Müasir Vyanaya Avstriyanın zəngin tarixinə səyahət

 

(Əvvəli ötən şənbə sayımızda)

 

  Bir məsələni qeyd etmək lazımdır ki, İspaniya Amerikalardan gələn nəhəng var-dövlət hesabına qızıla hərisliyinə görə qəribə bir "sərxoşluğa" qurşanmışdı, öz iqtisadiyyatının inkişafına fikir vermirdi. Əsas diqqət gümüşü daşımağa yönəldilmişdi. Ona görə İspaniya Yeni Tarixdə Avropada başlananan iqtisadi inkişaf hərəkatından kənarda qaldı bu, onun tənəzzülə uğramasına səbəb oldu.

 

Karlın kainat monarxiyası məqsədinin əleyhinə iki digər amil mövcud idi. Onlardan biri daha çox əhəmiyyətə malik idi. Əgər Fransa xristian aləmi içərisində müqavimət göstərsə, türklər asanlıqla nəhəng bir təhlükəyə çevrilərdi. Digəri isə daha böyük nəticələrə səbəb ola bilən Martin Lyüterin meydana çıxması idi. Maksimilian özünün cəngavərlik poemasını çap etdirəndə, Lyüter 1517-ci ildə özünün pamflet xarakteri daşıyan 95 maddəlik bəyanatını Vittenberqdəki kilsənin qapısına vurmuşdu. Protestantizmin meydana gəlməsi Katolik Xristianlığın ənənəvi nəzər-diqqətinə görə, onların dünyasına birbaşa ölümcül bir təhlükə idi. Bu isə Müqəddəs Roma imperiyasının həm Habsburqlar sülaləsinin nüfuzuna ağır zərbə ola bilərdi. Sonra Lyüteran cərəyanı ilə birlikdə kalvinistlər digər sektalar səhnəyə çıxdı. "Bir skipetr altında olan" birləşmiş Xristianlıq konsepsiyasında da oyuq əmələ gəldi.

 

Türk hücumu təhlükəsi gündəlikdən düşmürdü. 1529-cu ildə Avropada Möhtəşəm Süleyman kim tanınan türk sultanı Vyanaya yürüş etdi şəhəri mühasirəyə aldı. Sultan Süleyman bu vaxt həm Ərəb xəlifəsi Ruma imperatoru idi. Lakin mühasirə uğurlu olmadı. Türklərin vəziyyəti yaxşı deyildi, xeyli toplarını itirmişdilər, ordunun qidası da tükənirdi. Leysan yağış da türklərin geri çəkilməsi səbəblərindən biri oldu.

 

Türk dinsizləri ilə (xristianların rəyi belə idi) Lyüteran çağırışı arasında birləşmə əmələ gələndə, Karl axırıncını yatırtmaq üçün hansısa bir vasitə tapa bilmədi. Hələ V Karl heç vaxt özünü adamların sevdiyi şəxs edə bilməmişdi, həm öz məqsədinə çatmaq üçün kifayət dərəcədə cəhd göstərmirdi. O vaxtlar Makiavellinin "raison  d`etat" - "dövlət marağı" ideyası heç V Karlın idarə etmə üslubuna yaxın deyildi.

 

V Karl lakin öz torpaqları ilə bütünlüklə məşğul idi onların naminə vuruşurdu da. İlk illərdə o, İspaniyada Fransaya qarşı vuruşmuşdu, 1527-ci ildə onun ordusu Romanı qarət etmişdi. Həmin ili papa VII Klement Karlı Müqəddəs Roma imperatoru Milan hersoqu kimi taclandırmışdı. Bu, Müqəddəs Roma imperatorunun axırıncı dəfə papa tərəfindən taclanması oldu.

 

V Karl ilə papanın sövdələşməsinə görə, imperator öz qızı Marqareti Florensiya hersoqu Alessandro Mediçiyə ərə verdi. 6 ay sonra Alessandro öldü, onu hansısa yad qatil deyil, öz qohumu əxlaqsızlıq sirdaşı Lorentso öldürmüşdü.

 

Lyüteranizm sürətlə yayılırdı, xüsusən Habsburq Avstriyasının ərazilərində. Auqsburq parlamenti tərəfindən 1530-34-cü illərdə lyüteranlar təşkilatlanmış qüvvəyə çevrildilər. V Karlı 1531-ci ildə qardaşı Ferdinand əvəz etdi. Türklər 1532-ci ildə Vyanaya yaxınlaşdılar. V Karl imperiyaya olan marağını yenidən itirdi.

 

1552-ci ildə protestant hökmdarları Fransa kralı II Henri ilə ittifaqa girdilər. 1555-ci il Dini Sülh barədəki qərarla imperiyada belə bir prinsip qüvvəyə mindi ki, hökmdarın dini (sitayiş etdiyi din növü ya tərkibində olduğu konfessiya) onun təbəələrinin dini olmalıdır. Bu, katolik ağalığının sonu demək idi, lakin imperator ona görə öz adının bu qaydada tanınmasını istəmirdi sənədi imzalamağı Ferdinandın ixtiyarına buraxdı. Həmin il Karl Niderlandların hökmdarlığından da istefa verdi, 1556-cı ildə isə imperial ofisini Ferdinanda verdi, axırıncı isə ancaq iki il sonra imperator seçildi. Karl istirahət üçün İspaniyaya yollandı 1558-ci ildə orada öldü. Onunla birlikdə Habsburq kainat monarxiyası qurulması cəhdinə olan inam öldü.

 

Karlın oğlu II Filipp lakin hələ bu məqsədi güdməkdə davam edirdi bəzi uğurlar da qazandı. 1557-ci ildə fransızları məğlub etməklə, Habsburq İtaliyada nəzarəti ələ keçirdi. Fransadakı dini vətəndaş müharibələrinin getməsinə görə, Cənubi Amerikadan İspaniyaya gümüş gətirilməsi daşqın xarakteri daşıdığından, II Filipp atası Karlın arzuladığı kimi Avropada açıq şəkildə ən qüdrətli hökmdara çevrildi. Filipp onu ( ya ən azı Ferdinandı) Müqəddəs Roma imperatoru kimi əvəz etdi. Əgər Filippin 1554-cü ildə İngiltərə kraliçası Mariya ilə sülalə nikahı bəhrəli olsaydı, Mariya ona övlad doğsaydı ya o, 1559-cu ildə İngiltərənin yeni kraliçası Elizabetə evlənə bilsəydi (onların hər ikisi kral VIII Henrin qızları olmaqla, bir-birinin ardınca taxt-taca çıxmışdılar), yaxınlaşan kainat monarxiyası reallaşa bilərdi Habsburq dünyası onun tarixi, yəqin ki, tam fərqli olardı.

 

 

 

Monarxiya çətinliklərlə üzləşir

 

 

 

Habsburqların XVI əsrdəki taleyi elə bil ki, II Dünya müharibəsindən sonra Böyük Britaniya imperiyasının parçalanması nəticəsindəki zəifləməsinə çox bənzəyirdi. XIX əsrin sonunda Viktoriya epoxasının Böyük Britaniyası dünya ərazisinin dörddə birinə hökmranlıq edirdi. II Dünya müharibəsindən sonra imperiya şaqren dərisi kimi daralmağa başladı, 1947-ci ildə imperiya tacının brilyantı olan Hindistan müstəqilliyini elan etdi, Malayyada imperiyaya qarşı silahlı üsyan qalxdı.

 

Böyük Britaniya kralı VI Corcun zəifləyən imperiyaya rəhbərliyi, İspaniya kralı I Karlın (Müqəddəs Roma imperatoru kimi o, V Karl adlanırdı) tənəzzülə uğrayan nüfuzunun təkrarını yada sala bilərdi. XX əsrin 60-70-ci illərində isə Böyük Britaniya Afrikadakı Asiyadakı müstəmləkələrinin əksəriyyətini itirdi.

 

V Karlın kainat monarxiyası barədəki uğursuz layihəsi, Avstriyanın Habsburq Evinə sonralar daxil olan çox sayda hökmdarların məsuliyyətində qaldı, lakin sülalənin ehtiyatları bunun üçün elə çox deyildi. I  Ferdinand onun varisləri böyüyən Protestant hərəkatını həm narahat Avstriya torpaqlarının mövcudluğunu da nəzərə almaqla, həmçinin imperiyanın parçalanması prosesinin getməsinə qarşı Türk təhlükəsi ilə mübarizə aparmalı idi. Bu çağırışlara cavab verməyə uyğunlaşmaq, Habsburq monarxiyası üçün mürəkkəb xarakter daşıyan reallığı ilə seçilən bir məsələ idi.

 

Bütün bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, Karlın dövründə imperiyanın ərazisi Cənubi Amerikadan Avropadakı Balkanlara qədər böyümüşdü, bu isə olduqca ciddi əhəmiyyətə malik idi.

 

V Karlın Ferdinanda əraziləri verməsi faktiki olaraq 1521-ci ildə, rəsmi olaraq isə 1556-cı ildə baş verdi, lakin bu, Habsburq portfeli üçün o qədər böyük mükafat deyildi. İspaniya ilə, Niderlandlarla Habsburqların italiyan əraziləri ilə müqayisədə, onların alman Mərkəzi Avropa torpaqları orta əhəmiyyətə malik idi, lakin onlara iki baş Habsburq problemi - türklər prtestantlar birbaşa təhlükə törədirdi.

 

Ferdinand buna baxmayaraq, vəziyyəti tezliklə sağaltdı səmərəli hökmdar olduğunu sübut etdi. Avstriya Monarxiyası türklərə qarşı dayana bildiyini sübut etdi. 1515-ci ildə sülalə nikahı ittifaqı hesabına, Ferdinand bu vaxt Bohemiya Macarıstan taclarına da varis oldu.

 

Qərbi Avropa ticarətinin, Yeni Dünyanın kəşfi nəticəsində Atlantik okeanı istiqamətinə tərəf dönməsi ilə əlaqədar olaraq, Dunay regionu iqtisadi cəhətdən tənəzzülə uğradı. Şərqlə ticarət isə türk müdaxiləsi hesabına tamamilə kəsilmişdi. Türklərin ərazi ekspansiyası təhlükəsi Habsburq hökumətini zəruri qaydada fəaliyyətə cəlb etdi. Maksimilian islahatına yaxın olan qaydada Burqundiya hökuməti modelindən istifadə etməklə monarxiyanı qurmağa çalışan Ferdinand mərkəzləşmiş hökumətin özəyinə aid olan elementləri irəli sürdü.

 

Lyüterin mesajı Avstriya torpağında 1520-ci illərdə çox geniş yayıldı, bu isə xüsusən şəhərlərin kübarların diqqətini daha çox cəlb edirdi. Habsburq hakimiyyətləri Protestantizmi əvvəldən əzməyə çalışmışdı, 1534-cü ildə yeretikliyinə görə hətta bir protestant Vyanada edam edilmişdi.

 

Türk təhlükəsinin təzələnməsi sonralar Protestant məsələsinə köməklik göstərirdi. Ferdinand 1541-ci ildə Avstriya Bohemiya əyalətlərinin Baş ştatlarını türklərə qarşı mübarizədə köməyə çağırdıqda, onlar din məsələsində güzəşt edilməsini tələb etdilər. V Karl taxt-tacdan gedəndə, xüsusən Bohemiyada protestantizm daha geniş yayılmışdı. Monastırlar rahiblərini sürətlə itirirdi xidmətdə qalan rahiblər öz sərt qaydalarından uzaqlaşırdılar.

 

 Protestantizmə, ümumiyyətlə dinə münasibətdə sosial aspekt mühüm rol oynayır onu nəzərə almaq zərurəti yaranır. Yeni hərəkata qarşı mübarizənin sərtliyi bəzən əks effekt verə bilərdi, protestantizmə meyl güclənərdi.  Axı katoliklər arasında protestantlara rəğbət bəsləyənlər var idi, yeni dini cərəyanı təmsil edənlərin özləri katolik mantiyasından çıxmışdılar, heç   kosmosdan gəlməmişdilər. Dinin parçalandığı şəraitdə barışmaz cəbhəyə bölünənlərin birliyinin saflığına da qarantiya vermək çətin idi. Bölünmə həm cəmiyyətdə qarışıqlıq, bir-birini qəbul etməmək əhval-ruhiyyəsi yaradırdı. Bu barədə Fransa kralı IV Henrinin sözləri yerinə düşür: "Su köpüyə,  torpaq toza malikdir, qızıl özü yerin təkində qarışıqsız olmur".

 

Protentastizmin sərt təqib edilməsinin, onun keşişlərinin yeretik kimi edam edilmələrinin əks xarakterli nəticələr verməsi İngiltərədə gedən mübarizə təcrübəsindən aydın görünür. Kral VIII Henri Roma kilsəsi ilə əlaqələri kəsmişdi. 1547-ci ildə o, öləndən sonra onu əvəz edən yeniyetmə kral VI Eduard protestantizmin yayılmasına inkişafına geniş yol açdı. Altı il sonra onun ölümü ilə hakimiyyətə gələn I Mariya Tüdor, anası Katerina Araqonlunun xatirəsinə hörmət əlaməti kimi onun dini olan katolitsizmi tam bərpa etdi belə elan dərc etdirdi ki, o, təbəələrini məcbur edəcəkdir ki, onun öz dininə sitayiş etsinlər. Eduardın bütün dini qanunları ləğv edildi, kilsə doktrinası bərpa edildi. İngilis kilsəsi Roman yuridiksiyasına qayıtdı. 800 protestant keşiş sürgünə yollandı, ölkədə qalanlar  yeretiklik barədəki qanunların hədəfinə çevrildilər. Yepiskoplar Ridli Leytimer tonqalda yandırıldılar. Cəmi 283 nəfər edam edildi.

 

Oksfordun üç şəhidindən biri olan Hyuc Leytimer Vinçester yepiskopu idi. Tonqalda onunla birlikdə yandırılan Nikolas Ridliyə demişdi: "Dua et, Master Ridli, biz  bu gün İngiltərədə şam kimi Allah xatirinə işıq verəcəyik. Mən inanıram ki, bu işıq heç vaxt sönməyəcəkdir". Belə oldu, 1558-ci ildən kraliça olan I Elizabet ustalıqla ingilisləri protestantizmə qaytardı İngiltərə protestant dövləti oldu. İngilislərin İspan Armadasını darmadağın etməsi protestantizmin katolitsizm üzərində qələbəsi kimi qiymətləndirildi.

 

Kraliça I Mariya Tüdorun katolitsizmi ölkədə geniş yaymaq  məqsədini güdən qızğın fəaliyyəti təqiblərə geniş yer verməsi protestantların qəzəbinə səbəb olduğundan, müxalifləri onu "Bloody Mary" - "Qanlı Mariya" adlandırırdılar. Sonralar isə ingilislər bu adı istehza əlaməti kimi spirtli içkiyə - araq tomat şirəsinin bir-birinə qarışmayan tərkibdəki kokteylə verdilər.

 

 (Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 15 iyul. S. 22.