“ Əziz dost “ haqqında söz

 (Əvvəli ötən çərşənbə sayımızda)

Fars ədəbiyyatının gözəl inciləri - Firdovsinin "Şahnamə"si, Sədinin "Gülüstan"ı "Bustan"ı, Hafizin qəzəlləri şeirləri, Ömər Xəyyamın dünyanın faniliyini təsdiq edən rübailəri kimi məftun etməmişdir? Zəngin Çin ədəbiyyatından mən "Qızıl vazada gavalı çiçəyi" adlı orta əsr romanını qeyd etmək istərdim. Müasir Çin povestlərinin bir çoxu "mədəni inqilab"ın tənqidinə həsr edildiyindən pamflet xarakteri daşıyır.

Yapon ədəbiyyatından isə Akutaqavanın qəmli hekayələrini, Kabo Abenin "Yad sifət" "Qumluqdakı qadın" romanlarını, Yasunari Kavabatanın, Haruki Murakaminin maraqlı əsərlərini qeyd etmək istərdim.

Nəhayət, XIX əsrin möcüzələrindən biri olan rus ədəbiyyatına keçmək istəyirəm. Ruslar özlərinin ədəbi dilinin formalaşmasında xüsusi xidmətləri olan Puşkini bədii yaradıcılığın ən böyük titanı hesab edirlər. Lakin dünya oxucusuna daha çox tanış olan Dostoyevski, Tolstoy Çexovdur. F.M.Dostoyevski özünün əsərlərində - "Cinayət cəza", "Dəli", "Karamazov qardaşları", "Alçaldılmış təhqir olunmuş insanlar" romanlarında rus adamının təbiətinin məchulluğunu, insan xarakterlərinin şəraitin təsiri altında necə eybəcər deformasiyalara, metamarfozalara uğramasını təsvir edir. L.N.Tolstoy özünün "Hərb sülh", "Dirilmə", "Anna Karenina", "Qafqaz əsiri", "Hacı Murad" əsərlərində tarixi adi əhvalatlar fonunda insan taleyinin təbəddülatlarını təhlil edir. Bir əsərində o, işğalçı fransızlarla aparılan Vətən müharibəsinin geniş panoramasını, digər əsərində qulluqçu qızın bir səhvindən ömürlük bədbəxt olmasını, üçüncüsündə ailəli qadının təsadüfi məhəbbət tufanında qərq olmasını nəticədə özünü həlak etməsini, göstərdiyimiz son iki əsərində isə Qafqazda qılınca söykənən Rusiya imperialist siyasətini açıb göstərir. Tolstoyun dahiliyi özünü "Sevastopol hekayələrində" , "Hacı Murad"ın həlak olmasının baş verdiyi ərazinin hadisənin olduqca inandırıcı həqiqətə tam uyğun şəkildə təsvir olunmasında da göstərir. Bu gün cəsədi Azərbaycanın şimal-qərbində uyuyan Hacı Murad torpaqdan qopmayan iri pıtrax kolu kimi məhvə düçar olduğunu dərk edir. Onun müasiri olan bəzi tənqidçilər "Hərb sülh" romanını bəyənmirdilər, müəllifin real səhnələrin təsviri əvəzinə lətifələrə əsaslandığını iddia edirdilər.

A.P.Çexov isə dünyada kiçik hekayə ustası rus dramaturgiyasının ən böyük yaradıcılarından biri kimi şöhrət tapmışdır. Bu hekayələrdə hər şey: incə yumor, acı istehza, bədbəxt insanın halı üçün qəm, kədər var. Bəzən bir sözlə kiçik bir cümlə ilə Çexov böyük həqiqətləri açır, bir yaxma ilə bütöv insan obrazı yarada bilir. Çexov oxucu tamaşaçı barədə heç bir hüdud tanımır. Onun "Buqələmun"u da, "6 nömrəli palata"sı da artıq zərb-məsələ çevrilmişdir.

Əlbəttə, bu üç dahi yazıçı dünyada ən çox oxunan müəlliflərin o qədər böyük olmayan siyahısına daxildir. Kinayəli qələmi olan N.V.Qoqol isə təkcə öz "Müfəttişi" ilə deyil, digər mənfi qəhrəmanları ilə dünyanın əyalətlərini gəzməkdə davam edir. İ.S.Turgenevin roman povestləri isə bəxtin üz döndərdiyi adamların sakit axan dərdləri ilə bizi tanış edir. Sonra mən A.N.Gertseni A.V.Kuprini oxucuya məsləhət görərdim. Kuprin, əsasən, "Döyüş" "Qranat braslet" əsərləri ilə tanınır. Lakin onun "Çuxur" əsəri bu gün ən dəhşətli bəlalardan biri olan fahişəliyin, onun yayılmasına səbəb olan amillərin onu yaradan şəraitin üzərindən örtüyü götürür bütün çılpaqlığı ilə məhz xəstə cəmiyyətə xas olan bu yaranı açıb göstərir. Sonra A.M.Qorkinin fırtına quşu kimi inqilabı tərənnüm edən yaradıcılığı gəlir. İvan Buninin mühacirət yaradıcılığı, xüsusən hekayələri böyük maraqla oxunur. XX əsrin astanasında duran dahi yazıçıların ardınca Valeri Bryusov, Aleksandr Blok, Marina Svetayeva Anna Axmatova kimi gözəl şairlər gəlir. Oxucu Svetayevanın sözləri ilə desək, bu köhnə şərablara bənzəyən şeirlərin öz vaxtı gəldikdə, onlardan dadmalıdır. Mixail Bulqakovun, Mixail Zoşenkonun yaradıcılığı sosialist cəmiyyətinin qüsurlarına bələd olmaqda yaxşı yardımçı ola bilər. Şarikovların, Şvonderlərin timsalında sosialist quruluşunun aparıcı prinsipləri gülüş hədəfinə çevrilir. Əlbəttə, indi Mixail Şoloxova münasibət bir qədər dəyişilmişdir. Lakin heç bir sərt külək onun "Sakit Donu"nu klassika toplusundan qoparıb ata bilməz. Konstantin Simonov isə həyatının son dövrlərindəki siyasi ziqzaqları ilə yaradıcılığının da xeyli hörmətdən düşməsinə şərait yaratdı. Yazıçıların baş katibi olan Aleksandr Fadeyevin isə əsərlərinin ömrünə elə bil ürəyinə tuşladığı tapança gülləsi ilə son qoyuldu. Sonra Aleksandr Soljenitsinin yaradıcılığı özünün üsyankar ruhu ilə diqqəti cəlb etdi. Onun "İvan Denisoviçin həyatının bir günü" əsəri güclü bədii əsər sayıla bilər, digərləri isə, xüsusən "Qulaq arxipelaqı" bədiilikdən çox uzaq olub, faktların sənədlərin sistemləşdirilmiş toplusundan ibarətdir. Valentin Rasputin, Viktor Astafyev, Vladimir Tendryakov, Fyodor Abramov, Boris Vasilyev başqalarının əsərlərində dövrün mühüm problemləri qaldırılırsa da, onlar qəzet janrı kimi çoxömürlü olmadılar. Yuri Bondarevin ziyalılar haqqındakı romanları da marağa səbəb oldu. Mühacirətə getmiş yazıçılar isə ədəbiyyatı həyatı bütünlüklə qaralayan "əsgər İvan Çonkin" kimi karikatura xarakterli əsərlərlə zənginləşdirdi. İlk mühacirlərdən Mark Aldanov isə bu məsələdə istisnalıq təşkil edir.

Yevtuşenko Voznesenski iki dünyanın birləşdiyi ərazidə telləri səsləndirməyə başlayıb, özlərinin siyasətbazlığa absurda yaxın olan yaradıcılıqları ilə bir müddət suyun üzərində qala bildilər. Dissident ədəbiyyatı quruluşa qarşı etiraz harayı salsa da, öz bədii səviyyəsinə görə lazım olan yüksəkliyə qalxa bilmədiyindən yaz payız modası kimi tez yaddan çıxmağa başladı. Vasili Qrossmanın əsərlərində ən böyük həqiqətlər , məsələn, Stalinqrad qələbəsi şübhə altına alınmağa başladı. Amma Anatoli İvanovun qolçomaqlarla mübarizəyə həsr edilmiş "Kölgələr günorta yox olur" Pyotr Proskurinin "əbədi çağırış" romanları digər diametral qütblü bir mövzuya həsr olunmasına baxmayaraq, maraqla oxunur. Təkcə Anatoli Pristavkinin "Qızıl bulud gecələdi" əsəri millətlərarası münasibətləri çox ustalıqla aca bildi.

Rus ədəbiyyatı zəngin bir aləmdir çalışmaq lazımdır ki, onun nümunələri məhz orijinaldan oxunsun. Bədii əsərləri mütaliə edərkən bu dilin zənginliyinə, ifadə vasitələrinin genişliyinə, fikri ifadə etmək üçün saysız-hesabsız variantların mövcudluğuna heyran olmaya bilmirsən. Son illərdə mən ingilis ədəbiyyatını da orijinaldan oxumaqla bundan aldığım sevinci xüsusi qeyd etmək istəyirəm fransız, ispan alman dillərini bilənlərə qibtə edirəm. Şekspiri, Sterni, Qolsuorsini, Uayldı, Çörçilli, Cek Londonu, Edqar Ponu, Konan Doylu, Aqata Kristini, Heminqueyi, Ayris Merdoku, Redyard Kiplinqi başqalarını öz dilində oxumaq xüsusi ləzzət verir. Rus klassikasını da tərcümədə oxumaq günahdır, oxucu bu vaxt bu geniş aləmin kandarında dayanaraq, ora daxil ola bilmir.

Bəli, biz ədəbiyyat deyilən səltənətin füsünkar saraylarına baş vurmaq istədik, bəlkə , burada ardıcıllığı heç kəsin müəyyən etmədiyi bədii səviyyə sinifləşməsini pozduq. Mülahizəmi qəbul etməyənlər , ona düzəliş vermək istəyənlər rəylərlə razılaşmaq istəməyənlər ola bilər. Mən savadlı obyektiv iradların hər birini məmnuniyyət razılıqla qarşılayaram. Lakin "dünyada hamıdan ağıllı hamıdan yaxşı bizik" prinsiplərindən çıxış edənlərin hər birinə bunu demək istəyirəm ki, normal qulaqlar bu cəfəng bəyanatları eşitməkdən təngə gəldiyindən, onlara qarşı özündə laqeydlik immuniteti yaratmışdır. Belə adamların danışığı, boğazındakı üfunətli xəstə bəlğəmi hara istədi tüpürən azğın məmurları andırır, onlar ancaq ikrah hissləri oyadır. Doğma ədəbiyyatımızın biliciləri həvəskarları çox olduğundan zövqlərdəki kəskinliyi fərqi nəzərə alaraq mən bu sahəyə toxunmadım. Hər kəs uşaqlıqda ana südü ilə qidalandığı kimi laylalar, "Koroğlu" "Dədə Qorqud" dastanının sətirləri onun beşiyinin başında səslənən nəğmələr olmuşdur.

Nizaminin müdrik kəlamları, Məcnun - Füzulinin məhəbbət lirikası, Vaqifin qoşmaları bizim hsirdaşımız olmuşdur. Mən Aşıq Ələsgərin qoşmalarındakı təşbehlərin gözəlliyinə incəliyinə heyranam. Rus ədəbiyyatçıları Qoqolun "Şinel"indən çıxdığı kimi, bizim bədii zövqümüzün formalaşmasında da doğma ədəbiyyatımız müstəsna rol oynamışdır. Əlbəttə, bu, heç həmişə dadlı buğda çörəyi olmamışdır, onun içərisinə çox vaxt arpa yulaf unu da qatılmışdır. etməli? Axı heç kəs öz tarlasının məhsuluna yuxarıdan aşağı baxmır onu səmərə ilə istehlak etməyə çalışır.

Nəhayət, kitab haqqında söhbətimiz bəzi qatı cəhalət düşkünlərini hiddətə gətirə bilər. Lakin bəlkə, irəli sürülən mülahizələr kimlərəsə özünə vurğunluq xəstəliyindən azad olmaqda kömək etdi. Axı bir xəstəni mübtəla olduğu dərddən kim xilas etməyə cəhd edirsə, böyük bir xeyirxahlıq göstərir. Kitablar isə bizim hamımızı dövrün, məkanın şəraitin vurduğu qüsur damğalarından azad etməkdə misilsiz xidmətlər göstərir ona görə bu yazını şit, bayağı şüar olan "kitabı sevin" sözləri ilə bitirmək istəmirəm, yalnız hamını bu "fikir gəmisi"nin sərnişini olmaq imkanından vaz keçməməyə çağırıram. Çünki kitablar qüvvətliləri xeyli dərəcədə insanlığa yönəldir, zəifləri isə söz ruh kimi ləyaqətli vasitələrlə silahlandırır. Kitablar insanların dünyasına gözəlliyi hakim kəsir. İnsanı isə tarixdən göründüyü kimi, heç bir quruluş xilas etmir, böyük Dostoyevskinin təbirindən istifadə etsək, "dünyanı gözəllik xilas edəcəkdir". Burada əvəzolunmaz vasitələrdən biri olan kitaba qovuşmaq lazımdır. Əlinizi bu xilaskara uzatmaqdan çəkinməyin. Bu sözləri ifadə edəndə tam səmimiyəm, qoy bunu kimsə molla, ya keşiş duasına bənzətməsin.

Noyabr, 1999-cu il

 

P.S. "XX əsrin sonlarında praktikamda ingilis dilində olan ədəbiyyatların mütaliəsi mühüm yer tutdu. Bunun bünövrəsini "Bibliya" qoydu. Sonra Londonda 1900-cü ildə çap edilmiş 20 cildlik "Məşhur ədəbiyyatın beynəlxalq kitabxanası" adı altında olan çox zövqlə seçilmiş əsərlərlə tanış oldum. Çox sayda tarixi, fəlsəfi, etnoqrafik əlbəttə ki, bədii əsərlər diqqətimi cəlb etdi. Əslində, ingilis dilindəki mütaliə daşqını meydana gəldi. Şekspirin orijinaldakı yaradıcılığına marağım artdı. Vudro Vilsonun, Uinston Çörçillin tarixi əsərlərini oxudum. Bu mütaliənin təsiri altında "Tarixdə iz qoyanlar", "Göy qübbəsini işıqlandıranlar", ABŞ tarixi Qədim Roma tarixi barədə, Florensiya Avstriya tarixi haqqında, üç cildlik "Ümumdünya tarixi" kitablarım meydana gəldi. Abelyar Elonzanın məktublarının ingilis dilindən, Con Kennedinin "Mərdliyin profilləri" Barak Obamanın "Ümidin cəsarəti" kitablarını orijinaldan tərcümə edib çap etdirdim.

İngilis yapon ədəbiyyatına marağım daha da artdı. Son illərdə isə yəhudi tarixçisi Yuval Noa Harrarinin bəşəriyyətin tarixinə həsr olunmuş üç cildlik əsərini, əfqan yazıçısı Xaled Hüseyninin xalqının faciəsindən bəhs edən trilogiya romanlarını oxudum.

Ona görə sayı xeyli çoxalmış ingilisdilli gənclərə daha çox mütaliə etməyi məsləhət görərdim. Onların əksəriyyəti öz sahələrinin qiymətli mütəxəssisləridir, lakin mən istərdim ki, onlar ümumi intellekt cəhətdən başqalarına nümunə olsunlar. Başlıca məqsədim isə kitabları təbliğ etməkdir, çünki onlar hamı üçün təmas vasitəsilə çox asanlıqla "yaxın dost" ola bilərlər.

Əvvəllər qeyd etdiyim kimi, mənim iftixar mənbəyim uzun illər ərzində topladığım kitabxanamdır, burada elmin müxtəlif sahələrinə aid olan kitabları tapmaq mümkündür. Son 30 ildə ingilis dilində olan kitabların toplanmasına daha çox diqqət verilmişdir. Kitabxanamın bu cəhətdən zənginləşməsində yaxın dostlarımın qayğısını xidmətini xüsusilə qeyd etmək istərdim. Onların bu alicənablığına yalnız minnətdarlıq hissləri düşür.

(Ardı var)    

 

Telman Orucov

525 ci qəzet.- 2023- cü il.- 8 noyabr.- ¹- 204.- S. 14.