"Əhsənüt-təvarix"  - "Tarixlərin ən yaxşısı": Şahin Fazilin tərcüməsində

 

(Əvvəli dünənki sayımızda)

Həsən bəy Rumlu öz kitabında Teymurun nəvəsi, Şahrux padşahın oğlu Mirzə Baysunqurun vəfatından (22 dekabr 1433) bəhs etdiyi zaman onun türk fars dillərində şeirlər yazdığını, fəzilət əhli olduğunu qeyd edərək bildirir: "Altı qələm xəttini yaxşı yazırdı. Onun zamanında şair katiblər izzətli möhtəşəm idilər. Kitabxanasında xoş xətti olan qırx katib var idi. Onların ən üstünü Mövlana Cəfər Təbrizi idi".

Həsən bəy 845-ci ildə (1441) baş verən hadisələrdən söz açanda yazır: "Bu il, Cahanşah padşah möcüzəli Təbriz şəhərində yaşayan hürufiçiləri, dindirib- danışdırandan (monazere) sonra qətlə yetirdi".

Kitabın "Azərbaycan şəhərlərində baş verən hadisələr haqqında söhbət, Cahanşah padşahın oğlu Həsənəlinin zindandan azad olması Azərbaycanı istila etməsi" bölümündə Həsən bəy yazır ki, Cahanşah padşah Türkmanın Xorasanda olduğu vaxtlarda, on beş il Maku qalasında məhbus olan oğlu Həsənəli həbsdən xilas oldu, Əmir Ərəbşah Ayinlini Həsən padşahın əmisi oğlu Mahmud bəy Ağqoyunlunu da azad etdi, onlarla birlikdə gedib Təbrizi tutdu, əmirlərin arvadlarını öz nökərlərinə bağışladı, ölkə yolların hər tərəfindən fırıldaqçı avara adamlar gələrək o aqibətsizin yanında toplaşdılar...". Həsən bəy yazır ki, Cahanşah Təbrizə qoşun göndərir, Həsənəli qacıb Maku qalasına sığınır, Cahanşah Təbrizə gəlir, Həsənəlinin ölkədən (Azərbaycandan) çıxarılması haqqında qərar verir sair.

"Əhsənüt-təvarix"də Azərbaycanda Səfəvilər xanədanının fəaliyyəti öz parlaq əksini tapmışdır. Burada Cahanşah padşahın Sultan Cüneydi Ərdəbildən çıxarmaq haqqında hökm verdiyi qeyd edilir. Həsən bəy yazır: "Sultan Cüneyd iradət əhlinin (müridlərinin - Ş.F.) çoxlu adamı ilə Diyarbəkirə tərəf hərəkət etdi, Həsən-Keyfə çatdıqda, Həsən-Keyf diyarının hökmranı olan Cahanşah padşahla düşmənçilik edən Həsən padşah o həzrətə bir namə yollayaraq, öz sədaqət etiqadını ona bildirdi. Sultan Cüneyd sevinib onunla görüşdü. Həsən padşah adı Xədicə olan bacısını o həzrətin izdivacına verdi. Sultan Cüneyd dörd il orada qaldı.  Bu müddətdə  on iki min sədaqətli sufi o həzrətin irşadı ilə doğru yola gəldi,  Sultan Cüneyd  o diyarda çoxsaylı xəlifə saxlayıb Ərdəbilə qayıtdı".

Həsən bəy yazır ki, Cahanşah padşah Sultan Cüneydin Həsən padşahla yaxınlıq etdiyini eşitdiyi üçün yenidən onu Ərdəbildən çıxarmaq qərarına gəldi. Sultan Cüneyd bu il (864 hicri)  Ərdəbili tərk edərək bir neçə gün şəhər xaricində dayandı, ətraf yerlərə adamlar yollayıb müridlərini yanına çağırdı az müddətdə on iki min cavan o həzrətin bayrağı altında toplaşdı, o, atının yürüş cilovunu Şirvana tərəf çevirdi. Şirvan valisi Əmir Xəlilullah   Allah onun məqamını cəhənnəmlik etsin - həmin mələk təbiətli döyüşçülərin gəlişindən xəbərdar olan kimi qorxuya düşdü, etibarlı adamlarını çoxlu töhfələrlə o sultanın dərgahına göndərərək vəlayət sultanının qədəmlərini təbrik etdi".

Bu məlumatdan aydın olur ki, kənar təsirlər olmasaymış Şirvanşah Şeyx Cüneydlə döyüşə girməyəcəkmiş. Həsən bəyin yazdığına görə Cahanşahın yaxın adamı olan Şeyx Cəfərin təkidli məktubunu alandan sonra Şirvanşah Şeyx Cüneyddən üz döndərir. Bu hadisə mənbədə belə şərh olunur: "Bundan sonra Əmir Xəlilullah saysız-hesabsız döyüşçü ilə atlarının cilovunu Sultan Cüneyd ləşkərinə tərəf döndərdi, cəmadüləvvəlin onunda (13 mart 1460 ) pəncşənbə günü hər iki tərəf bir-biri ilə qarşılaşdı...". Buradakı savaşı dövrə məxsus təmtəraqlı ifadələrlə təsvir edən müəllif yazır: "Şirvanın fəlakət əsərli ləşkəri sufilər qoşununa qalib gəldi, bir bəd ulduzlu adamın kamanından çıxan ox o vəlayətnişan sultanın ömür kəndirini kəsdi". Bu məlumatla əlaqədar Ş.Fazil həm iranlı tədqiqatçı Ə.Nəvainin, həm Türkiyə iranşünası M.Öztürkün qeydlərini nəzərə alaraq diqqətə çatdırır ki, həmin dövrün digər bir qaynağı olan "Həbibüs-siyər"də yazılıb: "O həzrət düşmənlərin əli ilə tutuldu Şirvanşahın hökmü ilə şəhadət şərbəti içdi". Sonra Həsən bəy şərhinə davam edir: "Üzü qara Şirvanşah o böyük əməli etdiyi üçün "onun gedəcəyi yer, şübhəsiz ki, cəhənnəmdir" ayəsinə (Qurani-Kərim, Naziat surəsi, ayə - 39) uyğun məqamını tapdı lənət xaltasını öz başıbəlalı boynuna keçird".

Göründüyü kimi, Həsən bəy Rumlu heç Şirvanşaha xoş münasibət bəsləmir onu lənətləyir. Yəqin ki, şiəməzhəb müəllifi bunun üçün çox qınamağa da ehtiyac yoxdur.

Həsən bəy hüsn-rəğbətlə yanaşdığı Cahan padşahın Ağqoyunlu hökmdarı Həsən padşahla münasibətlərinə, o cümlədən 1468-ci ildə bu iki dövlət arasında baş verən müharibəyə geniş yer vermişdir. Həsən bəy yazır ki, əmirləri Həsən padşahı Cahanşahla döyüşə girməkdən çəkindirmək istəyirlər. Həsən padşah deyir: "Cahanşah nadan, cahan malı ilə şadiman, xəzinə qoşun ilə öyünən, tac-taxtı ilə sevinən bir padşahdır... O, dövlət rəhbərinə xas olan ehtiyatı tərk etmişdir bizim ondan qorxumuz yoxdu".

Həsən bəy Cahanşahın ordusunun məğlubiyyətini onun bir Ağqoyunlu döyüşçüsü tərəfindən qaçarkən öldürüldüyünü təfərrüatlı şəkildə təsvir edir. Cahanşahın övladlarının, ona yaxın əmirlərin, onların övladlarının, əsir düşən bir çox şəxslərin edam edildiyini bildirəndən sonra, Həsən padşahın belə bir fərman verdiyini yazır: "Xüsusi ya ümumi adamlardan heç kim öz intiqam qılıncını qından çıxarmasın, onların (Qaraqoyunluların - tərcüməçi) mallarına, əhli-əyallarına əl uzatmasın, sağ-salamat öz yerlərinə çıxıb getmələrinə izn verilsin; müxalif ləşkər təqib olunmasın; onların bicarə camaatına yol azuqəsi verib öz yurdlarına rəvan etsinlər".

Həsən bəy Cahanşah padşahın ölümü (12 noyabr 1467-ci il) barəsində yazılarını belə sonuclandırır: "Həyat müddəti 64 yaş, səltənət əyyamı 30 il, məmləkətləri Azərbaycan, İraqi-Ərəb, İraqi-Əcəm Fars  vilayəti  idi... Ondan qalan tikililərdən biri cənnətnişan Təbriz şəhərindəki uca bir məsciddir ki, heç kim belə gözəl inşa olunmuş bina göstərə bilməz".

Bundan sonra "Əhsənüt-təvarix"də Ağqoyunlu hökmdarı Həsən padşah Türkmanın hakimiyyəti, onun apardığı müharibələr təsvir edilir. Həsən padşahın ona qarşı çıxan Sultan Əbu Səidi öldürtməsi, lakin yaxınlarına ədalətli davranması, hətta Cahanşahın yaxınlarına da vəzifə verdiyi, şəhərlərin qorunması üçün tədbirlər gördüyü qeyd olunur. Həsən bəy bəhs etdiyi illərdəki xarakterik ölüm hadisələrini ayrıca qeyd edir.

"Əhsənüt-təvarix"in orta cağda yazılmış digər tarixi mənbələrdən üstün cəhəti ondan ibarətdir ki, bu iri həcmli salnamənin demək olar ki, bütün fəsillərində Azərbaycan mövzusu qırmızı xətlə keçir. İstər Qaraqoyunlu Ağqoyunlu dövlətlərində, istərsə qüdrətli Səfəvilər hakimiyyətində Azərbaycan hər zaman bu dövlətlərin siyasi-mədəni mərkəzi olub, görkəmli dövlət-siyasət xadimləri yetişdirib, bütün Şərq sivilizasiyasına əhəmiyyətli təsir edən alimlər, şairlər filosofların vətəni kimi şöhrətlənib.

Təqdim edilən əsərdə adları çəkilən, haqqında məlumat verilən şəxslərə, hadisə proseslərə müəllifin obyektiv tənqidi münasibəti təqdirəlayiqdir.

Əsərin maraqlı hissələrindən biri belə adlanır: "877-ci ildə (1472/73) baş vermiş hadisələr Həsən bəy Türkmanın Rum padşahı (Osmanlı- E.M.) Sultan Məhəmməd ilə müharibə etməyi haqqında söhbət". Burada Həsən padşahın 40 min suvari 30 min piyada ilə onun üstünə yürüş etdiyi qanlı döyüş səhnəsi ətraflı təsvir edilib.

Şahın sultanın oğlanlarının sücaətlərini göstərən müəllif qeyd edir ki, sultanın ordusunda tüfənglə silahlanmış on min yeniçəri ön xətdə idi... Sultanın qələbəsini, Həsən padşahın məğlubiyyətini, Həsən padşahın qaçıb canını qurtarmasını təsvir edən müəllif yazır: "...Sultanın gözü qabağında bütün Ağqoyunlu tayfasına mənsub olan adamların hamısının boynunu bir-bir vurdular. Beləliklə, bir gün ərzində 3 min adamın başı kəsildi. Müzəffər sultan o döyüş meydanında üç gün qalıb geri qayıtdı fərman verdi ki, hər mənzil məsafədə ağqoyunlulardan 400 nəfərin başı kəsilsin, cəsədləri yollara atılsın".

Əsərdə, geniş olmasa da, Şirvan Şirvanşahlar haqqında, bu Azərbaycan dövlətinin Azərbaycanda o zaman güclü dövlətlər olan Qaraqoyunlu Ağqoyunlu dövlətləri ilə münasibətlərinə dair dəyərli məlumatlar  maraq doğurur... Həmin ildəki mühüm ölümlərdən bəhs edən Həsən bəy yazır: "Bu il Sultan Xəlil ibn Şeyx İbrahim məlal evindən bəqa evinə köçdü. Səltənət müddəti 47 il oldu. Məmləkəti Şirvan şəhərləri idi. Fərrux Yəsar adı ilə məşhur olan övladı onun yerinə keçdi.

"Əhsənüt-təvarix"in bu cildi Rum padşahı (Osmanlı padşahı - E.M.) Sultan Məhəmmədin xəstələnib ölməsi, oğlu Sultan Bəyazidin  hakimiyyətinin başlanması ilə bitir. Sultanın vəfatı belə şərh edilir: "Bu il rəcəb ayında (avqust 1481)  şəcərəsi  bir neçə nəsillə oğuza çatan Sultan Məhəmməd ibn Sultan Murad ibn Sultan Məhəmməd ibn Sultan İldırım Bəyazid ibn Sultan Murad Xan ibn Orxan ibn Sultan Osman ibn Ərtoğrul ibn Süleyman ibn Qaya Alp vəfat etdi. O alim alimpərvər bir padşah idi həmin dövlətin ən layiqlisi həmin tayfanın ən məşhuru idi".

Həsən bəy Rumlu əsərinin birinci cildini hicri təqvimilə  899-cu il hadisələri ilə bitirir qeyd edir ki, Şah İsmayıl Şah Təhmasibin hakimiyyət illərindəki hadisələr sonrakı cilddə şərh ediləcək (yəni hicri 900-cü ildən - E.M.)

Ümid edirik ki, Şahin Fazil tərəfindən tərcümə edilib artıq nəşrə təqdim olunmuş ikinci cild tezliklə işıq üzü görəcək, tariximizin ən şöhrətli dövrünə   Azərbaycan Səfəvi dövlətinin yaranması fəaliyyəti tarixinə ilk mənbədən işıq tutacaq. Bu nəşr həm müəllifi, görkəmli Azərbaycan tarixçisi Həsən Rumlunu, həm 83 yaşlı ustad tarixşünas-şərqşünas şair Şahin Fazili xalqımıza daha yaxından tanıdacaq.

 

Eynulla MƏDƏTLİ

AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

525-ci qəzet.- 2023.- 21 iyun.- S.15.