UNEC-Heydər Əliyev İli”nə həsr olunan Elm festivalına start verilib

 

Martın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Heydər Əliyev İli"nə həsr edilmiş  Elm festivalına start verilib. Elm festivalı 27 mart - Elm Gününədək davam edəcək.

525.az xəbər verir ki, elm festivalının açılışında "Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar, imkanlar mürəkkəb vəzifələrin həlli yolları" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda UNEC-in elm üzrə prorekroru, professor Sakit Yaqubov Elm festivalının keçirilməsinin əsas məqsədinin elmin populyarlaşdırılması olduğunu diqqətə çatdırıb. Elm festivalı çərçivəsində  konfrans, dəyirmi masalar, elmi-praktiki seminarlar, açıq elmi-populyar mühazirələr, debatlar, kitab sərgisi müxtəlif mövzularda 20-dən çox tədbirin keçiriləcəyini bildirib.

Tədbirdə iştirak edən akademik M.Nağıyev adına Kataliz Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolundan danışıb. Akademik ulu öndərin Azərbaycan aliminə elminə hər zaman diqqət qayğı ilə yanaşdığını, onun rəhbərliyi ilə bu sahədə ardıcıl sistemli tədbirlərin həyata keçirildiyini bildirib.

Milli Məclisin elm təhsil komitəsinin üzvü, millət vəkili Etibar Əliyev elmin populyarlaşması, xüsusilə regionlarında bu sahəyə diqqətin artırılmasının vacibliyindən söz açıb. Millət vəkili elmə verilən dəyərin dəyişdiyini diqqət çatdıraraq, alimlərin paradiqmaları dəyişməli olduğunu vurğulayıb.

UNEC rektorunun fəxri müşaviri Fərrux Tuzçuoğlu isə ali təhsil sisteminin beynəlmiləlləşməsindən danışaraq, bu istiqamətdə UNEC Sakarya Universitetinin təcrübəsini bölüşüb.

Tədbirin moderatoru, Elmi fəaliyyətin təşkili idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov UNEC-in elmi fəaliyyətində yeni idarəçilik modeli barədə təqdimatla çıxış edib. O, elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, tədqiqat universitetinə keçid, strateji hədəflər, UNEC-in nüfuzlu elmi nəşr platformalarındakı göstəricilərinin analitik təhlili, eləcə qarşıdan duran vəzifələr barədə məlumat verib.

Konfrans öz işini panel diskussiyalarla davam etdirib.

Elm festivalı çərçivəsində UNEC Kitabxana İnformasiya Mərkəzi tərəfindən təşkil olunan kitab sərgisində ulu öndər Heydər Əliyev müzəffər Ali Baş Komandan İlham Əliyevdən bəhs edən kitablar nümayiş olunub.

 

525-ci qəzet.- 2023.- 2 mart. S. 6.