Akademik Zemfira Səfərovanın yeni kitabı nəşr edilib

 

"AZƏRBAYCANIN MUSİQİŞÜNASLIĞI: MÜHÜM MƏRHƏLƏLƏR" ƏSƏRİ BU SAHƏYƏ DAİR SANBALLI TƏDQİQAT ƏSƏRİDİR

 

Kulis.az xəbər verir ki, bu günlərdə "Elm" nəşriyyatında görkəmli musiqişünas-alim, "Şöhrət" ordenli akademik, Əməkdar incəsənət xadimi, professor Zemfira xanım Səfərovanın "Azərbaycan musiqişünaslığı: mühüm mərhələlər" adlı kitabı yüksək poliqrafik tərtibatda çapdan çıxıb. 8 bölmədən ibarət kitabda Azərbaycan musiqişünaslığının mühüm mərhələləri, problemləri araşdırılıb, bu sahənin üfüqləri aydın şəkildə göstərilib. Kitabda müəllif, elmi mütəxəssislərlə bərabər, maraqlanan oxucuları da musiqişünaslığımızın tarixi ilə tanış edir.

 

Tədqiqatın müqəddiməsi akademik İsa Həbibbəylinindir, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor A.Tağızadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ü.Talıbzadə, rəyçilər AMEA-nın müxbir üzvü, professor Ə.Salamzadə professor T.Məmmədovdur.

Kitabda müəllifin son illərdə rus ingilis dillərində çıxan məqalələri xarici oxucular üçün təqdim edilib

 

525-ci qəzet.- 2023.- 18 iyul. S. 9.