Müasir Vyanaya Avstriyanın zəngin tarixinə səyahət  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

 

 Avstriya ərazisinin meydana gəlməsi

Avstriyanın "yoğun" hissəsi Habsburqlar tərəfindən absorbsiya edilən müstəqil əyalətlər, XIV əsrdə Avstriya torpaqlarını meydana gətirdi. Müasir Avstriyaya onun mədəni eyniyyətinə daxil olan bəzi əyalətlər, yalnız sonralar Habsburq Monarxiyasına birləşmişdilər. Məsələn, Zalsburq yalnız 1816-cı ildə bütöv şəkildə monarxiyanın tərkibinə keçmişdir, böyük bəstəkar Motsart isə orada 1756-cı ildə anadan olmuşdu, beləliklə, o, əslində, heç "avstriyalı" deyildi.

 

Yuxarı Aşağı Avstriyalar Vyana vasitəsilə birləşdirilmişdi onlar ölkə əhalisinin yarısını təşkil edirdi, Avstriyanın bu iki hissəsi - Dunay Alp zolaqları arasında gərginlik qalırdı, onlar "vadi" "dağ" adamları adlanırdılar. Lakin onlar heç vaxt "dağlılar" adlanmamışdılar, çünki dünyada yalnız iki xalq - şotlandlar Şimali Qafqazda yaşayan xalqların nümayəndələri "dağlılar" kimi tanınırlar. Planetdə isə dağ ərazilərdə yaşayan xalqlar çoxdur, tibetlilər, nepallılar, Mərkəzi Cənubi Amerikadakı bəzi xalqlar  daha hündür yerlərdə yaşayırlar, lakin onlara heç kəs "dağlılar" demir. Azərbaycanda isə Bakıya nisbətən hündür ərazilərdə yaşayan xızılılara, yalnız lokal termin kimi "dağlı" deyilir.

Avstriya nasist Almaniyası tərəfindən işğal edildi, avstriyalılar Üçüncü Reyx ordusunda xidmət etməklə, Hitler rejiminə "rəğbət" nümayiş etdirirdilər. Onlar xarici ərazilərin işğallarını əldə silah tutmaqla dəstəkləmələrinə görə, guya məhz öz "borclarını" icra edirdilər.

Habsburqlar İsveçrə protodemokratiyasına müxalif olan bir sistem kimi fəaliyyətə başladılar. Onlar həm protestant dövlətlərinə müxalif edilər. 1789-cu ildə Fransa inqilabının yaratdığı liberal-inqilabi dövlətə qarşı da Avstriya əks mövqedə dayanırdı. Avstriya sübut etmək istədiyi legitimliyini can-başla özünə başqalarına göstərməyə can atırdı. Avstriyanın keçmişinə kimliyi düşüncəsinə görə qorxu hissləri, təəssüf ki, onun uzun müddət mövcud olmuş ənənəsinin bir hissəsi idi.

German tayfaları tərəfindən şimaldan artan təzyiqə məruz qalan indiki ərazisindəki qədim tayfa dinc qaydada bizim eradan əvvəl 15-ci ildə Roma imperiyasına daxil oldu. Roma idarəçiliyi beş əsrə yaxın davam etdi. Romalılar üstəlik, qonşuluqdakı varlı Pannoniya əyalətlərini (şimali Balkan  ərazisi) işğal etdilər şimaldakı german tayfalarını da özlərinə tabe etməyə cəhd etdilər. Norikam Roma imperiyasının sərhəd zonasına çevrildi, onun Avropadakı hərbi divarı rolunu oynadı. Bir sıra şəhərlər kimi Vyana da ərazidəki mühüm yolları birləşdirən bir məntəqəyə çevrildi.

Şərab istehsalına başlananda, həm baha başa gələn yol sistemi tikildi. Bir sözlə, Roma sivilizasiyası burada çiçəklənməyə başladı.

Bizim eranın 172-ci ilində imperator Mark Avreli, o, həm böyük filosof idi, Romaya qarşı qiyamı yatırtmağa gəldi, onun Vindobonada 180-ci ildəki ölümü Vyananın şöhrət qazanması üçün ilk rəmz rolunu oynadı.

Bu vaxt ostroqotlar, şərqi germanlar hunlar öz hücumlarını davam etdirirdilər. 433-cü ildə romalılar hunların təhlükəsinə görə Pannoniyadan geri çəkildilər. Hun sərkərdəsi, Avropa üçün bəla hesab edilən Attilanın 453-cü ildəki ölümündən sonra qotlar artıq buradakı ağalığı ələ keçirdi. Şərqi Alplar zonası, Roma erası başa çatdıqdan sonra Teodorixin Ostroqot imperiyasının bir hissəsinə çevrildi.

Tayfaların miqrasiyası davam edirdi Dunay vadisi onlar üçün başlıca yol rolunu oynayırdı. Regionda yüksələn hakimiyyət bavariyalılara məxsus idi. VI VII əsrlərdə frankların nəzarətinə keçənə qədər, bavariyalılar Dunay vadisində Şərqi Alplarda məskunlaşmışdılar.

VIII əsrdə frank kralları Bavariyada öz hakimiyyətini qurdu. Şimalda iri slavyan hakimiyyəti kimi "Böyük Moraviya krallığı" meydana gəldi. IX əsrdə isə ən pisi macarların hücumu idi. Həmin əsrin sonunda macar orduları qonşu torpaqlara müdaxilə edirdi, 907-ci ildə isə Bavariya ordusunu darmadağın etdi.

Roma erasında kelt əhalisinin çoxu romanlaşdırılmışdı VI əsrdən sonra tədricən xristianlaşdırılmışdı. Avstriya regionu elə əyalətlərdən biri idi ki, burada roman xristian təsiri heç vaxt bütünlüklə yoxa çıxmamışdı. Roma rejimi süquta uğrasa da, 719-cu ildə Zalsburqda artıq yepiskop mövcud idi, VIII əsrin sonunda isə burada arxiyepiskop meydana gəldi. 1000-ci ildə isə Macarıstan kralı Stefen özü xristianlığa keçdi.

Babenberqlərin başçılığı altında avstriyalıların yürüşü əvvəlcədən güclü deyildi. Bu diyarın şimalında şərqində əhalisi etnik cəhətdən german olmayan krallıqlar - Bohemiya, Macarıstan Polşa var idi, onların monarxları isə xristian idilər. İlk Babenberq müasir Avstriyanın da ərazisindən çox kiçik olan torpaqlara nəzarət edirdi. Zalsburq Bavariyanın bir hissəsi olmaqla, arxiyepiskopun idarə etdiyi dini hakimiyyət altında olan əraziyə çevrilmişdi. Zalsburqdan şimalda olan Tirolda isə kiçik hökmdar var idi. Cənubda cənubi-qərbdə Karintiya yeni əyalət olan Stiriya yerləşirdi.

Üç əsr ərzində Babenberqlər, oyunu olduqca yaxşı oynadılar. XIII əsrdən onlar Müqəddəs Roma imperiyasının cənubi-şərqində olan hersoq hökmdarlara çevrildilər. Avstriya Stiriyanın hər ikisi Müqəddəs Roma imperatorları olan Hohenştaufen ailəsinin başçılıq etdiyi həmin imperiya ilə ittifaqa girdi.

İlk Avstriya hersoqu II Henrinin varisi V Leopold hiyləgər bir hökmdar idi. O, Bavariyadan baha qiymətə torpaq almışdı. O, III Səlib yürüşündən qayıdan İngiltərə kralı Şirürəkli I Riçardın 1192-ci ildə həbs edilib, dustaq saxlanması göstərişini vermişdi. Girov pulu kimi İngiltərə ona böyük məbləğ ödəməyə məcbur oldu, bu pula o, Vyanadan Stiriyaya yol çəkdirmiş, xeyli sayda şəhərə yeni divarlar tikdirmişdi. Bu biabırçı tədbir isə öz döyüşçülərinə başçılıq edən V Leopoldla I Riçard arasında III Səlib yürüşü həyata keçiriləndə Akranın mühasirəsi vaxtı baş vermiş mübahisələrinin nəticəsi idi. Bu hadisə əslində hersoqun ciddi riskə getməsinin nümayişi idi.

Babenberq təkcə risk etməkdə deyil, hiyləgər sülalə siyasətini aparmaqda da uğurlu hərəkət edirdi.  Səlib yürüşləri birbaşa olmasa da, Avstriyanın taleyinə öz təsirini göstərdi, Hesoq V leopold qüdrətli İngiltərəyə gözlənilmədən meydan oxudu.

Dunay çayı böyük əhəmiyyətə malik olan ticarət yoluna çevrilmişdi, Vyana  isə onun üzərindəki mühüm liman idi. Çay vasitəsilə germanların mərkəzi torpaqları, qərb əraziləri ilə əlaqə saxlayırdı. Şəhər həm Macarıstana çıxış qapısı idi, onun arxasından isə Bizans imperiyasına keçmək mümkün idi. Bu, Vyananı Avstriyanı şərq yolu kimi bir mühüm istiqamətə yiyələndirirdi. İki ən görkəmli Babenberq olan II Henri VI Leopold öz hersoqluqlarının müdafiəsinə zəmin yaratmaq üçün Bizans şahzadələrinə evlənmişdilər.

 

Səlib yürüşləri

Baş xristian kisəsinin Avropa dövlət başçılarının müsəlman Şərqinə qarşı yürüşləri Səlib yürüşləri adlanmaqla, Orta əsrlərin böyük cinayətlərindən biri hesab olunur. Bunu tədqiq etmək üçün həmin dövrlərin geoiqtisadi  landşaftına nəzər yetirmək ehtiyacı yaranır. O vaxtlar Avropa sivilizasiyası inkişaf etsə , Şərqin torpaqları imperiyaları ilə əlaqələrini bütünlüklə kəsməmişdi. XI əsrin sonunda bu əlaqə böyüdü, İslam Bizans  dünyalarının inkişafı, Avropa sivilizasiyasını da, öz qitəsindən kənara genişləndirmək üçün ilk başlıca cəhdə cəsarətləndirdi.

X əsrin ortalarından İslam imperiyasına Bağdaddakı İslam xilafəti ağalıq edirdi. Fatimilər kimi tanınan Şiə sülaləsi meydana çıxmışdı. Onların mənşəyi Şimali Afrika idi, onlar Misiri işğal edib, yeni şəhər olan Qahirəni özlərinə paytaxt etmişdilər. Şiə xilafətini qurmaqla onlar Bağdadın Sünnü xilafətinə rəqib oldular İslamı parçaladılar.

Səlcuq türklər Mərkəzi Asiyadan olan köçəri xalq idi, islamı qəbul etmiş, Abbasilər xilafətində muzdlu hərbi xirdmətdə inkişaf etmişdilər. Onların sayı artdıqca Abbasilər imperiyasının şərq əyalətlərini özlərinə götürdülər. 1055-ci ildə türk lideri Bağdadı işğal etdi sultan ("hakimiyyəti saxlayan" mənasını verir) titulu ilə Abbasilər imperiyasına başçılıq etdi. İki əsr sonra isə Bağdadı monqollar işğal edib, viran qoydular ərəb sivilizasiyasının sürətli inkişaf xətti birdəfəlik kəsildi.

Həmin dövrdə Bizans imperiyasındakı Anatoliyada hərbi liderlər kübarlar böyük torpaq sahiblərinin dəstəyini satın aldılar. Beləliklə, kəndli döyüşçülər Bizans imperiyasının onurğa sütununa çevrildilər. Ölkədəki Katolik kilsəsi ilə Ortdoks kilsəsi arasındakı böyüyən parçalanma da Bizans dövlətini zəiflətdi.

Səlib yürüşləri dinsizlərə qarşı müqəddəs müharibə ideyasına əsaslanırdı. Xristianların qəzəbi müsəlmanlara qarşı çevrilmişdi. Müsəlmanlar irəliləyib, İspaniyanı işğal etmişdilər. XI əsrin sonunda isə müsəlmanlara hücum etmək üçün xristianlar əla imkan əldə etmişdilər. Bizans imperatoru I Aleksius papa II Urbandan xahiş etdi ki, Səlcuq türklərinə qarşı mübarizədə ona kömək göstərilsin. Papa bunda qızıl bir imkan gördü. Yerusəlimi Müqəddəs torpağı dinsizlərdən azad etmək üçün Avropadan  döyüşçülər göndərməklə, o, həm özünün hökmranlığını sübut edəcəkdi. 1095-ci ildə Urban xristianlara çağırış etdi ki, dinsizlərə qarşı öz silahlarını qaldırsınlar. Papa onlara günahlarını bağışlamağı da vəd etdi.

Qərbi Avropa, xüsusən Fransa Səlib ordularını təşkil etdi. 1099-cu ildə onlar Yerusəlimə çatdılar, beş həftəlik mühasirədən sonra şəhər tutuldu. sakinlər dəhşətli qırğına məruz qaldılar.

1187-ci ildə Səlahəddinin başçılığı altında müsəlman qüvvələri Yerusəlimi geri aldılar. Buna cavab olaraq Xristianlıq bütünlüklə Orta Şərqə yeni Səlib yürüşünə çağrıldı. Üç başlıca monarx yeni Səlib qüvvələrinə şəxsən başçılıq etməyə razılaşdı. Həmin dövlət başçıları Almaniya imperatoru Fridrix Barbarossa, İngiltərə kralı Şirürəkli I Riçard Fransa kralı Filip II Avqust idi. Səlibçilərin bir hissəsi 1189-cu ildə nəhayət Orta Şərqə gəlib çıxdı, lakin burada yalnız problemlərlə üzləşməli oldu. Fridrix Barbarossa yerli çayda çiməndə batdı onun ordusu tezliklə parçalandı. İngilislər fransızlar dənizlə üzüb gəlmişdilər sahil şəhərlərində uğur qazana bildilər. Çünki orada onlar donanmanın köməyindən istifadə etmişdilər. Lakin içəri ərazilərə hərəkət edəndə ağır məğlubiyyətə düçar oldular. Nəticədə, Filip vətəninə qayıtdıqdan sonra, Riçard bəzi razılaşmalar üçün danışıqlar apardı, Səlahəddin xristian zəvvarlarının Yerusəlimə sərbəst şəkildə gəlmələrinə icazə verdi. III Səlib yürüşü belə kiçik nəticə ilə başa çatdı. Lakin dramatizminə görə əvvəlkilərdən seçilirdi. İmperator suda boğulmuşdu, kral Şirürəkli I Riçard ilə Avstriya hersoqu V Leopoldun oradakı sözləşməsi, vətəninə qayıdan ingilis kralının Avstriya ərazisində hersoq Leopold tərəfindən həbs edilməsi ilə nəticələnmişdi.

VI Səlib yürüşünü isə imperator II Fridrix uğurla həyata keçirdi. Sonrakı iki yürüş əvvəlki beşinci yürüş kimi uğursuzluqla nəticələndi.

 

(Ardı var)

 

Telman ORUCOV

525-ci qəzet.- 2023.- 17 iyun.- S.20.