Astanada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun hesabatı dinlənilib

Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 10-cu iclası olub. Toplantıda Türk Dövlətləri Təşkilatına üzv müşahidəçi ölkələrin xarici işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. İclasda Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun hesabatı dinlənilib. Qurumun 8 illik fəaliyyətinə dair hesabatla çıxış edən Fond prezidenti Günay Əfəndiyeva 2015-ci ildə Astana şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan Türkiyə dövlət başçılarının qərarları ilə Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun ilk prezidenti vəzifəsinə təyin olunmasından söz açıb: “Fond olaraq, bu illər ərzində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olduq eyni zamanda, Türk Dünyasının müxtəlif şəhərlərində, Bursada, Daşkənddə, Budapeştdə, Astanada, Türküstanda Şuşa şəhərinə həsr edilmiş tədbirlər keçirdik. Ulu Öndər Heydər Əliyevin Türk Dünyasının yaxınlaşdırılması yönündə xidmətlərini böyük minnətdarlıqla xatırlayaraq, onun irsini müxtəlif ölkələrdə tanıtdıq. Türkiyə ilə birlikdə zəlzələdən zərər çəkən insanlara kömək üçün layihələr həyata keçirərək, eyni zamanda Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünü təntənə ilə qeyd etdik”.

   G.Əfəndiyeva təşkilat tərəfindən ümumtürk maddi-mənəvi irsinin qorunması təbliğinə yönəlmiş beynəlxalq miqyaslı çoxsaylı tədbirlərin, konfransların, dəyirmi masa toplantılarının, sərgilərin konsertlərin təşkil edildiyini, Türk Dünyasının böyük şəxsiyyətlərinin yubileylərinin qeyd olunduğunu başqa bu kimi mühüm işlər görüldüyünü diqqətə çatdırıb çıxışının sonunda deyib: “Göstərdikləri etimada görə Türk dövlətlərinin başçılarına, fəaliyyətlərimizə dəstək verən xarici işlər nazirlərinə, həmkarlarıma, beynəlxalq birlik əməkdaşlığı təşviq edən təşkilatlarının rəhbərlərinə, keçən ildən beynəlxalq tərkib qazanan heyətimə böyük sevgi və həvəslə gördüyümüz ortaq işlər üçün təşəkkür edirəm”.

 

525- ci qəzet.- 2023- cü il.- 8 noyabr.- ¹- 204.- S. 9.