Firidun bəy Köçərli- 160” adlı vəsait təqdim olunub

 

Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasının  Ölkəşünaslıq Milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin 160 illik yubileyi münasibətilə hazırlananFiridun bəy Köçərli- 160” adlı tövsiyə vəsaiti virtual rejimdə  istifadəçilər üçün təqdim edilib.    

525.az xəbər verir ki, vəsaitin əvvəlində F.Köçərlinin  müdrik deyimləri görkəmli şəxslərin F.Köçərli haqqında fikirləri yer alıb. Giriş hissəsində isə F.Köçərlinin fəaliyyətindən bəhs edilib. Tövsiyyə biblioqrafiyasında 2014-2022-ci illərdə F.Köçərli haqqında yazılan kitablar, məqalələr s. materiallar yerləşdirilib.                                                                                                                                      

Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçiər üçün nəzərdə tutulub.

 

525-ci qəzet.- 2023.- 30 mart.- S.10