Mənalı ömür, duyğulu könül...
DOĞUM GÜNÜNDƏ
MAHİRƏ NAĞIQIZININ POETİK DÜNYASINA SƏYAHƏT
“Musiqinin dili olmur” deyirlər. Amma bu musiqidə hər şey vardı... Gülyanaq Məmmədova oxuyurdu, oxumurdu,
yaşayırdı ifası ilə, sözləri ilə... Gözümün qarşısından uşaqlığımdan bu
günə yaşadığım
günlər, aylar, illər gəldi keçdi. Sözlər məni elə
maraqlandırdı, dərhal
müəllifinin kimliyini
bilmək istədim.
Öyrəndim ki, Mahirə
Nağıqızının şeiridir. Az
hallar olur ki, hansısa şeir, musiqi qəlbimə, ruhuma yol tapır. Amma bu şeir və musiqi də o yolu tapmışdı.
Öz əlimlə möhür vurdum ağladım,
Sevgi adlı
məbədimi bağladım.
Ürəyimdə bu sevgini saxladım,
Ömrü verdim əsən yelə, yaşadım.
Gah baharı payız gördü gözlərim,
Alaq basdı,
itdi-batdı izlərim.
Ürəyimdə dərd bağladı
sözlərim,
Dözüb durdum, yana-yana yaşadım,
Mən bu ömrü elə-belə yaşadım...
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin (ADPU) beynəlxalq
əlaqələr üzrə
prorektoru, Filologiya fakültəsinin dekanı,
Prezident təqaüdçüsü,
Əməkdar müəllim,
filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın həyat
və yaradıcılığına
həsr olunmuş ədəbi-bədii tədbir
bu dəfə Vətəndə, Naxçıvanda
keçirildi və məndə özümü
xoşbəxt hesab edirəm ki, bir həftə Mahirə xanımla eyni məkanda, eyni əhatədə oldum. Naxçıvanda professor Mahirə Hüseynova ilə keçirilən o undulmaz rəsmi və ədəbi-bədii görüşlərdən
yazmışam. Bu səbəbdən indi Mahirə xanımla bağlı şəxsi qənaətlərimi, müşahidələrimi
qələmə alıram.
Mahirə xanım gözəl pedaqoq və tanınmış ictimai xadim olmaqla yanaşı,
həm də görkəmli alim, məhsuldar şairə kimi müasir Azərbaycan filologiya elmində və poeziyasında ən tanınmış imzalardan
biridir. Haqqında həmişə xoş sözlər deyilən, hər zaman xeyirxah və nəcib insan kimi təqdim
olunan, əsərlərinin
elmi-fəlsəfi yükü
ilə fərqlənən,
tələbələri və
pedaqoq həmkarları
tərəfindən adı
böyük rəğbətlə
çəkilən Azərbaycan
xanımıdır.
Ömrünün mühüm bir
hissəsi ilk ali pedaqoji təhsil müəssisəmiz
olan Azərbaycan Dövlət Pedaqoji Universitetində keçib.
Həyəcanla qapısını
döydüyü, tələbə
olaraq təhsil aldığı ali
məktəbdə bu gün beynəlxalq əlaqələr üzrə
prorektor kimi önəmli vəzifə
daşıyır. Tanınmış elm adamı, onlarla kitabın, elmi əsərlərin müəllifi
və nəhayət, minlərlə tələbəsi
olan bir insandır.
O, qədim Naxçıvanda,
Babək rayonundakı
Xalxal kəndində anadan olub. O dəfə Xalxala getmişdik - Ata ocağına...
İlahi, o nə gözəllik! Keçmişini ruhunda yaşadan
Mahirə xanım asta-asta yeriyərək həyətə girdi.
Qızılgülləri qırmadan qoxladı.
Köks ötürdü. Elə
bil ki, uşaqlaşdı...
Xatirələr, düşüncələr
həmin an çəkib haralara aparmadı onu... “Bizim kənddə
kino göstərərdilər.
Bizim həyətdən də görünərdi. Qonşular gəlib
bizim evdən baxardılar. Atam hamıya çay süzdürərdi...” - dedi.
Bir az
dolaşdıq o müqəddəs
ocaqda. Gilasın, alçanın dadına
baxdıq. Bir az uzaqlarda
görünən dağlara
baxdıq. Mahirə xanımın ürəyindən
keçənləri o qədər
yaxından hiss etdim ki, gözlərim dolub-boşalırdı. Ata ocağı
əziz olur, ali olur.
Hara getsən də, harda yaşasan da, ata ocağının yerini heç nə vermir.
Nazlı anadan söz açdı. O Nazlı
ana ki, Mahirə
xanımı tanıyanların
və oxucularının
simvolik anasına çevrilib. Elə bir
ananın övladıdır
Mahirə xanım.
Nazıl
ana Dərələyəzdə
Mirzəlioğlu İbrahimin
ailəsində anadan olub və Azərbaycan
dilçilik məktəbinin
görkəmli nümayəndələrindən
biri, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən Mirzəyevin bacısıdır. O qədər
doğmalıq hiss edirəm
ki, Mahirə xanım Nazlı ana haqqında danışanda elə bilirəm, mənim anamdan, nənəmdən danışır.
Atamnan yanaşı daş qaldırardı,
Deyərdi, bu daşlar ocaq daşıdı.
Bezmədi, qəlbində nə
gücü vardı,
Anam sinəsində
ocaq daşıdı.
Bir dəfə taledən gileylənmədi,
Tapdı ocağında, bizdə varlığı.
Yoxluğa sınmadı, yoxa
enmədi,
Onu qorxutmadı
daş ağırlığı.
Xəbərim olmayıb süd
əmməyimdən,
Bəlkə döşləri də daşıymış onun.
Əlini
başıma çəkdiyi
gündən,
Duydum əllərinin
daş olduğunu.
O, daş əllərinnən
durub o başdan,
Çöllərdə yavanlıq nə tapsa, dərdi.
Bəlkə əllərinin daş
olmağından
Utandı,
özünə sığal
vermədi.
Çörək bişirərdi, paltar
yuyardı,
Corab toxuyardı
o daş əlinnən.
Elə bil nə yatar,
nə uyuyardı,
Beləcə yol gəldi gəlinliyindən.
“Qonşu qonşusunun varına deyil,
Halal peşəsinə küsənər”
- dedi.
“Yalandı, haramdı düşmən, onu bil,
Yalana, harama uymaz ər”
- dedi.
Dərdini deyəndə qımqımasıynan,
Gözündən bir dəfə yaş asılmadı.
Daşıdı daşları ağırlığıynan,
Amma ürəyindən
daş asılmadı.
Xalxaldan ayrıldıq. Batabata getdik. O qədər
maraqlı, o qədər
yaddaqalan anlar oldu ki, elə
Batabatın sarı çiçəklərlə
əhatə olunmuş
“günəş tarlası”nda
müsahibə götürdüm
Mahirə xanımdan. Səmadakı günəş, yerdəki sarı “günəş
tarlası” və Batabat gölü Allahın bu torpağa bəxş etdiyi gözəl bir nemətdir. Batabatın təmiz suyundan içib, kəklikotusundan yığıb
getdik “Fərhad qalası”na.
“Fərhad qalası”na məhəbbət qalası da demək olar. İç-içə
oyulmuş otaqları
– yeddi otağını
gördüm: maraqlı
tarixi məkandır. Mahirə xanımla Elbrus müəllim qalanın önündə,q ara daşın üstündə oturub söhbət edirdilər. Sıralanmış dağların başında
qar, ətəyində
isə sarı çiçəklərdən
xalılar vardı sanki. Elbrus müəllim
Naxçıvan Dövlət
Universitetinin rektorudur,
çox savadlı, dərin düşüncəli
insandır, əsl ziyalıdır. Onlar
Vətəndən, torpaqdan
danışırdılar. “Vətənin mahiyyətinə
bələd olmadan Vətən sevgisi, Vətən sevgisi olmadansa vətənpərvərlikdən
danışmaq absurddur”
- deyirdi Mahirə xanım...
4 noyabr Mahirə
xanımın ad günüdür. Əziz
Mahirə xanım, Sizi ürəkdən təbrik edirəm. Həm ad gününüz,
həm də yaxınlaşan Zəfər
Bayramımız mübarək
olsun!
Gülşən BEHBUD
Milli Dəyərlər üzrə
Maarifləndirmə İctimai Birliyinin sədri
525-ci qəzet.-4 noyabr.-¹201.-S.20