Elm təhsilin inteqrasiyasında yeni mərhələ

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixdə imzaladığı Fərmandan sonra ölkəmizdə elm və ali təhsil sahəsində qarşılıqlı əlaqələrin tənzimlənməsi və istiqamətləndirilməsi sahəsində yeni bir mərhələ başlanmışdır. Keçən dövr ərzində Azərbaycan Milli Elmlər Akademiyası da, Elm Təhsil Nazirliyi dövlət başçımızın Fərmanından irəli gələn məsələlərin həll edilməsi üçün qarşılıqlı əlaqə şəraitində mühüm addımlar artmışlar.  Elm Təhsil Nazirliyinin strukturuna yeni daxil olmuş elmi-tədqiqat institutlarının mövcud idarəetmə sistemindəki yerinin, mövqeyinin imkanlarının müəyyən edilməsi, habelə ölkəmizin ali məktəblər şəbəkəsi ilə əlaqələrinin yenidən qurulması üzrə apardığı səmərəli elmi-təşkilati bu mərkəzi icra hakimiyyəti orqanının fəaliyyətinin əhəmiyyətli bir başlanğıcı olmuşdur. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası da elm ali təhsil mühiti üçün keçid dövrü olan bu prosesdə artıq yeni struktur daxilində fəaliyyətini davam etdirməyə başlamış, elmi-tədqiqat institutlarının Akademiya ilə Elm Təhsil Nazirliyi arasındakı münasibətlərinin tənzimlənməsi elmi kollektivlərin ölkəmizin təhsil sisteminə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə bir sıra mühüm addımlar atmışdır. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında Elm təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 28 iyul 2022-ci il tarixli Fərmanının davamlı icrası üçün etibarlı bir təməl formalaşdırılmışdır. Həmin proses nəinki akademik qurumların fəaliyyətinin təhsil sferası ilə uzlaşdırılmasında, hətta uzun illər yanaşı qurumlar kimi işini davam etdirmiş Azərbaycan Milli Elmlər Akademiyası ilə Elm Təhsil Nazirliyinin əlaqələrinin yenidən qurulmasında mühüm addıma çevrilmişdir.

Bütün bunlarla bərabər, Azərbaycan Respublikasının elm təhsil mühitində baş vermiş yeni reallıq bundan sonrakı inkişafın tənzimlənməsi, idarə olunması istiqamətləndirilməsi üçün mövcud inkişaf proseslərini perspektiv inkişafı müəyyən edən dövlət səviyyəsində qəbul edilmiş direktiv sənədlərin, yeni qaydaların qəbul edilməsi zərurətini meydana çıxarmışdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul 2023-cü il tarixdə təsdiq etdiyi "Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi yanında Elm Ali Təhsil Agentliyinin Əsasnaməsi" ölkəmizin elm ali təhsil şəbəkəsinin yenidən təşkil olunmasının təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədidir. Qeyd etməyi lazım bilirəm ki, "Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi yanında Elm Ali Təhsil Agentliyinin Əsasnaməsi" bu sahədə mövcud dünya təcrübəsinin müddəalarının nəzərə alınması ən başlıcası isə elm ali təhsil sahəsində ölkəmizin reallıqlarının perspektiv inkişafının əsas kimi qəbul edilməsi prinsipləri əsasında hazırlanmış əhəmiyyətli bir yol xəritəsidir. Belə ki, "Əsasnamə"də ali təhsil sistemi ilə əlaqədar öz əksini tapmış mühüm vəzifələr respublikamızda universitet təhsilinin yeni mərhələyə çıxarılmasına hüquqi təminat verən, geniş yol açan, bələdçilik edən müddəalardır. Ölkəmizin Prezidentinin təsdiq etdiyi "Əsasnamə"dəki ali təhsil sahəsinə dair müddəaları Ali təhsil haqqında qanunvericilik sənədinin əsas tezisləri, ana xətləri kimi qəbul etmək olar. Bundan başqa, "Əsasnamə" dəki elm ali təhsil haqqındakı müddəalar universitetlərin elmi-tədqiqat institutlarının Nizamnamələrinin mahiyyətini əhatə dairəsini müəyyənləşdirməyə imkan verir.

Eyni zamanda, "Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi yanında Elm Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi" bu mərkəzi icra hakimiyyəti orqanının tabeliyində olan elmi-tədqiqat institutlarının fəaliyyətinin müasir tələblər səviyyəsində tənzimlənməsinə istiqamətləndirilməsinə təminat verən müddəalar kimi mühüm əhəmiyyətə malikdir. "Əsasnamə"də ana maddələr kimi yer almış "elm təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi üçün tədbirlər görmək"; "elmi fəaliyyətlə tədris prosesinin inteqrasiyasını təmin etmək"; "elm təhsil müəssisələrində nəticəyönlü, şəffaf səmərəli idarəetmə modelini formalaşdırmaq bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadə etmək"; "elm təhsil müəssisələri ilə xarici elm təhsil müəssisələri arasında mübadilə proqramlarını həyata keçirmək" sair kimi müddəalar hazırkı mərhələdə təhsil sferasında elmi tədqiqat mühitini formalaşdırmağa inkişaf etdirməyə geniş münbit şəraitin yaradılmasına xidmət edir. Fikrimizcə, qeyd edilən müddəalar hər biri ayrılıqda elm ali təhsil mühitinin inkişaf etdirilməsi üçün zəruri olan fərqli bir istiqamətin yenidən qurulmasına, təkmilləşdirilməsinə inkişaf etdirilməsinə yol açır. Həmin müddəaların işığında elmin təhsilin müasir mərhələdəki əsas problemlərini təhlil edib qiymətləndirmək inkişaf etdirmək üçün əməli addımlar atmaq mümkündür.

Diqqətəlayiq cəhətlərdən biri ondan ibarətdir ki, "Elm Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi"ndə elm təhsilin qarşılıqlı inteqrasiyası məsələsinə xüsusi fikir verilmişdir. Çünki uzun illər ərzində ölkəmizdə yanaşı qurumlar kimi fəaliyyət göstərmiş Akademiya ilə Təhsil Nazirliyi dövründə elm təhsilin inteqrasiyası pərakəndə şəkildə aparılmış, tərəflərin arzusu ya fərdi təşəbbüsləri sayəsində təşkil olunmuşdur. Halbuki elmi nailiyyətlərinin, mühüm elmi nəticələrin ölkəmizin ali orta təhsil proseslərinə daha çevik fəal şəkildə daxil olması, dərsliklərdə proqramlarda öz əksini tapması, əsas meyarlardan birinə çevrilməsi müstəqil Azərbaycanda geniş dünyagörüşə, ən yeni elmi-texnoloji bacarıqlara vərdişlərə yiyələnmiş yeni nəsillərin yetişdirilib hazırlanmasına mühüm töhfə verə bilər. Elmin tədrisin, təhsilin əlaqələndirilməsi eyni zamanda ali təhsil mühitindən müasir təfəkkürə yüksək intellektual xüsusiyyətlərə malik gənc qüvvələrin elmi qurumlara gəlməsinə fərqli bir imkan açar. Nəticədə elm təhsilin inteqrasiyası ölkəmizdə tam yeni təfəkkürə, ən müasir bacarıqlara, zəngin ideya-mənəvi xüsusiyyətlərə malik gənc nəsillərin yetişib formalaşdırılmasına, idarəetmə proseslərində özünəməxsus yer tutmasına geniş meydan açacaqdır. Yeni yaradılmış Elm Ali Təhsil üzrə Dövlət Agentliyinin qarşısında duran əsas vəzifələrdən biri məhz bundan ibarətdir. "Elm Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi"ndə verilmiş "elm təhsil müəssisələrində aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasına, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində istehsalatda tətbiqinə kömək göstərmək, elmi informasiya sisteminin gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirləri təşviq etmək" kimi hüquqi cəhətdən əsaslandırılmış müddəaların "Agentliyin vəzifələri" maddəsində xüsusi yer tutması nəinki elm ali təhsil sahəsində mövcud boşluqları aradan qaldırmağa kömək edəcək, hətta bu istiqamətdəki addımların ölkədaxili qarşılıqlı elmi əlaqələr səviyyəsindən dünya elm təhsil mühiti ilə münasibətlərin yenidənqurulması daha da inkişaf etdirilməsi mərhələsinə çatdırılmasına sanballı töhfələr verəcəkdir. Bu isə öz növbəsində, həm ali təhsil sistemində həm Akademiya mühitində yeni bir canlanmaya təkan vermək, yeniləşmə meyillərini qüvvətləndirmək imkanlarına malik olan addımların atılmasını təmin etmək deməkdir. Deməli, elm təhsilin inteqrasiyasının təmin olunması Elm Təhsil Nazirliyi onun tabeliyində olan elmi müəssisələr üçün olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası üçün faydalı əhəmiyyətli faktorlardır. Bütövlükdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Elm Təhsil Nazirliyi yanında Elm Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsi" ölkəmizdə elm təhsil qurumlarının vahid amal naminə qarşılıqlı əlaqə şəraitində fəaliyyətlərini davam etdirmələrinə təminat verir qarşıda yeni üfüqlər açır, ən müasir trendlərə hədəflərə çatmağa zəmanət verir.

Hazırda üzərində son təkmilləşdirmə işləri gedən Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi öz növbəsində ölkəmizdə elm təhsil sahəsində qarşılıqlı etimad mühitinin birgə fəaliyyətin təmin olunmasına xidmət edən müddəalar üzərində formalaşdırılmışdır. Təklif olunan Nizamnamə mətnində akademik elmi qurumun davamlı dayanıqlı ənənələrinin yaradıcı şəkildə inkişaf etdirilməsi ilə bərabər, həm Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında elm təhsil sahəsində idarəetməni təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında"kı 28 iyul 2022-ci il tarixli Fərmanından irəli gələn müasir reallıqlar öz əksini tapmışdır. Bu mənada yeni Nizamnamə müasir tarixi şəraitdə AMEA-da yenidən təşkilatlanmanı bu elmi qurumda islahatların həyata keçirilməsini tənzimləməklə bərabər, elm təhsilin qarşılıqlı şəkildə inkişaf etdirilməsinə geniş yol açır. Bu mənada Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm Təhsil üzrə Dövlət Agentliyinin əsasnaməsi bir-birini tamamlayan qarşılıqlı inteqrasiya inkişafa xidmət edən direktiv sənədlər kimi mühüm əhəmiyyətə malikdir. Bütün bunlar öz növbəsində hazırda qüvvədə olan "Təhsil haqqında", "Elm haqqında"kı Qanunlarda da müvafiq dəyişikliklərin edilməsi zərurətini meydana çıxarır. Qanunvericilik sənədlərində aparılacaq təkmilləşmə yeniləşmələr son nəticədə Azərbaycanda elmin təhsilin zamanın çağırışlarına uyğun olaraq yenidən qurulmasına, müasirləşdirilməsinə, modernləşdirilməsinə səbəb olacaqdır.

Beləliklə, artıq Azərbaycan Respublikasında yeni elm təhsil mühiti formalaşmaqdadır. Bu isə  Azərbaycanda həm elmi fəaliyyətin, Akademiya quruculuğunun həm təhsil mühitinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu təsdiq edir. Dövlət səviyyəsində həyata keçirilən, tənzimlənən istiqamətləndirilən bu genişmiqyaslı islahatlar geniş mənada Prezident İlham Əliyevin səyləri ilə yeni intibah mərhələsinə çatdırılmış müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi yollarında alimlərimizin müəllimlərimizin özlərinin məsuliyyətli vəzifələrini mənəvi borclarını yerinə yetirmələri baxımından açılan yeni imkandır. İnanırıq ki, elm təhsil işçiləri yaradılmış müasir imkanlardan səmərəli istifadə edərək möhtərəm Prezidentimiz müstəqil dövlətimiz qarşısında öz borclarını ləyaqətlə həyata keçirmək üçün birlikdə, vahid cəbhədə səfərbər olunacaq, inamla məsuliyyətlə çalışaraq, dövlətimizin daha da möhkəmləndirilməsi inkişaf etdirilməsi üçün bütün qüvvələrini sərf edəcəklər.

 

İsa HƏBİBBƏYLİ

525-ci qəzet.- 2023.- 29 iyul. S. 7.