8 Mart qazanları

 

Esse

 

 

Molla bir gün qonşusundan bir qazan borc alır. Bir neçə gündən sonra içinə bir balaca qazan da qoyub sahibinə qaytarır. Qonşu balaca qazanı görüb soruşur:

- Molla, bu nədir? Mən ki sənə bircə qazan vermişdim.

Molla gülə-gülə deyir:

- Balam, sən çox xoşbəxt adammışsan. Qazanın bu gecə doğub.

Kişi bir söz deməyib sevinə-sevinə qazanları götürüb aparır.

Bir müddət keçir. Molla həmin qonşusundan bir böyük qazan istəyir. Birinci qazandan dişində şirə qalan qonşu dərhal qazanı Mollaya verir.

Bir gün, beş gün, bir ay keçir. Molla qazanı qaytarmır. Axırda kişi gəlir Mollanın qapısına. Molla çıxır, bunu qapıda görcək başlayır dil-ağız eləməyə:

- Bağışla, vallah, a qonşu. Sənin yanında xəcalətliyəm. Qazanın bu gecə öldü.

- Molla, bu sözdür? Heç qazan da ölərmi?

- Qonşu, keçən dəfə qazanın doğanda heç bu sualı vermədin? Qazan doğa bilər, amma ölə bilməz?

8 Mart bayramına necə nifrət edirəm, ilahi. "Mişka"lı bacılarımızın qəzəbinə tuş gəlməmək üçün nifrətimi , nifrətimin səbəblərini bir neçə gün sonra yazmaq qərarına gəldim. Düzü, mənim bu mövzuda düşündüyümün bu günü aylarla gözləyən qızlar üçün bir məna kəsb etmədiyini gözəl bilsəm , deyirəm ürəyimdə qalmasın. Necə deyərlər, desəm öldürərlər, deməsəm ölləm.

Söhbət ölümdən düşmüşkən, bu günün ölümlü-itimli tarixini bir daha xatırlatmaqda fayda var.

Deməli, 8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim fabrikində çalışan 40 min nəfər qadın aşağı maaşa, uzun saatına pis şəraitinə etiraz edərək tətilə çıxır. Polisin bu aksiyaya reaksiyası amansız olur fabrikdə bağlı qapılar arxasında qalan 129 nəfər fəhlə qadın baş verən yanğında həyatını itirir.

1908-ci ildə 15 min nəfər qadın daha qısa saatı, daha yaxşı gəlir səsvermə hüququ istəyi ilə nümayiş keçirir. Nümayişdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək Gül" olur. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yaxşı həyat tərzini ifadə edirdi.

1909-cu ildə Avropadakı qadınlar fevral ayının son bazar gününü - fevralın 28-ni ilk qadın günü olaraq qeyd edirlər.

Bu hadisədən bir il keçmir, 1910-cu ildə - 1857-ci il hadisələrdən 52 il sonra - Qadın Sosialist İnternasionalının Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilən qurultayında Klara Setkin adlı alman sosialist qadını 1857-ci ilin 8 martında Amerikada Nyu-Yorkda yandırılaraq öldürülən 129 qadının başladığı mübarizənin qadın hüquqlarının genişləndirilməsi, qadın həmrəyliyinin simvolu kimi qəbul edilməsi üçün hər il 8 martın Beynəlxalq Çalışan Qadınlar Günü kimi qeyd olunmasını təklif edir təklif qəbul edilir.

Bu günün hekayəsində bayramı andıran bir detal yoxdur. Əksinə, yandırılaraq öldürülən qadınların xatirəsi var. Bəs yaxşı nədir bu bayram sevdası?

Hələ məlum gündə dəqiqəbaşı eşitdiyimiz, inkarın inkarı olan "Qadını bir gün yox, hər gün sevmək lazımdır" fikri necə də mənasızdır. Onsuz da bir kişi qadını 364 gün döyürsə, çətin ki bir 8 Mart günü sevindirmək ağlına gələ.

Görəsən, ilk kimin ağlına gəlib ki, 8 Mart günündə qadına gül vermək lazımdır? Məgər gül vermək üçün gün qıtlığı idi? Hə, bilirəm, əziz oxucum, bəlkə də sən bu cümlələri oxuyanda düşünürsən ki, buçürükçülükdür mən edirəm. Əslində, nə yalan deyim, mənim özümün də güllər üçün ürəyim gedir. Hələ mart ayında nərgizin qoxusu lap bihuş edir məni. Ancaq mənim dərdim əməllə yox, niyyətlədir. O güllərlə, o xoş sözlərlə aldadırlar başımızı.

bilim, "başımın tacı", "evimin yaraşığı", "üzüyümün qaşı", yox bir, daha nələr... Mən şəxsən bir qadın olaraq heç kimin başının tacı olmaq istəmirəm. Mən başımdakılarla bir fərd kimi qəbul edilmək istəyirəm. Mən səhvlərimlə, düzlərimlə, bütün mükəlləf və hüquqlarımla fərd olmaq istəyirəm.

Belə bayramlar və belə bər-bəzəkli sözlər qadını aliləşdirir. Alilərdənsə bir insandan daha artığı olmaq istənilir. Onlara heç səhv etmək haqqı belə verilmir. Səhvsiz, bütün həyatını "görən camat deyər"lə keçirən biri qədər fərd ola bilər ki? Axı səhv etmək insana xasdır, səhvsiz insan natamam olmalı.

Yazımın əvvəlində danışdığım lətifədəki kimi, əgər bu gün bizi ilahiləşdirirlərsə biz niyəsini soruşmadan Mollanın qonşusu kimi müftə qazanı qəbul ediriksə, sabah bizdən alınacaq qazanlara da hazır olmalıyıq. Ən xırda imtiyaz belə özündən sonra bir öhdəlik gətirir. Yoxsa ki elə bilirsiniz mənim güllərdən xoşum gəlmir?

 

Aytac SAHƏD

 

525-ci qəzet.- 2023.- 11 mart.- S.19