"Meyvə səbəti"
"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı sənətşünas
Nigar Abbasovadır. Onunla Mikelancelo Merizi da Karavacconun "Meyvə səbəti"
adlı əsərindən
danışmışıq.
Mikelancelo
Karavacconun doğum tarixi və yaşı haqqında dəqiq məlumat yoxdur. Tədqiqatçılara
görə, ən böyük ehtimallardan biri Broloda Santa Stefano kilsəsinin qeyd dəftərindəki bir məlumata əsaslanır.
Burada 30 sentyabr 1571-ci
il tarixində "Cənab
Fermo merisi və xanım Lusia Aratorinin oğlu Mikelancelo"nun vəftizi
il bağlı qeydlər
yer almaqdadır. Tədqiqatçılar güman
edir ki, bəhs edilən məlumat məhz Karavacconun vəftizidir. Mənbələrdə rəssamın
tam adının Mikelancelo
Merisi de Karavacco olması haqqında də bir sıra
məlumatlar vardır.
Tədqiqatçılara görə,
Karavacco adı rəssamın böyüyüb
boya-başa çatdığı
qəsəbə - Karavacco
qəsəbəsinin adından
götürülüb. Digər
bir versiya isə Mikelancelonun atası Fermonun müdiri Karavacco Markisinin adı ilə bağlıdır.
- Nigar xanım, bu tablonun rəssamın
digər əsərlərindən
nə kimi fərqləri var?
- Bu, rəssamın süjeti yalnız natürmort olan azsaylı rəsmlərindən biridir.
İncəsənət tarixçisi
Con T.Spikə görə, meyvə səbəti 1596-cı ildə
çəkilib, lakin ədəbiyyatlarda başqa
tarixlər də var
ki, 1601-ci il daha çox
ehtimal edilir. Gilles
Lambert isə tablonun yaradılmasını kardinal
Françesko Maria del Monte ilə
əlaqələndirir və
rəsmin tarixini
1598-1599-cu illərə aid
edir. Darpinonun emalatxanasında yaradılmış
rəsm, yaradıldıqdan
sonra uzun müddət orda qalıb.
- Əsərin rəng koloriti necədir?
- Əsər öz məhsuldarlığı, zənginliyi,
isti rəng tonlarından istifadə olunması, kəskin konturlar, ritmikası ilə fərqlənərək,
Karavacco yaradıcılığının
ən maraqlı işlərindən biri kimi qiymətləndirir. Əsərdə səbətin
daxilində müxtəlif
meyvələrin: heyva,
alma, üzüm, əncir
təsvirini görmək
mümkündür. İlk baxışdan sadə bir əsər olsa da, özündə dərin mənalar kəsb edir.
Əsərin süjeti plastik
şəkildə təqdim
edilmiş natürmortdur.
Meyvə səbəti
rəsmin alt hissəsini
tutur və görünməz masanın
və ya dəzgahın aydın şəkildə qeyd olunan kənarına qoyulur. Fon neytral,
solğun, yuxarıya doğru uzanmış, detalsızdır. Yetişmiş,
qismən çürümüş
meyvələrlə doldurulmuş
hörmə səbət
şəklin çərçivəsindən
bir qədər kənara çıxır.
Rəssam bir alma, şaftalı, armud, heyva və müxtəlif
rəngli dörd salxım üzüm təqdim edib. Bu, professor
Jules Janik tərəfindən
"Glomerella cingulata"
kimi tanınan, fərqli göbələk
ləkələri olan
quru və çökən yarpaqlarla
tamamlanır.
- Əsərin kompozisiyası
haqqında nə deyə bilərsiniz?
- Kompozisiya diaqonal olaraq sola doğru işıqlandırılır ki, bu da hörmə səbətinin və sferik meyvənin illüzionist təsviri ilə birləşərək
üçölçülülük və genişlik təəssüratı yaradır.
Tamaşaçının diqqətini
təfərrüatların təbiiliyi və hərtərəfliliyi, detalların
zənginliyi və şəffaflığın təsiri
cəlb edir, xüsusilə də qırılan yarpaqlarda bunlar nəzərə çarpır.
- Tablo harda saxlanılır?
- Əsər hazırda Milanda "Pinacoteca Ambrosiana"nı
bəzəyir. 1607-ci ildə
kardinal Federiko Borromeo tablonun sahibi olur, lakin onun
necə sahib çıxdığı
barədə dəqiq
məlumat yoxdur. Sonrakı bir çox əsrlər ərzində şəkil
unudulmuş və onun müəllifi Flamand rəssamlarına aid edilmişdi. 1991-ci ildə Karavacco mütəxəssisi Lonqinin
sayəsində Karavacco
əsərinin müəllifliyi
tanındı.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Əsərdə İsrail
xalqını yetişmiş
meyvə səbətinə
bənzədən Amos kitabına
aydın şəkildə
istinad edilir. Sağlam və qurdlu meyvələrin bir-birinin yanında olması həm günahkarları, həm də müqəddəsləri
toplayan Kilsəyə işarə ola bilər. Karavacconun işi öz dövrü üçün o qədər
yenilikçi idi ki, əvvəlcə fərqli
bir rəsm əsərinin bir hissəsi olduğu düşünülürdü. O zamanlar natürmortlar çox az qiymətləndirilirdi
və kiçik bir rəsm növü
hesab olunurdu. "Meyvə səbəti"
rəsm əsəri bu stereotipi qırdı
və müəllifin
özü barokko üslubunda natürmortun sələfi və rəsm yaradarkən trompley üsulundan ilk istifadə edən şəxs hesab olunur.
Aytac SAHƏD
525-ci qəzet.- 2023.- 22 iyul. S. 15.