İstanbulda “ Şuşa gecəsi”
adlı tədbir kecirilib
Noyabrın
9-da İstanbul şəhərində "Beynəlxalq
Türk Müəllifləri" Birliyinin (BEYTÜM) və
Pendik özəl bölgə xəstəxanasının təşkilatçılığı
ilə Azərbaycanın Zəfər Gününə həsr
olunmuş "Şuşa gecəsi" adlı tədbir
keçirilib. Tədbirdə Türkiyənin yerli qələm adamları ilə yanaşı, Azərbaycandan gələn
yazıçı və
şairlər də iştirak ediblər.
Nurdan Sezerin
aparıcılığı ilə keçirilən tədbir Atatürk Mədəniyyət Mərkəzində
baş tutub.
İlk çıxış
edən professor Turqut Göksoy Azərbaycanla Türkiyə
arasındakı qardaşlıqdan,
sıx dostluq münasibətlərindən bəhs
edib. Zəfər Günü münasibəti
ilə hər kəsi təbrik edən T.Göksoy Türkiyə əhalisinin
azəbaycanlılara qarşı
dərin sevgi və hörmətindən
söhbət açıb.
Professor Xalq yazıçısı Anar
başda olmaqla Azərbaycandan gələn
qələm adamlarının
tədbirdə iştirakını
yüksək qiymətləndirib
və məmnunluğunu
ifadə edib.
Azərbaycan Yazıçılar Birliyinin
(AYB) sədri, Xalq yazıçı Anar çıxışında 44 günlük
haqq savaşımızın
parlaq nəticəsindən
- Zəfər Günümüzün
əhəmiyyətindən bəhs edib. Azərbaycanın Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin əzmkarlığı və
rəşadətli Azərbaycan
Ordusunun yenilməz gücü sayəsində
qazanılmış qələbədə
Türkiyənin danılmaz
rolunu vurğulayan Xalq yazıçısı
göstərilən isti
münasibətə görə
hər kəsə minnətdarlığını bildirib.
Xalq yazıçısı
Anar İstanbulda dərs dediyi illəri yada salıb, Türkiyə ilə bağlı maraqlı xatirələrini
tədbir iştirakçıları
ilə bölüşüb.
"Pendik" qəzetinin redaktoru, şair Metin Yazıcı çıxış
edərək Cahit Sıtkı Tarancının "Memleket isterim" şeirini səsləndirib.
AYB-nin mətbuat
katibi, "BEYTÜM"ün
rəhbəri, şair-yazıçı
Xəyal Rza çıxışında tədbirin
təşkilatçılığında
zəhməti olan Pendik özəl bölgə xəstəxanasına
dərin minnətdarlığını
bildirib. O qeyd edib ki, belə
bir tədbirin təşkili Azərbaycanın
Zəfər bayramına
böyük ehtiramın
göstəricisidir. "Qapı"
şeirini səsləndirən
X.Rza azərbaycanlı
qələm adamlarını
izləyicilərə təqdim
edib.
Tədbirdə "Qanun" nəşriyyatının
redaktoru, şair-yazıçı
Əyyub Qiyas, şair Həyat Şami, "Kulis.az" saytının
baş redaktoru, şair Ulucay Akif, "525-ci qəzet"in
əməkdaşı, şair-yazıçı
Nadir Yalçın, şair-publisist Rəvan Cavid də iştirak
ediblər. Tədbirdən
bir gün öncə Türk Yazarlar Qurultayında iştirak edən qələm adamları
"Şuşa gecəsi"ndə
vətən, torpaq, Şuşa motivli poetik nümunələrini
səsləndiriblər. Şeirlər
tədbir izləyiciləri
tərəfindən alqışlarla
qarşılanıb.
"Şuşa gecəsi" Pendik özəl bölgə xəstəxanasının "Türk qəlb musiqisi" xor ansamblının konserti ilə davam edib. Azərbaycan mahnılarından ibarət
konsert proqramı maraqla qarşılanıb.
Xor ifalardan başqa, solo çıxışların yer
aldığı musiqi
proqramı peşəkar
tərtibatla yadda qalıb. Qeyd edək ki, ansamblın
dirijoru Pınar Dilek Yılmaz olub.
Gecənin musiqili qonağı türk xalq musiqisinin gözəl nümayəndəsi, bəstəkar və müğənni Mehmet Özkayanın ifaları tədbirə rəng qatıb. Sənətçinin mərhum ictimai xadim, şair Qənirə Paşayevanın sözlərinə bəstəlidiyi "Türk marşı" xüsusən tamaşaçıların zövqünü oxşayıb.
ÜMİD
525- ci qəzet.- 2023- cü il.- 14
noyabr.- ¹- 205.- S. 10.