Rəsul Rza mükafatları təqdim edilib

 

Mayın 19-da - Xalq şairi Rəsul Rzanın doğum günündə Rəsul Rza mükafatları təqdim edilib. Əvvəlcə bir qrup qələm adamı Xalq şairinin Fəxri xiyabandakı məzarını ziyarət edib. Sonra Azərbaycan Yazıçılar Birliyində mükafatlandırılma mərasimi təşkil edilib.

Millət vəkili, Rəsul Rza Fondunun sədri Rafael Hüseynov Rəsul Rzanın həyat yaradıcılığından söz açıb, Xalq şairi ilə bağlı xatirələrini bölüşüb. Millət vəkili ənənəvi Rəsul Rza mükafatına bu il beş qələm adamının layiq görüldüyünü bildirib.

Sonra Ağalar Bayramov, Bilal Ararlı, Arifə Əliyeva, Narıngül Nadir Qafar Cəfərliyə Rəsul Rza mükafatı təqdim edilib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mükafata layiq görülən qələm adamlarını təbrik edib Rəsul Rza yaradıcılığının təbliğinə görə onlara minnətdarlığını bildirib (AYB.az).

 

525-ci qəzet.- 2023.- 20 may.- S.13.