Yeni nəslin tərbiyəsi: ailənin məktəbin təsiri vəhdətdə

 

Müasir dövrdə - dünyanın hər gün yeniləndiyi, ciddi dəyişiklik irəliləyişlərin baş verdiyi bir vaxtda Azərbaycan təhsilinin qarşısında böyük vəzifələr durur. Bunlar məktəbəqədər təhsilin daha da genişləndirilməsi, ümumi təhsildə keyfiyyət amillərinin yüksəldilməsinə ciddi diqqət yetirilməsi, "Ömürboyu təhsil" üzrə milli kvalifikasiyaların beynəlxalq meyarlara uyğunlaşdırılması istiqamətində xidmətlərin daha da gücləndirilməsi, təhsildə rəqəmsal gələcək üçün rəqəmsal bacarıqların səriştələrin artırılması digər vəzifələrdən ibarətdir. Təhsilin səviyyəsini respublikamızda dünyada gedən bugünkü inkişaf səviyyəsinə çatdırmaq təhsil işçilərinin qarşısına mühüm məqsədlər qoyulur. Böyük tarixi, milli beynəlxalq əhəmiyyət kəsb edən həmin vəzifələrin düzgün vaxtında icrasında, məktəblərlə yanaşı, valideynlər əsaslı rol oynamalıdır.

Məlumdur ki, ailə həm "kiçik dövlət", həm cəmiyyətin təməl daşıdır. Məktəb kollektivləri ilə təhsil alan uşaqların, yeniyetmələrin gənclərin ailələləri arasında mehriban münasibətlərin qurulması, təhsil, təlim-tərbiyə kimi çətin, mürəkkəb məsuliyyətli bir işin yükünün birgə daşınması təlim-tərbiyənin inkişafına dünyanın müasir inkişaf səviyyəsinə çatdırılmasına müsbət təsir göstərir.

Valideynlərin uşaq, yeniyetmə gənclərə müntəzəm təsir etmək, onları məktəblə yanaşı, həyata hazırlamaq, eləcə şəxsiyyətin düzgün vaxtında formalaşmasına kömək nəzarət etmək imkanları genişdir. Ailədə tərbiyənin əsas məqsədi şəxsiyyətin fiziki əqli cəhətdən mükəmməl inkişafına, onun dünyagörüşünün ilkin səviyyədə formalaşmasına, Vətənə, doğma torpağa bağlılıq ruhunda yetişməsinə, əməyə alışmasına, birgəyaşayış qaydalarını mənimsəməsinə yol açmaqdır. Bu kimi keyfiyyətlərə sahib olmaq üçün təlim-tərbiyə sahəsində məktəb kollektivləri ilə valideynlər arasında yaradılmış qarşılıqlı əlaqə bir körpü ya tramplin rolunu oynayır. Çünki məktəbin valideynlərin birgə köməyi ilə həyata keçirilən təlim-tərbiyəni mükəmməl mənimsəmiş yeniyetmə ya gənc həyatda hər bir çətinliyə sinə gərər, heç vaxt düz yoldan sapmaz, dürüst yolla uğur əldə etməyi bacarar.

Təsadüfi deyil ki, valideynlər uşağın körpə vaxtından ilk tərbiyəçisi müəllimi hesab olunurlar. Onlar fiziki cəhətdən sağlam, intellektual səviyyəcə mükəmməl, əxlaqi dəyər baxımından yetkin, iti ağıla, dərin zəkaya düşüncəyə malik kamil şəxsiyyət kimi yetişmələri üçün ailə böyükləri ilkin münbit şəraiti yaratmalıdırlar.

Hələ qədim zamanlardan böyük dahilər, filosoflar, mütəfəkkir-şairlər, məşhur pedaqoq psixoloq alimlər təlim-tərbiyə prosesində ən gözəl uğurlar əldə etməyin yeganə yolunu məktəbinailə ilə qarşılıqlı əlaqəsində görürdülər.

Qədim Çin mütəfəkkiri Konfusinin təlim-tərbiyə haqqında gözəl dəyərli fikirləri vardır. O, gənclərə münasibətdə hamıya çox səbrli ehtiyatlı olmağı tövsiyə edirdi: "Heç vaxt gənclərə yuxarıdan aşağı baxmayın. Kim bilir, bəlkə onlar yaşa dolanda görkəmli şəxsiyyətlər olacaqlar".

Görkəmli pedaqoqlardan Vasili Suxomlinski ailə məktəb mövzusundan söz açarkən demişdi: "Ailə olmasaydı, biz - məktəbi nəzərdə tuturam - gücsüz olardıq". O, məktəblə ailə arasında gözəl münasibət qurmaqla yanaşı, həm dərs dediyi məktəbin şagirdlərinin təbiətlə canlı ünsiyyətinə şərait yaradırdı. Şagirdləri dərsdənkənar vaxtlarda təbiətin qoynuna aparır onlara ekoloji şüur da aşılayırdı. Məşhur pedaqoq şagirdlərində sağlam həyat tərzinə həvəs formalaşdırmaqla, həm onları təbiətə böyük məhəbbət ruhunda tərbiyə edirdi.

Müasir Azərbaycan dövlətinin yaradıcısı olan Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyini müəyyən edən təhsilə mühüm strateji məsələ, digər bütün sahələrin inkişafı üçün güclü stimul yaradan qüvvə kimi yanaşıb bu sahəyə həmişə xüsusi diqqət yetirib. Ulu öndərimiz daim müəllim adını uca tutub, ölkəmizdə təlim-tərbiyənin səviyyəsinin ildən-ilə daha da yüksəlməsində müəllim əməyinin müəllim nüfuzunun rolunu son dərəcə yüksək qiymətləndirib. Ümummilli lider təhsilin ölkəmizdə davamlı tərəqqisi, onun inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsi, dünyanın yeni qabaqcıl təhsil texnologiyalarının tədris üsullarının respublikamızın təhsilinə gətirilməsi üçün böyük zəhmət sərf edib. Ulu öndər müstəqil Azərbaycanın gənclərini təkcə istehsal sahələrində, ordu quruculuğunda deyil, cəmiyyətin bütün sahələrində, o cümlədən, dövlətin idarəetmə sistemində fəal iştirakçılar kimi görmək istəyirdi.

Ailə dəyərlərimizin qorunmasına inkişafına daim diqqət yetirən Ulu öndərimiz bu milli məsələyə xüsusi qiymət verərək: "Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir" - demişdi.

Ümummilli lider təlim-tərbiyə işinin ailədə məktəbdə paralel aparılması ilə bağlı da çox müdrik uzaqgörən fikirlər söyləyib. O, mükəmməl təhsillə tərbiyəni məktəbin ailənin ortaq vəzifəsi hesab edərək deyirdi: "Məktəblə ailənin sıx, qarşılıqlı əlaqəsi olmadan mükəmməl tərbiyə ola bilməz, çünki bu proses kompleks bir prosesdir onun səmərəliyini valideynlərlə pedaqoqların birgə səyi ilə yüksəltmək lazımdır".

Ulu öndərin başlatdığı mükəmməl siyasi kursun, dövlət idarəçiliyinin böyük davamçısı olan Prezident İlham Əliyev ölkədə təhsil sahəsində əldə edilən uğurları qeyd etməklə yanaşı, bu strateji sahənin yeni islahatlar vasitəsilə müasir dünyanın ən qabaqcıl ölkələrinin təhsil sistemindəki tələblər səviyyəsinə yüksəldilməsini qarşıya çox vacib məqsəd kimi qoyub: "Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir ən müasir tələblərə cavab verməlidir", - deyə dövlətimizin başçısı vurğulayıb.

Təəssüf ki, müasir dövrdə məktəbin tərbiyə funksiyası nisbətən arxa planda qalaraq sürətlə zəifləməyə doğru gedir. Halbuki müasir narahat dünyamızda, gərgin dövrdə məktəb kollektivindən bu sahədə daha ciddi fəaliyyət tələb olunur. Bəzi valideynlər, xüsusilə gənc ata analar isə elə düşünürlər ki, onların məktəbdə oxuyan uşaqlarının tərbiyəsi ilə ancaq müəllimləri məşğul olmalıdırlar. Bu, çox yanlış fikirdir təlim-tərbiyə işinə yolverilməz münasibətdir. Əslində, uşaqların təlim-tərbiyəsində müəllimlərin valideynlərin ayrı-ayrılıqda öz məsuliyyətləri cavabdehlikləri var.

Məktəblə ailənin qarşılıqlı əlaqəsində əsas amil müəllim-valideyn münasibətlərinin düzgün təşkilidir. Təlim-tərbiyə prosesində müəllimlərin, psixoloqların valideynlərə göstərdikləri maarifləndirmə yardımları bu baxımdan xeyli mühümdür.

Ailənin iqtisadi cəhətdən "zəngin" ya "kasıb" olması təlim-tərbiyənin keyfiyyətinə mənfi təsir göstərməməlidir. Bu məsələni həm müəllimlər, həm valideynlər unutmamalıdırlar. Əlbəttə, ailənin iqtisadi problemlərini həll etmək valideynlərin əsas vəzifəsidir. Belə bir vəziyyətdə iqtisadi problemlərin həllinə başı qarışan bəzi valideynlərin diqqəti uşağın təlim-tərbiyəsindən yayınır. Bu cür hal uzun müddət davam edirsə, mənfi nəticəsini müxtəlif formalarda göstərir. Əfsuslar olsun ki, hətta bir sıra valideynlər "ailəyə maddi kömək" niyyəti ilə öz uşaqlarını məktəbdən, yəni təhsildən tərbiyədən uzaqlaşdırırlar.

İndi elə bir mürəkkəb dövrdə yaşayırıq ki, təlim-tərbiyə işinə təkcə məktəb valideynlər deyil, bütün cəmiyyət məsuliyyət daşımalıdır. Bu prosesdə hamı iştirak etməlidir. Lakin bu sahədə əsas güc məktəb kollektivlərinin, xüsusilə müəllimlərin, digər tərəfdən isə valideynlərin üzərinə düşür.

Təsadüfi deyil ki, belə bir məşhur atalar məsəlimiz var: "Uşağım əzizdir, tərbiyəsi ondan da əzizdir".

Uşaqların tərbiyəsində müxtəlif səhvlərə boşluğa yol verilməsi ciddi qəbahətdir acı nəticələr doğurur. Belə bir hal qısa müddətdə uşağı sağlam mühitdən uzaq salır. Onda həmin uşağın pis yola düşməsi ehtimalı xeyli artmış olur. Buna görə valideynlər mütləq hər gün müəyyən saatlarda vaxt ayıraraq şəxsən uşaqlarının təlim-tərbiyəsi ilə məşğul olmalıdırlar. İctimai yerlərdə olduqda uşağın davranışına gizlincə göz qoyulmalı, lazım gəldikdə belə yerlərdə mövcud davranış qaydaları ona izah edilməlidir.

Valideynlər uşaqların televiziya kompüterdən istifadəsinə göz qoymalıdırlar. Ailələrdə bəzi uşaqlar səhərdən axşamacan belə texniki vasitələrdən fasiləsiz istifadə edirlər. Xüsusilə yaxın məsafədən ya uzun müddət ifrat dərəcədə bu cür texnikadan istifadə gözləri yorur, görməni pisləşdirir, başağrısı baş verir. Bəzi uşaqlarda isə uzun zaman  qulaqlıqlardan istifadə edilməsi tədricən karlığa səbəb olur. Uşaqların internetə kompüterə çox aludə olması onların təkcə görməsini əlindən almır. Bu cür texniki vasitələrdən həddindən artıq istifadə etməsi uşaqların tez-tez əsəbiləşməsinə, özündən çıxmasına, özünəqapanmaya yol açır. Uşağın valideynləri, dostları şagird yoldaşları ilə ünsiyyəti gündən-günə zəifləyərək azalır. Onlar ünsiyyətdən qaçaraq tək qalmaq istəyirlər. Belə təhlükələrin qarşısı vaxtında düzgün tərbiyə ilə alınmalıdır.

Təlim-tərbiyə işinin nəticəsini cəmiyyətin güzgüsündə aydın görmək mümkündür. Bu güzgüdə hər bir məktəbin, hər bir valideynin yetişdirdiyi gəncin Vətənə, xalqa, elə-obaya, orduya ümumilikdə bütün cəmiyyətə qədər yararlı, faydalı sədaqətli olmasını görə bilərik.

Məktəb valideynlərin uşaq, yeniyetmə gənclərə verdiyi yüksək təlim-tərbiyə əslində milli sərvətdir. Bu sərvəti daha da artırmaq daim qorumaq hər birimizin müqəddəs vəzifəsi olmalıdır.

 

Zakir Bayramlı

Şair, publisist, Azərbaycan Yazıçilar Jurnalistlər birliklərinin üzvü

 

525- ci qəzet.- 2023- il.- 8 noyabr.- №- 204.- S. 15.