Bakıda Özbəkistan Mədəniyyəti Günləri keçirilir

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 1-də Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib.

"Report" xəbər verir ki, əvvəlcə mədəniyyət naziri Adil Kərimli Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsindən məmnunluğunu bildirərək, bunun iki qardaş ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Nazir çıxışında qeyd edib ki, Özbəkistan Mədəniyyəti Günlərinin xüsusi özəlliyi var. Özbəkistan musiqiçiləri, sənətçiləri ölkəmizə 200 nəfərdən çox yaradıcı kollektivlə təşrif buyurublar zəngin özbək mədəniyyətinin incilərini dörd gün ərzində təqdim edəcəklər.

Azərbaycanla Özbəkistanı birləşdirən qədim tarixi bağlardan, zəngin ortaq mədəniyyət adət-ənənələrdən söhbət açan nazir deyib: “Xalqlarımız arasında mövcud olan möhkəm sarsılmaz dostluq münasibətləri tarixi qardaşlığımızın rəmzidir. Prezident İlham Əliyevin Prezident Şavkat Mirziyoyevin müstəsna səyləri nəticəsində bu gün iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri genişlənir bütün sahələr üzrə əməkdaşlıq inkişaf etdirilir. Ölkəmizin rəhbərləri arasındakı yüksək dostluq münasibətləri, qarşılıqlı görüşlər səfərlər, səmərəli dialoq, həmçinin əməkdaşlığa mühüm töhfələr verərək əlaqələrimizi yeni müstəviyə qaldırır. Dövlətlərimiz arasında həyata keçirilən tərəfdaşlıq, sadəcə, ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır. Bir sıra beynəlxalq regional təşkilatlar çərçivəsində uğurla davam edir. Biz xalqlarımızın mədəni irsi dəyərlərinin qorunub saxlanılması, həmçinin qlobal miqyasda təbliği istiqamətində birgə fəaliyyət göstərərək beynəlxalq müstəvidə vahid mövqedən çıxış edirik. Azərbaycan Özbəkistan xalqı daim bəşər türk mədəniyyətinə misilsiz töhfələr verib onu zənginləşdirib. Bir çox sahələrdə olduğu kimi ölkələrimiz arasında mədəniyyət sahəsində çoxşaxəli əlaqələr inkişaf etməkdədir. Mədəni sahədə əlaqələrin inkişafında Daşkənd şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin rolunu da xüsusi qeyd etmək lazımdır. Mərkəz xalqlarımızın bir-birinə yaxınlaşması istiqamətində mühüm layihələr həyata keçirir”.

Sonra Özbəkistanın mədəniyyət naziri, bu ölkənin Xalq artisti Ozodbek Nazarbekov səmimi qəbula Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsində dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Xalqlarımızı çoxəsrlik dostluq əlaqələri ortaq tarixi inkişaf yolunun birləşdirdiyini vurğulayan nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində hər iki ölkə başçısının səmimi dostluq münasibətlərinin mühüm rolu vardır.

Daha sonra Özbəkistan Dövlət Simfonik Orkestrinin müşayiətində Azərbaycan Özbəkistan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Proqramda milli, həmçinin klassik əsərlərdən nümunələr səsləndirilib.

Qeyd edək ki, konsertdən əvvəl nazir Ozodbek Nazarbekovun rəhbərliyi ilə nümayəndə heyəti Fəxri xiyabanı Şəhidlər xiyabanını da ziyarət ediblər. Avqustun 1-dən 4-dək Bakıda Azərbaycan Özbəkistan Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyət günləri çərçivəsində həyata keçirilən böyük konsert proqramı ilə yanaşı, növbəti günlərdə teatr tamaşalarının nümayişi, kitab sərgisinin açılışı digər maraqlı tədbirlər nəzərdə tutulub.

 

525-ci qəzet.- 2023.- 3 avqust.- S.8.