"Xalq yazıçısı Elçin-80" adlı daycest təqdim edilib

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən Xalq yazıçısı Elçin Əfəndiyevin 80 illik yubileyi münasibətilə daycest, eləcə də Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü, həmçinin 26 İyun -Silahlı Qüvvələr Günü münasibətilə slayd hazırlanaraq virtual oxuculara təqdim edilib.

525.az xəbər verir ki, "Xalq yazıçısı Elçin- 80" adlı daycestdə yazıçının həyat və yaradıcılığı haqqında, görkəmli şəxsiyyətlərin yazıçı haqqında fikirləri və Respublika Uşaq Kitabxanasının fondunda mövcud olan çap materialları - 23 kitab və 210 məqalənin tam mətnli təsvirləri yer alır.

"26 İyun - Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü" adlı slaydda narkomaniya ilə bağlı maarifləndirici fikirlər, kitablar, bədii əsərlər və dövrü mətbuat materialları öz əksini tapır.

Silahlı Qüvvələr Günü slaydda Azərbaycan Ordusunun yaranma tarixi, ordunun hansı bölmələrdən ibarət olması, həmçinin onların yaranma tarixi haqqında qısa məlumat, eləcə də kitabxana fondunda mövzu ilə bağlı mövcud olan kitab və dövrü mətbuat materialları nümayiş olunur.

 

525-ci qəzet.- 2023.- 26 iyun. S. 8.