
açmaq üçün Atlantik okeanının qərbinə
səyahət edən Xristofor Kolumb bu vaxtadək məlum
olmayan yeni torpaqları kəşf etdi. Əslində
kraliça İzabella bu mühüm layihəyə sponsorluq
etməklə, siyasi və elmi fədəkarlıq göstərmişdi.
Sonralar məlum oldu ki, Kolumbun
güman etdiyi kimi, bu ərazilər heç də Hindistan
deyil, Yeni Dünya imiş. Kolumb kəşfin həqiqi müəllifi
idi, lakin bu riskli əməliyyatın xeyir-duasını məhz
kraliça İzabella vermiş, onun baş tutmasında
möhkəm iradə və əsl uzaqgörənlik göstərmişdi. Amerika qitəsinin
uğurlu kəşfində Kolumbla yanaşı, kraliça
İzabellanın göstərdiyi xidmətlər də
danılmazdır.
Yuxarı
Reyndəki mürəkkəb hakimiyyət əlaqələri
ilə Habsburqlar Burqundiya irsinə də yiyələndilər.
Hətta İtaliyada əldə etdiyi qohumluq əlaqəsi
tarazlıq hesabına İspaniya irsinə də sahib olmağa
aparıb çıxardı. Maksimilian və Ferdinand Araqonlu
(o, arvadı İzabella Kastiliyalı ilə birlikdə iki
xırda dövlətdən yaranan ilk, rüşeym şəklində
olan mərkəzləşmiş İspaniya dövlətinin həmkralı
idi) arasında danışıqlar nikah ittifaqının
yaranmasına səbəb oldu. Maksimilianın oğlu Qəşəng
Filipp Ferdinandın və İzabellanın qızı,
şahzadə Xuanaya evləndi. Maksimilianın qızı
Marqaret isə bir il sonra, 1497-ci ildə İspan infantı Xuana
ərə getdi. Həmin ildə Xuanın ölməsi Filippi
və Xuananı İspaniya torpaqlarının şəriki
etdi. Ferdinandın və İzabellanın kiçik
qızları Katerina Araqonlu sonralar İngitərə kralı
VIII Henrinin arvadı olmuşdu. 1506-cı ildə Filipp öləndə,
onun dul arvadı Xuananın əsəbləri ağır dərdə
görə pozuldu və onun dəli olması elan edildi.
Onların oğlu Karl Gentli (o, 1500-cü ildə
Belçikanın həmin şəhərində anadan
olmuşdu) yaranmış şəraitdə İspaniya
torpaqlarının yeganə varisliyinə sahib oldu. Bu, Habsburq
hakimiyyətində nəhəng yüksəliş əldə
etməyə imkan verdi.
Maksimilian
fransız təhlükəsinə qarşı imperiyanı səfərbər
etməyə çalışırdı və ilk alman
monarxlarından biri idi ki, yalnız alman milli kartı ilə
oynayırdı. O, 1519-cu ildə öldü. Öz nəvəsi
Karlı ancaq hələ alman kralı seçdirməyi bacarmamışdı,
lakin sülalə imkanları ilə varis kimi ona daha çox
"sursat" qoyub getmişdi. Onun İspaniya ilə, həmçinin
Mərkəzi Avropadakı nikah ittifaqları Habsburqların
taleyini sonrakı dörd əsr ərzində uğurlu qaydada
müəyyən etməyə qadir etdi. Maksimilian öz ölümünə
də hazır idi, səfərə çıxanda özü
ilə tabutunu da götürürdü.
Maksimilianın
varisi Karl həm də Burqundiya hersoqu və Kastiliya kralı
oldu. Ferdinand Araqonlu 1516-cı ildə öləndə isə
bütün İspaniyanın kralı oldu, bu vəzifəsinə
görə I Karl adlanırdı. Maksimilianın
ölümündən sonra və özünün iri məbləğdə
rüşvət verməsi hesabına Karl 1519-cu ildə
yekdilliklə alman kralı seçilməklə, yalnız
1520-ci ildə İspaniyadan Aaxenə (bu şəhər vaxtilə
Qərb imperatoru Böyük Karlın paytaxtı olmuşdu) səfər
etdi ki, taclansın. Maksimilian həm də nəvəsi
Ferdinandı 1515-ci ildə Macarıstanın və
Xorvatiyanın kralı etmişdi.
İspaniyadan,
Burqundiya torpaqlarından və irsi Avstriya torpaqlarından
başqa, Karl həmçinin Araqon irsi hesabına
İtaliyadakı və Aralıq dənizindəki geniş ərazilərin
hökmdarı idi. Okeanın o tərəfində isə
İspaniya artıq Karib ölkələrində müstəmləkələrə
malik idi və Ernan Kortes 1519-cu ilin fevralında Mərkəzi
Amerikada sahilə çıxaraq, Attsek paytaxtı Mexikonu zəbt
etmişdi. 1532-ci ildə bunun ardınca Fransisko Pisarro tərəfindən
Peru işğal edilmişdi. Bu torpaqlar, xüsusən Peru zəngin
gümüş yataqlarına malik idi. Müqəddəs Roma
imperiyasında Karl təkcə kral deyildi, həm də
(seçilmiş) imperator idi, bu vəzifəsinə görə
o, V Karl adlanırdı.
Habsburqların
ərazi mülkiyyəti o qədər nəhəng
görünürdü ki, kainat monarxiyası barədə III
Fridrixin vaxtilə mümkün olmayan AEIOU ideyası bu vaxt həll
edilməyə yaxın olan kimi görünürdü.
Bütün birləşmiş Xristian aləmi bir skipetr
altında kainat monarxiyası cığırında idarə
olunmalı idi. "Plus ultra" - "Daha uzağa getmək"
şüarı ilə isə elə görünürdü
ki, Karlın həmin vəzifəni həyata keçirməsi
üçün bu, etibarlı qaydada seçilmiş bir
cığırdır.
Kainat
monarxiyası iddiası həm də heç vaxt
reallığı ilə seçilən bir məqsəd
olmamışdı. Fransa kralı I Fransisk həmçinin
xeyli ambisiyalara malik idi və daxili kommunikasiya xətlərini
inkişaf etdirmək sahəsində bəzi irəliləyişlər
etmişdi, həm də səmərəli icra hakimiyyəti
qurmuşdu. Baxmayaraq ki, o, 1525-ci ildə İtaliyadakı
Paviyada ispanlara əsir düşmüşdü, lakin iki il
sonra azad olub, vətəninə qayıtdıqdan sonra yenə
də eyni fəallıq göstərməyə
başlamışdı. Hətta Yeni Dünyadan İspaniyaya
milyonlarla sərvət gələndə də, Fransanın gəlirləri
Habsburq maliyyəsi ilə müqayisə oluna bilərdi.
Habsburq torpaqlarının həddən artıq genişlənməsi
faktiki olaraq onu idarə edilməyən etmişdi. Bu, kainat
monarxiyası yaratmaq üçün, daha çox bir-birinə
birləşmiş platformalara bənzəyirdi. Hətta V Karl
imperator kimi taclandıqda da, onun avstriyalı təbəələri
Vyanada ona tabeliyin bəzi xüsusiyyətlərindən imtina
edirdilər. Karlın digər ərazilərində də,
xüsusən Niderlandlarda narahatlıqlar baş verirdi.
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 8 iyul. S. 22.