"Köhnə" Naxçıvandan qalanlar:
bir binanın taleyi
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan
Bölməsi, tarix üzrə fəlsəfə
doktoru
kuliyevm@yandex.ru
Son günlər sosial mediada bir bina
haqqında müxtəlif
fikirlər səsləndiyindən
oxucuların, hətta
Bakıdan da olan telefon zənglərini,
müraciətlərini nəzərə
alaraq XIX əsrdə tikilən və günümüzədək əzəmətlə
dayanan bir bina haqqında yazmağı qərara aldım. Onu də deyim ki, rəsmi müraciətlər də
var və belə müraciətlər,
sorğular 2006-cı ildə
də olmuşdu.
Binaların, orta əsrlərdən qalma mülklərin də insanlar kimi taleyi var. Bəxti gətirənlər,
yaxud bəxti gətirməyənlər. Ya o binaları
zaman uçurur, ya da ki,
insanlar. Amma unutmamalıyıq
ki, tarixi abidələrə çevrilmiş
binalar tariximizin bütün səhifələrini
özündə təcəssüm
etdirir.
Naxçıvan xanlığı Rusiyaya birləşdirildikdən sonra,
Naxçıvan şəhərində
dövlət idarələri
yerləşən küçə
Politseyski adlanırdı. Bu küçədə 1840-cı ildə əvvəlcə ikimərtəbəli bina tikilir. Maraq üçün deyək ki, bu küçədə
binaların hamısı
Ehsan xanın Təzəkənd (Abbasabad
qalasının üst
tərəfində) kəndindəki
kərpic zavodunda istehsal edilmiş ağ, sarı
və qırmızı
rəngli kərpicdən
tikilib. Elə şəhərdəki yaşayış binaları
da həmin kərpiclərdən, yerli
ustalar tərəfindən
inşa edilib. İndiyədək uçurulmayan binalarda
dediklərimizin təsdiqini
tapa bilərik. Binanın tikintisi naxçıvanlı
ustalar tərəfindən
aparılıb. Bina
Krım sarayları
üslubunda tikilib. Bunun üçün 1845-ci ildə
Naxçıvan Qəza
İdarəsinin rəisi
təyin olunan Krım tatarı A.Şahıngirey Naxçıvandan
Krıma və Peterburqa ustalar göndərir ki, onun arzuladığı sarayı tikməyi öyrənsinlər. Naxçıvanlı ustalar bir neçə
aydan sonra qayıdırlar və Akim Şahingireyin rəhbərliyi ilə
"Naxçıvanşünaslıq Mərkəzi" adlanan binanı tikirlər.
Bina yeraltı zirzəmidən
və onun üstündə tikilən
iki mərtəbədən
ibarətdir.
Haqqında söz açılan
bina - 2006-cı ildə
Birinci mərtəbədə
banket, qəbul salonu yerləşirdi. Memarlığı ilə gözoxşayan pillələrlə 2-ci mərtəbəyə
çıxılırdı. Yuxarıda artıq iş kabinetləri və iclas salonu
yerləşirmiş.
Yeri gəlmişkən, Krım
tatarı olan Şahingirey çox varlı, zəngin adam idi
və Naxçıvanda
həm də irriqasiya işləri ilə məşğul olurmuş. Bu binanın
fasadının yuxarı
hissəsində aslan şəkli də var idi. Atabəylər zamanından döyüş
bayraqlarının üzərində
şir şəkli təsvir olunurdu.
O, Şərur mahalında Arpaçayın vadisində
bir ərazini 24 illiyə icarəyə götürüb bağ salmışdı, yazılanlardan
məlum olur ki, həmin ərazinini gülüstana
çeviribmiş. Hətta onun
saldığı kənd
"Şahingirey" kəndi
adlanırmış (indiki
Oğuz kəndi, Şərur rayonunda).
1896-cı ilin miqyaslı xəritələrində
Şahingirey kəndi qeyd edilib.
Akim Şahingireyin
(el arasında Şəngiley
deyirmişlər) saldığı
kəndi də "Şəngiley" adlandırmışlar. O, uzun illər Naxçıvanın
qəzasının rəisi
olub. 1860-cı ildən sonra binanı restavrasiya (bərpa) etdirib. Bina öz füsunkarlığı
ilə seçilirmiş.
Yerindəcə deyək ki,
bərpa təmir etmək deyil.
"Bərpa (maddi mədəniyyət və incəsənət abidələrinin bərpası)
- bədii, yaxud tarixi əhəmiyyətli
memarlıq tikililərinin,
boyakarlıq, heykəltaraşlıq,
qrafika əsərlərinin,
arxeoloji abidələrinin
və sairin bərpası. Abidənin hərtərəfli tədqiqinə əsaslanan
müasir elmi bərpadan məqsəd sərbəst dəyişikliyə
və əlavəyə
yol vermədən obyektin ilkin vəziyyətə salınması
üçün bütün
imkanlardan istifadə etmək, dağılmaqda olan abidəni möhkəmləndirmək, habelə
abidəni təhrif edə biləcək sonrakı dağıntıların
qarşısını qabaqcadan
almaqdır. Bəzi hallarda
mötəbər mənbələr
əsasında, abidənin
uçmuş hissələri
elə bərpa olunur (xüsusən memarlıqda)" (ACE, II cild,
s.150, 1978).
Bu binanın bərpası
məsələsinə bir
azdan təkrar qayıdacağıq. Öz memarlığı ilə seçilən bu binada 1844-cü ildə gürcü şairi Nikoloz Barataşvili də 6 ay işləyib. Onun yaxınlığındakı
binada yaşayıb.
Həmin
binanın da fotosunu tapmışıq.
Kəngərli süvarilərinə məxsus
2 bayraq da burada saxlanırmış. Hər gün o bayraqların yanında fəxri qarovul dayanırmış.
Gürcüstan Milli Arxivindən
tapılmış sənədlərdən
məlum olur ki, Ehsan xan
Qafqaz Canişininə
xahiş məktubu yazandan sonra həmin bayraqlar "Xan Sarayı"na
aparılır. Bu təntənəli aparılma
arxiv sənədlərində
təsvir edilib.
Qeyd edək ki, Kəngərli
süvarilərinin başçısı
general-mayor II Kalbalı xana
verilən 3-cü fəxri
bayraq da "Xan Sarayı"na
qoyulur. 1920-ci ilədək Kəngərli
süvarilərinə məxsus
bayraqların orijinalı
Naxçıvanda saxlanılıb.
1918-1920-ci illərdə bu binada Naxçıvan
Araz Türk Cümhuriyyətinin parlamenti
fəaliyyət göstərib.
Ondan sonra yaranan Müvəqqəti
hökumətin hərbi
nazirliyi də burada yerləşib.
Yəni bu bina XIX əsrdə
və XX əsrin əvvəllərində Naxçıvanın
ictimai-siyasi həyatında
heç vaxt unudulmayan tarix yaşayıb.
Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinin Naxçıvan
təyin etdikləri
general-qubernatorlar da bu binada fəaliyyət
göstərmişlər.
1920-ci ildən sonra,
sovet hökumətinin
bolşevik çekistləri
burada yerləşmişlər. Naxçıvanlı ağsaqqalların vaxtı
ilə söylədiklərinə
görə bu binada bir müddət
vəzifəlilər də
yaşayıb. Binanın yerləşdiyi
küçənin 1930-cu ildə
çəkilmiş fotosunda
yuxarıda deyilənlərin
doğru olduğunu görürük.
Sovet hakimiyyəti
illərində burada müxtəlif təşkilatlar
fəaliyyət göstərmişlər. Və insafla
demək lazımdır
ki, binanın zahirən və daxilən quruluşuna dəyməyiblər.
Ancaq 1995-ci ildən
sonra binanın çətin günləri
başlayıb. Necə deyərlər, ara
qarışıb - dəftər
itən vaxtda "qəribə bilikli" adamlar peyda olub.
Guya bu bina "erməni
Cahanpoladovun evidir"
deyə sökməyi
qərara alırlar.
Bu sətirlərin müəllifi
2004-cü ildən başlayaraq
yazdığı yazılarda
həmin binanın tarixiliyi haqqında məlumat verib.
2006-cı ildə yanıma gələn rəsmi
şəxslərə bildirdim ki, bu bina
dövlət binası kimi tikilib,
Cahanpoladovun evi deyil. Cahanpoladovun mülkünü sovet
hökuməti XX əsrin ortalarında texniki
peşə məktəbi eləmişdi. Yaxşı ki, unudulmaz tarixçi
Əli Əliyev bu haqda
öz kitabında yazmışdı. Bu səbəbdən o
binanı uçurmadılar. Qərara aldılar ki, orada elə bir təşkilat yerləşdirilsin ki, tarixi bina
qorunsun. Bu binada "Naxçıvanşünaslıq Mərkəzi"
yaradıldı. Amma binanın içərisi
tam dəyişdirilmişdi. Əvvəlki
görkəmindən əsər-əlamət
qalmamışdı. Açılışında buna çox təəssüf
etdik. Çünki restavrasiya (bərpa) belə olmur
axı! Belə bərpa idarəsinə yaxud
emalatxanasına nə ad verəsən?!
Sözügedən bina - 2015-ci ildə
Restavrasiya olduqca
zərif məsələdir. Bizim bərpaçıları
tez-tez qonşu Gürcüstana göndərməlidirlər ki, bərpanın necə olduğunu
görsünlər və tariximizi yaman günə qoymasınlar.
"Naxçıvanşünaslıq Mərkəzi"ni
ləğv etdilər. Onu Akademiyanın Tarix İnstitutuna, yaxud Mərkəzi Kitabxanaya
vermək olardı. Ancaq heç birinə
verilmədi. Buna təəssüf etmək
olar. Sonralar binanı
özəl bir tikinti
şirkətinə verdilər.
Bu əzəmətli
binanın hər bir kərpicində
Naxçıvan tarixinin izləri var. Gürcüstandan gələn rəsmi qonaqlar bu binanı ziyarətə gəlirdilər, gürcü şairi Nikoloza görə. Özündə iki əsrlik tariximizi yaşadan bu əzəmətli
binanın əvvəlki görkəminin və şöhrətinin
özünə qaytarılması tariximizə göstərilmiş
zəruri diqqət və qayğı olar.
525-ci qəzet 2023.- 25 notyabr, ¹214.- S.23.