"Birləşmiş Ərəb
Əmirlikləri - Azərbaycan ikitərəfli əlaqələri
strateji olaraq inkişaf edir"
SƏFİR
MƏHƏMMƏD ƏL BLUŞİ: "YAŞIL ENERJİ
ƏMƏKDAŞLIĞIMIZDA PRİORİTET SEKTORLARDAN
BİRİDİR"
Azərbaycanla Birləşmiş Ərəb
Əmirlikləri (BƏƏ) arasında münasibətlər
son illər bir çox sahələrdə
uğurla inkişaf etməkdədir. Bu inkişaf
xüsusilə ticari-iqtisadi,
o cümlədən, turizm,
enerji sahələrində
nəzərə çarpır.
Yeni əməkdaşlıq sferalarından
biri də yaşıl enerjidir.
Eyni zamanda, Azərbaycana ən çox turistin gəldiyi ölkələrdən biri
də məhz
BƏƏ-dir. Azərbaycanda da əsas səfər
istiqamətlərindən biri
kimi Dubay hələ də öz populyarlığını
saxlamaqdadır.
BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Məhəmməd Əl
Bluşi "525-ci qəzet"ə müsahibəsində
ölkələrimiz arasında
müxtəlif sahələrdə
əməkdaşlıq perspektivlərindən
danışıb.
- Cənab səfir, bir ildən çoxdur ki, Azərbaycanda diplomatik fəaliyyətə başlamısınız.
Söhbətə Azərbaycan haqqında
fikirlərinizi öyrənməklə
başlamaq istərdim.
Bir ildə ölkəmizi necə tanıdınız?
- Azərbaycan unikal və gözəl ölkədir. Mən və ailəm Azərbaycanın gözəl
təbiətindən, əhalinin
qonaqpərvərliyindən, sürətlə inkişaf
edən şəhərlərindən,
mədəniyyətindən, milli mətbəxindən və bir çox
digər füsunkar məqamlardan böyük zövq alırıq.
- Azərbaycan ilə
BƏƏ arasında diplomatik
əlaqələrin qurulmasından
31 il ötür.
Bu müddət ərzində
iki ölkə nələrə nail olub?
- Bu, geniş sualdır. Söhbət uzun inkişaf yolundan gedir: 30-dan çox saziş, milyonlarla qarşılıqlı investisiyalar,
rəsmi səfərlər.
Hər iki ölkənin rəhbərliyinin güclü
iradəsi sayəsində
BƏƏ ilə Azərbaycan
arasında ikitərəfli
əlaqələr strateji
olaraq inkişaf edir. BƏƏ-nin iri şirkətlərindən olan
"Masdar" Azərbaycanda
mühüm layihələr
həyata keçirir.
Və
biz mövcud əməkdaşlığı
genişləndirmək üçün
yeni imkanların araşdırılması üzərində
işləməyə davam
edirik. BƏƏ-nin bir çox
şirkətləri Azərbaycanda
investisiya imkanlarından
faydalanmaq üçün
Azərbaycan tərəfi
ilə danışıqlar
aparır.
- Diplomatik fəaliyyətinizdə
əsas hədəflər
və prioritetlər nədən ibarətdir?
-Məlum faktdır ki, həm BƏƏ-nin, həm də
Azərbaycanın çox
böyük potensialı
var. Liderlərimizin güclü
iradəsi sayəsində
xalqlarımız bu potensialdan bəhrələnir
və mən səfir kimi Azərbaycan Respublikası
Hökuməti ilə
koordinasiyalı şəkildə
ikitərəfli əlaqələrimizin
inkişafı üzərində
işləyirəm. İnanırıq
ki, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, ərzaq
təhlükəsizliyi, ticarət
mübadiləsi, investisiya
və s. kimi sahələrdə ikitərəfli
əməkdaşlığımızı
genişləndirə bilərik.
- Azərbaycan ilə
BƏƏ arasında əlaqələr
bir çox sahələrdə inkişaf
edir. BƏƏ Körfəz Əməkdaşlıq
Şurasına üzv
dövlətlər arasında
ölkəmizin ən
böyük ticarət
tərəfdaşıdır. İqtisadi sahədə əlaqələri
necə qiymətləndirirsiniz
və qarşılıqlı
iqtisadi əməkdaşlığın
inkişafı üçün
hansı planlar var?
- Biz müxtəlif sektorların
nümayəndələri ilə
işləyirik. Gündəliyimiz çox məhsuldardır.
Rəsmi şəxslərin
qarşılıqlı səfərlərini,
eləcə də müxtəlif sektorlar, o cümlədən, dövlət,
özəl və yarı dövlət qurumları arasında dialoqları artırmağa,
həmçinin, həm
BƏƏ-də, həm
də Azərbaycanda biznes imkanları haqqında yenilənmiş
məlumatları təqdim
etməyə davam edirik.
- Azərbaycan və BƏƏ bərpa olunan enerji sahəsində fəal əməkdaşlıq edir. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası Masdar şirkəti tərəfindən tikilir. Bu sahədə başqa layihələr nəzərdə tutulubmu?
- Yaşıl enerji əməkdaşlığımızda prioritet sektorlardan biridir. Hər iki tərəf
layihələr üzərində
uğurla işləyir.
Bu yaxınlarda Masdar Bakıda ofisini açdı. Səfirlik Masdar komandası ilə sıx əlaqə saxlayır.
İnanırıq ki, BƏƏ tərəfi
ilə Azərbaycan tərəfinin birgə səyləri ölkələrimizə
daha çox rifah və davamlı
inkişaf gətirəcək.
- Turizm ölkələrimiz arasında inkişaf edən sahələrdən biridir. BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Bu sahədəki əməkdaşlıq haqqında fikirlərinizi bilmək istərdik. İki ölkə arasında viza rejiminin aradan qaldırılması bu sahənin inkişafına töhfə verəcəkmi? Sizcə, daha çox nəticə əldə etmək üçün daha hansı addımlar atılmalıdır?
- Turizm mühüm sektordur. Bu, təkcə görməli yerlərdən zövq almaqdan ibarət deyil. Bu həm də millətlər arasında təmasdır. Ölkələrimiz arasında qarşılıqlı turist axınının artması onu göstərir ki, həm BƏƏ-də, həm də Azərbaycanda ziyarətçilər özlərini yaxşı hiss edirlər. Mən burada turizm sahəsində əməkdaşlığa müsbət təsir edən bir neçə amili qeyd etmək istərdim: mədəniyyət, adət-ənənələr, qonaqpərvərlik dəyərləri. Məqsədimiz turistlər üçün səfərləri asanlaşdırmaqdır.
- Yəqin ki, həm paytaxt, həm də bölgələrimiz ilə tanış olmusunuz . Turizm baxımından sizi Azərbaycana cəlb edən nədir? "Mütləq görməli" deyəcəyiniz yerlər varmı?
- Azərbaycan gözəl ölkədir. Artıq Azərbaycanın müxtəlif məkanlarını, şəhərlərini gəzmək imkanım olub. Onların hər biri böyük təəssürat yaradır, hər biri unikaldır.
- Bildiyiniz kimi, azərbaycanlılar səyahət üçün daha çox Dubayı seçirlər. Ölkənizin digər əmirliklərini tanıtmaq üçün hansı planlarınız var?
- Dubay turizm məkanı kimi inkişaf edib. Digər əmirliklərin də turistlərə təklif edəcəyi çox şey var. Hər bir əmirliyin özünəməxsusluğu mövcuddur: Füceyrənin təbiəti, Ras Əl-Xeymənin kurort və çimərlikləri, Şarjanın mədəniyyət mərkəzləri, Umm Əl-Quveyn və Ajmandakı tarixi yerlər və şübhəsiz ki, Əbu-Dabinin gözəlliyi. Bunu göstərmək üçün keçən il biz fotosərgi təşkil etdik. Mən səfir kimi müxtəlif tədbirlərdə çıxışlar edirəm və bunun insanlar üçün maraqlı olduğunu müşahidə edirəm.
Beləliklə, fürsətdən istifadə
edərək, bir daha
Azərbaycan xalqını BƏƏ-ni ziyarət etməyə
dəvət etmək istərdim.
Pərvanə SULTANOVA
525-ci qəzet.- 2023.- 1 iyun.- S.5.