"Ellər loğman deyib sizə əzəldən..."  

SAĞLAMLIĞIMIZIN AĞXALATLI KEŞİKÇİLƏRİ HAQQINDA KÖNÜLDƏN GƏLƏN BİR NEÇƏ SÖZ

 

 

Həyatımızın bütün dövrlərində həkimlərə qədər ehtiyacımız olsa da, təəssüf ki, indi cəmiyyətimizdə bu ağxalatlı xilaskarlara qarşı, nədənsə, bir inamsızlıq, etibarsızlıq da yaranıb. İnsanlar onu müalicə etmək, problemlərinə çarə tapmaq istəyən həkimlərdən belə çəkinir, sona qədər inanmaq istəmirlər. Lakin bütün bu etibarsızlıq tablosunun içərisində bəzən elə ümidverici, işıqlı hadisələr baş verir ki, səni məyus edən bütün hallar sanki öz-özünə düzəlir, həllini tapır.

Məsələn, bir neçə gün öncə mənə gələn zəng kimi...

Ə.D.Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının terapevtləri Elnurə Piriyeva Nihal Şükürovanı müalicə edib həyata döndürdükləri pasiyentləri sayəsində tanıdım. Bir pasiyentin öz həkimi haqqında bu qədər ürəkdən, sevgi ilə, böyük minnətdarlıq xoş duyğularla danışması artıq o həkimin insanlığı peşəkarlığı barədə hər şeyi deyir, məncə. Elnurə Nihal həkimlər müalicə etdikləri pasiyentlərinin doğmasına, əzizinə çevrilmiş ağxalatlı xilaskarlardandır.

Onların insanlığı, savadı, peşəkarlığı haqqında o qədər gözəl sözlər eşitdik ki, bu cür həkimlərimizi cəmiyyətimizə tanıtmağın mühüm olduğu qənaətinə gəldik özləri təvazökarlıqla tərəddüd etsələr , onları qəzetimiz üçün bir neçə kəlmə danışmağa razı sala bildik.

Həkim terapevt Elnurə Piriyeva 1984-cü ildə Tibb Universitetini bitirib 1985-ci ildən etibarən insanların sağlamlığının keşiyindədir: "Həkimliyə marağım uşaq yaşlarımdan başlayıb. Anam tibb işçisi idi. Üç bacı, üçümüz həkimik.

İlk dəfə doğum evində terapevt işlədim. Açığı, oraya ginekoloq olmaq üçün getmişdim. Çünki əvvəlcə işləyib, sonra ginekoloq keçə bilərdin. Amma orada işlədikcə, gördüm ki, elə öz sahəm mənə daha uyğundur. Sonra poliklinikada işlədim. Xəstəxanadan poliklinikaya keçməyim çoxlarına təəccüblü gəlmişdi, amma mənim üçün çox xoş idi, çünki burada daha çox insanlarla ünsiyyətdə ola bilirdim. 19 il burada işlədim. Sonra bir neçə başqa yerlərdə işləyib, sonda Məlikov adına xəstəxananın terapiya şöbəsinə gəlib çıxdım".

Elnurə həkim deyir ki, xəstənin ilkin müalicəsi dərmandan yox, sözdən başlayır: "Mənə görə, dərman ikinci dərəcəlidir. Hər xəstəni öz dilində danışdırmağı bacarmalısan. Beş barmağın beşi bir olmadığı kimi, insanlar da çox müxtəlifdir. Bəzi xəstələr var, məcbursan sərt danışasan, çünki mülayim şəkildə dediklərini etmirlər, tələb eləməlisən. Eləsi olur, sadəcə səni dinləmək istəyir sən desən, razılaşıb, əməl edir. Təəssüf ki, hətta mərdiməzarlıq etmək üçün gələnlər olur. Biz çalışırıq hamını öz dilində danışdıraq, kimsəni özümüzdən incik salmayaq. Lazım olanda iynəsini, dərmanını, şəxsi lazımi vasitələrini belə alırıq. Əsas odur ki, bizə ümid edib gələn xəstələr öz dərdlərindən qurtulsunlar. Xüsusən xəstəni sağalacağına inandırmaq lazımdır.

Mən xəstələrimə doğmam kimi yanaşır, ən qısa zamanda onlarla səmimi münasibəti yaradıram ki, onlar mənə güvənsinlər, rahat şəkildə problemlərini bölüşsünlər.

Bir zaman başqa işlərlə məşğul olmağım üçün şans yaranıb. Elə işlər ki, burda aldığım maaşın qat-qat artığını qazana bilərdim. Amma mən o işə getməmişəm. xalatımı heç nəyə dəyişmək istəməmişəm. Mənə "həkim" deyə müraciət olunması, insanların köməyinə çata bilmək, övladlarımın həkim anası olmaq daha üstündür".

Elnurə həkim tibb leksikonunda məşhur olan "Hippokrat andı"na sonuna qədər sadiq qalan həkimlərdəndir. O deyir ki, həkim ilk növbədə öz vicdanı qarşısında cavabdehdir: "Mən hər addımımı atanda elə bilirəm ki, ilahi bir qüvvə tərəfindən izlənilirəm. Çiynimdə həmin hissin məsuliyyəti ilə yanaşıram işimə , xəstələrimə . Ancaq əslində, o hiss mənim vicdanımdır. Gecənin bir yarısında belə xəstələrimi düşünürəm, öz-özümə sorğu sual edirəm ki, görəsən, filankəsə filan analizi etdirdim, ya filan iynəni vurdurdum? Bəzən ürəyim dözmür, qalxıb növbədəki tibb bacısına zəng edib, soruşuram, yoxlatdırıram ki, gör, bunu etmişikmi? Hərdən deyirlər ki, axı niyə bu dərəcə dərinliyinə qədər gedirsiniz, özünüzü bu cür yorursunuz, onsuz da ağır xəstədir, bir iynə ilə olacaq ki? Deyirəm, yox. Bəlkə o iynə ilə isə olmayacaq, amma mənim vicdanım rahat olacaq ki, onun üçün bunu da elədim.

Bəzən olur ki, xəstə ən ağır etapda müraciət edir. Artıq onu geri döndərmək mümkün deyil. Amma biz yenə onun üçün hər şey edirik çalışırıq ki, nəyəsə nail olaq. Sonra həmin xəstəni itirmək bizim üçün ən ağır imtahandır. Uzun müddət depressiyaya qapılırıq, özümüzə gələ bilmirik".

Bayaq dediyimiz kimi, cəmiyyətimizdə həkimlərə qarşı bir inamsızlıq, güvənsizlik tendensiya halını alıb. Gün keçdikcə daha da qatılaşan, ağırlaşan bu tendensiyadan Elnurə həkim narahatdır. Onun sözlərinə görə, xəstə ilk növbədə, gərək həkiminə inansın, etibar etsin, həkim xəstənin inamını boş çıxarmamağa çalışmalıdır: "Sizi əmin edirəm ki, həkimlərimizin əksəriyyəti çox savadlı qayğıkeşdirlər. Onların arasında laqeydi yoxdur. Tez-tez tibbi konfranslara gedir, orada həmkarlarımızın çıxışlarını dinləyirik. Həqiqətən Azərbaycan səhiyyəsi çox inkişaf edib. Xüsusən, kardiologiya sahəsində çox peşəkar həkimlərimiz var.

İcbari Tibbi Sığorta tətbiq edilməyə başlayandan sonra insanlarımızın vəziyyəti daha da asanlaşıb. Onlar səhiyyəmizin müxtəlif xidmətlərindən rahat şəkildə istifadə edə bilərlər. Qeyd edim ki, bu, təkcə xəstələrə yox, həkimlərimiz üçün çox rahatdır. Sadəcə insanlar "qulaqdandolma" xəbərlərə, ittihamlara çox inanırlar. İctimaiyyətdə həkimlərimizi günahlandırmaq üçün belə bir qınaq cümləsi var: "Firma dərmanı yazır". Axı əgər o dərman bu dərdin dərmanıdırsa, onu necə yazmayasan? Adi dərmanlarla, yüngül iynələrlə sağalmayan xəstəyə məcbursan axı o dərmanlardan yazasan. Dərmanlar kömək olmasa, digər dərmanların gücü çatmayan hallar da var. Məsələ odur ki, bunun köməyini çox yaxşı şəkildə görürük. Bunları nəzərə almaq lazımdır.

Həmçinin, bəzən həkimlərin yanaşmasında da fərqlər olur. Xəstəyə can yandırmayan, qayğısına qalmayan, əlindən gələni, hətta gəlməyəni etməyən həkim xalatı nahaq geyinir. Ondansa gedib başqa işlə məşğul olmağı məsləhətdir.

Mənim üçün ən çətin şey geyindiyimiz bu xalatın məsuliyyətidir. Bu xalat həkim üçün boş yerə verilməyib, bu, təmizlik rəmzidir. Həkimin ləyaqəti onun təmizliyi, saflığıdır. Həkim həkim kimi hər zaman öz ləyaqətini qorumağı bacarmalıdır. Allahın adlarından biridir "həkim". Həkimlik müəllimlik ən müqəddəs peşələrdir. Hörmətsiz həkim olmaqdansa, heç işləməsin. Xəstə səndən şəfa tapmırsa, bir xeyir görmürsə, onu xilas edə bilmirsənsə, nəyə lazımdır sənin həkimliyin?!"

 

lll

 

Elnurə həkimin həmkarı həmin xəstəxanada çalışan terapevt Nihal xanım Şükürova da xəstələrinin sevimlisidir. Onun savadı, peşəkarlığı, pasiyentlərinə qarşı sonsuz diqqəti qayğısı yaşının azlığına baxmayaraq, xəstələrinin ona güvənməsinə, etibar etməsinə nəticədə öz sağlamlıqlarına qovuşmasına səbəb olur. Bunu biz demirik, elə həmin pasiyentlərin özləri deyirlər.

Nihal xanım isə bunu özünün insanlıq vəzifə borcu hesab edir: "Məktəb vaxtımdan həkimlik arzum olub. Evdən dəstəklədilər nəhayət, mən arzuma qovuşdum. Əslində, əvvəllər daha ixtisaslaşmış sahə istəsəm , indi terapiyada olmağımdan razıyam. Çünki bu, daha geniş, hərtərəfli sahədir. Buna görə terapevt hər zaman öyrənir, hər şeydən məlumatlı olur.

Pasiyentlərimizlə münasibətim hər zaman yaxşı olur. Çalışıram ki, onları çox yaxşı şəkildə dinləyib, bütün lazımi analizlərdən keçirərək problemlərini düzgün şəkildə tapaq ona uyğun olaraq da düzgün müalicə edək. Bəzən olur ki, daha ağır xəstələrlə qarşılaşırıq. Bu zaman da əlimizdən gələn hər şeyi edərək, ilk növbədə isə xəstəni sağalacağına inandıraraq müalicəmizi aparırıq".

 

lll

 

Bəli, həkim biz insanların ən çətin anında ümid yeri, pənah ocağıdır. Onun şəfalı əlləri, mülayim siması peşəkar yanaşması ilə sağlamlığımıza qovuşur, ağrılarımızdan qurtuluruq. Yaxşı həkim təkcə bir insanın yox, həm insanlığın gələcəyin xilaskarıdır.

Təki, yolumuz həkimlərə müalicə üçün yox, müayinə üçün düşsün! Azərbaycan səhiyyəsinin adını ucaldan, xalatının paklığına hər zaman sadiq qalan Elnurə Nihal həkim kimi savadlı, peşəkar, qayğıkeş həkimlərimizin daha da çox olmasını diləyirik.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 22 iyun.- S.16.