Uzaqdan, yaxından keçən qatarlar...

 

Ulu Öndər Heydər Əliyevin dəmir yolu nəqliyyatına baxışı, islahatları fəlsəfəsi haqqında bir neçə söz

 

"Heydər Əlirza oğlu, hər şeydən əvvəl, nəqliyyatla məşğul olun. Buna mənim şəxsi xahişim kimi baxın".

Bu sözləri 1982-ci ilin axırlarında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyevə sovet dövlətinin başçısı Yuri Andropov demişdi.

Sonra isə əlavə etmişdi: "Ölkənin xəritəsinə baxın. Nəqliyyat bizdə həm iqtisadi, həm strateji, həm ümummilli rol oynayır, dövlətimizdə yaşayan xalqları birləşdirir".

Bu fikirləri vaxtilə Sov.İKP MK aparatında işləmiş Heydər Əliyevlə təmasda olmuş Nikolay Zenkoviç öz kitabında yazıb.

Nikolay Zenkoviç sovet ali rəhbərliyinin "mətbəx"inə kifayət qədər bələd insandır. Sovet İttifaqı dağılandan sonra isə SSRİ-nin yaxın tarixinə dair maraqlı tarixi araşdırmalar apararaq sanballı kitablar yazıb. Bu baxımdan Heydər Əliyevin Moskvada fəaliyyəti barədə N.Zenkoviçin qeydləri kifayət qədər etibarlı mənbə sayıla bilər.

1982-ci ilin dekabrından 1987-ci ilin oktyabrına qədər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevin cavabdeh olduğu sahəyə nələr daxil idi?

Bu suala qısaca belə cavab vermək olar: nəqliyyat, xalq istehlakı malları, səhiyyə, kitab nəşri, kinematoqrafiyanın maddi-texniki bazası, uşaq evləri s. Bütövlükdə iyirmiyə yaxın sahə!..

Bəs Y.Andropov niyə Heydər Əliyevi yüksək vəzifəyə təyin edəndə məhz "nəqliyyatla məşğul olun" demişdi?

Sovet İttifaqının rəhbəri olmazdan əvvəl uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində işləmiş Y.Andropov Heydər Əliyevin işgüzarlığına təşkilatçılıq qabiliyyətinə yaxşı bələd idi. O cümlədən, onun Azərbaycanda nəqliyyat sahəsində gördüyü işlərə ...

1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi, respublikanın rəhbəri seçilir.

gərgin mühiti başlanır.

Bu təyinatdan təxminən üç həftə sonra - avqustun 5-də Azərbaycan KP MK-ya Dağıstan Vilayət Partiya Komitəsinin katibi P.Korotkovun məktubu daxil olur: "Son iki ildə qonşu Bakı Mahaçqala dəmir yolu şöbələri arasında anlaşılmazlıq ucbatından xalq təsərrüfatı yüklərinin Azərbaycana digər Zaqafqaziya respublikalarına daşınmasında problemlər yaranır. 

...Bakı şöbəsinin qatarları vaxtlı-vaxtında qəbul etməməsi bütün stansiyalarda ciddi problemlərlə müşayiət olunur.

Vilayət partiya komitəsi sizdən xahiş edir ki..."

Heydər Əliyev məktubun üstünə dərkənar yazır.

"...Azərbaycan Boru Prokat Zavodu Tümen neftçilərinə boru göndərilməsini ləngidir. Verilən məlumata görə, buna səbəb Azərbaycan dəmir yolunda yaranan problemlərdir. Xahiş edirik, müvafiq tədbirlər görəsiniz...

Tümen vilayət partiya komitəsinin katibi Şerbina. 11 avqust 1969-cu il".

Daha bir dərkənar...

Növbəti gün birinci katibin stolunun üstünə bundan bir neçə gün əvvəl Azərbaycan KP MK-ya daxil olmuş məktub qoyulur:

"...Azərbaycan dəmir yolu uzun müddətdir ki, Şimali Qafqaz dəmir yolundan Zaqafqaziya respublikalarının müəssisə təşkilatları üçün nəzərdə tutulmuş yüklərlə dolu bir çox qatarları vaxtlı-vaxtında qəbul etmir.

...Təkcə bu ilin iyun ayında Azərbaycan dəmir yolu plandan 229 qatar ya 22 min vaqon az qəbul etmişdir.

Sov.İKP Rostov Vilayət Komitəsi Sizdən xahiş edir ki, yaranmış vəziyyəti nəzərə alaraq, müvafiq tədbirlər görəsiniz.

Rostov vilayət partiya komitəsinin katibi A.Bondarenko".

Heydər Əliyev avqustun 18-də bu məktuba da dərkənar yazır: "Mərkəzi Komitənin katibi Ə.Əmirov yoldaşa. Xahiş edirəm araşdırın, lazımi tədbirlər görün məruzə edin".

Bütün bu yazışmalar respublikanın İctimai-Siyasi Sənədlər Arxivində saxlanılır. Heydər Əliyevin imzası dərkənarı ilə...

Təzəcə birinci katib seçilmiş adamın vəziyyətini təsəvvür etmək olar. Dəmir yolunda işlər bərbad vəziyyətdədir.

Hələ bunun neft sənayesi var, kənd təsərrüfatı var, avtomobil nəqliyyatı var, təhsil sahəsi, səhiyyə...

Hər tərəf problem içində!

Heydər Əliyev Azərbaycan Dəmir Yolunun rəisi Abbas Bağırovu yanına çağırır problemləri xatırladır. "Niyə belə vəziyyət yaranıb", - deyə sual verir.

Bir neçə gün sonra dəmir yolunun rəisi birinci katibə yazılı arayış təqdim edir. Dəmir yolunda yaranmış problemlər barədə:

...bu beşillikdə yükdaşımalar 28 faiz artıb.

...çətinliklərin bir səbəbi birinci kvartalda baş verən qeyri-stabil metereoloji şərait olmuşdur. May ayında çayların daşması nəticəsində ayrı-ayrı yerlərdə dəmir yolu xətləri sıradan çıxmışdır.

...yerli yükdaşımalar da əvvəlki illərə nisbətən artmışdır.

...dəmir yolunun texniki təchizatı müasir tələblərə cavab vermir s.

Ardınca dəmir yolu idarəsinin rəisi ehtiyatla yeni stansiyaların tikilməsinə, yolların təmirinə, yeni vaqonların alınmasına s. ehtiyac olduğunu xatırladır.

Bir sözlə, problemlər çoxdur.

Heydər Əliyev sentyabrın 3-də məsələni Mərkəzi Komitənin büro iclasına çıxarır: "Dəmir yolu nəqliyyatı vasitəsilə yüklərin daşınmasının gücləndirilməsi tədbirləri haqqında".

Elə həmin gün Azərbaycan KP MK-nın Azərbaycan SSR Nazirlər Sovetinin birgə qərarı qəbul olunur:

...Azərbaycan dəmir yolunun rəhbərliyi digər nazirliklərlə birlikdə dəmir yolu nəqliyyatının mümkün imkan rezervlərini səfərbər etməklə yükdaşıma planlarının yerinə yetirilməsini təmin etsinlər.

...dəmir yolu nəqliyyatından istifadə edən nazirlik baş idarələrə tapşırılsın ki, vaqonların boşdayanma hallarına son qoysunlar.

Qərarda partiya-dövlət nəzarəti orqanlarına, həmkarlar ittifaqlarına da müvafiq tapşırıqlar verilir.

Heydər Əliyev ona təqdim olunan qərar layihəsini imzalamazdan əvvəl bir bənd əlavə edir: respublika yerli qəzet redaksiyalarına, televiziya radio verilişləri komitəsinə tapşırılsın ki, dəmiryolu nəqliyyatının işinin yaxşılaşdırılması sahəsində görülən işlər, həmçinin yol verilən nöqsanlar geniş işıqlandırılsın.

Yaxşını yaxşı, pisi pis.

Bu, Heydər Əliyevin hakimiyyətə gələndən sonra bütün sahələrlə bağlı başlıca tələbidir! Mətbuat, televiziya radio ali rəhbərliyinin tapşırıqlarının, hökumət qərarlarının icrasına icitimai nəzarətin həyata keçirilməsində fəal iştirak etməlidir!      

Daha bir neçə ay da keçir.

Dəmir yolu nəqliyyatında problemlər tam aradan qaldırılmır.

Heydər Əliyev müxtəlif mənbələrdən dəmir yolu ilə bağlı informasiyalar alır.

Mətbuat orqanlarında gedən materiallarla tanış olur.

bu nəticəyə gəlir ki, Azərbaycan dəmir yolunun başlıca problemi kadr məsələsidir. Daha doğrusu, rəhbər kadrların düzgün seçilib-yerləşdirilməməsi! Alitəhsilli mütəxəssislərin potensialından az istifadə olunması!

Məlum olur ki, dəmir yolunun rəhbərliyi məsul vəzifələrə peşəkar mütəxəssislərin təyin olunmasında, yumşaq desək, xəsislik edir. Təcrübəli mühəndislərin imkanlarından istifadə olunmur. Son doqquz ayda işə qəbul olunan 536 mühəndisin 191-i dəmir yolu sistemindən uzaqlaşıb. Kadr axını davam edir.

Bundan başqa, dəmir yolunda oğurluq hallarının artması ilə bağlı statistik rəqəmlər birinci katibin diqqətindən yayınmır.

Məsələnin ciddiliyini nəzərə alan Heydər Əliyev Mərkəzi Komitənin bürosuna bu dəfə daha konkret məsələ çıxarılması barədə göstəriş verir: "Azərbaycan Dəmir Yolu İdarəsində rəhbər kadrların seçilməsi yerləşdirilməsi işinin yaxşılaşdırılması haqqında".

Heydər Əliyev büro iclasında məsələnin aktuallığını bir daha xatırladır. dəmir yolu idarəsi rəhbərliyinin metodunu tənqid edir: "...Hiss olunur ki, hələ yoldaşlar primitiv qaydada işləyir, ciddi nöqsanlarla müasir tələblər səviyyəsində mübarizə aparmırlar".

O, daha sonra rəhbər kadrların seçilməsi sahəsində yol verilən nöqsanlardan danışır. Hətta ilk baxışda adi görünən dəmir yolunun ayrı-ayrı sahələrindəki ictimai iaşə obyektlərindəki antisanitariya faktlarını xatırladır. İnsanlara belə xidmətin yolverilməzliyini vurğulayır.

Heydər Əliyev əsas diqqəti onu narahat edən məsələyə yönəldir: Dəmir yolunda oğurluq hallarının kökü vaxt kəsiləcək?

Ardınca da suala aydınlıq gətirir: "Əgər bu oğrular dəmir yolunun işçiləri ilə bağlı olmasaydılar, çətin ki, belə rahat hərəkət edə bilərdilər". 

   Heydər Əliyev axırda üzünü büro üzvlərinə məsul şəxslərə tutaraq deyir: "Siz düşünməlisiniz ki, 10-15 il sonra dəmir yolu necə işləyəcək, hansı kadrlarla işləyəcək".

Heydər Əliyevin daha bir uzaqgörənliyi!

Bu günün qayğı problemləri öz yerində!

Sabah barədə, 10-15 il sonra barədə düşünmək lazımdır!

Heydər Əlievin Azərbaycan dəmir yolu işçilərindən tələbi budur!

Daha bir neçə il keçəcək 1972-ci ilin fevralında Heydər Əliyev "Respublikanın dəmir yolu, dəniz hava nəqliyyatında sərnişinlərə xidmət mədəniyyətinin yaxşılaşdırılması tədbirləri haqqında" Mərkəzi Komitənin qərarını imzalayacaq.

Əsas məqsəd birdir: sərnişinə, vətəndaşa yüksək keyfiyyətli xidmət göstərilməlidir!

Bütün sahələrdə Heydər Əliyevin tələbinin əsasını bu tezis təşkil edir.

Sonralar, 1977-ci ilin yanvarında Bakı şəhəri əhalisinə nəqliyyat xidmətində ciddi çatışmazlıqlardan söz açanda Heydər Əliyev Mərkəzi Komitənin büro iclasında deyəcəkdi: "...nəqliyyatın işi adamların əhval-ruhiyyəsi deməkdir, adamların işgüzarlığı deməkdir, əmək məhsuldarlığı deməkdir, dövlət aparatının, təhsil müəssisələrinin, elmi idarələrin normal fəaliyyət ritmi deməkdir, həyatın, insanların istirahətinin normal ritmi deməkdir".

Bəli, nəqliyyatın işi insanların əhval-ruhiyyəsi deməkdir...

Elə dəmir yolu nəqliyyatının da!

Heydər Əliyevin bütövlükdə nəqliyyata münasibəti belə idi!

Bütün bunlardan, nəqliyyat sahəsində onun apardığı silahatlardan 1982-ci ilin dekabrında Heydər Əliyevi yüksək vəzifəyə təyin edən Yuri Andropov xəbərdar idi.

Məhz ona görə ona "Heydər Əlirza oğlu, siz nəqliyyatla məşğul olun" demişdi...

Heydər Əliyev, sözün əsl mənasında nəqliyyatla, sovet nəqliyyatının problemləri ilə məşğul olmağa başlamışdı.

1984-cü ilin iyununda o dövrün əsas tikintisi olan Baykal-Amur Magistralının inşası ilə bilavasitə yaxından tanış olmaq üçün Şərqi Sibirə yollanmış, Lena stansiyasından Komsomolsk-Amur şəhərinə qədər getmiş, magistral boyu salınan şəhər qəsəbələrə baş çəkmişdi. Yerli sakinlərlə, inşaatçılarla mehriban söhbət eləmişdi. Magistralın çəkilişi ilə bağlı problemlərin həlli ilə yaxından məşğul olmuşdu.

Həmin səfər zamanı Heydər Əliyev Cənubi Ural dəmir yolunun Kurqan qovşağında təsərrüfat fəallarının yığıncağını keçirmiş, dəmiryolçuların suallarını cavablandırmışdı.

bu görüşlərdə sovet dəmiryolçuları ölkənin ali rəhbərliyinin nümayəndəsilə ilk dəfə birbaşa təmasda olmuş, onunla üzbəüz söhbət etmiş, problemlərini birbaşa söyləyə bilmişdilər.

Bu, sovet dövrü üçün, sovet rəhbərləri üçün qeyri-adi bir ünsiyyət forması, Heydər Əliyev üçün isə sadə insanlarla açıq söhbət nümunəsi idi! İllərdən bəri istifadə edilən nümunə...

bu prinsipi, dəmir yolu nəqliyyatına bu münasibət öz təsirini göstərirdi.

Hətta illər sonra da...

Ona görə bu gün Azərbaycanın, elə Rusiyanın da ayrı-ayrı yerlərindən keçən qatarlarda - məşhur şairin məlum şeirində deyildiyi kimi uzaqdan, yaxından keçən qatarların hərəkətində Heydər Əliyevin izi var...

 

Müsəllim HƏSƏNOV

525-ci qəzet.- 2023.- 12 iyul. S. 8.