Azərbaycan Milli Kitabxanasında “Özbəkistan
ədəbiyyatı və incəsənəti”
guşəsi açılıb
Avqustun 2-də
“Azərbaycanda
Özbəkistan mədəniyyəti günləri”
çərçivəsində
Milli Kitabxanada
“Özbəkistan ədəbiyyatı
və incəsənəti” guşəsinin
açılışı və özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin
“Ötən günlər” əsərinin
Azərbaycan dilinə yeni tərcümə
nəşrinin
təqdimat mərasimi keçirilib.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov iki qardaş ölkənin milli kitabxanaları arasında sıx əməkdaşlıq olduğunu,
2019-cu ildə Azərbaycan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq zalında
Özbəkistan daimi guşəsinin
açıldığını diqqətə çatdırıb. K.Tahirov əməkdaşlığın
bundan sonra da yüksələn xətlə
davam edəcəyinə
inandığını bildirib.
Özbəkistanın Mədəniyyət
naziri Ozodbek Nazarbekov tədbir iştirakçılarını salamlayaraq, ölkələrimizin
mədəni əlaqələrindən
danışıb, “Azərbaycanda
Özbəkistan mədəniyyəti
günləri” çərçivəsində 200-dən çox
özbək sənətkarının
Bakıya gəldiyini və üç gün ərzində müxtəlif səpkili tədbirlərin həyata
keçiriləcəyini söyləyib.
Nazir bu tədbirlərin
iki ölkənin mədəni əlaqələrində
yeni səhifələr açacağına
ümid etdiyini vurğulayıb.
Daha sonra qonaqlar “Özbəkistan ədəbiyyatı
və incəsənəti”
adlı guşə ilə tanış olublar.
Tədbir
Abdulla Qədirinin “Ötən
günlər” əsərinin
Azərbaycan dilinə
yeni tərcümədə nəşrinin təqdimat mərasimi ilə davam edib, A.Qədiri
haqqında sənədli
film nümayiş olunub.
Sonra Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar çıxış
edərək iki ölkənin mədəniyyət
nazirlərini və tədbir iştirakçılarını
salamlayaraq, qədim tarixə malik mədəni
və siyasi əlaqələrin bu gün də yüksək səviyyədə
davam etdirildiyini söyləyib. Anar özbək ədəbiyyatının
klassiki Abdulla Qədirinin
kitabının təqdimatında
iştirakdan məmnunluğunu,
Özbəkistan Respublikasının
Prezidenti cənab Şavkat Mirziyoyevin Sərəncamı ilə
“Dostluq” ordeni ilə təltif olunduğu üçün
özbək xalqına
və dövlətinə
təşəkkürünü bildirib.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, başda Mədəniyyət
naziri cənab Ozodbek Nazarbekov olmaqla, özbək nümayəndə heyətini
salamlayıb, Azərbaycanda
Özbəkistan mədəniyyəti
günlərinin keçirilməsinədən
məmnun olduğunu bildirib. G.Əfəndiyeva iki ölkənin dövlət başçılarının
nümayiş etdirdikləri
qardaşlıq münasibətinin
ənənəvi dostluq,
etimad və qarşılıqlı anlaşmayasöykəndiyini
vurğulayıb.
A.Qədirinin kitabının Azərbaycanda
dəfələrlə çap
olunduğunu diqqətə
çatdıran Fond rəhbəri
əsərə, müəllifə,
ümumilikdə özbək
ədəbiyyatına ölkəmizdəki
böyük maraqdan iləri gəldiyini deyib.
Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, akademik Rafael Hüseynov “Özbəkistan mədəniyyəti
günləri”nin Azərbaycanda
keçirilməsinin türk
dünyasının birliyinin
bariz nümunəsi olduğunu, hələ ötən əsrin 70-ci illərində hər iki ölkənin prezidentlərinin əsasını
qoyduğu dostluq münasibətlərinin bu gün də eyni şəkildə davam etdirildiyini, həmçinin siyasi-beynəlxalq
arenada hər iki ölkənin daha da yaxınlaşdığını
önə çəkib.
R.Hüseynov kitabın
müəllifinin, tərcüməçisi
Xalid Səid Xocayevin və redaktoru olmuş Hənəfi Zeynallının
repressiya qurbanları olduğunu qeyd edərək, A.Qədirinin
Azərbaycan ədəbiyyatına
da müsbət təsirini
göstərdiyini bildirib.
Özbəkistan səfiri Bahrom Aşrafxanov, Milli Məclisin
Mədəniyyət Komitəsinin
sədr müavini Fazil Mustafa, Özbəkistan
Milli Məclisinin üzvü,
Xalq şairi Mahmudjan Tohirov bu tədbirin Azərbaycan-Özbəkistan münasibətləri
baxımından əhəmiyyətini
yüksək qiymətləndiriblər.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələr”
şöbəsinin müdiri
professor Almaz Ülvi kitabın ərsəyə
gəlməsində AMEA-nın
prezidenti, akademik
İsa Həbibbəylinin, səfir
Bahrom Aşrafxanovun və “Təhsil” nəşriyyatının rolunu
xüsusi qeyd edərək, onlara minnətdarlığını ünvanlayıb.
Özbəkistan Yazıçılar İttifaqının üzvü,
Daşkənd Dövlət
Universitetinin Ədəbiyyat
nəzəriyyəsi və
müasir ədəbi
proses kafedrasının müdiri
Bahadur Kerimov təqdim
edilən əsər barədə ətraflı
məlumat verib.
Professor
Ramiz Əsgər, Milli Məclisin
Mədəniyyət Komitəsinin
eksperti Əkbər Qoşalı kitabla bağlı fikirlərini söyləyiblər.
Professor Tərlan Quliyev öz tərcüməsində
Əlişir Nəvainin
“Mizanül özvan” əsərini nazir Ozodbek Nazarbekova hədiyyə edib.
Abdulla Qədirinin nəvəsi, yazıçı Xondamir Qədiri bu möhtəşəm təqdimata
görə hər iki ölkənin mədəniyyət nazirlərinə
və kitabın ərsəyə gəlməsində
əməyi keçən
hər kəsə minnətdarlığını bildirib.
525-ci qəzet.- 2023.- 3 avqust.-
S.8.