Müəllim adı, müəllim missiyası: şərəf və məsuliyyət daimi vəhdətdə

 

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil inkişafında müəllimin rolu danılmazdır. Müəllim gənc nəslin mənəvi aləminin təfəkkürünün memarı, cəmiyyətin sabahını etibar etdiyi şəxsdir. Bu baxmdan, müəllimlik, sözün əsl mənasında, çox şərəfli peşədir, məsuliyyətli vəzifədir. Müəllimlər tarix boyu cəmiyyətin ən fədakar, qayğıkeş, etibarlı dayağı olub. Ürəyinin istisi, zəkasının nuru ilə ömrü boyu nəsil-nəsil vətəndaşlar yetişdirir müəllimlər. Bu ya digər peşə sahibləri nail olduqları uğurlara görə daha çox öz müəllimlərinə borclu olduqlarını həmişə iftixarla qeyd ediblər. Bütün dövrlərdə müəllim peşəsinin əhəmiyyəti, şərəfliliyi, yüksəkliyi barədə müdrik kəlamlar söyləyiblər. Müxtəlif dövrlərdə yaşamış müdriklərin müəllim haqqında deyimləri göstərir ki, dövründən asılı olmayaraq, həmişə əsl müəllim milli sərvət kimi qəbul edilib. Cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını indidən demək çətindir. Lakin bir şey aydındır: müəllim şagirdlər həmişə olub, qətiyyətlə deyə bilərik ki, zamandan asılı olmayaraq, daim olacaq. Çünki insan bilik təcrübənin yeni nəsillərə ötürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək missiyası isə müəllimin üzərinə düşür, müəllim gələcəyə yol açır. Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq mənəvi saflıq rəmzi kimi təcəssüm olunmuş, böyük hörmətlə, yüksək ehtiramla çəkilib. Sosial statusundan, tutduğu vəzifədən asılı olmayaraq bu gün hər bir azərbaycanlı cəmiyyətdəki mövqeyinə, qazandığı biliklərə, ümumən, bir şəxsiyyət kimi formalaşmasına görə özünü məhz müəllimlərinə borclu sayır.

Şərəfli, ancaq çətin ən məsuliyyətli peşə sayılan müəllimliyi seçən bir vəzifənin öhdəsindən layiqincə gələn müəllim şagirdlərinin yaddaşında bir ömür qalır. Peşəkar pedaqoq, sözün əsl mənasında yaxşı müəllim, qayğıkeş dəyərli insan kimi şagirdləri tərəfindən sevilən Ofeliya Məmmədova da yaddaşlarda daim qalacaq müəllimlərdəndir. Paşa Nəzərov adına 60 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olan Ofeliya Məmmədova ölkənin gələcəyi üçün savadlı, bilikli, vətənpərvər insanlar yetişdirir. Ofeliya müəllimə müəllimlik vəzifəsini layiqincə yerinə yetirərək müəllim adını zirvəyə ucaldır. O deyir ki, müəllim gənc nəslin formalaşmasında böyük rol oynayır. Uşaq ikən bizə qələm tutub yazmağı öyrədən, hər il keçdikcə öz bildiklərini bizimlə bölüşən dəyərli varlıqdır müəllim: "Bu peşəni digərlərindən fərqləndirən daha bir cəhət ondan ibarətdir ki, bütün insanlar müəllimdən öyrənir. Elə bir dəyərli insan tapılmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, idarə edən, tarixi yaradan dahi şəxsiyyətləri müəllimlər yetişdirib. Müəllimlik yeganə peşədir ki, həyatda onun heç bir alternativi yoxdur. Zaman keçəcək, on illər, yüz illər ötəcək, cəmiyyət həyat daha yüksək inkişaf mərhələsinə çatacaq, lakin müəllim peşəsi yenə bütün peşələrin zirvəsində dayanacaq".

Ofeliya Məmmədovanın fikrincə, müəllimlərimiz ictimai etimadı peşələrinə sədaqət, millətə sevgi ilə, yüksək peşəkarlıq dərin məsuliyyət hissi ilə doğrulda bilirlər. Bu gün onların üzərinə  daha böyük məsuliyyətli vəzifə düşür: texnoloji tərəqqinin tamamilə dəyişdiyi yeni dünyanın vətəndaşlarını yetişdirmək. Həmişə öz missiyasının öhdəsindən peşəkarlıq ləyaqətlə gələn Azərbaycan müəlliminin bu gün zamanın yeni çağırışlarına da adekvat cavab verə biləcəyinə şübhəmiz yoxdur. Tərəqqini təmin edən təhsilə, insan tərbiyəsinə cavabdehlik daşımaq böyük şərəf məsuliyyət yüküdür. Bu məsuliyyəti anlayan Azərbaycan müəllimi bu gün ölkədə həyata keçirilən təhsil islahatlarının önündə gedir, onun aparıcı qüvvəsini təşkil edir. Bu da təsadüfi deyil. Çünki təhsil üçün yaradılan ən yaxşı şərait, ən mükəmməl maddi-texniki təchizat, ən müasir texnologiya təlim üsulları peşəkar müəllim olduqda daha çox səmərə verə bilər.

O.Məmmədova vurğulayır ki, müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bununla sanki məktəbin, müəllimin məqsədi, vəzifəsi müəyyənləşdirilir - xalqın, dövlətin gələcəyini formalaşdırmaq.

Ofeliya Məmmədovanın qənaətinə görə, bu gün Azərbaycan müəlliminin əsas vəzifəsi dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə demokratiya prinsiplərinə, insan hüquqları azadlıqlarına hörmət edən, vətənpərvərlik, azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil yaradıcı düşünən vətəndaş şəxsiyyət yetişdirməkdir: "Müəllimin qarşısındakı şagirdi öyrətməyi üçün sevməyi bu sevgini ötürməyi əsas şərtlərdən biridir. İnsan nəyisə sevməsə, onu ürəksiz etdiyi kimi, şagird həm öyrəndiyini, həm onu öyrədəni sevməlidir. Ona görə öyrədən öyrənən arasında qarşılıqlı hörmək sevgi vacibdir. Müəllim şagirdlərinə öz övladı kimi yanaşmalı, qayğı diqqət göstərməlidir. Mənim üçün şagirdlərimin hər biri əzizdir. Müəllim kimi onlara daim diqqət qayğı ilə yanaşır, şagirdlərimi öz ölkəsinə millətinə layiqli savadlı, bilikli vətəndaşlar kimi yetişdirməyə çalışıram. Əsl müəllim pedaqoji metodlardan məharətlə istifadə edərək oxumayan, ipə-sapa yatmayan şagirdlərdə oxumağa həvəs maraq yaratmağı bacarandır. Peşəsini vicdanla yerinə yetirən əsl müəllim hər bir şagirdə şəxsiyyət kimi baxmalı, tələbkarlığı ilə yanaşı, qayğıkeş, gülərüz, mehriban münasibətilə şagirdin qəlbində taxt qurmağı, onun yaddaşında yaxşı mənada həmişəlik qalmağı bacarmalıdır. Şagird isə bunun müqabilində sadəcə müəllimə hörmət etməlidir. Çünki şagird-müəllim münasibətlərində ən başlıca amil qarşılıqlı hörmət sevgidir. Müəllim olduğu kimi davranarsa, uşağın qəlbinə yol taparsa, şagird onu sevəcək. Ən gözəl sevgi şagirdlərin sevgisidir. Bu sevgi təmənnasız, şərtsiz sidq ürəklə olur".

O.Məmmədovanın söylədiyinə görə, dünənin şagirdləri ilə bugünün şagirdlərinin davranışı, həyata baxışı çox fərqlidir. Müəllimlər də zəmanə şagirdlərinin bu davranışlarına hazır olmalıdırlar. Bugünün müəllimi həm peşəkar pedaqoq, həm də psixoloq olmalıdır: "Müəllim dərs dediyi şagirdlərin hər birinin fərdi xüsusiyyətlərini bilməli, buna uyğun davranmalı və rəftar etməlidir. Müəllim səbrli, təmkinli olmalı və nəzərə almalıdır ki, onun yetişdirdiyi şagirdlərdən Azərbaycanın gələcəyi asılıdır. Şagirdlər günlərinin çox hissəsini məktəbdə keçirirlər. Onların həm müsbət, həm də mənfi tərəfləri müəllim tərəfindən aşkar olunur. Müəllim şagirlərdə aşkar etdiyi mənfi cəhətlərlə aradan qaldırmağa çalışmalı, onları müsbət istiqamətə yönəltməlidir. Müəllim şagirdə öz övladı kimi davranmalı, ona həm təhsil, həm də tərbiyə verməlidir. Müəllimlik peşəsini seçən insanda öyrətmək sevgisi olmalıdır. İlk dəfə sinfə daxil olanda, artıq hiss edirsən ki, sən məsuliyyət daşıyırsan. Məhz ilk dəfə sinfə daxil olanda, bu peşəyə aid olduğumu bildim. O zaman anlayırsan ki, sən çox məsuliyyətli, bir o qədər də şərəfli bir yükün altına girmisən. Mən hər gün bu peşənin məsuliyyətini daha çox dərk edirəm. Valideyn tək öz övladı üçün narahat olur, müəllim isə sinifdəki bütün uşaqların gələcəyi haqqında fikirləşir, onların düzgün təlim-tərbiyə almaları üçün əlimdən gələni edirəm. Valideyn tək övladının valideynidirsə, müəllim bütün sinfin, şagirdlərinin valideynidir. Bu, çox təsirli, ağır, həm də qürurvericidir".

Müəllim adı şərəfli addır. Bu adı layiqincə daşıyanlar gələcək nəsillərə əvəzedilməz mənəvi sərvət bağışlayırlar. Bəşəriyyətin xilasına yönələn ali idealları yaşatmağa, mənəvi meyarların cəmiyyətdə hakim olmasına çalışan bu irfan sahibləri üzərlərinə götürdükləri müqəddəs missiya ilə həm də ucalığa qovuşurlar. Ofeliya Məmmədova da üzərinə götürdüyü bu şərəfli missiyanı layiqincə yerinə yetirərək hər bir şagirdi üçün ideal müəllim obrazına çevrilib.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2023.- 26 may.- S.13.