Natəvan irsinin
tədqiq və təbliğinə layiqli töhfə
(Əvvəli
ötən sayımızda)
Kitabda Natəvan irsini tədqiq edən sənətkarlar
haqqında da məlumat verilib. Mustafa müəllimin
onları şükranlıqla xatırlaması və kitaba
daxil etməsi onun alicənab, qədirbilən bir şəxs
olduğunu bildirir. Onun Natəvan irsinin
fundamental tədqiqatçıları Bəylər Məmmədov
və Nəsrəddin Qarayevin əksini kitaba daxil etməsi və
barələrində xoş sözlər söyləməsi də
təqdirəlayiqdir. O, bununla demək istəyir ki, oxucu,
Natəvan irsini yüz zəhmətlə tədqiq edib sənə
çatdıran bax bu kişi-lərdir, onları
tanıyın və ruhlarına rəhmət oxuyub yad edin. Bunu insanpərvər, humanist yazıçı
Mustafa Çəmənlinin ziyalılara olan ehtiram və rəğbətinin
təcəssümü kimi də qiymətlən-dirmək
olar.
Bunlarla
yanaşı, kitabda Natəvanın adları çox az oxucuya məlum olan 16 müasirinin şəkli
də verilib. "Məclisi-uns"ün
üzvü olan bu şairlərin hər birinin XIX əsr
Qarabağ ədəbi mühitinin formalaşmasında müəyyən
rolu olub.
Mustafa Çəmənli bu deyilənləri əsərə
daxil etməklə onu daha maraqlı və oxunaqlı edib. O, oxucunun Natəvan
haqqında bilgilərini zənginləşdirərək
geniş auditoriyaya çox az, bəlkə
də heç məlum olmayan vacib məlumatları
çatdırmaq istəyib. Təkcə bu deyil,
ümumiyyətlə kitabda verilən əksər məlumatlar
zərgər dəqiqliyi ilə seçilib, Natəvana sevgi və
məhəbbətlə qeyd edilib. Tədqiqatçı
kitabda yer alan "Natəvanın dəfn
olunduğu tarixi İmarət məzarlığı"
adlı məqaləsində öz yaradıcılıq
üslubu haqqında məlumat verərək yazır:
"Dünyasını çox illər öncə dəyişmiş
hər hansı sənətkarın kitabını tərtib edərkən
daxilən səfərbər oluram ki, bəlkə, barəsində
yeni bir fakt, tarixi bir şəkil, yadigar bir əşya əldə
etdim. Məhz bu niyyətlə kitabxanalara, arxiv və
muzeylərə müraciət etdim ki, bəlkə,
Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə tərtib
edəcəyim kitabda vermək üçün yeni bir fakt
tapdım".
Sitatdan göründüyü kimi, müəllif
gördüyü işə məsuliyyətlə
yanaşıb, tapdığı yeni materiallar, əldə
etdiyi nadir eksponatlar və digər sənədlərə əsaslanaraq
dəyərli bir əsər ərsəyə gətirib. Bütün
deyilənləri nəzərdən keçirdikdə belə
qənatə gəlmək olar ki, Natəvanın həyat və
yaradıcılığını, bədii irsini öyrənmək
üçün cild-cild kitablar oxumağa ehtiyac yoxdur. Kifayət edər ki, yazıçı-publisist
Mustafa Çəmənlinin sayğı və sevgi ilə tərtib
etdiyi "Neçin gəlməz"i oxuyasan.
Bütün bunlara əsasən, biz yazıçı
kimi sevdiyimiz Mustafa Çəmənlidə həm də
yüksək səviyyəli tədqiqatçı səriştəsi
olduğunu kəşf etdik. Bu yolda əziz dostuma
şükranlıqla bol-bol uğurlar arzulayıram və deyirəm:
Təqdim etdiyin bu əsərə görə çox sağ ol, Mustafa müəllim, bu əsər
natəvanşünaslığa ən gözəl hədiyyədir.
Burada Natəvanın "Gül dəftəri"ndə
aşkar etdiyimiz qeyri-mətbu şeirlərini oxuculara ilk dəfə
təqdim edirik.
Genə məxmur
çeşmin hər yana baxdıqca qan eylər,
Tutubdur fitnə dünyanı, xəlayiq əlaman eylər.
Könül,
bil kim, o çeşmi məst olub heç
bir xəta etməz,
Yəqinimdir,
əgər qan etmiş olsa, qana-qan eylər
Əgər
qaşü gözün xəşmilə ima eyləsə bir
dəm,
Bu könüldə fitnələr peyda olur, hər dəm
fəğan eylər.
Nihani baxmağından iztirabi-könlüm əfzundur.
Nə cadudur ki, hər dəm kəşfi-əsrari-nihan
eylər.
Uçub
mürği-dilim qonmuş səri-zülfi-pərişanə,
Bəla sərmənzilində gör nə qafil
aşiyan eylər.
Yüzin
dövründə zülfün küfrə bənzər,
dutmuş imanı,
Hərami
hüsnünü kim böylə gəncə
pasiban eylər?
Səba
zülfün nəsimin gər aparsa vadiyi-Çinə,
Xütən səhrasın mişkin edib, ənbərfişan
eylər.
Rəqibi
görməsin bir nişat, yarəb, cami-işrətdən
Ki, bəndən bisəbəb ol şuxi-məsti sərgiran
eylər.
Əgər
qəhr aləminə gəlmiş olsa ol məhi-taban,
Nə etsə canə minnət, çünki yari-mehriban
eylər.
Derlər
dərdi-eşqin adəm öldürməz,
dürüstür bu
Vəlikən ömrlər bən kimi zarü Natəvan
eylər.
lll
Kənizi-Fatimənin
sinəzəni
Çək
qətari-əhli-beyti sən
dəşti-Kərbəladan,
ey bəşər,
Eylərəm
Hüseyni baxəbər
mən
bu macəradan, ey bəşər.
Çarparə
Ləşgəri-dəğadan,
ey bəşər,
Tutduğum əzadan, ey bəşər.
Geydigim qəradan, ey bəşər.
Çəkdigim cəfadan, ey bəşər.
Mən gələndə
çun Mədinəyə
var idi
yanımda ləşgərim,
Etdilər
səvar məhmələ
Qasim Əliəkbərim,
Ondan
aldılar libası,
qalmadı
başımda məcərim,
Var
şikayət Hüseynimə
Şümri-bihəyadan,
ey bəşər
Çarparə
Mən
xorusi-zarəm, ey bəşər,
Mən qəmə düçarəm, ey bəşər.
Yox yurdum,
gedim Mədinəyə,
Çünki şərmsarəm, ey bəşər.
Çək
qətarı qətlghdan,
mən
görüm Hüseyn qardaşımı,
Olmadı
gələndə fürsətim
nəşi
üstə açım başımı,
Tazədən
əza bina edim,
çari
eyləyim göz yaşımı,
Va
Hüseyn səsi bülənd ola
dəşti-Kərbəladan,
ey bəşər.
Çarparə
Buldu
dadxahım, ey bəşər,
Yandı ximeyi-kahım, ey bəşər.
Başı
üçün niqabsız yürüdüm,
Şamə düşdü rahım, ey bəsər.
Leyk nəzari-qətlgahdan
bağrım
oldu qüssədən kəbab,
Şamda
keçən söhbəti mən
Hüseynə
eyləyim xitab.
Mən həmankı
Zeynəbəm,
Hüseyn, düşmədi
üzümə aftab,
Tar olub səmaya
çıxmadı
kürsi-hənadan,
ey bəşər.
Çarparə
Düxtəri-zarəm,
ey bəşər,
Bəni-həyatəm,
ey bəşər,
Getdi
çun əziz günlərim
İndi natəvanam, ey bəşər.
Aldılar
tam rəxtimi,
bir
libasi-köhnə verdilər,
Getdi zərnişan
Məhəmmədim,
naqeyi-bərəhnə
verdilər.
Şamda
o qövmi-Kufiyan
bizəban
tənə verdilər
Artdı
möhnətim, ziyad olub
həm
qəmi-bəladan, ey bəşər.
Çarparə
Çəkmişəm
zəbanə, ey bəşər,
Gəlmişəm fəqanə, ey bəşər.
Kufədən
Dəməşqə naqədə
Olmuşam rəvanə, ey bəşər.
Qoymadı
ədu əza tutam
şahi-bivətən
Hüseynimə,
Qaldı
qanlar üstə bipeykər,
olmadı
kəfən Hüseynimə.
Fatimə
kənizi, ağlamaq
ta
ölüncə sən Hüseynimə
Al qiyamətin
günü əvəz
şahi-lafətadan,
ey bəşər.
Çarparə
Gör
necə mövladır, ey bəşər,
Xəlqə rəhnümadır, ey bəşər.
Ağlıyanların
ruzi-cəza günü
Dərdinə dəvadır, ey bəşər.
lll
Natəvanın
növhəsi
Yüksək
məqamlının kəlamı: Zeynəb əleyhissəlamın
hüzurunda cənab Səkinənin dilindən deyilən növhə.
(İxtisarla)
Meydan
gözümə tirəvü tar oldu, ey əmmə,
Yoxsa ki, babam Şümrə düçar oldu, ey əmma.
Kim gördü rəva bizlərə geymək bu qəranı?
Bağlana yəqin qol-qola küllən üsəranı.
Bilməm
ki, nolur Al-əbanın güzəranı,
Çun mənzilimiz özgə diyar oldu, ey əmmə.
Düşmən
bizə çox eyləgəcək tənü şəmatət,
Bunlarda
qonağa, yoxmuş rəsmi-məhəbbət,
Dünyada görüb qansı bəşər boylə
müsibət?
Kim, Al-peyəmbər yenə xar oldu, ey əmmə.
Biz
Əkbərə toy etmədən öldü, buna söz yox,
Gülzar
bin zülmilə soldu, buna söz yox.
Düşmən
ki, nə istərdi o oldu, buna söz yox,
Bu seydi-hərəm Şümrə şikar oldu, ey əmmə.
Bu Kərbibəlayə
gələli biz çəkərdik ah,
Qismət
bizə heç olmadı bu dəştdə dilxah,
Bu sirri gəl,
ey əmmə, bəyan eylə sən Allah,
Könlüm yenə bu çöldə fikar oldu, ey əmmə.
Meydanda
çalındı gördüm təbli-bəşarət,
Dünyanı
tutub qəlqələ çun ruzi-qiyamət,
Zühr
oldu, yəqindir yetişib vəqti-şəhadət,
Çöllərdə babam qanı nisar oldu, ey əmmə.
Bundan sora hər şamü səhər ağlaram, əmmə.
Tərk eyləyib xoş rəngi, qara bağlaram, əmmə.
Lalə kimi daim cigərim dağlaram, əmmə.
Bu çöldə desinlər nə bəhar oldu, ey əmmə.
Ağlar
Natəvani-zar, deyər başıma küllər
Kim, Zeynəbi Zəhra olu giryan belə günlər.
Qoyma onu
üftadə qala ərseyi-məhşər
Çünki bu mərsiddə* o zar oldu, ey əmmə.
* Mərsid
- müşahidə yeri, nəzarət məntəqəsi.
Raqub KƏRİMOV
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 4
noyabr,2023.-¹201.-S.23