“Təhsil sahəsində Azərbaycan-Türkiyə əlaqələri daha da güclənməlidir”

 

Müsahibimiz jurnalist yazar, Türkiyənin Qazi Universitetinin təhsil araşdırmaları üzrə doktorantı Şəhla Aslandır.

- Şəhla xanım, bilirik ki, “Təhsilin idarəedilməsiixtisası üzrə doktorantura təhsili alırsınız. İxtisaslaşmaq üzrə olduğunuz sahədə hazırkı vəziyyət necədir? kimi yeniliklər perspektivlər var?

- Qısaca bəhs etsəm, təhsilin idarəedilməsi bütövlükdə ölkənin təhsil sistemini analiz sintez etmək məqsədi daşıyan fənlərarası elmdir. Elm sahəsi kimi təhsilin idarə edilməsinin əsas məqsəditəhsil müəssisələrini sosial sistem olaraq araşdırmaqdır. Təhsil idarəçiliyində elm tədqiqatın son məqsədi isə öyrənilən mövzu ilə bağlı nəzəriyyələr hazırlamaqdır. Bu nəzəriyyələr, təhsil məktəb həyatındakı qanunauyğunluqları bəzi anlayış təriflərlə izah edərək, ümumiləşdirmələrə nail olmağa çalışır. Dissertasiya işimlə bağlı mən təhsilin idarəedilməsində liderlik, təşkilati kommunikasiya kültür əlaqəsini araşdırıram.Tədqiqat sahəm çox maraqlıdır idarəetmədə olduqca vacibdir. Ümid edirəm, araşdırmam bu sahənin gələcək tədqiqatçıları üçün faydalı mənbə olacaq.

- Türkiyədəki təhsil mühitinə dair müşahidələrinizi öyrənmək istərdik. Bu baxımdan, Azərbaycanla müqayisə etsək, hansı fərqlər diqqət çəkir?

- Məsələn,oradan başlayaq ki, Türkiyə universitetlərindətələbə tapşırmaanlayışı yoxdur. Bu cür hal baş verərsə, ciddi problem yaranar. Bəlkə , o tələbə müəllimi tərəfindən tədrisdən uzaqlaşdırılar. Təhsildə rüşvət məsələsindən ümumiyyətlə söz gedə bilməz. Yəni universitetlərdə bu mədəniyyət formalaşıb: çox çalışmalısan ki, uğurlu olasan. Buna görə , Türkiyədə universitetlərə qəbul olunan çox tələbə, təbii ki, məzun ola bilmir.

Digər bir məsələ, tədris olunan materialların müasirliyi, faydalılığıdır. Tələbələrə günün tələblərinə uyğun, müasir dünyasının ehtiyaclarını qarşılaya biləcək yeni biliklər aşılanmağa çalışılır.Tələbələrin tədris zamanı öyrəndikləri nəzəri biliklərin praktikada tətbiqi üçün şərait yaradılır. Bunun üçün böyük staj proqramları var. Staj zamanı isə tələbələrə maaş verilir.

Digər bir məqam budur ki, Türkiyə universitetlərində ciddi şəkildəkampus kültürü” var. Nədir bu? Buna universitet şəhərciyi deyə bilərik. Tələbələrin universitet daxilində vaxt keçirdikləri yer. Universitet şəhərciyində yataqxana, kitabxana,  səhiyyə xidməti,  kültür mərkəzləri, idman zalları, aptek, kiçik marketlər, köşk, poçt şöbələri, bankomat, laboratoriyalar sağlamlıq mərkəzi  sair olur. Burada bəzi universitet kitabxanaları hər gün 24 saat açıqdır tələbələrə müəyyən şəkildə qidalar da verilir. Bizim universitetin yaxşı kampusu var.

- Bildiyim qədər Türkiyə universitetləri xarici tələbələrin çoxluğuna görə fərqlənir...

- Bəli. Mövcud məlumatlara görə, Türkiyədə indi 198 ölkədən 300 mindən çox tələbə təhsil alır. Bu o deməkdir ki, dünyadakı xarici tələbə sayının yüzdə 3-ə yaxını Türkiyənin payına düşür. Aydındır ki, xarici tələbələr təhsil aldıqları ölkələrə həm iqtisadi gəlir, həm insan kapitalı baxımından töhfə verirlər. Bu kontekstdə inkişaf etmiş ölkələr xarici tələbələrin say üstünlüyünə malikdir. Təhsilə ən çox üstünlük verilən ölkələrin iqtisadiyyatı araşdırıldığında bu ölkələrin xarici tələbələrdən ciddi gəlir əldə etdiyi görülür. Bu da onu göstərir ki, xarici tələbələrin təhsili məsələsinə dövlət siyasəti kimi baxılmalı həyata keçirilməlidir.

Yeri gəlmişkən, xarici tələbə hərəkətliliyi baxımından Türkiyənin bir çox üstün xüsusiyyətlərini qeyd etmək olar.Keçmişdən bəri müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş Türkiyənin özünəməxsus təbiəti, tarixi, mədəni teksturası, dili, dini, irqi, mədəniyyəti ilə insanları heyran edəcək gözəllikləri var. Eyni zamanda, burada xarici vətəndaşları cəlb edən tolerant mühit mövcuddur. Türk insanının istər yerli, istərsə xarici insanlara pozitiv yanaşması, qonaqpərvərlik səmimiyyət kimi humanitar xüsusiyyətlərə malik olması xarici tələbələri heyran edən digər önəmli məsələdir.

- Azərbaycan-Türkiyə qardaşlığı tarix boyu fərqli önəmli hadisələrdə özünü göstərib. Ən müasir dövrdə isə Azərbaycanın 44 günlük Vətən müharibəsi Türkiyədəki 6 fevral zəlzələsində yaşananlar, iki ölkənin bir-birinə dəstəyi bunu bir daha sübut etdi. Türkiyədən baxanda bu mənzərə necə görünür?

- Tarixə nəzər saldıqda görürük ki, Azərbaycan Türkiyə dərin etnik, tarixi mədəni bağlara malikdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra iki ölkə arasında əlaqələr daha  dainkişaf etməyə başlayıb. Azərbaycanın neft təbii qaz istehsalçısı, Türkiyənin isə bu sahə üzrə əsas istehlakçısı olması, eləcə Azərbaycan resurslarının Qərbə daşınması üçün təhlükəsiz marşrut olması enerji sahəsində əməkdaşlığa yol açıb iki ölkə arasında böyük layihələr meydana gəlib.  Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşına çevrilib iki ölkə arasında ticarət həcmini artırmaq üçün yeni hədəflər müəyyən edilib.

Yaxın tarixə gəlsək, bildiyiniz kimi, 2020-ci il sentyabrın 27-də Ermənistanın hücumu nəticəsində başlayan İkinci Qarabağ müharibəsi boyu Türkiyə Azərbaycana siyasi, diplomatik, texniki ənəsası mənəvi dəstək verdi. Türkiyənin bu dəstəyi Azərbaycanın haqlı qələbəsində ciddi rol oynadı. Müharibə iki ölkə arasındakı münasibətləri fərqli bir müstəviyə çıxardı. Türkiyə beynəlxalq aləmdə Azərbaycanın əsl müttəfiqi olduğunu bir daha sübut etdi.

Bu ilin 6 fevralında Türkiyədə baş vermişəsrin fəlakətiolaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələ isəhər bir azərbaycanlını kədərə boğdu, bunu öz dərdi kimi qəbul etdi. Türkiyənin çətin günündə ilk yardıma yetişməyə çalışan Azərbaycan oldu. Bu, Azərbaycan xalqının Türkiyə vəfa borcu idi layiqincə öhdəsindən gəlindi. Qısacası, bütün bunlar göstərdi ki, Türkiyə Azərbaycan çətin gündə , yaxşı gündə bir yerdədir. Ancaq mövcud səviyyə ilə kifayətlənmək düzgün deyil. Odur ki, Azərbaycan-Türkiyə əlaqələrini hər sahədə, xüsusən təhsil sahəsində daha da gücləndirməyə ehtiyac var.

- Türkiyədə təhsilinizi bitirdikdən sonra iki ölkəylə bağlı ortaq layihələr düşünürsünüzmü?

- Dünyada Türkiyə Azərbaycan qədər bir-birinə bağlı ikinci ölkə yoxdur. Bu bağlılıq bizim böyük sərvətimizdir biz onu qoruyub möhkəmləndirməliyik.  Mənim iki Vətənim var, doğulub boya başa çatdığım, dövlət milli maraqlarına hər zaman sadiq qalacağımAna Yurdum Azərbaycan güclü duyğularla bağlı olduğum Türkiyə!.. Gələcəkdə imkanlarım səlahiyyətim çərçivəsində iki ölkənin dövlət maraqlarını müdafiə etmək, həyata keçirilən ortaq layihələrdə iştirak etmək fəaliyyətimin əsas istiqaməti olacaq. Türkiyənin könül elçisi olaraq ölkələrimiz  arasında istər siyasi, istərsə təhsil, mədəniyyət digər sahələrdə münasibətlərin daha da güclənərək davam etməsi üçün əlimdən gələni edəcəyəm.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet.- 2023.- 28 mart.- S.13.