EKSPERİMENTAL ROMAN

 

 

Ədəbi esselərimdə tez-tez eksperimental metodun romandram əsərlərində tətbiqinin zəruriliyindən bəhs etmişəm. Təbiətə qayıdış, çağımızı valeh edən naturalizmin inkişafı insanın zehni fəaliyyətinin bütün növlərini tədricən geriyə dönülməz elmi yola yönəldir. Lakin elmin də ədəbiyyata istiqamət verməsi fikri təəccüblü görünə bilər, çünki bu fikir dəqiq ifadə olunmayıb və anlaşılmamış qalıb. Buna görə də eksperimental roman deyəndə, mənim fikrimcə, nəyi başa düşməli olduğumuzu aydınlaşdırmağı faydalı hesab edirəm.

Beləliklə, mən burada yalnız Klod Bernardın "Eksperimental təbabətin öyrənilməsinə giriş" kitabında heyrətamiz güc və aydınlıqla ifadə etdiyi eksperimental metodun ədəbiyyata tətbiqindən danışmalı olacağam. Nüfuzlu bir alimin bu kitabı mənim üçün mötəbər təməl olacaq. Bu kitabda sualın hərtərəfli şərhi verilib və mən ondan təkzibedilməz arqumentlər kimi lazım olan sitatları gətirməklə kifayətlənəcəyəm. Beləliklə, mən kompilyasiya işinə başlayacağambütün məqamlarda Klod Bernarda istinad edəcəyəm. Fikrimin aydınlaşması və ciddi elmi həqiqət xarakteri daşıması üçün çox vaxt "həkim" sözünü "romançı" sözü ilə əvəz etməyim kifayət edəcək.

Ona görə "Giriş"i seçdim ki, çoxlarının nəzərində tibb hələ də incəsənətdir - lap roman kimi. Klod Bernard bütün həyatı boyu tibbin həqiqi elm yoluna girməsi üçün mübarizə apardı. Biz də tədricən empirizmdən qurtulaneksperimental metod sayəsində həqiqəti dərk etməyə başlayan elmin dilinin açılması ərəfəsindəyik. Klod Bernard sübut edir ki, kimyafizikada cansız cisimlərin öyrənilməsində tətbiq edilən bu metod canlıların öyrənilməsində, fiziologiya və tibbdə də tətbiq edilməlidir. Mən də öz növbəmdə sübut etməyə çalışıram ki, əgər eksperimental metod fiziki həyatın dərk olunmasına gətirib çıxarırsa, ehtiraslar həyatının və zehni həyatın dərk olunmasına da gətirib çıxarmalıdır. Bu, sadəcə, eyni yolun kimyadan fiziologiyaya, fiziologiyadan antropologiyayasosiologiyaya aparan pillələri məsələsidir. Sonda isə eksperimental roman gəlir.

Aydınlıq üçün "Giriş"in xülasəsini verməyi zəruri hesab edirəm. Bu elmi əsərin planı və orada işlənən mövzu ilə tanış olduqdan sonra oxucular mətndən istinad etdiyim çıxarışları daha yaxşı başa düşəcəklər.

Təbabətin bundan sonra fiziologiyaya əsaslanmaqla və təcrübi metoddan istifadə etməklə elmi yola qədəm qoyduğunu göstərən Klod Bernard ilk növbədə müşahidəyə əsaslanan elmlərin eksperimental elmlərdən nə ilə fərqləndiyini açıqlayır. Və o, belə bir nəticəyə gəlir ki, mahiyyət etibarilə təcrübə şüurlu şəkildə ərsəyə gətirilmiş müşahidədir. Bütün eksperimental mülahizələr şübhə üzərində qurulur, çünki eksperimentatorun təbiət qarşısında heç bir qərəzli niyyəti olmamalıdır və o həmişə mühakimə azadlığını saxlamalıdır. O, hadisələri yalnız sübut olunduğu zaman qeydə alır.

Kitabın ikinci hissəsində Bernard əsas mövzuya keçirsübut edir ki, orqanizmlərin müstəqil mövcudluğu onlara eksperimentin tətbiq edilməsinə mane olmur. Fərq yalnız ondan irəli gəlir ki, cansız cisim xariciadi mühitdə olduğu halda, canlı orqanizmlərin elementləri daxilidaha mükəmməl bir mühitin içindədir, lakin daxili mühitxarici mühit kimi daimi fiziki və kimyəvi xassələrə malikdir. Buradan həm canlı varlıqlar, həm də cansız cisimlər üçün təbiət hadisələrinin mövcudluğu şəraitində tam determinizm meydana gəlir. Klod Bernard müəyyən hadisələri yaradan, "şərtləndirən" səbəbi "determinizm" adlandırır. Bu, onun dediyi kimi,  birbaşa səbəbdir, hadisələrin mövcudluğununya baş verməsinin fizikimaddi vəziyyətindən başqa bir şey deyildir. Deməli, eksperimental metodun məqsədi, hər hansı elmi araşdırmanın vəzifəsi canlı və cansız varlıqlara münasibətdə eynidir: bunun hər ikisində hansısa hadisə ilə onun birbaşa səbəbi arasında əlaqə tapmaq lazımdır, başqa sözlə desək, hər hansı bir hadisənin baş verməsi üçün hansı şərtlərin lazım olduğunu müəyyənləşdirməyə ehtiyac var. Eksperimental elm "niyə" sualı ilə məşğul olmamalıdır, o yalnız və yalnız hadisənin necə baş verdiyini izah edir.

Canlı varlıqlar və cansız cisimlər üzərində təcrübələr haqqında ümumi mülahizələri qeyd edən Klod Bernard yalnız canlılar üzərində aparılan təcrübələrlə bağlı mülahizələrə yer verir. Burada böyük və yeganə fərq ondan ibarətdir ki, canlı orqanizmlərin tədqiqi zamanı gərək öyrənilən hadisələrin ahəngdar bir bütövlük təşkil etdiyini nəzərə alasan. Daha sonra o, canlı varlıqlar üzərində eksperimentdən - tibbi  əməliyyatdan, anatomik hazırlıq şəraitindən, canlıların seçilməsindən, hadisələrin öyrənilməsinə riyaziyyatın tətbiqindən və nəhayət, fizioloqun laboratoriyasından danışır.

"Giriş"in son hissəsində Klod Bernard öz fikirlərini gücləndirərək eksperimental fizioloji tədqiqatlardan nümunələr verir. Daha sonra o, fiziologiyada eksperimental tənqiddən nümunələr verir və nəhayət, eksperimental tibbin hansı fəlsəfi xarakterli maneələrlə qarşılaşdığını göstərir. O, birinci sıraya fiziologiyanın təbabətə yanlış tətbiqini, psevdoelmi cəhaləti, eləcə də həkimlər arasında mövcud olan bəzi illüziyaları qoyur. Bununla belə, yekunda deyir ki, empirikeksperimental təbabət nəinki bir-birinə uyğun gəlmir, əksinə, onları bir-birindən ayırmaq olmaz. Kitabın son sətirlərində eksperimental təbabətin heç bir tibbi doktrinayaheç bir fəlsəfi sistemə uyğun gəlmədiyi deyilir.

Bu, ümumi şəkildə desək, "Giriş"in, üstünün əti götürülmüş skeletidir. Ümid edirəm ki, bu qısa sxem Klod Bernardın mətninə müraciət edərkən qaçılmaz olaraq yaranacaq boşluqları doldurmaq üçün mənə kifayət edəcək, yəqin ki, oradan yalnız "eksperimental roman" anlayışını müəyyənləşdirmək və şərh etmək üçün mənə lazım olan sitatları götürəcəyəm. Yenə deyirəm, Klod Bernardın əsəri mənim üçün yalnız üzərində dayandığım, arqumentlərlə və hər cür dəlillərlə dolu olan təməldir. Dili açılmaq ərəfəsində körpəlik dövrünü yaşayan eksperimental təbabət bizdə hələ südəmər olan və danışmaq səviyyəsinə yetişməmiş eksperimental ədəbiyyat haqqında təsəvvür yarada bilər.

 

(Ardı var)

Emil ZOLYA

525-ci qəzet.- 2023.- 29 mart.- S.13.