Türkiyədə "Elçinə ərməğan" adlı kitab nəşr edilib

 

Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibəti ilə Türkiyənin "Bengü" nəşriyyatında "Elçinə ərməğan" adlı kitab çap olunub. Nəşrdə görkəmli yazıçının həyat yaradıcılığı, ictimai ədəbi fəaliyyəti haqqında məqalələr toplanıb. Kitabın ön sözünü Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu qələmə alıb.

Üç hissədən ibarət toplunun birinci hissəsi "Elçinə dair" adlanır. Həmin hissədə yer alan Mir Cəlal, Bəxtiyar Vahabzadə, İsa Həbibbəyli, Məryəm Əlizadə Abid Tahirlinin məqalələrində Xalq yazıçısının Azərbaycan dünya mədəniyyətində, ədəbiyyatında, habelə teatrındakı xidmətləri yüksək qiymətləndirilir.

İkinci hissə "Elçinin roman yaradıcılığı" adlanır. Bu hissədə tanınmış türk yazar ədəbiyyatşünasların - Bilge Ercilasun, Alev Sınar Uğurlu, Mehdi Gəncəli, Furkan Abir, Canan Olpak Koç, Sedat Adıgüzel, Dinçer Atay, Yağmur Söğüt, Nihan Abir, Ezgi Karslı Cem Sevincin məqalələrində Elçinin "Mahmud Məryəm", " dəvə", "Ölüm hökmü", "Baş" romanları elmi ədəbi baxımdan təhlil edilir.

 "Elçinin hekayə yaradıcılığı" adlanan üçüncü hissədə isə Türkiyənin tanınmış qələm adamlarının - Aliyə Uslu Üsten, Beyhan  Kanter, Onur Belli, Fatih Kanter, Salim Çonoğlu, Metin Savaş, Suna Özcan, Mine Nihan Doğan, Oğuzhan Karaburgunun məqalələri toplanıb. Həmin yazılarda Elçinin hekayə yaradıcılığı dünya ədəbiyyatı kontekstində şərh edilir.

Kitabın sonunda Xalq yazıçısının uşaqlıq, gənclik illərini əks etdirən fotoları ilə yanaşı, Ulu öndər Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl, Azərbaycan Türk ədəbiyyatının görkəmli simaları İlyas Əfəndiyev, Yaşar Kamal, Cavad Heyət, Yaşar Qarayev başqaları ilə çəkilmiş biri-birindən maraqlı fotoları yer alıb.

Kitabın redaktorları Salim Çonoğlu, Mehdi Gəncəli, Yasin Yavuz Çem Sevincdir.

 

525-ci qəzet.- 2023.- 17 iyun.- S.13.