"Bizdə sənətçiyə fəxri ad alandan sonra dəyər verirlər"

 

Kamran M.Yunis adı məmləkətin teatr kino həvəskarlarına yəqin ki, yaxşı tanışdır. Uzun illərdən bəri bu sənətdə olan, öz peşəkar fəaliyyəti ilə Azərbaycan teatrının kinosunun tərəqqisi üçün bacardığını əsirgəməyən aktyorlarımızdandır Kamran M.Yunis.

1974-cü ildə Bakıda anadan olub. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlu, görkəmli aktyor Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrında çalışıb. "Odlar Yurdu Azərbaycan" filmi "ARRİ",  "Xəlvətdə qalmış müdrik" filmi isə "Altun şafran" (Türkiyə) mükafatlarına layiq görülüb. 2006-cı ildən dublyaj sahəsində çalışan Kamran M.Yunis təxminən 5000 filmi Azərbaycan dilində səsləndirib. Bundan əlavə, qiraətçi kimi 2500-dən çox şeir, poema, nağıl səsləndirərək, dinləyicilərin ixtiyarına verib.

 

Kamran M.Yunislə olan söhbətimizi təqdim edirik.

 

- Kamran bəy, bir aktyor kimi hansı sahə daha çox doğmadır sizə - teatr, yoxsa kino sahəsi?

 

- İstər teatr olsun, istər kino, fərq eləmir, hər ikisi mənim üçün eynidir, bir ananın iki övladı kimidir. Yalnız ölkəmizdə aktyorlar iki yerə bölünür. Mənim sənət yolum teatrdan başlayıb. Sonradan kino sahəsinə gəldim. Aralarında fərq qoysaq, kino sahəsi bir az daha doğmadır mənə. Amma hərdən teatr üçün darıxırıram. Çünki teatr sənətçini formada saxlayan bir məkandır. 2010-cu ildən kino sahəsindəyəm. bu, məni teatr sahəsindən əməlli-başlı uzaqlaşdırdı.

 

- Elə aktyorlar var ki, bir müddətdən sonra fəaliyyətlərini rejissor kimi davam etdirirlər. Bəs siz necə, vaxtsa özünüzü rejissor kimi sınamaq istəyirsinizmi?

 

- Heç vaxt rejissor olmaq niyyətim olmayıb. Yalançı yarımçıq rejissor olmaqdansa, bir işi yarımçıq bilməkdənsə, öz sənətimlə məşğul olaram. Hansı ki Azərbaycan teatrında, kinosunda kifayət qədər belə yalançı rejissorlar var. Belə  olmaqdansa, insan gərək mükəmməl səviyyədə bacardığı işi görsün. Mən düşünürəm ki, harada daha məhsuldar ortaya qoya bilirəmsə, orada olmağım daha məqsədəuyğundur. Bu mənada da rejissor olmaq istəməzdim. Elə bir niyyətim olmayıb. Hərçənd ki, Vaqif İbrahimoğlu illər öncə məndən bunu çox xahiş elədi. Amma məncə, hər kəs öz işi məşğul olmalıdır. İnsan bacarmadığı işlərə can atanda bütün işlər yarımçıq qalır.

 

- Nəyə görə bəzi həmkarlarınız bir-iki roldan sonra, bir az tanınan kimi fəxri ad davası döyürlər?

 

- Fəxri ad mənim üçün heç vaxt elə bir önəm kəsb etməyib. Bir vaxtlar Vaqif İbrahimoğlu adımı nazirliyə təqdim etmişdi. Rəhmətlik ustadıma and-aman elədim, adımı siyahıdan çıxartdırdım. Təəssüf ki, bu məmləkətdə sənətçiyə dəyəri fəxri adı olandan sonra verirlər. Fəxri ad alanda bir az əlavə pul verirlər. Bu ada kimi prezident təqaüdü niyə verilmir? Məsələn, aktyorlara bəzən mənzil verirlər, amma fəxri adın yoxdursa, o da verilmir. Yəni qədər yaxşı sənətçi olursan ol, fəxri adın yoxdursa, sənə dəyər verməyəcəklər. Elə aktyorlar tanıyıram ki, fəxri adı yoxdur, lakin fəxri ad olandan min dəfə artıq peşəkar sənətçidir. Sənətçi fəxri ada görə işləməməlidir. Sənətçi öz ruhuna, ruhunun rahatlığına görə işləməlidir. Amma təəssüf ki, bizdə fərqlidir.

 

- Film seriallarımızda çox vaxt eyni aktyorları görürük. Bu, ilə bağlıdır? Ölkəmizdə peşəkar aktyor qıtlığı yaşanır, ya necə?

 

- Aktyor qıtlığı yaşanmır, aktyor aktrisalarımız yetərincə var. Əgər sənətçilər arasında öz sənətini zəif nümayiş etdirənlər varsa, burada Mədəniyyət İncəsənət Universitetinin günahı ola bilər. Tələbələri peşəkar səviyyəyə çatdırmaq üçün yetərincə çalışmaq lazımdır. Bizim ölkəmizdə xalq dəyərli sənətçilərini sevir. Ona görə xalqın zövqünə, istəyinə uyğun hərəkət etməliyik.

 

- Artıq uzun illərdir bu sahədəsiniz. Fəaliyyətinizlə bağlı ən böyük arzunuz nədir?

 

- Ən böyük arzum insan olmaqdır. Sənətçi olmaq asandır, lakin insan olmaq dünyaya gələn hər kəsə nəsib olmur. Bundan başqa arzum yoxdur. Sənətə gəlincə, bizdə teatrlar yola verir, kino isə ümumiyyətlə, yox halındadır. Ona görə Azərbaycanda aktyorluq sənəti ilə bağlı elə bir arzum yoxdur.

 

- Heç bu sənətdən getməyi düşünmüsünüz?

 

- Gedib başqa yerdə işləmək kimi bir arzum yoxdur, amma ümumiyətlə, bu sənətdən getmək  kimi bir arzum var. Yəqin ki, vaxtsa bunu edəcəyəm. Hər şeyi zaman göstərəcək.

 

- Cəmiyyətdə belə bir fikir formalaşıb ki, aktyorların maddi vəziyyəti çox aşağıdır. Razılaşırsınız?

 

- Aktyorların maddi durumu ümumiyyətlə, yoxdur. Bunu öz yaşamıma baxıb deyə bilərəm. Toylara gedən aktyorları nəzərə almasaq, peşəkar aktyorların vəziyyəti aşağıdan da aşağıdır.

 

- Ölkəmizdə kino sahəsində hansı çatışmazlıqlar var?

 

- Ölkəmizdə kino sahəsi yoxdur, yalançı nələrsə var. Dövlət  müəyyən qədər pul ayırır, ildə bir film çəkilir, bu, film sahəsi demək deyil. Film özü özünü saxlaya bilən bir sahədir. Yəni özü özünü maliyyələşdirməlidir. Azərbaycanda isə təəssüf ki, kino, serial sahəsi özü özünü maliyyələşdirə bilir.

 

- Səsləndirdiyiniz şeirləri özünüz seçirsiniz, yoxsa müəlliflərin  müraciətləri olur?

 

- Şeirləri özüm seçmişəm, seçirəm seçəcəyəm. Bəzən kimsə maddiyyat müqabilində şeirlərini səsləndirməyimi istəyir, onu da seçirəm. Əgər həmin şeirlər mənə uyğun deyilsə, bundan imtina edirəm. Çalışıram ki, gözəl şeirlər seçib səsləndirim. Bir sevmədiyim, şəxsiyyətinə hörmət eləmədiyim müəlliflərin şeirlərin heç vaxt oxumuram.

 

Havar ŞƏFİYEVA

 

525-ci qəzet.-4 noyabr 2023¹ 201.-S.18