Yuxularımın
çin olduğu yer - Laçın
Nazim ƏHMƏDLİ
Bakıdan çıxanda qəlbimdə alovlanan otuz iki
illik həsrətin sona yetəcəyi yerə - Laçına
yola düşməyimin sevinc hissindən ürəyim
köksümə sığmırdı. Yol boyu
sükan arxasında ötən illərin xatirələri,
uşaqlıq günlərim, atam, anam, kəndimiz,
Laçın şəhərindaki orta məktəb illərim
kino lenti kimi gözümün önündən
süzülüb keçirdi. Həyat
yoldaşım Rəhilə xanımla sonuncu dəfə 1991-ci
ildə kiçik yaşlı övladlarımızla
Laçına getməyimizi və qayıdarkən o səksəkəli
günlərdə Qubadlıdan keçərək Bakıya
qayıtmağımızı xatırlayır, xalqımıza
yaşatdıqları o acı illərə görə şərəfsiz
qonşularımız ermənilərə lənət oxuyur və
onların orduları üzərində
çaldığımız möhtəşəm qələbənin
sevinci ilə qürur duyurduq. Füzulidən
başlayaraq Laçına doğru getdikcə ermənilər
tərəfindən talan edilib tamamilə
dağıdılmış kənd və şəhərlərimizin
yanından ötdükcə bu dərd dolu mənzərələr
ürəyimizi göynədirdi. Füzuli, Cəbrayıl,
Zəngilan, Qubadlı şəhərlərinin və kəndlərinin,
eləcə də Laçının bu istiqamətdə olan
kəndlərinin qalıqları, iraq olsun
xalqımızın gözündən, min illərin
xarabalıqlarını xatırladırdı. Bildiyimə
görə, tarix boyu dünyanın heç bir işğal
olunan ölkəsində belə vəhşilik törədən
xalq olmayıb. Bunu ancaq xəstə təxəyyülə
malik olan bu murdar məxluqlar, ermənilər edə bilər.
Bəli, bu dünyada hər kəsə məlumdur
ki, yüzillik erməni virusu sindromu xəstəliyinin
müalicəsi yoxdur. Ancaq bir təsəllim
var, İkinci Qarabağ savaşındakı qələbəmizdən
sonra dağıdılıb talan edilmiş kənd və şəhərlərimizin
yerində daha gözəl, müasir şəhər və kəndlər
salınır. Geniş asfalt yollar, təyyarə
limanları, sənaye və kənd təsərrüfatı
müəssisələri tikilir. Bu
görüntülər yaralı torpaqlarımızın
üstündə qurulan cənnəti xatırladır. Bu gün cümlə Qarabağımızın kənd
və şəhərlərinin azad olması, ölkəmizin
bütövlüyünün bərpası vətəndaş
olaraq ürəyimizi riqqətə gətirir. İki
yüz illik "Böyük Ermənistan" mifini məhv edən
ordumuzla və Ali Baş Komandanımız İlham Əliyevlə
qürur duyuruq. Vətənimiz
uğrunda canını fəda edən şəhidlərimizin
ruhu şad olsun.
Bu gün mən otuz iki illik həsrətdən sonra həyat
yoldaşımla öz maşınımda Həkəri
çayının sağ yanı ilə Laçına gedirəm,
bunu təsəvvür edirdim, ancaq hələ xəyal olaraq
qalırdı.
Bu gün isə bu, yuxu deyil, realdır.
Ürəyimiz sevinir, üzümüz gülür...
Həkəri çayına çatanda göy
üzündəki seyrək buludların arasından boylanan
Günəşin şüaları gözlərimi
qamaşdırdı. Maşınımızın (ona
Yeşilim) günlüyünü endirdim. Həkəri
çayı ağacların arası ilə ilan kimi
qıvrıla-qıvrıla axırdı.
Gün gəldi,
o gün oldu,
toy oldu,
düyün oldu;
Həkərim,
sən azadsan,
yuxularım çin oldu.
Oktyabr ayının ilk günləri olmasına baxmayaraq,
payız çox da hiss olunmurdu. Sanki bu dağlar
payıza qarşı mülayim bir etiraz havacatında idi.
Yamacların çöhrəsi solmaq istəmir,
ağacların yarpaqlarından yaşıl təbəssüm
boylanırdı. Bəlkə də,
Laçın dağları vətənimizin ərazi
bütövlüyünü sonbaharda da hələ solmaq istəməyən
yaşıl çörəsi ilə gülümsəyirdi.
Zabux kəndinin "Topatılan" deyilən yerinə
çatanda gözümüzün önündə uzaqdan
Laçın şəhərinin əsrarəngiz mənzərəsi
canlandı.
Ağ evlər ağ göyərçinləri
xatırlatdı. Həkəri çayının sahilinə
yaxınlaşdıqca yeni salınan "Laçın
bulvarı"nın möhtəşəm
görüntüsü ürəyimizi fərəhlə
doldurdu. İlahi, Laçından
ayrıldığım bu otuz iki ildən sonra belə bir
möhtəşəm şəhərlə
qarşılaşacağıma inana bilmirdim. Uzaqdan
gördüyüm indiki Laçın şəhərini Norveçdə,
İsveçdə, Avropada gördüyüm dağ şəhərlərinə
bənzətdim. Tez şəhərə
qalxıb, Laçını yaxından görmək, qoxlamaq,
daşından-divarından öpmək istədim.
Göy üzündəki təkəmseyrək buludlar da
toplanıb elə bil bizim gəlişimizi öz
yağış ərmağanı ilə salamlamaq istəyirdi. Laçın
şəhərinin yeni görünüşü ürəyimə
hopmuşdu. Bundan bir neçə il
öncə televiziya ekranlarında gördüyüm
işğal altındakı şəhərimizin acı xatirəsi
isə ürəyimdə bir dərd düyünü kimi
göynəyirdi.
Yaxşı yadımdadır, Moskvada təhsil
aldığım illərdə tətil vaxtı
Laçına gələndə şəhər görünən
yerə, yanacaq doldurma məntəqəsinin yanına
çatanda ürəyim quş ürəyi kimi
çırpınırdı. Şəhərə çatanda isə
doğma auranın təsiri altında az
qalırdım küçələri, ağacları
qucaqlayım. Bu, başqa bir hiss idi. Hətta
1992-ci ilin axırlarında könüllü olaraq Hərbi Komissarlığa gedib,
hərbi jurnalist kimi orduya yazıldım və zabit olaraq Azərbaycan
Ordusu qəzetində xidmətə
başladım. Fikrimdə tutmuşdum ki, Laçın
alınanda ilk dəfə şəhərdən reportajı mən hazırlayacam.
Orta məktəbi Laçında oxumuşdum. Ana nənəmin
yanında qalırdım. Kəndimiz
Əhmədli kimi Laçın şəhəri də mənə
çox doğma idi.
Bu gün Laçının başının
üstündən qara buludlar, dağılıb. Demək olar
ki, hər həftə Laçın şəhəri sakinlərinin
köçü doğma yurd-yuvalarına qayıdır.
Hər dəfə Laçın sakinlərinin
köçü gələndə yollar, dağlar, dərələr,
ağaclar, göy üzündəki buludlar sevinir. Laçın şəhərinin sevgili aurası
adama elə yapışır ki, istər-istəməz
düşünürsən ki, sən özün bu yerlərin
bir hissəsisən, onu tamamlayırsan. Qarşıma
çıxan Laçın sakinlərinin üzündəki
xoşbəxt ifadələr məni sevindirir. Bu üzlərin
1992-ci ildəki xatirəsi gözümün
qarşısından getmir, 30 il o üzlərdə
gülüş olmayıb. Azərbaycanın
bütün bölgələrinə məcburi
köçkün kimi səpələnən
laçınlılar bu illər ərzində çox
ağrı-acılara, məşəqqətlərə
dözdülər. Qarabağ savaşında şəhid
verdilər, əlil oldular, lakin sınmadılar. Müvəqqəti yaşadıqları bütün
bölgələrdə hamının hörmətini qazandılar.
Bu gün isə öz doğma yurdlarına
qayıdan bu insanların sevinci birə-beş artıb.
Artıq cümlə
Qarabağımız azaddır, Xankəndi başda
olmaqla bütün Qarabağa köç başlayır.
Laçın
şəhərinin adı
Laçına
qədər yol boyu 30 il işğalda
qalandan sonra azad olunan rayonlarımızın hamısında,
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və
Laçın nəhəng tikinti meydanını
xatırladır. Mənə elə gəlir ki,
belə getsə, dörd-beş ilə insanlarımızın
əksəriyyəti öz doğma yurdlarına tam olaraq
qayıdacaq və xoş günlər içində həyatlarına
davam edəcəklər. Əvvəllər
Abdallar adlanan və 1923-cü ildə əsası qoyulan bu
şəhər XX əsr Azərbaycan yazıçısı
Tağı Şahbazi Simurğun təklifi ilə
Laçın adlandırılmışdı.
Qeyd etdiyimiz kimi, bu adın sorağı ilə arxiv
materiallarına müraciət etdikdə bir çox mənbələrdə
"Laçın" adı ilə
qarşılaşırıq. Laçın adı
daşıyan şəxslər hal-hazırkı dövrdə
də var.
Ancaq bu adın sorağı ilə uzaq keçmişə
müraciət etdikdə məşhur hind şairi Əmir
Xosrov Dəhləvinin həyatından bəhs edən mənbələrdə
onun atasının soyadında "Laçın"
sözü olduğu diqqəti cəlb edir. Onun adı belədir:
Əmir Mahmud Şəms Laçın. Tarixi mənbələrdən
aydın olur ki, onun ata-babası Hindistana Orta Asiyanın
işğalından sonra gedib. O zaman
"Laçın" türk tayfası Türkmənistanın
cənubunda Kopet dağında məskunlaşmışdı.
Tarixi mənbədə Hindistanda yaşayıb-yaratmış,
dövrünün ən böyük şairi Əmir Xosrov Dəhləvinin
adını daşıyan tayfanın adı göstərilib".
Laçın rayonunun ərazisi yüz illərlə erməni
işğalçılarının hücumlarına məruz
qalmış, lakin igid babalarımız hər zaman onların
hücumunu dəf etmiş və onları Laçının ərazisindən
qovub çıxartmışdılar. Lakin 1988-ci ildən başlayan
ictimai-siyasi hadisələr vaxtı Azərbaycanda baş verən
daxili çəkişmələrdən istifadə edən
ermənilər rus ordusunun köməyi ilə 1992-ci ilin
mayında 1835 kv.kilometr ərazisi olan Laçın rayonunu işğal etdilər.
Şükürlər olsun ki, bu gün şanlı ordumuzun, Vətən
uğrunda canını qurban verən şəhidlərimizin,
qazilərimizin və Ali Baş Komandanımız İlham
Əliyevin siyasi iradəsi sayəsində Laçın, Şuşa və
cümlə Qarabağımız işğaldan azad oldudu.
Yağıların
əlindən
qurtuldu
torpağımız.
Xankəndində
asıldı
üçrəngli bayrağımız.
Həkəri çayından Laçın şəhərinə
qalxan dolama yolların kənarında əkilən
gül-çiçəklərin xoş əhval-ruhiyyəsi
ruhumu oxşadı. Laçın qayıdan doğma sakinlərini
gül-çiçəklə qarşılayır.
Artıq ikinci gündür yuxularımın çin
olduğu yerdə - Laçındayıq. Həyat
yoldaşım Rəhilə xanımla Laçın şəhər
2 ¹-li tam orta məktəbinə getdik. Otuz
ildə erməni vandallar bu məktəbi də talan edib pis
günə qoymuşdular. Laçının
azad olunmasından sonra qısa müddətdə məktəb
tam olaraq təmir olundu və indi otuz illik fasilədən sonra
fəaliyyətini bərpa edib. Məktəbin
direktoru Sevinc Cabbarova və direktor müavini Şəbnəm
Uğurlu Cəbrayıl bizi xoş üzlə
qarşıladı. Müəllim və
şagirdlərin üzündən xoş təbəssüm
yağırdı. Hədiyyə olaraq gətirdiyim
xeyli kitabı məktəbin kitabxanasına verdik. Bu kitablar arasında mənim son illərdə nəşr
olunan kitablarım da var idi. Laçın həsrəti
ilə bu dünyadan köçmüş gözəl şairlərimiz
Hüseyn Kürdoğlunun, Ağa Laçınlının,
Malik Fərruğun və əvəzolunmaz müğənnimiz Məhəbbət
Kazımovun ruhları şad olsun.
İndi Laçın şəhərinin küçələrində
gülər üzlü, baxışlarından işıq
yağan qələbə sevinci yaşayan qürurlu həmyerlilərimizlə
qarşılaşdıqca və onları salamladıqca ürəyim
fəxarət hissi ilə dolurdu.
Laçında
gənc yaşlarından uzun illər rəhbər işlərdə
çalışmış rayon ictimaiyyəti və əhalisi
arasında böyük hörməti
olan Qəzənfər Hüseyinovla da görüşdüm.
Qəzənfər müəllimlə şəhəri
qısa səyahət etdik və o, mənə şahidi
olduğu yeni gedən tikinti və quruculuq işlərindən bəhs
etdi.
Üzü
doğma Əhmədliyə
İki gün sonra doğma Əhmədli kəndinə getmək
istədim. Səhər erkəndən Nicat İsmayılov gəldi.
Axşam zəngləşmişdik, demişdi ki, sabah gələcəm,
görüşək. Nicatın atası mərhum
Varaşil İsmayılov uzun illər Laçında rəhbər
vəzifələrdə işləyib. Rəhmətlik
anası Manya xanım əslən bizim kənddəndir və
bizə qohumluğu da çatır. Laçının
işğalında əvvəl Varaşil müəllimi rəhbər
olduğu idarədə (əvvəllər RMTS, yerli camaat
"ertees" deyirdi) mənimlə görüş
keçirilirdi. Nicat da orada idi, o vaxtlar
10-12 yaşlarında olardı. Onu bir neçə dəfə
atasının yanında görmüşdüm. Nicat
orta məktəbi bitirəndən sonra ali və magistr təhsili
alıb, İngiltərədə və başqa ölkələrdə
də təcrübə keçib. İşi ilə
əlaqədar dünyanın bir çox ölkələrində
olub. İndi rabitə sahəsində
çalışır. Atası Varaşil müəllimin
və anası Manya xanımın ən gözəl xüsusiyyətləri
Nicatın xarakterində sezilir. Təklif elədi ki, Əhmədliyə
onunla bir yerdə gedək və dedi ki, sizin maşınla kəndə
çıxmaq çətin olar. Düzünü
desəm, Qalaça kəndindən Əhmədliyə qalxan
yolun çətinliyini də eşitmişdim.
Razılaşdıq və yola çıxdıq. Yol boyu Nicatla
olan söhbətimiz əsnasında 30 ildən çox
görmədiyim Nicatı çox səmimi, vətənpərvər
və gözəl bir insan kimi yaddaşıma yazdım.
Ağoğlan
çayının yuxarı hissəsini buralarda Minkənçay
adlandırırlar. Ağoğlan
adı da təsadüfü deyil. Malıbəy
kəndində yerləşən qədim Alban kilsəsinin
adı ilə tanınan çay Minkənd ərazisində
qayaların arasından qaynayıb çıxır və
axdığı istiqamətdəki ərazidə yerləşən
gur bulaqlardan axan sular da dərələr vasitəsi ilə bu
çaya qoşulur. Zabux kəndindən sonra Kosalar və
Malıbəy kəndləri gəlir və Malıbəy kəndində ilk gözə
dəyən məşhur Ağoğlan kilsəsidir. 1992-ci ildə
ermənilər Laçını işğal edəndə bu
kilsəni erməni qriqoyan kilsəsi kimi qələmə
vermiş, kilsənin üzərinə bir az
da ermənisayağı əl gəzdirmişdilər. Kosalar kəndindən keçəndə Rəşad
Məcidlə Minkənd avtobusundakı
görüşümüzü xatırladım və səfər
təəssüratları yazıb "525-ci qəzet"də
dərc etmək xəyalına düşdüm. Yol boyu Laçının bütün kəndlərinin
mənzərəsi min illərin xarabalıqlarını
xatırladırdı. Həm də, ən
qəribəsi odur ki, ermənilər bu kənd və şəhərləri
söküb tikinti materialı kimi qonşu ölkənin əhalisinə
satırmışlar. Bəli, bu belədir.
Kimə satmışdılar, o da məlumdur.
Cidanı çuvalda gizlətmək olmaz.
Bəli, iki yüz ildə və son bu otuz ildə xain
qonşularımızın məkrli xisləti ucbatından
başımıza çox oyunlar gəldi.
Laçın
rayonunun yüz iyirmi altı kəndindən biri olan Əhmədli
kəndi (əvvəllər Mollaəhmədli adlanıb) zəngin və maraqlı bir tarixə
malikdir. Kəndin təşəkkülü və formalaşması bir neçə
mərhələyə bölünür. Bu kəndin
yaranması ilk növbədə Musa babanın, yaxud el
arasında deyildiyi kimi Musa Qocanın adı ilə
bağlıdır. Təxmnən XVIII əsrin
ortalarında Cənubi Azərbaycanın Qaradağ
mahalının Şıxəhmədli kəndinin sakinləri
Musa və İsa adlı iki qardaş qan düşmənçiliyi
üzündən yaşadıqları yeri tərk edib
Arazın bu tayına Qarabağ torpağına
köçürlər. Onlar
yaşayış yeri kimi indiki Laçın rayonunun
Qarıqışlaq kəndi yaxınlığındakı
Varağzun adlı ərazini seçirlər. Qədimdən Şeyx Əhmədli ocağı kimi
tanınan bu yer təsadüfü seçilməmişdi.
Tarixdən məlumdur ki, 1723-1735-ci illərdə
Gəncə-Qarabağ bəylərbəyinin ərazisi
Osmanlı imperiyasının tərkibinə
qatılmışdı.
Osmanlıların apardığı inzibati-ərazi
bölgüsünü nəzərə alaraq indiki Laçın
rayonuna aid kəndlərin Keştək (yaxud Keştaz) və Həkəri
nayihələrinə daxil olduğunu görərik. Əhalidən
vergiləri nizamlı şəkildə toplamaq məqsədi
ilə 1727-ci ildə siysahıyaalınma kampaniyası
keçirilmiş və "Gəncə-Qarabağ" əyalətinin
müvəssəl dəftəri tərtib olunmuşdu. "Dəftər"də Keştaz nahiyəsinə
daxil olan yaşayış məskənləri sırasında
Şeyx Əhmədli kəndinin də adı çəkilir
və artıq bu kənddə heç kimin
yaşamadığı da qeyd olunur. XVI əsrin sonu XVII əsrin
əvvəllərində, eləcə də XVIII əsrin
20-30-cu illərində baş verən Osmanlı-Səfəvi
müharibələri zamanı Qarabağdan bütöv kəndlərin
və minlərlə ailənin Cənubi Azərbaycana və
indiki İranın digər əyalətlərinə
köçürülməsi faktı tarixi mənbələrdə
öz əksini tapıb. Azərbaycan tarixinin 2-ci
cildində (Bakı, Elm nəşriyyatı, 1999) oxuyuruq:
"1615-ci ildə Şah Abbasın Qarabağdan və
Şirvandan əhalini köçürmə siyasətinə
qarşı Əhmədli qiyamı Səfəvi
hökmdarı tərəfindən amansızcasına
yatırıldı".
İsa və
Musa qardaşların məskən saldığı ərazi ətraf
kəndlərin sakinləri tərəfindən son vaxtlara qədər
həm də "Musa yurdu", həmin yerdən
çıxan bulaq isə "Musa bulağı"
adlanırdı. İsa bu yerdə bir qədər
yaşadıqdan sonra Qərbi Azərbaycanın Dərələyəz
mahalının Cul kəndinə köçür. Musa isə Qarıqışlaq kəndindən
varlı bir Hacının qızı ilə evlənir. Hacı öz qızına cehiz olaraq Varağzun deyilən
qədim kənd yerini Musaya bağışlayır. Musa öz ailəsini həmin yerə
köçürür. Şimali Azərbaycanda
mövcud olan Albaniya çarlığı dövründə
Laçın rayonunun ərazisi Sünik vilayətinin tərkibinə
daxil idi. Buradakı Alban kəndlərinin
böyük əksəriyyəti sonrakı tarixi dövr ərzində
dağılmış, onlardan yadigar qalan körpülər,
qala divarları və kilsələr son zamanlara qədər
qorunub saxlanılmışdı. Varağzundakı
"Vəng" adlı kilsə də buranın vaxtı ilə
Alban kəndi olmasından xəbər verirdi.
Varağzunda məskən salan Musanın 12 övladı
dünyaya gəlir. Musa kişinin altı oğlunun adı bizə məlumdur:
Xudaverdi, Allahverdi, Kərim, Rəhim, Məmməd, Molla Əhməd.
Məmməd Dərələyəz mahalının Cul kəndinə
- əmisi İsanın yanına köçür, Həşimli
nəslindən olan bir qızla evlənir və həmin kənddə
məşhur olan Musalı nəslinin
əsasını qoyur. Cul kəndinə
Laçının Mirik və Quşçu kəndlərindən
köçənlər də çox olub. 1948-ci ildə Ermənistandan azərbaycanlı əhalinin
köçürülmə kampaniyası başlayan zaman
öz ata-baba yurdundan zorla çıxarılan Cul sakinləri
Yevlax və Salyan rayonları ərazisində məskunlaşıblar.
XIX əsrin əvvəllərində artıq Varağzun
böyük bir kəndə çevrilmişdi. Musa babanın
övladları ailə qurmuş və nəslin
qol-budağı artmışdı. Həmin
əsrin ortalarında Qarabağ mahalında və Zəngəzurda
məşhur olan Kərbəlayı Seyid Cabbar ağa bu kənddən
Cahan adlı bir qızla evlənir və Seyidlər kəndindən
Varağzuna köçür. Onun nəslindən
olanlar Seyidlər adı ilə tanınır. Bu kəndin Xəlillər nəslinin də
maraqlı tarixçəsi var. Ziyarətə gedən kənd
sakinləri zəvvar dəstəsinə mehribanlıq və
qayğıkeşlik göstərən Kərbəla sakini Xəlilə
də onlarla birlikdə Zəngəzura getməyi təklif
edirlər. Xəlil razılaşır və
onlara qoşulub Varağzuna gəlir. Xəlili
burada evləndirir və ona torpaq payı ayırırlar.
Xəlilin nəslindən olanlar "Xəlillər"
adı ilə tanınmağa başlayır.
Kəndin əsasını qoyan Musa baba Varağzunda vəfat
edib və yaxınlıqdakı qədim qəbiristanlıqda dəfn
olunub. Şahidlərin dediyinə görə, onun qəbrinin
üstündə qoç heykəli qoyulubmuş. Kənd indiki yaşayış yerinə köçəndən
sonra da uzun illər boyu Musa babanın nəslindən olanlar bu
qəbiristanlıqda dəfn olunublar. Musa
babanın kiçik oğlu Molla Əhməd öz
dövrünün gözüaçıq savadlı və
hörmətli adamlarından biri kimi bütün Qarabağ
mahalında tanınır. Qarıqışlaq
kəndindən evlənən Molla Əhmədin yeddi oğlu
dünyaya gəlir. Onun
üçüncü oğlu Məşədi Allahyar kəndin
yeni yaşayış yerinə köçməsinin səbəbkarı
və təşkilatçısı kimi böyük hörmət
və ehtiramla yad olunur.
XIX əsrin 40-60-cı illərində Məşədi
Allahyar Molla Əhməd oğlu Gəncədə dövlət
qulluğunda çalışırdı. Nəcəf şəhərində
dini təhsil alan, eləcə də rus
dilində sərbəst oxuyub yazan Məşədi Allahyar ərizə
ilə hakimiyyət orqanlarına müraciət edərək
Herik adlı ərazi ilə bağlı Bozlu və Varağzun
sakinləri arasında olan torpaq mübahisəsini həll etmək
üçün komissiya yaradılmasını xahiş edir. Dövlət komissiyası Bozlu camaatına məxsus
olan iyirmi evdən yalnız altısının qeydə
alındığını müəyyənləşdirir.
Bu altı ailə kənddə saxlanılır,
qalan evlər isə Bozlu kəndinin indiki ərazisinə
köçürülür. Eyni zamanda
komissiya Varağzun sakinlərinin Herik ərazisinə sahiblik
hüququnu təsdiq edir. Varağzunu əldə
saxlamaqla kəndin bütün əhalisi Heriyə
köçür və kənd yığıncağında
yeni yaşayış məskənini Məşədi
Allahyarın atası Molla Əhmədin şərəfinə
Mollaəhmədli adlandırmaq qərara alınır. Onlar bu adı seçməklə mənsub
olduqları qədim tayfaya və Şeyx Əhməd
ocağına ehtiramlarını bildirirlər.
Laçının
Əhmədli kəndinin yetirməsi məşhur şair
Hüseyn Kürdoğlu yazırdı:
İsa,
Musa bu torpağın övladı,
Kimlər imiş bu torpağın əcdadı.
Tük
ürpədib bir ananın fəryadı,
Üz sürtməyə torpağına gəlmişəm.
Əlqərəz, Laçın-Minkənd
yolundan sola dönüb doğma kəndim Əhmədliyə
doğru qalxırıq. Sıldırımın
döşü ilə qalxan yolu demək olar ki, sel suları
yuyub aparmışdı. Otuz il bu kəndi
çapıb talayan erməni talançıları
bilirmişlər ki, bir gün bu yurdların sahibi qayıdacaq
və onları iti qovan kimi buralardan rədd edəcək. Bəli, bu gün onlar arxalarına baxmadan bu yerlərdən
və ümumiyyətlə cəmi Qarabağdan Dəmir
yumruğun zərbəsi altında qaçıb cəhənnəm
olublar. Allah şanlı ordumuzu var eləsin, cəmi
şəhidlərimizin ruhu şad olsun!
Kəndimizin
keçmişi
Kəndin girişi ilə üzbəüz görünən
Bəzirxana mağarasının möhtəşəm
görüntüsü xəyalımı uzaqlara apardı. Laşın
şəhər orta məktəbinin 5-6-cı siniflərində
oxuyan vaxtlarımda yay tətilində kəndə gələr,
tay-tuşlarımla bu mağaranın yanında
"dava-dava" oynayardıq. Babamın
xatirələrində olduğu kimi, buna "erməni-müsəlman
davası" deyərdik. 1918-20-ci illərdə
erməni generalı Andranikin qoşunu kəndimizə hücum
edəndə bu mağaranın dörd bir yanında çoxlu
erməni əsgərlərinin leşi qalmışdı.
Rəhmətlik Əli babamın söhbətlərindən
atamın dediyinə görə, kəndimizi cəmi on bir əli
silahlı kənd sakini qoruyurmuş. Və bu on bir kişi ilə bərabər, babamın
bacısı Hava xanım da (ona Hava nənə deyərdik)
döyüşürmüş. Hətta
Anaxanım nənəm də Əli babama kömək edər,
o da "üçatılan" tüfəngi ilə üzbəüz
gələn ermənilərə atəş
açarmış. Xosrov bəyin Mollaəhmədli
sakini Rəhimov Fərhad vasitəsi ilə kəndimizə
göndərdiyi silahlarla öncədən məşq edən
kənd sakinləri mahir atıcı imişlər. Sultan bəyin pulemyotçusu Əli babamın qardaşı
Əkbər də (Sultan bəy ona Lavənd deyirmiş) kənddə
imiş. O da pulemyotla atırmış. Davanın
sonuncu günü ermənilər kəndin ortasına qədər
irəliləyib kahaya girirlər. Bu zaman
nişançı Hava onların içində şiş
papaqlı əmr verən erməni generalı alnından vurur və
ermənilər ot tayasını
yandıraraq tüstüsünə kənddən
qaçırlar. Bu hadisə də kəndimizin
qəhrəmanlıq tarixinə yazılır. Bu davada kəndimizin bir neçə şəhidi
olur, onların arasında Anaxanım nənəmin iki
qardaşı Eynalı və Cavad da şəhid olmuşdu.
Ruhları şad olsun!
Əhmədli kəndinin ərazisində yüzdən
çox təbii bulaq var və bu bulaqların da çoxu
mineral tərkiblidir. Müxtəlif tərkibli turş sular,
qaymaqlı bulaq, şor bulaq, mədə suyu, böyrək
suyu, göz suyu və s. Müalicə təyinatlı təbii
bulaqlar kəndimizin həm özündə, həm də
yaylaq ərazilərində çoxdur. Çox
insanlar bu bulaqların suyundan şəfa tapıb. Mədə-bağırsaq
xəstəliklərinin müalicəsi üçün
istifadə olunan Mədə suyu bulağının
şöhrəti hər yana
yayılmışdı. Kəndimizə gələn qonaqlar bu
suyu
şüşə qablara yığaraq aparardılar.
Əhmədlinin dağlarındakı bulaqlar o qədər
soyuq olur ki, yay aylarında belə bir dəqiqə içində
adamın əli dona bilər. Məşhur İsti su da Əhmədli kəndi ilə
Minkənd arasınad yerləşir. Yaz-yay
aylarında Azərbaycanın bütün guşələrindən
insanlar oraya axışar, baxanda alaçıqlardan göz
qaralardı. Kəndimizin ərazisi nadir təbii
sərvətlərlə də zəngindir.
Sökülüb dağıdılmış kənd
klubunun yanından ötüb Mədə suyu bulağına
getdik. Kəndimizdə fermer təsərrüfatı ilə
məşğul olan atamın dayısı nəvəsi Natiq
Əhmədoğlunun fermasının yanında
maşından düşdük. Kimsə
yox idi. Çoban itləri sanki bizi
tanıyırmış kimi, sakit qarşıladılar.
Əvvəl bir az üşənən kimi
olduq. Bu da çox qəribədir.
Heyvanların duyumu güclü olur, auramızdan yad
olmadığımızı belə, hiss etdilər. Bizimlə bərabər həyat yoldaşım Rəhilə
xanım, bacısı və bacısının yoldaşı
Birinci Qarabağ müharibəsi əlili Famil İsayev də
(onu Kamal kimi çağırırıq) gəlmişdi.
İtlərin
mehriban davranışından ürəklənib
maşından düşdük, götürdüyümüz
su qabları ilə bu otuz ildə sıx bitmiş
ağacların arası ilə Mədə suyu bulağına
sarı getdik. İlahi, buralar Tayqa meşəsini
xatırladır. İnsan ayağı dəyməyəndə
həqiqətən də təbiət vəhşiləşir.
Ümumiyyətlə ermənilər ayaqları
dəyən və işğala məruz qoyduqları
bütün ərazilərimizi xarabalığa çeviriblər.
Təbii ki, bu yerlərin aurası, təbiətin
qəzəbi onların sonunu buralardan süpürüb
atacaqdı, bu da oldu.
Mədə suyundan içdik, əl-üzümüzü
yuduq.
Uşaqlıq çağlarımızı xatırladım,
hər gün bu sudan atamız
üçün aparardıq, o bu suyu çox sevirdi. Kəndimizin işğalından sonra atam Bakıda bu
suya həsrət qalmışdı. Atam
musiqiçi idi, nəfəs aləti olan "Qara zurna" ilə
Azərbaycanın çox rayonlarında toy məclislərinə
gedərdi. Hətta aylarla öz
musiqiçi dəstəsi ilə Qərbi Azərbaycanda,
Sisiyanın kəndlərdə qalar toyları idarə edərdilər.
Maşını kəndin içində saxladıq. Mən ətrafı
bürüyən sıx ağacların arası ilə ata
evimizə qalxmağa çalışdım. Akasiya ağacları o qədər sıx bitib
qalxmışdi ki, göy üzü görünmürdü.
Kol-koslardan hərəkət etmək
mümkün deyildi. Birtəhər həyətimizə
qalxıb ətrafa baxdım. Evimizin uçub
tökülmüş divarları dil açıb
danışmaq istəyirdi. Sanki "məni nədən
unutdunuz" demək istəyirdi. Gözlərim
doldu. Telefonumu açıb şəkil
çəkmək istədim, dilim söz tutmadı
danışam. Hönkürdüm,
gözümdən bulaq açıldı. Ancaq göz yaşlarımın içində
ötüb gedən otuz illik acının indiki sevinc
yaşları da var idi. Artıq gəlmişəm,
gəlmişik və sən azadsan, evimiz, kəndimiz,
dağlarımız, bulaqlarımız və cümlə
Qarabağımız.
Qarabağ
Azərbaycandır
Şəhid
oğullarının
qanı
qalmadı yerdə;
bayrağımız asıldı
hər
kənddə, hər şəhərdə;
qoy
ruhunuz şad olsun,
atam,
anam, tək bacım;
döyünən ürəyinə
qurban
olum, ay Laçın.
Laçın şəhərimizi, kəndimizi
və rayonumuzun bir neçə başqa kəndlərini, bulaqlarını,
dağlarını xeyli gəzdik, ancaq mən o möhtəşəm
özəlliklərdən doymadım. Artıq
yavaş-yavaş doğma ev-eşiyinə otuz ildən çox həsrət
qalan bütün laçınlılarımız və
cümlə
Qarabağımızın əhalisi öz doğma
ocaqlarına dönür. Çünki!.. QARABAĞ
AZƏRBAYCANDIR!
525-ci qəzet 2023.- 25 noyabr, ¹ 214.- S.10-11.