Heydər Əliyev irsi: müstəqil Azərbaycanda elm və təhsilin tərəqqisinin mənbəyi

 

 

 

Ümummilli lider Heydər Əliyevin zəngin fəaliyyəti nəzəri irsində elm təhsil məsələləri hər zaman xüsusi yer tutub. Ulu öndər Heydər Əliyev milli inkişaf konsepsiyasına uyğun olaraq daim təhsilin səviyyəsinin yüksəldilməsi, təhsil ocaqlarının fəaliyyətinin genişləndirilməsi milli kadrların hazırlanması məsələlərinə xüsusi qayğı göstərib. Məlumdur ki, hələ Sovetlər Birliyi dövründə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin nüfuzlu ali məktəblərdə oxumağa göndərilməsi məhz yüksək ixtisaslı kadr ordusunun elmi potensialın formalaşmasında strateji rol oynamış oldu. Ulu öndər hər zaman təhsil ocaqlarında çalışan professor-müəllim heyəti ilə görüşlər keçirmiş, özünəməxsus müdrikliklə elmin təhsilin qarşısında duran problemlərin həlli istiqamətində böyük əzmlə çalışıb. Ümummilli liderin elm təhsilə göstərdiyi qayğı ali təhsil müəssisələrini yeni dövrün tələbləri səviyyəsində mütəxəssis hazırlığına istiqamətləndirib.

Ulu öndər Azərbaycan xalqının hərtərəfli tərəqqisində təhsilin xüsusi əhəmiyyətini nəzərə almaqla onu hər zaman yüksək qiymətləndirib. Bu gün müasir tələblərə tam olaraq cavab verən Azərbaycan təhsil sisteminin əsası Ümummilli lider tərəfindən qoyulub. Heydər Əliyev böyük uzaqgörənliklə insan kapitalını qlobal rəqabətə qabiliyyətlilik amili kimi dəyərləndirib Azərbaycanın milli inkişaf prioritetlərində əsas potensialı insan kapitalının inkişafı istiqamətində səfərbər edib. Bu gün elm təhsil sahəsində Ulu öndər Heydər Əliyev strategiyasının davamı olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi tədqiqatların genişləndirilməsi, yüksək reytinqli universitetlərin təcrübəsi milli iqtisadiyyatın inkişaf strategiyasına uyğun olaraq tədrisin keyfiyyətinin yüksəldilməsi, kadr hazırlığına kompleks yanaşma əsasında gələcəyə yönəlik yeni ixtisasların yaradılması, real sektor tədrisin inteqrasiyası əsasında yüksək elmi-tədqiqat potensialının formalaşdırılması istiqamətində genişmiqyaslı kompleks tədbirlər görülür. Fəxarətlə deyə bilərik ki, bu gün UNEC universitetlərin beynəlxaq reytinqində Azərbaycanı yüksək səviyyədə təmsil etməklə, təhsil xidmətləri ixrac edən tədris tədqiqat universiteti kimi tanınır.

 

Müasir şəraitdə 5.0 cəmiyyətlərinin strateji, sosial iqtisadi çağırışlarına uyğun olaraq sosial inkişafın yeganə yolu kimi elm-təhsil cəmiyyətinin formalaşdırılması çıxış edir. Elm-təhsil cəmiyyətinin formalaşdırılması isə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsinə əsaslanan ictimai intellektin yüksək səviyyəsini nəzərdə tutur. Bilik informasiya cəmiyyətində universitetlər davamlı olaraq inkişaf edən intellektual mərkəzlər kimi çıxış edir. Təhsil, elm mədəniyyət kimi sosial sistemləri özündə ehtiva edən universitetlər müasir şəraitdə strateji nöqteyi-nəzərdən ətraf mühit dəyişikliklərinə proaktiv reaksiya verəcək qədər çevik olmalıdır. Bu mənada ali təhsil sisteminin zəruri həlqəsi olan müasir universitetlər sürətli dəyişikliklər transformasiyalarla xarakterizə edilən plyuralizm şəraitinə uyğun olaraq kadr hazırlığı prosesinə kompleks yanaşma sərgiləməklə, daha geniş profilli, yüksək intellektlivə kreativ düşüncə tərzinə malik mütəxəssislər hazırlayan bir mərkəzə çevrilməlidir. Bununla əlaqədar olaraq universitetlərdə mövcud fənlərin sərhədlərinin genişləndirilməsi, ifrat rasionallıqdan imtina, fənlərarası elmi yanaşma kompleks tədrisə xüsusi önəm verilməlidir. Fənlərarası yanaşmanın tədris proqramlarında əks olunmasının məqsədi eyni mövzunun fərqli tədris predmeti nöqteyi-nəzərindən araşdırılması fənlərarası identifikasiyasından ibarətdir.

 

Məlumdur ki, yeni çağın başlıca özəllikləri - inteqrasiya, genişlənmə, ümumiləşdirmə, əlaqələndirmə, daha geniş, əhatəli kompleks yanaşmadan ibarətdir. Uyğun olaraq, müasir şəraitdə əmək bazarının tələblərinə uyğun olaraq da, mütəxəssislərdən daha çox adaptasiya qabiliyyətinin göstəricisi kimi universal ya "yumşaq" bacarıqlar tələb edilir. Universiteti uğurla bitirməni təsdiq edən sənəd (diplom) bu gün mütləq mənada hələ mükəmməl mütəxəssis hazırlığı göstəricisi hesab edilə bilməz. Tədqiqatların nəticələri bunu deməyə əsas verir ki, bu gün universitetlərdəki təhsilin aşıladığı bacarıqlarla yerlərində tələb edilən bacarıqlar arasında ciddi fərqlər mövcuddur. Bu cür vəziyyət universitet təhsilində çevik ya "yumşaq" bacarıqların mənimsənilməsi mexanizminin tətbiqinə daha ciddi kompleks yanaşma tələb edir. Müasir universitet təhsilində tədris edilən fənlərin mahiyyəti keyfiyyətinin qazandırdığı bacarıqların əmək bazarında yerlərində tələb edilən bacarıqlarla uyğunluq təşkil etməsi üçün universitetin təşkilati strukturu da kifayət qədər çevik elastiki olmaqla proaktiv şəkildə bu tələblərə yönəlik olmalıdır. Tələbələrin əmək bazarının müasir strateji tələblərinə adaptasiyası məqsədilə, universitetdə bütün zəruri transformasiyaların kreativ təşəbbüskarı olan gələcəyə yönəlik proaktiv adaptasiyanı təmin edən inteqrasiya edilmiş universal peşələrin mövcud olması məqsədəuyğundur. İnformasiya cəmiyyəti biliklər iqtisadiyyatına keçid uyğun olaraq məşğulluğun strukturunda da ciddi dəyişikliklərə səbəb olub. Müasir şəraitdə iqtisadiyyatın bilikləri istehsal tətbiq edə bilən kadrlara, koqnitiv işçilərə ehtiyacı vardır. Biliklərin rəqabət qabiliyyətliliyinin əsası kimi çıxış etməsi uyğun olaraq təhsilin keyfiyyəti məsələlərini aktuallaşdırır. Məlum olduğu kimi, ali təhsilin missiyası üç əsas funksiya (peşəkar kadrların hazırlanması, yeni biliklərin istehsalı cəmiyyətə xidmət) ilə müəyyənləşdirilir. Müasir şəraitdə universitet fəaliyyətinin prioritet istiqaməti kimi təhsil tədqiqat funksiyaları ilə yanaşı, ölkənin sosial-iqtisadi inkişafının stimullaşdırılması eləcə cəmiyyətə xidməti baxımından elmi-sənaye komplekslərinin yaradılmasına təhsil sektorunda bazar münasibətlərinin formalaşmasına da xüsusi diqqət yetirilməlidir. Belə ki, universitet müxtəlif şirkətlər arasında qarşılıqlı faydanı təmin edən bu inteqrasiya (təhsil, elm biznes) universitetlərə elmi tədqiqatlarını daha da inkişaf etdirməyə məzunlarının işlə təmin edilməsinə, şirkətlərə isə öz potensiallarını realizasiya etməyə imkan vermiş olur. Beləliklə, universitetdə müxtəlif şirkətlərlə əməkdaşlıq əsasında əmək bazarının tələblərinə uyğun olaraq kadrlar hazırlanır ən başlıcası nəzəriyyə ilə praktika, elm ilə istehsal arasında sinergetik vəhdət təmin edilir. Bununla əlaqədar, UNEC- müxtəlif şirkətlər arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi nəticəsində elm istehsalın inteqrasiyası baş tutur ki, bu da tələbələrin praktiki bilik bacarıqlarının artırılmasında məzunların işlə təmin edilməsində müsbət rol oynayır. Bu gün UNEC- ali təhsilin missiyasının funksiyaları sinergetik vəhdətdə müvəffəqiyyətlə realizasiya edilir. Elmi-pedaqoji göstəricilərin müsbət dinamikası müvafiq beynəlxalq təşkilatların hesabatlarında reytinq sıralamalarında öz əksini tapır. Elmi araşdırmaların genişləndirilməsində, elmi tədqiqatların səmərəliliyinin yüksəldilməsində UNEC- tətbiq edilən Differensial Əmək Haqqı Sistemi əlavə mükafatlandırma sistemi elmi stimullaşdırmanın baxımından müstəsna rol oynayır. UNEC- tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində keçirilən kompleks islahatların nəticəsi kimi "UNEC-100" İnkişaf Strategiyasına uyğun olaraq 2030-cu ilə qədər doğma universitetimizin yüksəkkeyfiyyətli tədris tədqiqat mərkəzi kimi ön sıralarda qərarlaşacağı əsas hədəf götürülmüşdür.

Azərbaycanda milli tərəqqinin, elmin, mədəniyyətin inkişafında, xalqın intellektual səviyyəsinin yüksəldilməsində Heydər Əliyevin misilsiz xidmətlərinin davamı olaraq, işğaldan azad edilən ərazilərin bərpasında təhsilin inkişafı istiqamətində Ağdam şəhərində xüsusi təhsil kvartalının təməlinin qoyulması və Qarabağ Universitetinin yaradılması Qarabağın təhsil mərkəzinə çevrilməsində mühüm rola malik olacaqdır. Qarabağın sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı vahid strategiya çərçivəsində bölgədəki təhsil sisteminin inkişafı istiqamətində Qarabağ Universiteti bölgənin daha da sürətli inkişafına təkan vermiş olacaqdır. Azərbaycanın rəqəmsal transformasiyası istiqamətində Qarabağ Universitetinin qlobal miqyasda rəqabət qabiliyyətliliyini təmin etmək məqsədilə peşəkar professor-müəllim heyətinin formalaşdırılması, universitetin maddi-texniki bazasının ən son texnologiyalar əsasında qurlması nəzərdə tutulmuşdur. Bununla da, Qarabağ Universiteti - regionun modern universitet modeli kimi rəqabətqabiliyyətli insan kapitalı formalaşdıran ali təhsil müəssisəsi kimi nüfuzlu elm və təhsil mərkəzinə çevriləcəkdir. Ulu öndər Heydər Əliyevin zəngin irsi və dərin həyat fəlsəfəsini öyrənmək, bəhrələnmək, tətbiq etmək hər zaman hər birimizin qarşısında duran ən zəruri məsələdir.

 

 

Şəfa QULİYEVA

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru

525-ci qəzet.- 2023.- 27 may.- S.23.