Adiləşmiş gözəlliklərin qeyri-adiliyini göstərmək

 

VERİLƏN NEMƏTLƏRİ ADİLƏŞMƏYƏ QOYMAMAQ

 

Müsahibimiz nano-art üslubunda işləyən vizual rəssam Nərgiz Əsgərovadır.

 

- Nərgiz xanım, niyə məhz nano-art? Bu sahəni seçmək üçün əsas stimulunuz idi?

 

- İstəyirəm, əvvəlcə nano-art haqqında qısa məlumat verim. Nano - "metrin milyardda bir hissəciyi" deməkdir. Nano-art rəssamlar tərəfindən müxtəlif materialların kimyəvi fiziki proseslər vasitəsilə emalından əldə olunan mikro nano ölçülü təsvirdəki formaları vizuallaşdıran müasir rəqəmsal incəsənət növüdür.

 

Bu sahəyə doğru ilk adımılarımı 2014-cü ildə atmışam. Müəllimim, sənətşünas Əsmər Abdullayevanın rəhbərliyi ilə Traditional arts evolution incəsənət rezidensiyasında koordinator kimi çalışırdım. Layihədə çox maraqlı yaradıcı insanların bir araya gəlməsi qeyri-adi sənət layihələrini hazırlamağa şərait yaratmışdı. Orada həmçinin rəssam kimi iştirak etmək təklif olunurdu. Beləcə zərgər Sultan Sultanovla birgə "Gen" adlı sənət layihəsini hazırladıq. Layihə özündə Daş dövrü, Tunc dövrü Dəmir dövrünü simvolizə edirdi. Nümayiş olunan tablolarım satıldı. Həmişə gənclərə dəstək olan dəyərli müəllimim Əsmər xanım mənə heç vaxt unutmadığım bir məsləhət verdi: "Daha dərini göstərmək istəyin maraqlı yanaşmadır, bu istiqamətdə çalışmalarını davam etdir". Bu sözlər mənə böyük stimul oldu. Satışdan əldə etdiyim gəlirlə Amerikadan elektron mikroskop sifariş etdim o vaxtdan bu sahədə çalışıram.

 

- Fırçanı mikroskopa dəyişdiyiniz ilk dövrlərdə bu hobbi idi, yoxsa qətiyyətli seçim?

 

- Mikroskopla tanışlığım maraqlı proses idi. Əvvəlcə mikroskopla çəkdiyim elektron görüntüləri yığmağa başladım. Əslində, bu üç il sadəcə hobbi idi, hətta işlərimin nano-art olmasını bir yaxınım axtarış edərkən mənə göndərmişdi. "Sən nano-artla məşğulsan... xəbərin var, dünyada bu rəqəmsal sənətlə məşğul olan az sayda rəssam var" - yaxınım belə demişdi.

 

- Nano-art nümunələri necə ərsəyə gəlir?

 

- Nano-art vasitəsilə hər gün görüb toxunduğumuz, bizi əhatə edən bio-aləmin ya görməyə öyrəşdiyimiz, adiləşdirdiyimiz elementlərin nano həyatını, əsasən xırda bitkilərin adi gözlə görmədiyimiz möcüzəvi rəngarəngliyini formaların gözəlliyini kəşf edirəm. Bu işdə mənə elekton mikroskop kömək edir. Seçdiyim hər hansı bir canlı bio obyekt üzərində nano səyahətə çıxıb dərin görüntüləri rəqəmsal emal edərək fotoya çevirirəm, daha sonra ya foto, ya da nano-video art kimi işləyib təqdim edirəm. Ümumi yaradıcılıq ismarıcım isə belədir: "Həyatda Allahın yaratdığı heç adi deyil! Onun qüdrətini görmək üçün bir yarpağa baxmaq belə kifayətdir". Ətraf mühiti, təbiəti müşahidə etməyi uşaqlıqdan sevirəm. həmişə bir qorxum olub: verilən nemətlərin adiləşməsi. Bunun böyük bəlalara səbəb olacağını düşünürəm. Bəlkə , bu düşüncəm məni nano-artla qovuşdurub. Daima hərəkətdə olan qloballaşan dünyamızda insanları ətrafındakı adiləşdirdikləri gözəlliklərə bir daha baxmağa çağırıram.

- Azərbaycanda ilk nanoartistiniz. İlk olmaq həm gözəldir, həm çətin. Hansı çətinliklərlə qarşılaşdınız?

 

- 2018-ci ildə Əqli Mülkiyyət Agentliyinə nano-art vizual incəsənət növünə aid kompozisiyalarıma müəllif qeydiyyat şəhadatnaməsi verilməsi üçün müraciət etmişdim. Məlum oldu ki, Azərbaycanda ilk dəfə bu sahə üzrə əsər təqdim olunur. Bir neçə dəfə agentliyə çağırıldım, nano-artın olduğunu şifahi yazılı formada geniş açıqlamasını təqdim etməli oldum. Nəhayət, iki ay sonra müəlliflik haqqında şəhadətnaməni aldıqda anladım ki, ilk olmaq o qədər asan deyil. Bəzi məqamlarda hələ çətinliklər yaranır. Bir çox yerli beynəlxalq incəsənət layihələri sərgilərin iştirakçısı olmuşam. Həmişə insanların ilk sualı "o nədir?" olur. İzah etdikdən sonra birinci dəfə eşitdiklərini işlərimlə tanış olduqdan sonra isə çox maraqlı olduğunu deyirlər. Qeyd edim ki, nano-artın tətbiq sahəsi çox genişdir. Bu səbəbdən kuratorlar sənətsevərlərdə çaşqınlıq yaranır. Bəzən çap formasında nümayiş olunduğunda foto sənəti, abstraktsionizminlə qarışdırırlar. Ancaq foto sənətini nano-artla müqayisə edib, bərabərləşdirmək olmaz. Çünki foto şəkillər fotolarla, nano təsvirlər isə elektronlarla ərsəyə gəlir materialın ən dərinliklərinə qədər təzahür edir. Həmçinin mikrofotoqrafiya ilə nano-artın arasında böyük fərq var. Mikrofotoda təsvir səthi olur, nano-artda isə əsas ifadə vasitələrindən olan həcm rəngin yaratdığı 3D təsvirdir. Nano-art nümunələri rəngarəngliyilə abstraktsionist rəssamların yaradıcılığını xatırlatsa da, abstrakt sayılmır. Çünki abstraktsionizmin əsas şüarı real dünyadan, görünüşlərdən, hadisələrdən imtina etmək uzaqlaşmaqdırsa, nano-art tam əksinə, canlı aləmin, təbiətdən maddələrin rəqəmsal görünüşünü özündə əks etdirir. Tamaşaçı əksər hallarda elm-texnologiya incəsənəti bir arada gördükdə biologiya dərsini xatırlayaraq birbaşa nano təsvirlərini rəssam baxış bucağından dəyərləndirmir, sırf nəyin görüntüsü olması ilə maraqlanır. Bu isə yanlışdır. Dünyada nano-artın ilk nümayəndəsi Kris Orfeskunun fikrincə, "tamaşaçı mənbəyindən asılı olmayaraq, nanodünyadan - sadəcə kiçik aləmin gözəlliyindən zövq ala bilirsə, deməli, məqsədimizə nail olmuşuq". Yəni önəmli olan nəyin təsviri deyil, tamaşaçıların nəyi gördükləri, onlarda necə hisslər oyatmasıdır.

 

- Bu gün ölkəmizdə rəqəmsal incəsənətlə bağlı əsas problemlər hansılardır? Niyə dünyadan geri qalırıq?

 

- Qloballaşan həyatımızda "digitalart" onun müxtəlif tətbiq sahələri çox aktualdır. Dünyada TV, kino, oyun, animasiya, reklam s. sənayeləri virtual reallıq rəqəmsal sənətsiz təsəvvür etmək mümkün deyil. Dünyada Azərbaycanda sürətli rəqəmsallaşma, innovasiyaların, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi rəqəmsal incəsənətin aktuallaşmasına inkişafına zərurət yaradıb.

 

2020-2021-ci illərdə Mədəniyyət Nazirliyinin "Gənc rəssamlarla " konsepsiyasına əsasən Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə reallaşan, Azərbaycanda rəqəmsal incəsənətə həsr olunmuş ilk irimiqyaslı "Digitalart-lab" layihəsinin ideya müəllifi kuratoru kimi deyə bilərəm ki, sözügedən layihəni bu sahədə atılan uğurlu addım adlandırmaq olar. Layihə həyata keçiriləndə ölkəmizdə incəsənətin innovativ sahəsində çalışan peşəkar, gənc həvəskar rəssamlarla əməkdaşlıq edərək onların yaradıcılıq üslubları ilə tanış olmuşuq. Əslində, bu, çox geniş mövzudur. Düşünürəm ki, böyük boşluqların səbəbi təhsildə bu sahəyə yer ayrılmamasıdır. İncəsənət yönümlü ail təhsil müəssələrində ayrıca ixtisas kimi rəqəmsal rəssamlıq tədris olunmur. Bu sahə ilə maraqlananlar fərdi şəkildə - ya özəl kurslarda, ya da xaricdə təhsil alırlar. Azərbaycanda kifayət qədər istedadlı rəqəmsal rəssamlar var. Hansı ki, dünyada tanınır, çox məhşur tanınmış şirkətlərdə, layihələrdə çalışırlar.

 

- Nərgiz xanım, ənənəvi rəssamlıq nano-art. Bu iki yol harda kəsişir?

 

- Hər ikisi ilə paralel məşğul oluram. Sadəcə nano-art mənim üçün geniş imkanlar açır. Hazırda ənənəvi rəssamlıqda nano-art üzərindən getməyi düşünürəm. Yəni rəssamlığın əsas aləti rənglər formadır. Hər ikisində ifadə vasitəsi eynidir. Nano-artla işləmək üçün insana rəssam gözü lazımdır. Bu gün nano-art mənim həyat tərzinə çevrilib. Artıq onsuz bir həyat təsəvvür eləmirəm. Bu yolda mənə dəstək olan hər kəsə, yaxınlarıma, doğmalarıma, dostlarıma sevimli müəllimim Əsmər xanıma təşəkkürümü bildirirəm. Sənətim möcüzəli aləmi daha çox insana çatdıracağım bir mühitdir. Nano-art işlərimi adiləşmiş gözəlliklərin qeyri-adiliyini göstərməyə cəhd adlandıra bilərəm.

 

Aytac SAHƏD

 

525-ci qəzet.-4 noyabr,2023.-201.-S.21