Telekanalların maqazin vitrini  

 

 

2003-cü ildə dünyanın müxtəlif maqazin teleproqramlarında (həmçinin, sarı mətbuatda) müzakirə olunan əsas hadisələrindən biri aktyor Ben Afflekin Cenifer Lopesi toy ərəfəsində gözlənilmədən tərk etməsiydi. Üstündən 20 ilə yaxın vaxt keçəndən sonra keçmiş sevgililər yenidən görüşməyə başladılar az sonra evləndilər. O gündən maqazin proqramlarının diqqəti bir an belə olsun məşhur cütlükdən yayınmır. Lopes Afflekin hər jestini, hər üz ifadəsini müzakirə edərək istədikləri kimi yozumlayır, cürbəcür neqativ hekayələr uydururlar. Gah Afflekin arvadından bezdiyini, gah Lopesin ərini psixoloji təzyiq altında saxladığını yazırlar...

Yaxınlarda internetdə qarşıma Amerikanın maqazin teleproqramlarından biri çıxdı. Studiyadakı aparıcılar Ben Afflekin bir tədbirdə arvadının maşından düşərkən ona qapı açmasını, üz ifadəsini, duruşunu ələ salaraq gülürdülər. Çox iyrənc mənzərə idi...

Bəlkə , təxmin elədiniz, bu dəfə milli telekanallarımızda yayımlanan maqazin proqramları haqqında danışacağıq.

"Maqazin" sözü fransızcadan gəlmədir. Hərçənd bəzi mənbələrdə bu sözün fransızlara ərəb dilindən keçdiyi iddia olunur "anbar", "silah anbarı" anlamına gələn "mahzen" sözündən alındığı yazılır. Almanca ingiliscədə isə maqazin bir jurnal formatıdır. Maqazin jurnalları erotikadan iqtisadiyyata, avtomobillərdən səyahətədək çeşidli mövzuları əhatə edir, əyləncə xarakterlidir, dili sadə, vizual baxımdan dizaynı isə cəlbedici estetikdir.

1731-ci ildə Londonda yaymlanan "The Genlemans Magazine" ilk maqazin jurnalı hesab olunur. İngilis naşiri Eduard Keyvin əsasını qoyduğu bu jurnal mətbuat tarixində hər cür mövzunu əhatə edən (əmtəələrin qiymətindən tutmuş latın poeziyasınadək) ilk nəşrdir. Dövründə çox populyar olan jurnalın son sayı 1907-ci ildə buraxılıb.

Əvvəllər radioda yayımlanan maqazin tipli verilişlər daha sonra televiziyada yaradılaraq forma üslubca inkişaf etdirilib. Kütləvi auditoriyaya hesablanan maqazin proqramlarının əsas cəhəti əyləncəli yüngül olması, tamaşaçı tərəfindən asan qavranılmasıdır.

Müasir dövrümüzdə populyarlıq qazanan maqazin proqramlarından biri şou-biznes nümayəndələri ilə bağlıdır. Bu proqramların qəhrəmanları müğənnilər, aktyorlar, blogerlər, aparıcılardır, məzmun isə onların lokal konfliktləri, şəxsi həyatı, geyim tərzləri, bir-birinə münasibətinin saf-çürük edilməsilə bağlıdır. Ümumi baxanda, müxtəlif ölkələrin telekanallarında yayımlanan maqazin proqramları nəinki məzmunca, eyni zamanda stilistika, təqdimat, forma baxımından da biri-birindən çox fərqlənmir.

Bizim telekanallarda maqazin proqramları müstəqillik illərində yaranmağa formalaşmağa başladı. Xüsusən, bu format ABA kanalının "SOY production"un fəaliyyəti nəticəsində populyarlaşdı digər özəl kanallarda da analoji proqramlar yer aldı.

Hazırda telekanallarımızda fəaliyyətdə olan bəzi maqazin proqramlarıyla bağlı daha çox ümumi danışacam. Çünki bir şablon üzərində hazırlanan bu verilişlərin haqqında uzun-uzadı danışılacaq yaradıcı, xüsusi məziyyətlər yoxdur.

ARB kanalının efirində yayımlanan "Maqazin plus" (aparıcı Zümrüd Şahova) yuxarıda dediyim kimi, özəlliyi olmayan tipik dedi-qodu verilişidir. Maqazin proqramlarının əsas problemlərindən biri aparıcıların seçilən, özünəməxsus obraza malik olmamasıdır. Geyim tərzlərindən, saç düzümlərindən, makiyajlarından tutmuş özünüifadə formasınadək biri digərinin təkrar emalıdır. Mətnlər oxşar intonasiyalarla, vurğularla deyilir əgər ekranın küncündə kanalın loqosu, nişanı olmasa, yalnız bir proqrama baxdığın, mətnlərin bir adam tərəfindən yazıldığı qənaətinə gələrsən.

Məsələn, müğənni Aysun İsmayılovanın ərindən boşanması haqda mətnin ritorikası ("bu ayrılıq nədən oldu", "onlar niyə ayrıldı", "cütlük arasında nələr yaşandı" kimi eyni məzmunlu suallar) onun saxta həyəcanla səsləndirilməsi, orijinallığı olmayan hadisənin dramatizmini artırmaq məqsədilə ekspressiv, sanki təbii fəlakətin baş verdiyini ya Apokalipsisin dörd atlısının zühur etdiyini bildirən fon musiqisi digər maqazin proqramları üçün xarakterikdir. Analoji verilişlərdə danışılan hekayəyə dair vizual informasiya qıt olduğundan, redaktorlar sözlərin gücüylə hadisə yaratmağa çalışırlar.

"Space" kanalının efirində yer alan, Aytən Leylaqızının təqdimatındakı "Space maqazin" müğənnilərin şəxsi həyat yaradıcılığından əhəmiyyətsiz informasiyalarla başlayır. Verilişin əvvəlindəki soyuq, quru tonallığı gedişatda qalmaqalların emosional gərginliyi əvəzləyir. Maqazin proqramlarının ümumi cəhətlərindən biri əksər hallarda təqdim olunan qalmaqalın mahiyyətinin anlaşılmazlığıdır. Yəni qalmaqalın mənbəyini, səbəblərini anlamaqda çətinlik çəkirsən. Misalçün, Elza Seyidcahanla bacısının münaqişəsini bəzəyib-düzəyib bəh-bəhlə təqdim edirlər, amma bacıların niyə dava etdiyi aydın deyil. Fariz İlyas adlı gənc müğənninin həmkarı Nadir Rütəmli ilə dərdinin məğzinin olduğu da həmçinin. Beynin bütün intellektual imkanlarını səfərbər edəndə birtəhər anlayırsan ki, münaqişələrin kökündə nəsə saxtalıq var heç nədən hay-küylə efirdə görünmək azarı dayanır. Yeri gəlmişkən, Fariz İlyas adlı müğənnini bu proqramdan tanıdım. Yazıma fasilə verib, yutub platformasında səhifəsini tapıb bir neçə mahnısını dinlədim... Şərh yazıb, gənc müğənnini ruhdan salmaq istəmirəm. Maraqlananlar özləri dinləyib, qərar versinlər. "Dünya TV"də yer alan "Star maqazin" eyni vizual biçimdədir aparıcısı Canana Legend maqazin aparıcıları arasında ən istedadsızıdır. Çünki mətnin necə səsləndirməsi, çatdırılması haqda bilgisizdir dərsini pis əzbərləyən şagirdə oxşayır.

Maqazin proqramları arasında az-çox seçilən "MTV Azərbaycan" kanalının "MTV maqazin" verilişidir. İsa Şükürov  (qeyd edək ki, aparıcı bir az əvvəl kanaldan ayrılıb-red) daha savadlı mətnləri eynəyi ilə bir qədər fərqli obraza iddia edir. Verilişdə tipik qalmaqallı süjetlər verilsə , maraqlı rubrika şou-biznes nümayəndələri arasında müxtəlif mövzularda keçirilən sorğudur. "Əlifbanın son hərfi hansıdır", "Son dəfə hansı kitabı oxumusuz", "13 il əvvəl doğulsaydınız, bu gün neçə yaşınız olardı" kimi gözlənilməz suallar onların məntiq, düşüncə çevikliyini, intellekt səviyyəsini göstərən testdir. Cavablardan bir daha əmin oluruq ki, şou-biznes əhlinin İQ səviyyəsi aşağıdır.

Rubrika yaradıcı hazırlanır, süjet müğənnilərin suallara reaksiyalarının assosiasiyasından doğan paralel görüntülərlə zənginləşdirilir (məsələn, 2022-ci ildə Oskar mükafatının təqdimetmə mərasimində aktyor Uill Smitin aparıcıya şillə vurması kadrı kimi). Burda təbii ki, "SOY production"un təsisçilərindən biri, müxtəlif verilişlərin rejissoru aparıcısı olmuş, hazırda "MTV Azərbaycan" kanalının bədii rəhbəri Səyavuş Hüseynlinin üslubu, dəsti-xətti dərhal sezilir. Uzun illik televizya təcrübəsinə malik Səyavuş Hüseynli ilk maqazin tipli verilişərdən olan "Həftə Çal-Çağırı" əyləncəli-informasiya proqramının aparıcısı müəllifi olub.

...Göründüyü kimi, maqazin proqramlarının haqqında danışası yaradıcı, maraqlı tərəfləri azdır. Misalçün, verilişlərdə yaradıcı suallar səslənmir. Yaradıcı sual deyəndə şəxsin yaradıcılığını nəzərdə tutmuram. Məsələ verilişin müəlliflərinin, redaktorların materiala yaradıcı münasibətinin olmamasındadır. Yeri gəlmişkən, türk kanallarının maqazin proqramlarında bir qayda olaraq, serialda çəkilən aktyorlara çəkilişlərin necə getməsi ilə bağlı sual ünvanlanır. Populyar "Yarğı" serialında baş rolun ifaçılarından Kaan Urqancıoğluna eyni sualı verəndə aktyor orijinal, maraqlı sualın verilməməsindən əsəbləşmişdi. Aktyor iradında haqlıydı. Lakin jurnalistlər haqlıydı, çünki maqazin proqramları xarakter etibarilə bəsitlik, bayağılıq tələb edir. Çünki onun minlərlə tamaşaçıya maraqlı edən məhz onun bəsitliyi, yüngüllüyüdür. Məlumdur ki, televiziyanın üç əsas funksiyası var: informasiya vermək, maarifləndirmək əyləndirmək. Maqazin proqramları əyləncə funksiyasını daşıyır.

 

Bununla belə, mahiyyətcə dedi-qodu olsa da, bu, bir televiziya formatıdır, onun mütləq mənada hansısa estetik, yaradıcı tərəfinin olması şərtdir. Söhbət təkcə bizim kanallardakı maqazin proqramlarından getmir. Baxdığım digər maqazin verilişlərində vizual stilistika baxımından fərqli rakurs, fənd üslub nəzərə çarpmır. Bizim maqazin proqramlarının isə bundan başqa ciddi şəkildə aparıcı problemi var. Maqazin proqramlarının aparıcıları arasında artistizmi, individual ritorikası, koloritli maraqlı yozumu ilə seçilən Dilarə Əliyeva olub.

Başqa bir məsələ isə maqazin proqramlarında şəxsi həyata çirkincəsinə müdaxilələr istedadsızca epataj yaratma cəhdidir.

Şəxsi həyata müdaxilədən söz düşmüşkən, maqazin proqramlarından, sarı mediadan Hollivud ulduzları çox əziyyət çəkirlər. Hətta 2014-cü ildən başlayaraq, Kaliforniya ştatında məşhurları izləyən, onları narahat edən jurnlasitlərə qarşı cəzalar sərtləşdirilir. Sırtıq jurnalistləri 10 min dollar cərimə ya bir illik həbs gözləyir. Bununla belə, çoxsaylı media nümayəndələrinin qarşısını almaqda qanun da aciz gücsüzdür.

Yeni texnologiyalar medianın məşhurların həyatına daha çox müdaxiləsinə imkan verir. İllər öncə Nikol Kidmanın valideynlərinin evində dinləyici qurğu quraşdırılmışdı. Aktrisa həmin jurnalisti məhkəməyə vermiş prosesi udmuşdu. Ulduzları daha çox narahat edən onları izləyən foto teleobyektivə uşaqlarının tuş gələrək psixoloji travma almalarıdır. Conni Depp bu haqda deyir: "Biz daim paparatsilərlə əlbəyaxa vəziyyətindəyik. Vəziyyət heç vaxt dəyişməyəcək. Bütün fotoqraflar çox ambisiyalıdırlar. Hansısa ictimai tədbirlərdə, premyeralarda medianın çəkilişlərinə etirazım yoxdur. Amma Milad bayramında hədiyyə almağa gedəndə jurnalistlərin bizi izləməsi qıcıq yaradır. Bu, ikrah doğurur. Mən özümün çəkilməyimi anlaya bilirəm, amma məsələ uşaqlarıma gələndə... Bu, günahdır".

...Kanadalı kulturoloq, filosof, əsərlərində medianın cəmiyyətə, insana təsirini araşdıran Marşall Maklyuen televiziyanın sənət adamlarının həyatında rolunu belə ifadə edir: "Televiziyanın meydana gəlməsi ilə kinoulduzlar - istər qadınlar, istər kişilər - ulduz sistemindən aşağı statusa endilər".

 

 

Sevda Sultanova

525-ci qəzet.- 2023.- 17 iyun.- S.12.