Beynəlxalq Kitab Sərgisində Fərqlənənlər mükafatlandırılıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə noyabrın 15-də, sərginin sonuncu günündə Bakı Ekspo Mərkəzinin “Zəfər” təqdimat zonasında mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, 5 gün davam edən kitab sərgisi maraqlı tədbir və təqdimatlarla yadda qalıb.

Ən kreativ stend tərtibatınominasiyası üzrəEverestÇinar”, “Ən fəal nəşriyyatnominasiyasındaQanunnəşriyyatları qalib elan edilib. “Heydər Əliyev İli”nə həsr olunmuş ən yaxşı kitabnominasiyası üzrəHeydər Əliyev – 100” kitabı qalib olub.

Ən çox oxunan müəllifnominasiyasında Rövşən Abdullaoğlu, Kəramət Böyükçöl, “Ən fəal oxucunominasiyasında Dinara Əliyeva, Şamil Rəhmanzadə, Ayşən Vəliyeva, “Ən yaxşı qiraətçinominasiyasında isə Xəzər Süleymanlı qalib adını qazanıb.

Qaliblərə diplom pul mükafatı təqdim edilib.

 

525- ci qəzet.- 2023.- 17 noyabr.- ¹- 207.- S. 15.