"Tariximizin təbliği muzeylərdən
başlamalıdır"
AYTƏN
FƏTTULAYEVA: "İŞĞALDAN AZAD OLUNMUŞ RAYONLARDA
ZƏFƏR MUZEYLƏRİNİN YARADILMASI NƏZƏRDƏ
TUTULUR"
Yeni nəslin vətənpərvər ruhda yetişdirilməsində, yaşadığın şəhərin tarixinin, adət-ənənələrinin öyrənilməsində böyük rol oynayan mədəniyyət ocaqlarından biri də muzeylərdir. Muzeyləri ziyarət etmək insana tarixin nə qədər zəngin olduğunu canlı görməyə imkan yaradır və onun mənəviyyatını zənginləşdirir. Ölkəmizdə kifayət qədər tanınmış, müxtəlif eksponatlarla zəngin muzeylər var ki, bunlardan bir çoxu torpaqlarımız işğal olunan zaman düşmən vandalizmininə məruz qalıb. Qarabağ işğaldan azad olunandan sonra isə onların yenidən bərpa olunması istiqamətində əməli və ardıcıl addımlar atılmağa başlanılıb.
İşğaldan azad olunaraq bərpa olunan ən qədim muzeylərdən biri də Cəbrayıl tarix-diyarşünaslıq muzeyidir. Muzey 1980-ci ildən fəaliyyət göstərməyə başlayıb. Cəbrayıl tarix-diyarşünaslıq muzeyi vandalizmə məruz qalmış muzeylər içində yeganə tarixi ocaqdır ki, eksponatlarının çox hissəsi işğaldan xilas edilib. Elə bugünkü həmsöhbətimiz də, sözügedən tarix-diyarşünaslıq muzeyinin rəhbəri Aytən Fətullayevadır. 1989-cu ildən muzeyşünas olaraq fəaliyyət göstərən, A.Fəttulayeva əvvəllər bələdçi, 2000-ci ildən fond müdiri kimi çalışsa da, 2020-ci ildən bu günə kimi muzeyin rəhbəridir.
- Aytən
xanım, muzeylərin fəaliyyəti üçün
üçün əsas tələb və
prinsiplər nələrdir?
-Tariximizin, ədəbiyyatımızın
təbliği elə məhz muzeylərdən
başlanmalıdır. Muzeylərin əhəmiyyəti barədə
Ulu öndər dəfələrlə
müxtəlif fikirlər söyləyib. Heydər Əliyevin
Azərbaycana rəhbərliyi dövründə onun böyük təşkilatçılıq
səyi ilə muzeylər haqqında qərar qəbul edildi. Qərarda xüsusi olaraq vurğulanırdı ki,
Azərbaycan bütün rayon
və şəhərlərində
tarix-diyarşünaslıq muzeyləri yaradılsın. Bu qərardan sonra 1980-ci
ildə Cəbrayıl rayonunda muzey yaradılmağa başladı. Dekabr ayında muzey
artıq öz qapılarını ziyarətçilərin
üzünə açdı.
Rayon ziyalıları muzeyin yaradılmasında, ən unikal eksponatların toplanılmasında
yaxından köməklik göstərdilər. Elə ona görə də Cəbrayıl muzeyi o vaxt
ən tanınmış muzeylərindən biri
olub.
- Muzeyləri
ziyarət etmək insanlara nə
qazandırır?
- Muzeyləri ziyarət etmək insanların qan yaddaşını oyadır. Tarixi ekskursiyaya aparır.
Muzeylərdə tarixi
ardıcıllıq, yəni xronologiya xüsusi yer tutur. Qeyd edərdim ki, müasir dövrdə
muzeylərə daha çox
xarici qonaqlar maraq göstərir.
Gözəl yadımdadır, əvvəllər
Cəbrayıl müəssisələri vaxtaşırı muzeyi qrup şəklində
ziyarət edirdilər. Məktəblilərin muzeyə cəlb
olunması bir ənənə
halını almışdı. İndiki
dövrə nisbətən keçmişdə daha çox ziyarət olunurdu. Muzeylər tariximizin
bir parçasıdır, tariximizi
tanımaq və tanıtmaq hər bir vətəndaşın
borcudur.
- Ölkəmizdə
daha çox hansı
muzeylər ziyarət olunur və buna səbəb nədir?
- Ölkəmizdə ən çox
ziyarət olunan muzeylər Milli
Azərbaycan Tarixi muzeyi,
İstiqlal muzeyi,
İncəsənət muzeyi və
bölgələrdəki tarix-diyarşunaslıq muzeyləridir.
Məsələn, İncəsənət muzeyinə Azərbaycan
incəsənət xadimləri haqqında məlumat almaq üçün gəlirlər.
Bölgələrdə fəaliyyət göstərən
muzeyləri ziyarət edənlər isə daha
çox, həmin bölgənin tarixi, mədəniyyəti, flora
və faunası ilə tanış olmaq üçün ziyarət edirlər.
- Sizcə, daha çox kütləni
cəlb etmək, insanlarda muzeylərə
getməyə maraq yaratmaq
üçün hansı tədbirlər
görülməlidir?
- Muzeylər tək eksponat nümayiş etdirmək üçün
deyil. Muzeylər həm də mədəni-kütləvi
tədbirlərin yüksək səviyyədə keçirilməsi
üçün bir məkandır.
Təbii ki, hər bir
muzeyin profilinə uyğun
olaraq, tədbirlər keçirilməlidir.
Belə tədbirlərdə iştirak edən
insanların muzeyə marağı artır. Bu
da daha çox
insanın ziyarət etməsi ilə nəticələnir. Ona görə də, tək muzeylərdə yox, digər mədəniyyət ocaqlarında da elmi-bədii kütləvi tədbirlərin
keçirilməsi vacibdir.
- Bəs pullu xidmətlər muzeylərə necə təsir
göstərir?
- Pullu xidmətlər, demək
olar ki, bütün muzeylərdə var.
Bölgələrdə fəaliyyət göstərən
muzeyləri xarici vətəndaşlar da ziyarət edir. Cənab Prezidentin göstərişi ilə işğaldan azad olunmuş rayonlarda Zəfər
muzeylərinin yaradılması nəzərdə tutulur. Çox güman ki, həmin muzeylərdə
də pullu xidmətlər olacaq.
Belə xidmətlər muzeyləri tanıtmaqla yanaşı,
ölkəmizin iqtisadiyyatına da müsbət
təsir göstərir.
Havar ŞƏFİYEVA
525-ci qəzet 2023.- 29 noyabr, №215.- S.12.