Nostradamusun görücülüyübu günümüz

(IV yazı)

 

ÖLÜLƏR QƏBİRLƏRİNDƏN ÇIXACAQLARMI?

 

Sevimli şairimiz Səməd Vurğunun keçən əsrin 30-cu illərində "Göylərə baxıram - qapısı bağlı, Kainat ixtiyar, sirli-soraqlı" - deyə söz açdığı kainat şairin ölümündən az sonra - XX əsrin 60-70-ci illərində - öz sirlərini, göylər qapılarını taybatay açmağa başladı.

Əsrlərlə öncə Xopi bilicilərinin göstərdiyi əfsanəyə dönmüş bir hadisə baş verdi. Xopilərə görə, "Qartal Aya enəndə" dünyada böyük dəyişikliklər olacaq. 1969-cu ildə  ABŞ-nin kosmik gəmisi "Apollon" Ayın səthinə enəndə Nil Armstronq sevinclə qışqırmışdı: "Qartal endi!"

Nostradamus qəribə fərqli adlandırdığı XXI əsrdə baş verəcək inanılmaz hadisələrdən öz katrenlərində yeri gəldikcə söz açır. Görücünün bəyan etdiyi dördlüklərdən biri çox maraqlı 10 k 74 katrenidir:

 

Böyük yeddi rəqəminin yer aldığı ildə,

Qanlı qırğın oyunları baş verəcəkdir.

Böyük minilliyin yaxınlığında,

Ölülər qəbirlərindən çıxacaqlar.

 

Tədqiqatçıların fikrincə, "böyük yeddi rəqəm" yeddinci minillikdir. Böyük minillik deyəndə heç şübhəsiz, Nostradamus 2-ci minilliyi nəzərdə tutur. Çünki görücü kral II Henriyə ünvanladığı "Açıqlama"da bəşəriyyətin bu nəslinə qismət olan zaman kəsiyinin 4-cü minillikdən, daha doğrusu, Nuh Peyğəmbərdən başladığını xüsusi vurğulayır bununla bağlı apardığı hesablamaları dəlil-sübut kimi ortaya qoyur. Beləliklə, yeni eraya qədər yer alan 4 min ilin üstünə 2 min gələndə 6 min edir. İndi biz VII minillikdə yaşayırıq.

Bu katren barədə nostradamusşünaslar müxtəlif fərziyyələr irəli sürüblər. Dmitri Nadejda Zimalar katrenin yalnız 2-ci sətri barədə söz açaraq, burada qədim yunanlarda Ay allahı Hekatanın şərəfinə kəsilən qurbanlardan bəhs edildiyini göstəriblər. Bizə qalırsa, David Ovasonun fikri daha ağlabatandır. Tədqiqatçı katrenin 2-ci sətrində işlənən "Hekatombe - qırğın oyunu" sözünün etimologiyası ilə ciddi məşğul olapar sübut edib ki, bu söz "yüz heyvanın kəsilməsi" mənasını verir. O, daha dərinə gedərək tapıb ki, qədim zamanlarda Yunanıstanda keçirilən Olimpiya oyunları zamanı Günəş allahı Apollonun şərəfinə 100 cöngə ya buğa kəsilərmiş.

 

Yeni eranın II əsrində yaşamış Pausaniasın yazdığına görə, qurbankəsmə mərasimi Olimpiadanın adətən 1-ci 5-ci günü yerinə yetirilərmiş. Olimpiada isə avqust ayının 6-sı, sentyabr ayının 5-i arası keçirilərmiş.

Nəzərə alsaq ki, Nostradamus 3-cü sətirdə VII minilliyin əvvəlindən söz açır, deməli, katren 2004-cü ilin avqust ayının 13-29-u arası Yunanıstanda keçirilən Olimpiadadan bəhs edir. Çox güman ki, görücü bu məsələni ona görə xüsusi vurğulayır ki, yarışlar iki minilliyin qovşağında Olimpiadanın vətəni Yunanıstanda keçiriləcəkmiş.

Katrenin 4-cü sətri həm maraq, həm vahimə doğurur. Bəzi tədqiqatçılara görə, guya görücü bu katrendə qiyamət günündən bəhs edir. Tədqiqatlar göstərir ki, bu, heç belə deyil.

Xopilərin 2012-ci ildə sona yetən qədim təqvimində göstərilib ki, bu vaxt hər şey dəyişəcək. Ola bilsin ki, insanın klonlaşdırma yolu ilə yaradılması baş verəcək.

XXI əsrin əvvəllərində mətbuatda yazılır, televiziya kanallarında göstərilirdi ki, Cənubi koreyalı alim heyvanları insanları klonlaşdırıb. Sonra elan etdilər ki, onun insanı klonlaşdırması haqqında deyilənlərin əsası yoxdur. Lakin elə həmin vaxt həddən artıq qoca italyan aliminin insanı klonlaşdırması barədə xəbərlər yayıldı.

Hələlik alimlər süni intellekt üzərində işləyirlər. Tədqiqatlar göstərir ki, insan zəkasını təqlid edən süni intellekt bəzən insan zəkasını üstələyir. Yaxın gələcəkdə super intellektə çevriləcək süni intellektin insan əmrini həyata keçirməkdən imtina edib, bəşəriyyətlə rəqabət apara biləcəyi haqqında da elmi iddialar səslənir. Tədqiqatçıların iddiasına görə, öz-özünə inkişaf etməyi bacaran süni intellekt növbəti mərhələdə idarəolunmaz hala düşəcək, faciələr fəlakətlərə gətirib çıxaracaq. Bəlkə buna görədir ki, insanları klonlaşdırmaqdan çəkinirlər.

Nostradamusun 450 il bundan əvvəl göstərdiyi "Ölülər qəbirlərindən çıxacaqlar" (10 k 74). Eminqueyin 4 fevral 2023-cü il tarixdə "Ədalət" qəzetində çap olunan "Ölən doğmalarımızla danışa biləcəyik..." məqaləsində öz əksini tapır:

"2077-ci ildə ölülərlə danışmaq mümkün olacaq. Bunu Nyu-York Şəhər Kollecində işləyən fizik-həkim Miçio Kaku iddia edib”.

O, 2077-ci ildə həyata keçiriləcək yeni tətbiq sayəsində insanların simulyasiya vasitəsilə ölən yaxınları və tarixdəki insanlarla söhbət edə biləcəklərini söyləyib.

Dr. Michio Kaku bildirib ki, alimlər tərəfindən ruhlar kitabxanası yaradılacaq və bu kitabxanaya gedənlər seçdikləri kitab vasitəsilə ölü insanların əksi ilə ünsiyyət qura biləcəklər. Kaku ölü insanların simulyasiya olaraq canlı insanın qarşısına çıxacağını və qarşısındakı şəxslə danışacaqlarını bildirib.

Neçə illərdən bəridir, alimlər təsdiq edirlər ki, ruhlar yaşayır. Mənə elə gəlir ki, Nostradamus ruhlardan söhbət açır.

Neçə illərdən bəridir, alimlər təsdiq edirlər ki, ruh yaşayır. Mənə elə gəlir ki, Nostradamus ruhlardan söhbət açır.

2077-ci il tarix üçün bir andır. Mənim heç bir şübhəm yoxdur ki, Nostradamusun bəyan etdikləri yerini alacaq insanlar bu qeyri-adi insanın görücülüyünə heyrətlənəcəklər.

 

Qəzənfər PAŞAYEV

Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

525-ci qəzet.- 2023.- 18 mart.- S.17.