"Dəhr bazarında kasiddir mətai-himmətim"

 

Esse

 

Bəzən köhnə fayllar arasında eşələnəndə vaxtsa başlayıb yarımçıq qoyduğum, hətta özümün unutduğum bir nəsr nümunəsini yenidən oxuyuram yaxşı mənada heyrətlənirəm, çünki hiss edə bilirəm ki, bu oxuduğum cümlələr, abzaslar dünya nəsr tarixində yer tutmuş ən uğurlu, saf qatqısız mətnlər sırasına girə biləcək qədər gözəldir.

Bu cümləmi görüb təəccüblənən buna inanmayan yazar həmkarlarımı dediklərimə inandırmaq niyyətində deyiləm; inanmasalar, daha yaxşıdır, çünki mən özüm bu dediyimə yalnız o zaman inanıram ki, ədəbiyyatın içində oluram, gördüyüm yalnız yazıb oxumaqdan ibarət olur.

Amma o ki gündəlik həyatın qayğıları dərdləri səni bir müddət yazmaqdan da, oxumaqdan da uzaqlaşdırır; günlərlə, həftələrlə yazıya, kitaba sarı gedirsən, sanki məhz bu zaman sən yuxudan ayılmış olursan. Sanki məhz bu zaman sən normal insana dönürsən anlayırsan ki, ətrafındakı adamlar niyə hər dəfə səni görərkən sənə yazığı gələrcəsinə "ağlını başına yığmağı, normal bir işin qulpundan yapışmağı, pul qazanmağı" tövsiyə edirmişlər.

Çünki sən bir müddət ədəbiyyatın tilsimindən uzaqlaşıb adi, gündəlik həyata qayıdanda, doğrudan da, fərqinə varırsan ki, indi kiminsə yazdığı kitab sənin üçün həyatda vacib olan işlər arasında heç iyirminci sırada da durmur. Bəli hətta hansısa məşhur dahi yazıçının yazdığı kitab da sənin üçün zərrəcə əhəmiyyət daşımır. Bəs onda sənin yazdıqların kimə lazım imiş? Sənin yazdıqlarına kim niyə maraq göstərməlidir? Belə zamanlarda vaxtsa qələmə aldığın hələ çap etdirmədiyin o "şedevr"ləri yenidən oxuyursansa, onlar sənə daha əvvəlki kimi cazibəli görünmür.

Üslubu daha da bəsitləşdirsək:

İnsanların işi var, insanların işi çoxdur, insanların başı qarışıqdır. İnsanlar pul qazanmağa çalışırlar bu dəqiqə onları əyləndirən, boş vaxtlarını dolduran o qədər maraqlı cazibəli şeylər var ki, sənin kitab səhifələrin onların əllərindəki telefonlarla heç zaman yarışmaq iqtidarında deyillər.

Bu yerdə Ülvi Babasoyun bir essesində oxuduğum məqam yada düşür. 2008-ci ildə Davos İqtisadi Forumunda bir futuroloq dünyanın gələcəyi ilə bağlı dörd proqnoz irəli sürür bu proqnozlardan biri kitabların artıq sıradan çıxacağıdır.

İki ay öncə Xalq yazıçısı Afaq Məsud bir yazısında Ramiz Rövşənlə etdiyi pessimist bir söhbəti xatırladır belə qeyd edirdi:

"May ayının əvvəllərində Ramiz Rövşənlə baş tutan söhbət əsnasında mən ədəbiyyatın, az qisim əsərləri çıxmaq şərtilə, artıq əvvəlki gücə sirayət qabiliyyətinə malik olmadığı, bir vaxtlar ağrı əzablarının həqiqiliyi ilə, az qala şüuraltımıza hopmuş "Hərb sülh", "Anna Karenina", "Qırmızı qara", "Ovod", "Madam Bovari" kimi dünya ədəbiyyatı şedevrləri sayılan romanların belə, istifadə müddəti başa çatmış köhnə məhsullartək təsirini əhəmiyyətini itirdiyi ilə bağlı fikirlərimi bildirərkən həmsöhbətim əvvəlcə razılaşmadı, məni bu "yanlış mövqedən" daşındırmağa, böyük ədəbiyyatın əbədi dəyişməz gücünə inandırmağa çalışdısa da, gətirdiyim bir sıra nümunələrdən izahlardan sonra axır ki, anlaşdıq.

Sonra baş verdisə, bir müddət hər ikimiz ali müqəddəs olan nəyisə əlimizdən salıb qırmıştək xof dolu qəribə bir ehtiyatla mövzu ətrafında dolaşmağa başladıq. Bu əsnada, sanki mövzunu bir az da xırdalamaq üçün havaya atdığım: "Amma bax, məsələn, Çexovu bu siyahıya salmazdım", - sözümdən Ramizin üzünün birdən-birə anlaşılmaz, gizli bir sinirlə gərildiyini, gözlərinin pərt bir əsəbiliklə yığıldığını sezib söhbəti dəyişmək istədimsə , o: "Məncə, elə o da həmin qəbildəndi", - deyib susdu..."

Afaq Məsudun çıxardığı hökmün dərəcədə doğru olduğunu hiss etmək çox asandır. Əgər öz peşəsinə işinə aidiyyatı yoxdursa, bu gün hansısa gəncin "Hərb sülh"ü, yaxud "Karamazov qardaşları"nı oxumaq ehtimalı o qədər yüksək deyil.

Bir çox əsərlər istifadə müddəti bitmiş məhsulları xatırladırsa, ümumilikdə nəsr sənətinin , kitabların da artıq istifadə müddətinin bitməyinə az qalmış məhsullar olduğunu düşünə bilərik.

Arada kitab sərgiləri yarmarkalarının reklamlarını, yazıçı həmkarların oxuculara çağırışlarını, kitab təqdimatlarının elanlarını görəndə dostların bu çırpıntıları, gözlərim önündə, sanki ədəbiyyata süni nəfəs vermək istəyən, yaxud son saniyələrdə ürək masajı etməyə çalışan insanların mənzərəsini canlandırır.

Bu yerdə adamın ağlına başqa bir fikir gəlir. Bəlkə , nəsrin formatı dəyişməlidir. Bəlkə , müasir yazarlar nəsrin məkanını kitablardan sosial şəbəkəyə daşımalı yalnız sosial şəbəkə çərçivəsinə sığacaq şəkildə öz əsərlərini qələmə almalıdırlar. Çünki belə olduqda həm kütlə sanki yeni gözəl bir şey görürmüş kimi mətnə maraq göstərə bilər, həm bu peşə o qədər böyük ümidsizliklər vəd etməz.

Yazıçı peşəsinin müasir əhvalını görərkən yadıma həm böyük Füzulinin bu beyti düşür:

Dəhr bazarında kasiddir

mətai-himmətim,

Bu mətai satmağa

bir özgə bazar istərəm.

"Kasid" - müştərisi olmayan deməkdir bu söz müasir dövrümüzdə ədəbiyyat nümunələrinin taleyini olduqca sərrast şəkildə ifadə edir.

2 mart, 2023.

 

Təvəkkül Boysunar

525-ci qəzet.- 2023.- 7 mart.- S.13.