Texniki peşə sahəsi üzrə tədris proqramı genişləndirilir

QARABAĞ İQTİSADİ RAYONUNDA 8 PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏSİ TİKİLİB İSTİFADƏYƏ VERİLƏCƏK

 

Yüksək texniki peşə sahəsi üzrə tədris proqramına 6 yeni ixtisasın əlavə edilməsi planlaşdırılır. Bura kompüter şəbəkələri şəbəkə inzibatçılığı, kənd təsərrüfatı inşaat texnikası (maşınlarının) istismarı, texniki yeni ixtisaslardan (1 illik) isə rabitə quraşdırıcısı-kabelçi, kombi kondisioner ustası, planer mühərrik üzrə mexanik, un üyütmə istehsalının aparatçısı üzrə ixtisaslar aiddir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmovun sözlərinə görə, bu gün əmək bazarında texniki peşə sahəsində bacarıqları olan şəxslərə ehtiyac var: "Peşə təhsili sahəsində Böyük Qayıdış proqramı ilə bağlı hədəflər müəyyən edilib. Son beş ilin statistikasına əsasən, 2018-ci ildə peşə təhsili müəssisələrinə tələbə qəbulu 13 400 idisə, hazırda bu rəqəm 19 mindən artıqdır. 2026-cı ilə qədər qarşıya qoyulan hədəfin peşə təhsili üzrə tələbə sayının 28 minə çatdırılmasıdır. Hazırda peşə sahəsi üzrə təhsil alanların sayı 25 mindir".

Ceyhun Kərəmov bildirib ki, artıq yüksək texniki peşə texniki peşə səviyyəsində təhsil alanlara da təhsil tələbə kreditinin verilməsi mümkün olacaq. 2023-2024-cü tədris ilində peşə təhsilində gözlənilən ən böyük yeniliklərdən biri peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin bu kreditlərdən faydalanacağıdır. Bu da peşə təhsilinə əlçatanlığı artıracaq, peşə təhsili almaq istəyənləri həvəsləndirəcək hədəfə gedən yol daha da qısalacaq: "Hər il peşə təhsili müəssisələrinə qəbulda 10 faizdən çox artım olub. 2026-cı ildə 2021-ci illə müqayisədə tələbə sayı təxminən 50 faiz artacaq. "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda peşə təhsili sahəsində tələbə qəbulunun artırılması nəzərdə tutulub. Proses bu sənədə uyğun gedir. 2022-2023-cü tədris ilində bizim tələbə qəbulumuz 19 min olub. Hazırda 2023-2024-cü tədris ili üçün tələbə qəbulunu planlaşdırırıq. Növbəti tədris ili üçün 26 min yerin ayrılması nəzərdə tutulur. Yəni, 2026-cı ildə tələbə sayı təqribən 28 minə çatacaq".

Artan tələbi ölkədəki 95 peşə təhsili müəssisəsi ödəyə bilirmi? Ən müasir avadanlıqlarla təchiz olunma beynəlxalq standartlara uyğun peşə təhsili vermək imkanına malik Bakıda 5, Bərdədə 1, Qəbələ Gəncədə 2, İsmayıllıda 1 müasir peşə təhsil müəssisəsi olduğunu nəzərə alsaq, bu istiqamətdə inkişafa nail olma planları maraq doğurur. C.Kərəmov planlardan birinin artıq reallaşmaq üzrə olduğunu deyir: "Müasir peşə təhsil müəssisələrinin siyahısına tezliklə Cəlilabadda fəaliyyətə başlayacaq daha bir müasir peşə təhsili müəssisəsi qatılacaq. Müəssisə kənd təsərrüfatı müəyyən sənaye sahələrini əhatə edəcək, ölkədə özünün heyvandarlıq ferması olan ilk peşə təhsili müəssisəsi olacaq. Bu da tələbələrin müasir istehsalat proseslərini öyrənməsinə imkan verəcək".

Onun söylədiyinə görə, Qarabağ iqtisadi rayonunda 8 peşə təhsili müəssisəsi tikilib istifadəyə veriləcək. Artıq Füzulidə peşə məktəbinin bünövrəsi qoyulub. Həmin peşə məktəbinin texniki detalları hazırlanıb yaxın vaxtlarda tikintisinə başlanılacaq. Qarabağ digər ərazilərdə fəaliyyət göstərəcək peşə məktəblərində gələn ildən etibarən alternativ enerji ilə işləyən texnologiyaların inkişafı üzrə texniklər hazırlanacaq. Tədris vəsaitləri proqramlarının hazırlanması istiqamətində işlər görülür. Növbəti illərdə Qarabağda açılması planlaşdırılan 8 peşə təhsili müəssisəsində 5000 nəfərin qısamüddətli, 1000 nəfərin isə ixtisasartırma təlimlərinə cəlb olunması nəzərdə tutulur. Mütəmadi şəkildə əmək bazarına sürətli keçid imkanı verən qısamüddətli təlimlər keçirilir: "Planlar arasında ən vacib istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərdə peşə təhsilinin təşkilidir. Ötən il  Füzulidə bünövrəsi qoyulan müasir peşə təhsil liseyində iqtisadiyyatın inkişaf prioritetlərinə uyğun ixtisaslara üstünlük verilib: "Burada sənaye, kənd təsərrüfatı ilə yanaşı, yeni ixtisaslar da tədris olunacaq. Məsələn, burada PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik. Dron təmiri üzrə emalatxanalar qurulur, tədris proqramı hazırlanır. Həmçinin aviasiya istiqamətində bir sıra ixtisaslar təklif etməyi düşünürük".

Bu il Cəlilabad Lənkəranda yeni peşə təhsili mərkəzləri açılacaq. Həmin mərkəzdə kənd təsərrüfatı, meyvə sənayesi sahələri tədris ediləcək: "Mərkəzdə ilk dəfə heyvandarlıq ixtisası da tədris olunacaq. Bu məqsədlə mərkəzin ərazisinin yaxınlığında müasir ferma da tikilib. Tələbələr orada heyvanların saxlanılması, onlara göstərilən xidmətlərlə yaxından tanış ola biləcəklər. Mərkəzdə həmçinin əkinçilik bitkiçilik ixtisasları da tədris olunacağından yaxınlıqda əkin sahəsi var".

Onun dediyinə görə, ilin sonuna Lənkəranda da peşə təhsil mərkəzi açılacaq: "Burada həm kənd təsərrüfatı, həm turizm hotelçilik sahələri tədris olunacaq. Mərkəzin özünün hoteli olacaq. Qubada peşə təhsili mərkəzinin inşası isə 2025-ci ilin sonuna planlaşdırılır. Qaxda peşə mərkəzinin yenidən qurulması, Tovuzda digər rayonlarda da belə mərkəzlərin yaradılması nəzərdə tutulur. Reallaşmaq üzrə olan hədəflərdə bir çox rayonlarda peşə təhsili infrastrukturunu yeniləmək var. 2026-cı ilə qədər Tovuz, Qax, Quba rayonları Sumqayıt şəhərindəki peşə liseylərində yeniləmə işləri başa çatacaq bununla da ölkəmizin əsas şəhər rayonlarında keyfiyyətli, müasir peşə təhsili almaq mümkün olacaq. Əlbəttə, peşə təhsilində keyfiyyətə nail olmadan müasirlikdən danışmaq, peşə təhsili müəssisələrinin nüfuzuna təsir etmək olmaz. Ona görə təhsilalanlar üçün keyfiyyətli məzmun hazırlanır. Son 5 ildə 60-a yaxın yeni təhsil proqramı hazırlanıb".

Ceyhun Kərəmov qeyd edib ki, hazırda Azərbaycan-Türkiyə peşə təhsili müəssisələrinin nümunəvi nizamnaməsi hazırlanır. Bu sənəd yaradılacaq 2 peşə təhsili müəssisəsində tədrisin, maliyyə idarə etmənin təşkili ilə bağlı məqamları tənzimləyəcək. Sənəd tamamlandıqdan sonra aidiyyəti üzrə göndəriləcək: "Hökumətdə daxili razılaşma prosedurundan keçdikdən sonra tərəflər arasında imzalanma olacaq. Bununla da iki ölkə arasında birgə təhsil müəssisələrinin yaradılması üçün hüquqi baza tam olaraq formalaşmış olacaq. Hüquqi baza formalaşdıqdan sonra maddi-texniki bazanın formalaşması, tələbə qəbulu tədrisin təşkili məsələləri öz həllini tapacaq. Paralel olaraq tətbiqi nəzərdə tutulan qida işçilərin hazırlanması, hotelçilik səyahət xidmətləri informasiya texnologiyaları ixtisas qrupu üzrə təhsil proqramlarının qarşılıqlı razılaşdırılması işləri icra edilir. Tədris planları hazırlanır, proqramın məzmun hissəsinin tamamlanması üzrə işlər aparılır".

Onun sözlərinə əsasən, peşə təhsili müəssisələrində çalışan pedaqoji heyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində təkliflər paketi hazırlanır. Təkliflər sənədi yekunlaşdıqdan sonra aidiyyəti üzrə göndəriləcək: "Hazırda təxminən 20-yə yaxın peşə təhsili müəssisəsində direktor, 30-a yaxın müəssisədə isə direktor müavini vəzifəsi vakantdır. Həmin yerlərin yaxın vaxtlarda vakansiyaya çıxarılması nəzərdə tutulur".

Elm təhsil nazirinin müavini İdris İsayev deyir ki, Azərbaycanda peşə təhsili sahəsində islahatlar davam edir. Valideynlər övladlarının düzgün peşə seçməsinə kömək etməlidir: "Pis, yaxud yaxşı peşə yoxdur. Sadəcə öz peşəni yaxşı bilmək önəmlidir. Bu gün bu festivalın əsas məqsədi peşə məktəblərini hamıya tanıtmaqdır. Hazırda peşə təhsili ilə bağlı işlər aparılır. İnanıram ki, 2026-cı ildə peşə təhsilini seçənlərin sayı bundan 2 dəfə çox olacaq".

Nazir müavininin dediyinə görə, peşə təhsili Azərbaycanın təhsil sistemi üçün xüsusi əhəmiyyət kəsb edir. Peşə məktəblərinin məzunları gələcəkdə çox tez asanlıqla tapırlar. Təxminən 20 min insan belə təhsil müəssisələrində müxtəlif istiqamətlər üzrə təhsil alır. Bu gün Mədəniyyət Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində fəaliyyətə başlayan telestudiyada tələbələr unikal bacarıqlara yiyələnəcək, gələcəkdə ixtisas üzrə asanlıqla tapa biləcəklər: "Azərbaycan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda peşə təhsili mərkəzlərinin inkişafına xüsusi diqqət ayrılıb. Belə mərkəzlərin sayı artmaqda davam edir, biz hələ bütün norma standartlara cavab verən yeni mərkəzlərin tikintisini həyata keçiririk".

İdris İsayev vurğulayıb ki, ölkədə yalnız ali təhsil müəssisələrinə münasibətdə institusional proqram akkreditasiyaları üzrə meyarlar mövcuddur. Digər təhsil pillələri üzrə isə akkreditasiya meyarlarımız yoxdur. 5-ci kvalifikasiya səviyyəsi üzrə həm proqram, həm institusional akkreditasiya meyarları hazırlanmalıdır: "Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə bu sahədə birgə fəaliyyət olmalıdır ki, bu proseslər yekunlaşa bilsin. Baxmayaraq ki, peşə təhsili üzrə müəyyən fəaliyyətlərə başlanılıb. Bununla bağlı nazirliyin tədbirlər planı var. Lakin yüksək texniki peşə səviyyəsi üzrə məsələyə aydınlıq gətirildikdən sonra kvalifikasiyaların 5-ci səviyyəsi üzrə akkreditasiya məsələsinə baxmalıyıq. Yüksək texniki peşə təhsil səviyyəsi üzrə akkreditasiya meyarları hazırlanmaldır".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 13 iyun.- S.14.