Türk Mədəniyyəti İrsi Fondunun yeni nəşri Vaqif Poeziya Günlərində təqdim olunub

 

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yazıçılar Birliyinin təşkilatçılığı ilə 14-15 iyul 2023-cü il tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilib. Vaqif Poeziya Günləri çərçivəsində Şuşada Mehmandarovların Malikanə Kompleksində Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu tərəfindən nəşr olunmuş, Azərbaycanın böyük şairi Molla Pənah Vaqifə həsr edilmiş "Özü vəzir, sözü şah" kitabının təqdimatı gerçəkləşib. Tədbirdə Azərbaycanın tanınmış şair yazıçıları, mədəniyyət incəsənət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Fondun bu layihəsi 2023-cü ilin Şuşa şəhərinin "Türk Dünyasının Mədəniyyət Paytaxtı" elan olunması, eləcə Türk Dünyasının görkəmli şəxsiyyətlərinin ədəbi irsinin təbliğ edilməsi məqsədini daşıyır. Layihənin ideya ön sözünün müəllifi Fondun prezidenti Günay Əfəndiyevadır. Təqdimat mərasimində Fondun nümayəndəsi, nəşrin tərtibçisi redaktoru Fərid Hüseyn layihə ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, kitabda Ulu öndər Heydər Əliyevin 14 yanvar 1982-ci ildə Vaqif məqbərəsi önündəki çıxışı görkəmli şair haqqında söylədiyi fikirləri, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2021-ci ildə Şuşa işğaldan azad edildikdən sonra ilk dəfə yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin açılışındakı çıxışı əksini tapıb: "Molla Pənah Vaqifə həsr olunan şeirlər nəzirələr onun öz dövrü sonrakı zamanlar ərzində daim diqqət mərkəzində olan bir şair olduğunu sübut edir. Bu kitabda yer alan nəzm nəsr əsərlərindən aydın görünür ki, Vaqif obrazı həm ədəbiyyat, həm incəsənətin daim müraciət edilən mövzularından olub". Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid tədbirdə çıxış edərək, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun nəşr etdiyi "Özü vəzir, sözü şah" kitabının Vaqif Poeziya Günlərinə önəmli töhfə olduğunu bildirib.

Fondun Qırğızıstan nümayəndəsi Nazgül Omurzakova təşkilatın Şuşanın musiqisinin, sənətinin, poeziyasının təbliği üzrə genişmiqyaslı fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Fond tərəfindən böyük şair Molla Pənah Vaqifin həyat yaradıcılığına həsr olunmuş yeni kitab nəşrinin Türk xalqlarının, o cümlədən, Şuşanın yetişdirdiyi dahi şəxsiyyətlərin irsinin tanıdılması istiqamətindəki layihələrinin davamı olduğunu diqqətə çatdırıb.

Topluda Azərbaycan rəssamlarının şairin təsviri sənətdəki obrazını canlandıran əsərləri, müxtəlif illərdə Azərbaycan teatrlarında səhnələşdirilən "Vaqif" tamaşalarından çəkilmiş fotolar da əks olunub.

 

525-ci qəzet.- 2023.- 18 iyul. S. 9.