Zəfər Günü - son 200 illik tariximizin qalib səhifəsi
AZƏR BADAMOV:
"PREZİDENTİN RƏHBƏRLİYİ İLƏ AZƏRBAYCAN BU
TARİXDƏ İLK DƏFƏ
TORPAQLARINI İŞĞALDAN AZAD
EDƏRƏK XALQIMIZA
YENİ NÜFUZ QAZANDIRDI"
Bir neçə gündən sonra Azərbaycan
xalqı
və
dövləti
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz
möhtəşəm zəfərin üçüncü
ildönümünü qeyd
edəcək. Zəfər Günü Azərbaycanın
dövlət müstəqilliyinin,
suverenliyinin, gücünün
və
qüdrətinin
rəmzidir.
Ermənistanın təxribatına və
növbəti
hərbi
təcavüzünə cavab
olaraq, Azərbaycan Ordusunun
2020-ci il sentyabrın 27-də başlatdığı
44 gün
davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızın
30 illik işğalına
son qoyuldu. Bu il 19-20 sentyabr
tarixlərində ordumuzun
Qarabağda
keçirdiyi lokal antiterror tədbirləri
nəticəsində separatçı rejim təslim
oldu. 15 oktyabr tarixində
Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdı.
Bununla da, ərazi bütövlüyümüz,
suverenliyimiz tam bərpa
olundu.
Milli Məclisin deputatı
Azər
Badamov "525"ə
deyib ki, 2003-cü ildə
Prezident seçilərkən cənab İlham Əliyevin qarşıya qoyduğu
əsas hədəflər
Azərbaycan
dövlətini
inkişaf
etdirmək,
xalqın
rifahını yaxşılaşdırmaq, milli
birliyi möhkəmlətmək, ordunu gücləndirmək və
torpaqlarımızı erməni işğalından azad edərək bütün ərazilərdə suverenliyi
bərpa
etməklə bağlı olmuşdur. Bu məqsədlərə
çatmaq üçün
17 illik uzun bir yol getməli olduq. Deputat deyib ki, dövlət başçısının
qarşıya
qoyduğu
əsas məqsədlərdən biri Azərbaycanı güclü orduya malik ölkəyə çevirmək idi: "Çünki güclü ordusu olan ölkələr
öz suverenliyini qoruyub saxlaya bilirlər.
Bu məqsədlə dövlət büdcəsində ən çox
xərclər ayrılan
hissə
ölkənin
müdafiə
qabiliyyətinin
artırılması ilə
bağlı oldu. Ordumuza müasir
silahlar alındı,
mütəmadi təlimlər keçirilməklə peşəkarlıq
artırıldı, müdafiə sənayesi quruldu və
vacib silah-sursatı özümüz istehsal
etməyə başladıq, hərbçilərin maddi durumu və həyat şəraitinin yaxşılaşdırılması diqqət
mərkəzində saxlanıldı. Məhz görülmüş
bu işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü
50 ordusu sırasına
daxil oldu. Ordunun gücləndirilməsi üçün ölkənin güclü iqtisadiyyatı olmalı
idi. Dövlət
başçısının
rəhbərliyi altında
ölkəmizdə aparılan iqtisadi islahatlar Azərbaycanı iqtisadi müstəqilliyə qovuşdurdu. Belə
ki, transmilli beynəlxalq
layihələri reallaşdırdıq, ölkəmizin beynəlxalq əhəmiyyəti
artaraq Azərbaycan dünya
siteminin nüfuzlu aktoruna çevrildi. İqtisadi müstəqlliyimizin
əldə olunması bizi siyasi müstəqilliyə qovuşdurdu. Azərbaycan
dünya siyasi arenalarında
heç
nədən çəkinməyərək
öz qətiyyətli
mövqeyini ortaya qoyur və
dünya birliyini Ermənistanın özbaşınalıqlarına son
qoymağa
çağırışlar edirdi.
O cümlədən, Azərbaycan sözünün imzası qədər möhkəm
olduğunu
sübut
etdi. Ona görə də 2012-2013-cü illərdə 155 ölkənin
dəstəyi ilə
Azərbaycan
BMT Təhlükəsizlik Şurasına qeyri-daimi
üzv seçilərək qurumda sədrilik
etdi. Həmçinin,
Azərbaycan
2019-cu ildən
dünyada. BMT-dən sonra ikinci ən böyük
beynəlxalq
təsisat
olan Qoşulmama Hərəkatına
120 ölkənin
dəstəyi ilə
sədrlik
etməyə başladı. Azərbaycan
bütün tribunalardan
ərazilərimizin Ermənistan tərəfindən
işğalı ilə
heç vaxt barışmayacağını bəyan
edir və haqq səsimizi
beynəlxalq
platformalarda qəbul etdirirdi. Düzdür, BMT
TŞ-nın
4 qətnaməsinin icrası
ATƏT-in Minsk qrupu
həmsədrlərinə
həvalə edilmişdi. Amma Minsk qrupunun
həmsədrləri riyakarlıq nümayiş etdirərək torpaqlarımızda erməni
işğalını əbədiləşdirməyə çalışdılar. Bu dözülməz vəziyyətin şahidi olan Azərbaycan
öz gücü ilə
pozulmuş
hüquqlarının bərpasına qərar verdi. Belə
ki, düşmənin
mütəmadi
törətdiyi
dözülməz
çoxsaylı
təxribatlarına cavab vermək
və
ərazilərini işğalçılardan
azad etmək üçün
27 sentyabrda ordumuza irəli
komandası
verildi. Xalqımız 30 ildə
Ali Baş Komandanın bu əmrini intizarla
gözləyirdi.
İnsanlar hərbi komissarlıqlara
axın
etdi və hamı könüllü şəkildə ordu
sıralarına yazılaraq
müharibəyə göndərilməyini xahiş edirdi. Arxa cəbhədə
olan insanlar milli birlik və həmrəylik nümayiş etdirərək "hər
şey ordu
üçün" çağırışı
altında
birləşdilər. Ölkəmizdəki demək
olar ki, bütün siyasi partiyalar öz fərqli
siyasi baxışlarını kənara
qoyaraq dövlətlə həmrəy olduqlarını nümayiş etdirdilər.
Milli, dini, etnik mənsubiyyətindən asılı olmayaraq hamı
silaha sarıldı.
Son illərdə
vətənpərvər
gənc
nəsil
yetişdi.
Hamının arzusu torpaqları işğaldan azad etmək
və
üçrəngli
dövlət
bayrağımızı Şuşada dalğalandırmaq idi. Belə
bir birlik və
həmrəylik dünya tarixində görünməmiş hal idi. Xalq birləşərək Ali Baş
Komandanın
dəmir
yumruğuna
çevrildi".
A.Badamov əlavə edib
ki, 27 sentyabrda başlayan
Vətən müharibəsinin
davam etdiyi 44 günün hər bir günü qəhrəmanlıq səlnaməsi oldu. Ordumuz bir
addım
geri çəkilmədi. O cümlədən, bir nəfər belə
olsun müharibəyə getməkdən yayınmadı, fərarilik
etmədi:
"Döyüşlərin başlandığı ilk gündən
rəşadətli ordumuz ancaq irəliləməyə
başladı. Qorxu içində
olan düşmən ordusunun hərbçiləri silahlarını ataraq döyüş mövqelərindən qaçmağa başladılar. Ermənistan
44 günlük döyüşlərdə
11 min hərbçinin fərarilik etdiyini etiraf etdi. 44 günün hər
bir günündə xalqımız qələbə
sevincini yaşayırdı.
Hamı
axşamı gözləyirdi və
Ali Baş Komandanın qələbə tvitlərini böyük sevinclə qarşılayırdı. Nəhayət, 8 noyabrda
ordumuzun qəhrəman
oğulları Şuşada bayrağımızı dalğalandırmaqla Zəfərə imza atdılar.
Azərbaycan
bu Zəfəri qazanmaqla son 200 illik tariximizin yeni bir səhifəsini yazdı. Bu, qalib Azərbaycan səhifəsi idi. Çünki son 200 ildə biz torpaqlarımızı ancaq itirə-itrə gəlirdik. Amma Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
tarixdə
ilk dəfə
olaraq öz torpaqlarını işğaldan
azad edərək
xalqımıza yeni bir imic
yaratdı.
Bu, Qalib imicidir. Qələbənin qazanılmasında qardaş
Türkiyənin verdiyi mənəvi, siyasi dəstək xüsusilə
qeyd olunmalıdır. Müharibənin başlandığı ilk gündə
Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanın "hər cür yardımla azərbaycanlı qardaşlarımızın
yanındayıq" ifadəsini
bəyan
etməsi
ölkəmizə düşmən gözü
ilə
baxaraq haqq işimizə müdaxilə etmək istəyən dairələri öz çirkin niyyətlərindən yayındırdı.
Türkiyənin yanımızda olması
bizə
yeni bir güc verdi və
haqq işimizi inamla
başa
çatdırmağımıza yol
açdı. Zəfər paradında
prezidentlər
İlham Əliyev və Ərdoğanın çiyin-çiyinə dayanması dünyaya
bir mesaj oldu və
bu, məğlubedilməz yeni bir gücün,
yeni bir reallığın
olduğunun
nümayişi idi".
Deputat vurğulayıb ki, nəhayət, 19 sentyabr 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri
ilə
Xankəndidə bayrağımızı dalğalandıraraq bütün ərazilərdə suverenliyimizi
bərpa
edərək erməni
silahlılarının ərazilərimizdə mövcudluğuna birdəfəlik nöqtə
qoyduq: "Son 30 ildə
biz torpaqlarımızın
işğal
günlərini böyük nisgil içində
anırdıqsa, bu gün xalqımız şəhər
və
kəndlərimizin işğaldan
azad olunması günlərini böyük sevinclə qeyd
edir. Son üç ildə işğaldan azad olunmuş ərazilər yenidən qurulub bərpa
olunur. Böyük qayıdışa dair Dövlət
proqramı
sürətlə icra olunur və
keçmiş
məcburi
köçkünlər
öz doğma yurdlarına qayıdırlar. Şəhər
və
kəndlərin baş
planları
təsdiq
olunaraq tikinti işləri yüksək
keyfiyyətlə aparılır. İşğaldan azad
olunmuş
ərazilərdə yenidən salınan
şəhərlərimizin günləri bayram təntənəsi ilə qeyd
olunur. Xalqımız və ordumuz
Ali Baş Komandanın rəhbərliyi altında
ərazilərimizi azad etməklə düşmənlərin
çirkin planlarına birdəfəlik son qoydu. Bu
gün qalib Azərbaycan
var və regionda icra olunan bütün
layihələr ölkəmizin
iştirakı ilə
həyata
keçirlir.
Sonda Zəfərin qazanılmasında öz sinəsini düşmən gülləsinə sipər edərək canından
keçmiş şəhidlərimizə Allahdan
rəhmət, qazilərimizə cansağlığı diləyirəm. Azərbaycan öz qəhrəman övladları
ilə
fəxr
edir, qürur duyur və
onları
heç
vaxt unutmayacaqdır".
Pərvanə
Sultanova
525-ci
qəzet.-5 noyabr, ¹ 202.-S.4.