Mədəniyyət və İncəsənət Universitetində Zəfər günü tədbiri

Noyabrın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdən öncə universitet rəhbərliyi əməkdaşları II Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin məzarını ziyarət edib, ADMİU-nun şəhid məzunu Ravil Hümbətovun məzarı önünə çiçəklər düzüblər.

Universitet rəhbərliyi, professor-müəllim heyəti, ADMİU-nun qazi müharibə iştirakçısı məzun-tələbələri, mətbuat nümayəndələrinin iştirak etdiyi tədbir ADMİU-nun xor kollektivi tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Ölkəmizin ərazi bütövlüyü suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tədbiri giriş sözüylə açıq elan edib. O, çıxışında bildirib ki, artıq üç ildir Azərbaycan böyük qələbə ilə Qarabağ həsrətinə son qoyub. Bu qələbə təkcə işğal altında olan torpaqlarımızın azadlığı deyil, həm Azərbaycan dövlətinin, siyasətinin ordusunun gücünün bütün dünyaya isbatı oldu.

Cari ilin sentyabr ayında Ali Baş Komandanın əmri ilə ordumuz tərəfindən həyata keçirilən 23 saatlıq anti-terror əməliyyatlarını xatırlayan xanım rektor bildirib ki, belə qısa bir zamanda ordumuz ildırım sürəti ilə bütün tarixi Azərbaycan torpaqlarını düşmən işğalından azad etdi bu gün artıq üçrəngli bayrağımız Xankəndində dalğalanır.

Bu tarixi zəfərin Prezidentimizin uzaqgörən siyasəti, şəhid qazilərimizin qəhrəmanlığı sayəsində əldə olunduğunu vurğulayan C.Mahmudova onların gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olduğunu qeyd edib, məhz bu cür igidlərimiz sayəsində zəfərimizin əbədi olacağına inandığını bildirib.

Tədbirdə ADMİU-nun Elm yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva, “Dram teatrı kino aktyorukafedrasının müdiri, Əməkdar artist Gülşad Baxşıyeva, “Sosial-siyasi elmlərkafedrasının müdiri, professor Xaləddin Sofiyev çıxış edərək 44 günlük Vətən müharibəsini xalqımızın tarixinin şanlı səhifəsi adlandırıb, bu gün münasibəti ilə hər kəsi təbrik ediblər.

Tədbirin bədii hissəsində Xor kollektivinin ifasında V.AdıgözəlovunGözəl Şuşa”, A.ƏlizadəninAna torpaq” (Fortepianoda müşayiət edirdi: N.Abbaslı) musiqiləri səsləndirilib, Rəssamlıq fakültəsinin təqdimatındaZəfərmövzulu sərgi nümayiş olunub.

Daha sonra Teatr Sənəti Audiovizual Sənətlər Fakültələrinin tələbələrinin çəkdikləriCənab Leytenant” (Gülüstan Əliyeva), “Mən Şəhidəm” (Əlimirismayıl Hüseynzadə) Zəfərin xatirəsi” (SABAH Qrupları) filmlərinə baxılıb.

 

Şahanə

525- ci qəzet.- 2023- cü il.- 8 noyabr.- ¹- 204.- S. 9.