Son kadans
Torpaq
insan kimi ağlayandan, dağlar təpələrtək,
yurdundan didərgin düşənlər içlərinə
sıxılandan, zaman bizdən, biz zamandan küsəndən,
“Biz sənə qayıdacağıq, Qarabağ!” hayqıraraq,
bu günün gələcəyinə inanırdım. Dünyanın belə qalmayacağına, həsrətə
qovuşacağımıza, haqqın, ədalətin yerini tapacağına, 30 illik ağrını yaşayaraq, vətən, yurd sevgisini ölməyə qoymayan, hər zaman torpaqlarımıza qayıdacağımızı
duyaraq, hiss edərək. Buna inam verən görünənlər, görülənlər
idi. Bir də sevgidən, istəkdən doğan daxili intuisiya, olasılar, olmalılar.
Bu millət,
bu xalq haqsızlığa
nə qədər dözməliydi?
Səni hər
tərəfdən sıxan,
haqqının pozulmasına
göz yuman, haqsızı müdafiə
edənlərdən ədalət
gözləmək yersiz
idi. Ancaq özünə inamla buna son qoyula
bilərdi.
Dünya belə
dünyadır…
Heç kim
zəifin, məğlubun
yanında dayanmaq istəmir…
Səninlə o vaxt hesablaşırlar ki, gücünü görürlər, hamıya
yerini göstərə
bilirsən.
Hamı ancaq
güclüylə hesablaşır,
danışıqlara gedir.
Zəiflə yox. Ona görə də sən hər zaman diktə edən tərəf olmalısan. Sən ultimatum diliylə danışdıqca,
səndən çəkinirlər.
Bəli, qaliblər
mühakimə olunmurlar.
Məğlubiyyət isə
həmişə yetimdir.
2020-ci ilin 44 günlük Vətən müharibəsində gücümüzü,
mübarizliyimizi görəndə,
bizə münasibət
dəyişdi.
Hərbi üstünlük,
döyüş hazırlığı,
qazanılan uğurlar
düşmənə fərqli
hərbi mövqedə
olan Ağdamı, çox çətin relyefdə yerləşən
– dağlı, meşəli,
28 ildə hər daşına, ağacına,
koluna, dağına, dərəsinə bələd
olduqları, yaşadıqları
Kəlbəcəri, Laçını
döyüşsüz təhvil
verməyə məcbur
etdi.
Bütün bunlar erməni ordusu mifini tamamilə
dağıtdı.
***
Şuşadan Xankəndinə, Ağdamdan
Xocalıya, Şuşaya
uzanan yolun itib-batan izinə baxmağa dözmək olmurdu. Artıq bunlara son qoymağın
vaxtı idi.
Məqam bu
məqamdır, zaman bu zaman.
Torpağımızda oturub bizimlə silah gücüylə danışmaq istəyənlərə
son zərbəni göstərmək lazım
idi.
Torpağın erməni yarası yetişmişdi. Qara yara torpaqdan sovrulub atılmalıydı
ki, torpaq da rahatlansın, biz də.
Yenə
sentyabr. Bu dəfə
2023-cü il.
Birgünlük antiterror əməliyyatı nəticəsində düşmənin
bir mülki şəxsinin belə zədə almaması ilə hərbi obyektlərin zərgər
dəqiqliyi ilə sıradan çıxarılmasından
sonra ermənilərin
gur-gur guruldayan separatçı qurumun ordu və siyasi
rəhbərləri qorxuya
düşərək qaçmağa
çalışdılar. Bəziləri
gizli yolla Azərbaycanı tərk edə bildilər, əksəriyyəti isə
keçid məntəqəsində
saxlanılaraq həbs
edildilər.
Bu, Azərbaycanın Ali Baş
Komandanının, Müzəffər
Ordumuzun siyasi, hərbi, psixoloji Qələbəsi, böyük
Ermənistan xülyasının
iflası idi!
Sosial şəbəkələrdə 30 il əvvəlki köçlə
bugünkü köçün
şəkillərinə, videolarına
baxıb əsəb keçirənlər çox
oldu. Bəli, ağrılı müqayisədir.
Biz erməninin Xocalıda,
Ağdabanda, Qaradağlıda,
…, ümumən Qarabağda
törətdiyi vəhşilikləri,
insana və insanlığa sığmayan,
ağla gəlməyənləri
törədə bilməzdik.
Çünki biz xalq,
millət olaraq, o deyilik.
Ölkəni tərk edən
hansı ermənidən
soruşanda ki, “yaşadığın
yerdən səni kim çıxardı?”, “bizimkilər, – dedilər –
çıxın!” – söylədi.
“Sərhədə necə
gəldiniz, sizə təzyiq olmadı ki”, sualına hamısı “yox” cavabını verdi. “Qayıdacaqsınızmı”
sualına isə bəziləri “hə” dedi.
Ermənilər Qarabağdan köç
edərkən tıxacda
qalan ermənilərə
çörək, qida
məhsulları paylayan
Azərbaycan polisinin rəftarı ilə özlərinin vaxtı ilə Ermənistandan, Qarabağdan qovulan azərbaycanlılara göstərdikləri
münasibətlə, vəhşiliklə
müqayisə etdilərmi???
O vəhşiliklərə əmr verənlər, icra edənlər bunlara baxanda az da olsa, xəcalət
çəkdilərmi? Yaralı
erməniyə ilk tibbi
yardım göstərən,
qocaya, uşağa dərman verib sağaldan Azərbaycan əsgərini görəndə
insanlıq haqqında
düşündülərmi? Bəlkə heç olmasa indi insanlığın
nə olduğunu görüb, peşmanlıq
hissi keçirərlər.
Amma çətin. İnanmıram!
Bizə
müsibətlər yaşatmış
ermənilərə bizim
mədəni, insani davranışımızı, insanlığımızı
bütün dünya gördü. Hətta görməzlikdən gələnlər
də.
Azərbaycanlılardan həmişə
yaxşılıq gördüklərini,
özləri ilə bizə fərq qoymadıqlarını bildirənlərdən
“Azərbaycanlılar yaxşı
millətdilər. Ermənilər
millət deyil!”, – deyənlər də oldu. Milləti özününkülər qədər
tanıyan olmaz.
Humanistliyimiz, insaniyyətimizlə bərabər başımıza
gələnləri, gətirilənləri
də unutmamalıyıq.
Çünki sən tarixi unudursansa, onu təkrar yaşamalı olursan. Hamıya yerini göstərərək, “sən,
busan” deməyi bacarmalısan. İstifadəçi
həmişə istifadəçidir.
Zaman bizim zaman, dövran türkün dövranıdır.
Hələ 23 fevral 2017-ci ildə
yazdığım “Qara-qırmızı
Xocalı (muğam üstündə oxunan ağı)” poemamda Xocalının azad olunacağını, Xocalı
övladlarının oranı
gülüstana çevirəcəklərindən
yazmışdım.
Bu tarix beləcə qalmaz, Xocalı!
Bu zülmün sonu da mütləq gələcək.
Bizim qəlbimizdə gəzən
ağrıya
Oğullar bir xoşbəxt
sonluq verəcək.
Başı bəlalar çəkmiş,
müsibətlər yaşamış
Xocalını azad görmək, bu qədim yaşayış
məskənimizdə müqəddəs
bayrağımızın dalğalandığını
seyr etmək təzədən yaşamaq
deməkdir. Xocalı
da son vaxtlar azad olunan başqa torpaqlarımız kimi qansız-qadasız azad olundu. Biz körpələrimizin,
qadınlarımızın, qocalarımızın qanları
axıdılan torpağa
erməni qanını
axıda bilməzdik. Təmiz qanımız üsyan edərdi. Alışardı.
Arzularımız həqiqətə çevrildi.
Qarabağ artıq tam
olaraq bizimdir. 2020-ci ildə işğaldan azad olunmuş torpaqlarımız kimi Xocavənddə də, Ağdərədə də,
Xocalıda da, Xankəndində
də Azərbaycan bayrağı dalğalanır.
Bütöv Qarabağda!
Bu son kadansdır!
Qarabağda hər şey yavaş-yavaş yoluna qoyulacaq, ən müasir bölgələrdən
birinə çevriləcək.
Gözəlləşəcək.
Yenə
də Ağdamdan Şuşaya köhnə yolumuzla gedəcəyik. Yolda Xocalıda dayanıb dostları da özümüzlə götürəcəyik.
Düz
100 ildən sonra öz adı özünə qaytarılan
Xankəndimizə getmədiklərimiz
illərin əvəzini
çıxacağıq.
Son vaxtlar yadda qalan aylar, rəqəmlər üst-üstə düşür.
Sentyabrlar, Şuşanın
məhz ayın 8-də
işğaldan azad olunması… Bəlkə də, bunlar təsadüfü deyil…
Ağdamdan Kəlbəcərə də gedəndə artıq bizim olan, yolumuzu gözləyən Ağdərəyə
təzə gözlə
baxıb, dolanbacları
aşaraq daha rahat yolla gedəcəyik.
Gözəllikləri təzədən
seyr edərək.
Azərbaycanın İsveçrəsi sayılan Kəlbəcərə
çatıb ordan o yana, – köhnə dədə-baba yurdlarımıza
yeni baxışla, yeni düşüncəylə
baxacağıq.
Neçə əsrlər sonra
ilk dəfə torpaqlarımızı
geri alaraq, Qələbə sevincini yaşayırıq.
“Qarabağ bizimdir, Azərbaycandır!” – deyərək
hər zirvəsində,
inzibati binalarında dalğalanan bayrağımıza
baxıb qürurlanırıq.
Şəhidlərimizin ruhu şaddır!
Qələbə sənə çox
yaraşır, Azərbaycan!
Zəfər sənin haqqındır!
ZƏFƏRİN
MÜBARƏK, AZƏRBAYCAN!
Rəfail Tağızadə
Ümid Partiyası Məşvərət
Şurasının sədri
525-
ci qəzet.- 2023- cü il.- 8 noyabr.-¹- 204.- S. 8.