“Heydər Əliyev. Böyük insan haqqında xatirələr” kitabının  təqdimatı olub

TƏDBİRDƏ “VİLAYƏT QULİYEV. BİBLİOQRAFİYA” KİTABININ DA TƏQDİMATI KEÇİRİLİB

24 noyabr tarixində Azərbaycan Milli Kitabxanasında görkəmli ictimai-siyasi xadim, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru Vilayət Quliyevin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev. Böyük insan haqqında xatirələr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgəAzərbaycanın görkəmli şəxsiyyətləriseriyasından nəşr etdiyiVilayət Quliyev. Biblioqrafiyakitablarının təqdimatı olub.

Qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın direktoru Kərim Tahirov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Vilayət Quliyevin müəllifi olduğuHeydər Əliyev. Böyük insan haqqında xatirələr”, həmçininVilayət Quliyev. Biblioqrafiyakitablarının təqdimat mərasiminə toplanıldığını qeyd edib. Direktor çıxışında ictimai-siyasi xadimin Azərbaycanın istiqlal mübarizə tarixində müstəsna rol oynayan görkəmli şəxsiyyətləri haqqında arxiv materialları əsasında yazdığı kitablardan bəhs edib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov çıxışında öncə Vilayət     Quliyevin Vətənə olan xidmətlərindən bəhs edib, onun elmi fəaliyyətini yüksək qiymətləndirib. Daha sonra o, təqdim olunan biblioqrafiyanın ərsəyə gəlməsində iştirak etməyin Mədəniyyət Nazirliyi üçün qürurlu an olduğunu, alimin yaradıcılığında ədəbiyyatla yanaşı siyasi mövzuda yazılan kitabların xüsusilə,  Azərbaycanın Cümhuriyyət tarixi ilə bağlı yazdığı əsərlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Asif Rüstəmli, Azərnəşrin baş direktoru Əlövsət Ağayev, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı kimi rəsmiler, elm xadimləri iştirak edərək çıxışlarında Vilayət Quliyevin Cümhuriyyət tariximizlə bağlı yazdığı əsərlərin öz üslubu ilə seçildiyini, kitablarının siyasi memuar janrının dəyərli nümunələrindən biri olduğunu,  Ulu Öndər Heydər Əliyevlə bağlı müəllifi olduğu “Heydər Əliyev. Böyük insan haqqında xatirələr” kitabın önəmini söyləyiblər. Həmçinin çıxışda Vilayət Quliyevin geniş yaradıcılıq fəaliyyətini əks etdirən biblioqrafiyanın məzmunundan danışılıb.

Sonda ictimai-siyasi xadim, ədəbiyyatşünas alim Vilayət Quliyev kitabın nəşrində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

525-ci qəzet  2023.- 25 noyabr, ¹ 214.- S.13.